Kövsər

wikishia saytından
Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Kövsər (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Kövsər (ərəbcə: الكوثر), Quran sözü və Həzrət Zəhranın (s) ləqəblərindəndir[1] ki, lüğətdə çoxlu xeyir mənasını verir.[2] Bu söz Quranda bir dəfə, "Kövsər" surəsində gəlmişdir.[3]

Kövsərin təfsiri və nümunəsi haqqında çoxlu müxtəlif fikir və fərqli nəzərlər vardır.[4] Kövsərin təfsirlərindən bəziləri bunlardır: Cənnətdə bir çay, İslam, peyğəmbərlik, Quran, elm və hikmət, Kövsər hovuzu, şəfaət, səhabələrin və ardıcılların çoxluğu, nəsil və övladların çoxluğu.[5]

"Məcməül-bəyan" təfsirinin müəllifinin nəzərinə əsasən, bütün bu ehtimallar doğrudur; Çünki Kövsər kəlməsi dünyada və axirətdə çoxlu xeyirləri ehtiva edir ki, bu da yuxarıda qeyd olunan bütün təfsirləri özündə cəmləşdirir.[6] Fəxr Razi Kövsərin cənnətdə çay kimi təfsir edilməsini məşhur və müstəfiz (hədisləri çox olan, amma təvatür həddinə çatmayan) hesab etmişdir.[7]

Əllamə Təbatəbai Kövsərdən məqsədin Peyğəmbərin (s) nəslinin çoxluğu bilmişdir. Çünki zahirən Kövsər surəsinin axırıncı ayəsindəki "Əbtər" kəlməsi nəsilsiz mənasındadır. Nəslin çoxluğu mənasında olan "Kövsər", "Əbtər" kəlməsinin mənası ilə daha uyğun gəlir.[8]

Muhyiddin Ərəbi "Kövsər"i həm cənnətdə ondan su içən şəxsin heç vaxt susamayacaq çay mənasına bilib. Həm də vəhdətin işığında çoxluğa agahlıq mənasına və tövhidə geniş elm və çoxluğu qəbul etməklə yanaşı vəhdətə aydınlıqda bilib. Peyğəmbəri (s) haqqın qalmağı ilə qalan və düşmənlərini fani və məhv olan hesab edir. İman əhlini isə Peyğəmbərin həqiqi ailəsi və övladları sayıb. Peyğəmbərin vücudu səbəbinə onlar qalıcı və həmişəlikdirlər.[9]

Şiə təfsirçilərinin fikrincə, Kövsər surəsindəki "Kövsər"dən məqsəd Həzrət Zəhra (s) olduğu deyilir; Çünki As ibn Vailin Peyğəmbəri (s) "əbtər" (övladı olmayan, nəsli olmayan) hesab etməsinin əksinə olaraq, Allah ona qızı Həzrət Fatimə (s) vasitəsilə nəsil və çoxlu övladlar bəxş etmişdir.[10]

* Həzrət Fatimə (s) nəslinin dünyaya yayılması

Bu gün dünyanın bir çox ölkələrində Həzrət Fatimənin (s) nəslindən olan seyidlər var. Məsələn, Ərəb ölkələri və İranla yanaşı, Uzaq Məğribdə (Tunis və Mərakeş) şiə İdrislilələr dövlətinin qurucusu İdris bin Abdullah bin Həsənin nəsli hələ də mövcuddur. İndoneziyada Həbəşi, Ələvi və Baksir ailələri bu ölkədəki seyidlərdir. Yəməndə İmam Həsən (ə)İmam Hüseynin (ə) nəslindən olan çoxlu ailələr var. Misirin Əsvan şəhərində İmam Sadiqə (ə) nisbət verilən "Cəafərə" adlı böyük bir qəbilə var. Hindistan və Pakistan ölkələrində Rəzəvi və Nəqəvi seyidləri var.[11] Bəzi təfsirçilər Kövsər üçün 6 cəhət irəli sürüblər ki, bunlardan ibarətdirlər: Elm və əməl, peyğəmbərlik, Quran, dünya və axirətdə şərəf və Fatimeyi-Zəhranın (s) pak övladları. Həmçinin əlavə edilib ki, Həzrət Seyidüş-Şühədanın (ə) şəhadətindən sonra onun ailəsində Həzrət Səccaddan (ə) başqa kişi qalmamışdı. Lakin Allah vədini yerinə yetirdi və dünyanı onun nəsli ilə doldurdu.[12]

Əlaqəli məqalələr

İstinadlar

  1. Ənsari Zəncani, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra (ə), h.q 1428, c.22, s.9 və 25
  2. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.32, s.313; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370
  3. Kövsər surəsi, ayə 1
  4. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.32, s.313-316; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370
  5. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.32, s.313-316; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.836
  6. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.10, s.837
  7. Fəxr Razi, Ət-Təfsirul-kəbir, h.q 1420, c.32, s.313
  8. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.20, s.370
  9. İbn Əl-Ərəbi, Təfsiru ibn Ərəbi, h.q 1422, c.2, s.424
  10. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.2, s.1269; Ehsanifər, Ulume hədis, h.ş 1383, s.53-69
  11. Dağər, Məsadirud-dirasətil-ədəbiyyə, m. 1983, c.4, s.364-366
  12. Hüseyni Şah Əbdül-Əzimi, Təfsiru İsna Əşəri, h.ş 1363, c.14, s.363

Ədəbiyyat

  • İbn Əl-Ərəbi, Muhyiddin, Təfsiru ibn Ərəbi, Təhqiq və düzəliş: Əş-Şeyx Əbdül-Varis, h.q 1422 \ m. 2001, Beyrut, Darul-kutubil-elmiyyə
  • Ehsanifər, Məhəmməd, فاطمه(س) کوثر قرآن
  • Ənsari Zəncani, İsmail, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra (ə), Qum, h.q 1428
  • Hüseyni Şah Əbdül-Əzimi, Təfsiru İsna Əşəri, Tehran, 1-ci çap, h.ş 1363
  • Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quranpejuhi, Tehran, h.ş 1377
  • Dağər, Yusif Əsəd, Məsadirud-dirasətil-ədəbiyyə, Beyrut, m. 1983
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 2-ci çap, h.ş 1372
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, 3-cü çap, h.q 1420