Əyyami Fatimiyyə (ərəbcə: أیام الفاطمیه) şiələrin həzrət Fatimənin (s) şəhadəti münasibəti ilə əzadarlıq etdikləri günlərdir. Həzrət Fatimənin (s) şəhadət günü ilə əlaqədar iki tarix qeyd olunub. Biri Cəmadiul-Əvvəl ayının 13-ü və digəri Cəmadius-Sani ayının 3-dür. Cəmadiul-Əvvəl ayının 11-ci günündən 13-cü gününə qədər birinci Fatimiyyə, Cəmadius-Sani ayının 3-cü günündən 5-ci gününə qədər isə ikinci Fatimiyyə adlanır.
Fatimiyyə günlərində İran, İraq, Pakistan və Azərbaycan kimi bəzi ölkələrdə əzadarlıq keçirilir. Həmçinin Cəmadius-Sani ayının üçüncü günü İranda rəsmi tətildir. Bəzi mərcəi-təqlidlər bu gündə keçirilən əzadarlıq mərasimlərində iştirak edirlər. İranda şəmsi təqvimi ilə 1379-cu ildə Cəmadius-Sani ayının üçüncü günü ikinci Fatimiyyə şəhadət günü kimi rəsmi tətil elan edildi. O ildən bəri İranda ikinci Fatimiyyənin günlərinin əzadarlığı daha da rövnəq tapıb.
Fatimiyyə günləri hansı günlərdir?
Fatimiyyə günləri şiələrin həzrət Fatimənin (s) şəhadəti ilə əlaqədar matəm tutduqları günlərdir.[1] Cəmadiul-Əvvəl ayının günü və Cəmadius-Sani ayının günü həzrət Fatimənin (s) şəhadət tarixi kimi şöhrət tapmasına görə birinci Fatimiyyə günləri və ikinci Fatimiyyə günləri adlanır. Cəmadiul-Əvvəl ayının 11, 12 və 13-cü günləri birinci Fatimiyyə, Cəmadius-Saninin üçüncü, dördüncü və beşinci günləri isə ikinci Fatimiyyə adlanır.[2] Əlbəttə, bəziləri Cəmadiul-Əvvəl ayının 10-dan 20-ə kimi olan günləri birinci Fatimiyyə Cəmadius-Saninin 1-dən 10-a kimi olan günləri isə ikinci Fatimiyyə hesab edirlər.[3]
Həzrət Fatimənin (s) şəhadətinin dəqiq tarixi məlum deyil. Bu barədə ixtilaf vardır. İsmayıl Ənsari Zəncaninin (şəmsi təqvimi ilə vəfatı 1388 ) Əl-Mövsuətul-Kübra ən Fatimətiz-Zəhra (s) kitabında Həzrət Fatimənin (s) şəhadət vaxtı haqqında 21 nəzər nəql edilmişdir.[4] Fatimi Ensiklopediyasının müəlliflərindən olan Seyyid Məhəmməd Cavad Şubeyrinin (1345 -ci il təvəllüdlü) nəzərinə görə, şiələr arasında həzrət Fatimənin (s) şəhadətinin Cəmadius-Sani ayının üçüncü günü olması daha məşhurdur.[5] O, bu nəzəri Dəlailul-İmamə[6] kitabında İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətə istinad edərək demişdir.[7]
Mərasim keçirilməsi
Fatimiyyə günlərində İranın müxtəlif şəhərlərində əzadarlıq mərasimləri keçirilir. Bu mərasim İranda Cəmadius-Saninin üçüncü günü həzrət Fatimənin (s) şəhadət günü kimi tətil edildikdən sonra daha da rövnəq tapıb.[8] 1379-cu ildə Ayətullah Vəhid Xorasaninin təklifi və İran İslam Cümhuriyyəti hökumətinin təsdiqi əsasında Cəmadius-Saninin 3-cü günü həzrət Fatimənin (s) şəhadəti münasibəti ilə rəsmi tətil elan edilib.[9] Bu gündə şiənin mərcəi-təqlidlərindən Hüseyn Vəhid Xorasani ( 1300-cü şəmsi ilində anadan olub) və Lütfullah Safi Qolpayeqani (1400 -cü ildə vəfat edib) Həzrət Məsumənin (s) hərəminə doğru gedən əzadarlıq dəstələrində iştirak edirlər.[10]
Həmçinin, Fatimiyyə günləri ilə eyni vaxtda İranın bəzi şəhərlərində xüsusilə Qumda, ictimaiyyət üçün Bəni-Haşim küçələri adlı sərgilər keçirilir. Orada Bəqi, Qədir-Xum və Fədəkin mənzərəsi nümayiş etdirilir.[11]
Deyilənə görə, birinci və ikinci Fatimiyyə günlərindən əlavə, İraq şiələri Rəbius-Saninin 8-ci günü də əzadarlıq edirlər. Bu əzadarlıq o xanımın Peyğəmbərin (s) vəfatından 40 gün sonra şəhadətə çatdığını bildirən rəvayətə əsasən keçirilir.[12] Həmçinin Pakistan ,[13] Azərbaycan, Tacikistan[14] və Avstraliya[15] kimi ölkələrdə habelə Hamburq İslam Mərkəzində[16] və Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzində əzadarlıq mərasimləri keçirilir.[17]
Həzrət Fatimə (s) üçün əzadarlıq etməyin tarixi
Əhli-beytin (ə) həzrət Fatiməyə (s) əzadarlıq etməsi haqqında xəbərlər var.[18] İmam Sadiqin (ə) həzrət Zəhra (s) üçün əzadarlıq etdiyi bildirilir. O həzrətin bu əzadarlıq məclisində həzrət Möhsinin (ə) siqt olması və həzrət Zəhranın (s) döyülməsi əhvalatını qeyd etdiyi nəql olunur.[19] Həmçinin qazi Əbdül-Cabbar Mötəzilinin (hicri 415-ci ildə vəfat edib) verdiyi xəbərə əsasən, Misir, Şam, Bağdad, Rəmlə, Əkka, Sur, Əsqəlan və Cəbəlul-Bəsmaq kimi bölgələrdə bəzi şiələr həzrət Zəhra (s) və oğlu həzrət Möhsin (ə) üçün əzadarlıq edirdilər.[20]
Əlaqəli məqalə
İstinadlar
- ↑ Məzahiri, fərhənge suge şii, s.365
- ↑ Məzahiri, fərhənge suge şii, s.366
- ↑ Əyyami-Fatimiyyə və Mənasike şekl yafteye piyramune an, s.25
- ↑ Ənsari Zəncani, Əl-musuətul kubra ən Fatimətiz-Zəhra (ə), dəlile ma, c.15, s.23
- ↑ Şubeyri, Şəhadətu Fatimə (ə), s.347
- ↑ Təbəri İmami, Dəlailul-İmamə, h.q 1413, s.134
- ↑ Şubeyri, Şəhadətu Fatimə (ə), s.347
- ↑ Əyyame Fatimiyyə və mənaseke şekl yafte piyramune an, s.25
- ↑ «ماجرای تعطیلشدن روز شهادت حضرت زهرا(س)»، Fars agentliyi (Farsca).
- ↑ پیاده روی و عزاداری دو تن از مراجع تقلید در قم, خبرگزاری تابناک, Tabnak saytı, (Farsca).
- ↑ Mehr news saytı (Farsca),«سومین نمایشگاه کوچههای بنیهاشم در قم برپا شد/ ساخت ماکت بقیع قبل از تخریب»
- ↑ https://alkafeel.net/news/index?id=3687&lang=ar, Al-kafeel saytı, «الأيّام الفاطمية أو موسم الأحزان الفاطمية: المعنى والدلالة...»
- ↑ https://www.irna.ir/fa/Photo/2652032, irna saytı, «ایام شهادت حضرت فاطمه الزهرا سلام الله علیها در پاکستان»، خبرگزاری ای
- ↑ «مراسم سوگواری شهادت حضرت فاطمه(س) در جمهوری آذربایجان و تاجیکستان»، رادیو ایران تاجیک. Radio İran Tacik
- ↑ «مراسم فاطمیه دوم در استرالیا»، خبرگزاری ابنا.
- ↑ مراسم سوگواری ایام فاطمیه در مرکز اسلامی هامبورگ/Mehr news saytı(Farsca)
- ↑ «برنامه مراسم عزاداری فاطمیه دوم (۲۰۱۸) در شهرهای مهم اروپادر این ایام، مراسم سوگواری برگزار میکنند»، خبرگزاری ابنا. Abna saytı (Farsca)
- ↑ Əl-Hidayətul-kubra, h.q 1419, s.408
- ↑ Əl-Hidayətul-kubra, h.q 1419, s.408
- ↑ Qazi Əbdul-Cabbar, Təsbitu Dəlailin-nubuvvə, h.q 1427, c.2, s.595
Ədəbiyyat
- «الأيّام الفاطمية أو موسم الأحزان الفاطمية: المعنى والدلالة...» Əl-Kafeel saytı, h.ş 1400, Azər ayının 30-u
- Ənsari Zəncani, İsmail, Əl-Musuətul-Kubra ən-Fatimətiz-Zəhra (s)
- Xəşibi, Hüseyn ibn Həmədan, Əl-hidayətul-Kubra, Beyrut, Muəssisətul-bəlağ, h.q 1419
- Şubeyri, Seyyid Muhəmməd Cavad, "Şəhadəte Fatimə" (ə), Daneşname Fatimi (s), Tehran, Pejuheşqahe fərhəng və əndişeye İslami, 1-ci çap, h.ş 1393
- Qazi Əbdul-Cabbar, Əbdul-Cabbar ibn Əhməd, Təsbitu Dəlailin-nubuvvə, Misir, Darul-Mustafa, h.q 1427
- Təbəri İmami, Muhəmməd ibn Cərir, Dəlailul-İmamə, Qum, Besət Müəssisəsi, h.q 1413
- «ایام فاطمیه و مناسک شکلیافته پیرامون آن», Lütfi, Fatimə, Şəhre qanun, şomare 5, bahar, h.ş. 1392
- Məzahiri, Mohsin Həsam, Fərhənge suge şii, 1-ci çap, Tehran, Xeymə nəşri, h.ş 1395
- «ماجرای تعطیل شدن روز شهادت حضرت زهرا(س)» Fars Agentliyi, Mətnin dərci: 5 Ordibeheşt h.ş 1391, 24 dey h.ş 1397
- «پیادهروی و عزاداری دو تن از مراجع تقلید در قم» Tabnak Qum saytı, dərc: h.ş 1395 İsfənd 10, h.ş 1397 dey 24
- «سومین نمایشگاه کوچههای بنیهاشم در قم برپا شد» Mehr saytı, dərc: h.ş 1392 isfənd 25, h.ş 1400 Azər 17
- «ایام شهادت حضرت فاطمه الزهرا سلام الله علیها در پاکستان» Cumhuriye Islami saytı, dərc: h.ş 1393 fərvərdin 18, müşahidə h.ş 1397 Dey 24
- «مراسم سوگواری شهادت حضرت فاطمه(س) در جمهوری آذربایجان و تاجیکستان» Radio İran tacik, Mətləbin dərci: h.ş 1392 25 fərvərdin, müşahidə: h.ş 1397 Dey 24
- «مراسم فاطمیه دوم در استرالیا»، Abna saytı, dərc: h.ş 1393 fərvərdin 11, müşahidə h.ş 1397 dey 24
- سوگواری ایام فاطمیه در مرکز اسلامی مرکز اسلامی هامبوگ» Mehr saytı, dərc: h.ş 1395 isfənd 14, müşahidə: h.ş 1397 dey 24
- «برنامه مراسم عزاداری فاطمیه دوم (۲۰۱۸) در شهرهای مهم اروپا» Abna saytı, dərc: h.ş 1396 bəhmən 28, müşahidə: h.ş 1397 dey 24