Zəhra (ləqəb)
Zəhra, (ərəbcə: الزهراء) Həzrət Fatimənin (s) ləqəblərindən biridir[1] və işıqlı bir ağlıq mənasını verir[2] ki, inci kimi parlayır.[3] Əllamə Məclisi, İmam Sadiqdən (ə) nəql olunan bir rəvayəti şərh edərkən, Həzrət Fatimənin (s) Zəhra ləqəbi ilə tanınmasının səbəbini onun mənəvi nur saçması ilə izah edir.[4] "Zəhra" və ya "Fatimətüz-Zəhra" adları, rəvayətlərdə və ziyarətnamələrdə Həzrət Fatimə (s) üçün işlədilən adlardandır. Şiə imamları da "Əbnau Fatimətiz-Zəhra" (Fatimənin övladları) olaraq məşhurlaşmışlar.[5]
Şiə rəvayətlərində Həzrət Fatimənin (s) Zəhra ləqəbi ilə adlandırılmasının müxtəlif dəlilləri göstərilmişdir: İmam Sadiqdən (ə) nəql edilən bir rəvayətə görə, Fatimə (s) Zəhra adlandırılmışdır, çünki onun çöhrəsi İmam Əlinin (ə) qarşısında nur saçırdı.[6] Digər rəvayətlərdə isə belə nəql edilir ki, Fatimə (s) ibadət üçün ayağa qalxdıqda, onun nuru səma əhlini işıqlandırırdı, necə ki, səma ulduzları yer əhlini işıqlandırır.[7] Həmçinin rəvayət olunmuşdur ki, Allah Fatiməni (s) Öz əzəmət nurundan yaratmış və onu yaratdığı zaman göylər və yer onun nuru ilə işıqlanmış, mələklərin gözləri qamaşmışdır.[8] Aişədən də Həzrət Fatimənin (s) çöhrəsinin nur saçması barədə bir rəvayət nəql edilmişdir.[9]
İmam Sadiqdən (ə) gələn bir rəvayətə görə, Həzrət Fatimənin (s) Allah yanında doqquz adı və ləqəbi vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyyə, Mühəddəsə və Zəhra.[10] Rəvayətlərə əsasən, Fatimənin (s) ad və ləqəblərinin seçilməsi onun fəzilətlərinə uyğun olmuşdur.[11]
Şiə rəvayət kitablarında Zəhra ləqəbi ilə bağlı xüsusi bölmələr ayrılmışdır. Məsələn, Şeyx Səduq "İləlüş-Şərayi"[12] adlı əsərinin bir fəslini, Əllamə Məclisi isə "Biharul-Ənvar"ın 43-cü cildinin bir hissəsini bu mövzuya həsr etmişdir.
İstinadlar
- ↑ Şeyx Səduq, Əl-Əmali, h.q 1417, s.74; Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.240; Məsudi, Əsrarul-Fatimiyyə, h.q 1420, s.409
- ↑ İbn Əsir, Ən-Nəhayətu fi ğəribil-hədis, زهر sözünün mənasında
- ↑ İbn Mənzur, Lisanul-ərəb, زهر sözünün mənasında
- ↑ Məclisi, Cəlaul-uyun, Tarixe çəhardəh məsum, h.ş 1380, s.162
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.180 və 297; c.98, s.345
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, s.179-181
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, s.181
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, s.180
- ↑ əl-Qərmani, Əl-Əxbarud-duvəli vəl-asarul-uvəli fit-tarix, Beyrut, c.1, s.256; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.19, s.10
- ↑ Şeyx Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.414
- ↑ Şeyx Səduq, Əl-Əmali, h.q 1417, s.74; Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.240; Məsudi, Əsrarul-Fatimiyyə, h.q 1420, s.409
- ↑ Şeyx Səduq, İləluş-şəraye, c.1, bab 143
Ədəbiyyat
- İbn Əsir, Əbus-Saadat, Ən-Nəhayətu fi ğəribil-hədis, İntəşəratul-məktəbətil-elmiyyə, Beyrut, m.1979
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Daru sadir, 1-ci çap, h.q 1414
- Şüştəri, Nurullah ibn Şərifuddin, İhqaqul-həqq, Qum, h.q 1409
- Şeyx Səduq, Məhəmməd ibn Əli, İləluş-şəraye, Təhqiq: Əli Əkbər Ğəffari, Came müdərrisin, Qum, h.ş 1362
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Qum, Əl-Besət müəssisəsi, h.q 1417
- Əl-Qərmani, Əhmıd ibn Yusif, Əl-Əxbarud-duvəli vəl-asarul-uvəli fit-tarix, Beyrut , Alimul-kutub
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Təhqiq: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1363
- Məclisi, Məhəmməd Baqir, Cəlaul-uyun, Tarixe çəhardəh məsum, Təhqiq: Seyyid Əli İmamiyan, Qum, Surur, h.ş 1380
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Məsudi, Məhəmməd Fazil, Əsrarul-Fatimiyyə, Təhqqi: Seyyid Adil Ələvi, əz-Zair müəssisəsi, h.q 1420