Həzrət İsanın (ə) qayıdışı
Həzrət İsanın (ə) qayıdışı (farsca: بازگشت حضرت عیسی) İmam Mehdinin (ə.f) zühuru dövrünün müəyyən hadisələrindən biridir. Müsəlmanlar və xristianlar Həzrət İsanın (ə) axır zamanda qayıdacağına inanırlar. Bu məsələ İncilin bir neçə yerində qeyd olunub və bəzi Quran təfsirçilərinin fikrincə, Quran bəzi ayələrində Həzrət İsanın (ə) axır zamanda qayıdışından bəhs edilir.
Şiə hədislərində İsanın (ə.s) qayıdışında məqsəd İmam Mehdiyə (ə.f) kömək etməsidir. Sünni mənbələrində gələn hədislərə görə, Həzrət İsa (ə) qayıtdıqdan sonra özünü İmam Mehdinin (ə.f) vəziri kimi təqdim edəcək. Şiə və sünni mənbələrində Həzrət İsanın (ə) qayıdış yeri kimi müxtəlif yerlər qeyd olunur ki, bunlar arasında Məkkə, Şam və Qüds də var.
Şiə və sünni Müstəfiz hədislərinə görə, Həzrət İsa (ə) qayıtdıqdan sonra 12-ci İmamın (ə.f) arxasında namaz qılacaq. Bəzi başqa hədislərdə Dəccalın öldürülməsi, Yəcuc və Məcucun öldürülməsi Həzrət İsaya (ə) nisbət verilmişdir. Bununla belə, Elm hövzəsi mühəqqiqlərindən olan Nəcəməddin Təbəsi hesab edir ki, Bəni-Üməyyə, Əhli-beytə (ə) nifrət bəslədikləri üçün bu məsələləri ona aid etməklə, İsa (ə)-ı vəd edilmiş Mehdi kimi göstərməyə çalışmışlar.
Həzrət İsanın (ə) qayıdışı haqqında kitablar və məqalələr yazılmışdır. Onların arasında Mirtağı Hüseyni Qorqaninin yazdığı “Məsihin enişi və vəd edilmiş zühur” kitabı və Məcid Yaqubzadənin yazdığı “Məsihin (ə) Məhdəvi dövlətindəki rolu” kitabı xüsusilə böyük əhəmiyyətə malikdir.
Əhəmiyyət və məqamı
Həzrət İsanın (ə) qayıdışı İmam Mehdinin (ə.f) zühuru dövrünün qəti hadisələrindən biridir.[1] Müsəlman alimlər Həzrət İsanın (ə) diri və ya ölü olması ilə bağlı həmfikir olmasalar da, əksəriyyət onun diri olduğuna inanırlar.[2] Zühur Əsri kitabında Əli Kuraninin dediyinə görə, Hz. İmam Zamanın (ə.f) zühuru dövründə Həzrət İsanın (ə) qayıdışı müsəlmanlar arasında yekdilliklə qəbul olunan bir məsələdir.[3]
Bəzi tədqiqatçılar hesab edirlər ki, müsəlmanlarla yanaşı, xristianlar arasında da bu məsələ yekdilliklə qəbul olunan bir məsələdir[4], lakin xristianlıqda İslamdan fərqli olaraq Həzrət İsa (ə) vəd edilmiş xilaskar kimi təqdim edilmişdir.[5]
Həzrət İsanın (ə) zühur zamanı[6] gələcəyi ilə bağlı sünni mənbələrində 28 hədis[7], şiə mənbələrində isə 30 hədis qeyd edilmişdir. “Əl-Mizan”ın müəllifi Məhəmməd Hüseyn Təbatəbai bu hədisləri müstəfiz hədislər hesab edir.[8]
Səmavi kitablarda Həzrət İsanın (ə) qayıdışına istinad
Bir sıra təfsirçilər “Ali-İmran” surəsinin 46-cı və “Nisa” surəsinin 159-cu ayələrini Həzrət İsanın (ə) zühur zamanı qayıdacağına tətbiq etmişlər. İncilin müxtəlif hissələrində açıq şəkildə ifadə edildiyi kimi:
Ali İmran surəsi, 46-cı ayə
"Nümunə" təfsirinin müəllifi Nasir Məkarim Şirazinin dediyinə görə
"O, beşikdə və orta yaşlarında insanlarla danışacaq; Və o, layiqlilərdəndir." ayəsi bir növ Həzrət İsanın (ə) qayıdışının xəbərçisi ola bilər.[9] «کَهْل» kəliməsi Ərəb dilində orta yaşlı kişi mənasında istifadə olunur.[10] Digər tərəfdən, İsanın (ə) 32[11] və ya 33 yaşında asimana yüksəldiyi deyilir.[12] İmam Sadiqin (ə) bir hədisində o həzrətin 33 yaşında (ə) asimana yüksəldiyi qeyd olunur.[13]Deməli, Həzrət İsa (ə) səmaya qalxana qədər orta yaşa çatmamışdı. Bu səbəbdən də onun orta yaşı gələcəkdə və rəvayətlərə əsasən Əsrin İmamının (ə.f) zühur etdiyi vaxtda gerçəkləşəcəkdir.[14]
Bəzi tədqiqatçılara görə, Həzrət İsanın (ə) iki mühüm məqamda danışması çox vacib bir məsələdir:
- Anası Məryəmin abrı təhlükədə olanda və o, anasını haqsız böhtandan təmizləmək istəyəndə.
- Mehdi (ə.f) zühur etdikdə və İsa (ə) Kitab əhlini ona tabe olmağa çağırdıqda.[15]
Nisa surəsi, 159-cu ayə
Şiə təfsirçilərindən olan Məhəmməd Hüseyn Təbatəbai və Məhəmməd Sadiqi Tehraniyə görə
"Kitab əhlindən elə bir nəfər yoxdur ki, ölümündən qabaq ona iman gətirməsin. O da Qiyamət günü onlara şahid olacaqdır."[16] ayəsindən bunu başa düşmək olar ki, Həzrət İsanın (ə) ölümündən əvvəl bütün kitab əhli ona iman gətirəcək, yəhudilər onun peyğəmbərliyini qəbul edəcək və xristianlar isə onun uluhiyyətinə inanmağı dayandıracaqlar. Çünki Məsih (ə) İmam Zaman (ə.f) zühuru zamanı qayıdaraq onun arxasında namaz qılacaq və bu, kitab əhlinin iman gətirməyinə səbəb olacaqdır.[17] İmam Baqirin (ə) bir hədisində də bu ayə Həzrət İsanın (ə) qayıdışına şamil edilmişdir.[18]
İncildə
Həzrət İsanın (ə) qayıdışı İncildə "second coming" (qayıdış/ikinci zühur) ünvanı ilə məşhurdur.[19] İncilin bəzi yerlərində onun qayıdışından bəhs edilir.[20] Bəzi tədqiqatçıların fikrincə, İsanın qayıdışı mövzusu İncildə üç yüz dəfədən çox və bir neçə tam fəsildə (məsələn, Matta İncili 24 və 25-ci fəsillər və Mark İncili, 13-cü fəsil) xatırlanır.[21] İncil araşdırmalarına əsaslanaraq xristianlar inanırlar ki, Məsih axır zamanda qayıdacaq, xilas planını tamamlayacaq və o zaman nə müharibə, nə də qətliam olmadan dünyada tam əmin-amanlıq bərqərar olacaq.[22] Dünyada zülmün hökm sürməsi, müxtəlif yerlərdə aclıq və zəlzələlərin baş verməsi, günəşin və ayın qaralması, Dəccal İncildə Həzrət İsanın (ə) qayıdışının əlamətləri kimi təqdim edilmişdir.[23]
Qayıdış zamanı və məkanı
İmam Sadiqin (ə) bir hədisində Şam Həzrət İsanın (ə) qayıdış yeri kimi göstərilmişdir.[24] Lakin Məhəmməd Təqi Məclisi “Ləvame Sahib-e-Qarani” kitabında onun qayıdış yerini Məkkə olaraq tanıtmışdır.[25] Sünnilərin hədislərində qayıdış yeri olaraq müxtəlif yerlər təqdim edilmişdir ki, bunlar arasında Qüds[26] və Şamın şərq hissəsindəki Ağ Körpünü qeyd edə bilərik.[27]
Hədislərdə Həzrət İsanın (ə) qayıdış vaxtı dəqiq göstərilməmişdir, lakin bəzi tədqiqatçılar bu hadisənin İmam Mehdinin (ə.f) zühurunun əvvəlində baş verəcəyi fikrini irəli sürmüşlər.[28] Hicri 6-cı əsrin təfsirçilərindən olan Əbulfətuh Razi və Təbərsi, Zuxruf surəsinin 61-ci ayəsinin [qeyd] 1] Həzrət İsaya (ə) şamil olduğunu, Məsihin (ə.s) qayıdışının Qiyamətin bərqərar olmasının şərtlərindən və əlamətlərindən biri olduğuna inanırlar. Buna görə də Həzrət İsanın (ə) zühuru qiyamətdən əvvəl gerçəkləşəcəkdir.[29] Sünnilərin bəzi hədislərində də görünən bu təfsir,[30] Həzrət İsanın (ə) zühur zamanı qayıdışına şamil edilir. Çünki İmam Mehdinin (ə.f)[31] zühuru da axır zamanda baş tutacaq.[32]
Həzrət İsanın (ə) qayıdışdan sonra atacağı addımlar
İmam Sadiqdən (ə) nəql edilən hədisə əsasən, İsanın (ə) qayıdışında məqsəd İmam Mehdiyə (ə) kömək etməkdir.[33] Bəzi hədislərdə Həzrət İsa (ə) İmam Əsrin (ə) xəzinəçisi kimi təqdim edilib.[34] Sünni mənbələrində qeyd edilən hədislərdən birində Həzrət İsa (ə) özünü İmam Əsrin (ə) vəziri kimi təqdim edir[35], hansı ki, qəzavət işlərin öz öhdəsinə götürəcək.[36]
“Səhih-Buxari”də gələn bir hədisə görə, İsa (ə) qayıtdıqdan sonra xaçpərəstlərin xaçını sındıracaq, donuzu öldürəcək (donuz əti yeməyin haram olmasına işarə)[37], xristianlara cizyə təyin edəcək və onun gəlişi ilə insanlar o qədər ehtiyacsız olacaq ki, heç kim pul qəbul etməyəcək.[38] Həmçinin şiə və sünni mənbələrində gələn hədislərə görə Həzrət İsa (ə) qayıdışı zamanı aşağıdakı işləri görəcək:
İmam Zamanın (ə.f) arxasında namaz qılmaq
Bir sıra şiə və sünni hədislərinə görə İsa (ə) İmam Zamanın (ə) arxasında namaz qılacaq.[39] Bəzi tədqiqatçılara görə, şiə hədis mənbələrində İsanın (ə) İmam Mehdinin(ə) arxasında namaz qılması ilə bağlı on dörd hədis qeyd edilmişdir.[40] Həzrət İsanın (ə) dövrün İmamının (ə.f) arxasında namaz qılması ilə bağlı olan hədislərdə başqa məqamlara açıq-aşkar toxunulmasına baxmayaraq,[41] bu barədə gələn hədislərin məzmunundan istifadə edərək tədqiqatçılar aşağıdakı bəzi məqamlara toxunmuşlar:
- İmam Mehdinin (ə) siyasi və dini hakimiyyətinin açıq şəkildə qeyd olunması[42]
- Xristianların İmam Zamana (ə,f) tabe olması və İslamı qəbul etməsi[43]
- Əli Kuraniyə görə, Rumlular (xristianlar) İmam Zamanla (ə.s) əhd-peymanlarını pozacaq və Həzrət İsa (ə) da İmam Əsrin (ə.f) arxasında namaz qılmaqla onların əleyhinə mövqe tutacaqdır.[44]
Dəccalın qətli
Əsas məqalə: Dəccal
İmam Sadiqin (ə) hədisinə əsasən, Dəccalı İsa (ə) öldürəcək.[45] “Elzamun nasib” kitabında qeyd olunan hədisə görə, İmam Zaman (ə.f) ordusunun komandanlığını Məsihə (ə) tapşıracaq və onun Dəccalı Hicaz torpaqlarında öldürəcəyi bildirirlir.[46]
Dəccalın Məsihin (ə) əli ilə öldürülməsi xəbər sünni mənbələrində qeyd olunan hədislərdə də gəlmişdir.[47] Həmçinin bəzi şiə mənbələrində gələn hədislərdə Dəccalın öldürülməsi məsələsi İmam Mehdiyə (ə.s) nisbət verilmişdir.[48]
Tədqiqatçılar hesab edirlər ki, Dəccalın Məsihin (ə) əli ilə öldürülməsi onun İmam Mehdinin (ə.f) əli ilə öldürülməsi ilə ziddiyyət təşkil etmir. Çünki İsa (ə) İmam Mehdinin (ə.f) əmri ilə Dəccalı öldürəcək. Bu səbəbdən onun qətlini onların hər ikisinə aid etmək olar.[49] Sünni mənbələrində gələn bir hədisə görə, İsa (ə) Fələstində İmam Zamana (ə.s) Dəccalı öldürməkdə kömək edəcək.[50]
Yəcuc və Məcucun öldürülməsi
Şiə təfsirçilərindən Əli ibn İbrahim Qumi və Təbərsinin dediyinə görə, “Ənbiyyə” surəsinin 96-cı ayəsində Allah Yəcuc və Məcucun çıxışını və onların tüğyan edəcəyini axır zaman hadisələrindən biri kimi elan etmişdir.[51] Əhdi-Qədim və Əhdi-Cədiddə də onların axır zamanda ortaya çıxacağından bəhs edilir.[52] Sünni mənbələrində gələn hədislərdə Yəcuc və Məcucun İsa (ə) tərəfindən öldürüləcəyi bildirilmişdir.[53]
Əməvilər tərəfindən İsanın (ə) Mehdi kimi təqdim edilməsi
Elm hövzəsi alimlərindən olan Nəcməddin Təbəsi hesab edir ki, Həzrət İsanın (ə) axır zamanda qayıdışı qəti məsələ olsa da, Əməvilər Əhli-beyt (ə) ilə düşmənçilik etdikləri üçün, "لا مهدی الّا عیسی بن مریم" “İsa ibn Məryəmdən başqa Mehdi yoxdur."[54] və buna bənzər[55] hədislər uyduraraq, axır zamanda zühur edəcək olan Mehdinin (ə.f) Əhli-beytə (ə) nisbət verilməsini inkar etməyə və İsanı (ə) həmin Mehdi kimi göstərməyə çalışmışlar.[56]
Təbəsinin fikrincə, Əməvilər axır zamanda baş verəcək hadisələrdə əsas rolu İmam Mehdidən (ə.f) alaraq, Həzrət İsanı (ə) zühur hadisələrinin əsas qəhrəmanı kimi tanıtmağa çalışırdılar və buna görə də Dəccalın və Yəcuc və Məcucun öldürülməsi məsələsini İsaya (ə) aid edirdilər. Necə ki onun qayıdış məkanını Məkkə yerinə Beytül-Müqəddəs olaraq qələmə verirdilər.[57]
Monoqrafiya
İsanın (ə) qayıdışı mövzusunda müxtəlif kitablar yazılmışdır, o cümlədən bu kitablar:
- "Məsihin enişi və vəd edilmişin zühuru": Bu kitab Mirtağı Hüseyni Qorqani tərəfindən yazılmış və 2013-cü ildə Bostane Ketabe Qum nəşriyyatı tərəfindən nəşr edilmişdir.[58]
- "Məhdəvi hökumətində Həzrət Məsihin (ə) rolu": Məcid Yaqubzadə bu əsəri dörd fəsildə tədvin edərək 2018-ci ildə nəşrə vermişdir.[59]
- "Məryəm oğlu İsanın axır zamanda enməsi": Bu kitab hicri 10-cu əsrin sünni alimlərindən Cəlaləddin Siyuti tərəfindən yazılmışdır. Bu kitab hicri 1405-ci ildə Darul-Kutubul- Elmiyyə Beyrut tərəfindən nəşr edilmişdir.[60]
İstinadlar
- ↑ Qəzvini, İmam Mehdi (ə.f) əz viladət ta zühur, h.ş 1387, s.678
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.568
- ↑ Kurani, Əsruz-zuhur, h.q 1430, s.245
- ↑ Nəsiri, Mənsuri, https://www.noormags.ir/view/fa/articlepage/1223697 «کیفیت سنجی و تحلیل کارآمدی بازگشت عیسی(ع) از منظر عهدین و منابع اسلامی»], s.252
- ↑ ƏqlidiNejad, «آخرین نبرد در آخرالزمان», s.74
- ↑ «بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع)», s.116
- ↑ Kurani və başqaları, Mucəmul-əhadis Əl-İmam Mehdi (ə), h.q 1428, c.2, s.399-493
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.144
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.550
- ↑ Fərahidi, Əl-Eyn, h.q 1410, "Kəhl" sözünün açıqlaması; İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, "Kəhl" sözünün açıqlaması
- ↑ Təbəri, Tarixul-təbəri, h.q 1387, c.1, s.585
- ↑ İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.2, s.95
- ↑ Qummi, Təfsirul-Qummi,h.ş 1363, c.2, s.270
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.749; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.550
- ↑ «بررسی و تبیین نقش عیسی(ع) در دوران پس از ظهور امام زمانع», s.103
- ↑ Nisa surəsi, ayə 159
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.5, s.134-135; Sadiqi Tehrani, Əl-Furqan fi təfsiril-Quran, h.ş 1365, c.7, s.439
- ↑ Qummi, Təfsirul-Qummi, h.ş 1363, c.1, s.158
- ↑ https://www.tasnimnews.com/fa/news/1397/10/04/1906377 «بازگشت عیسی(ع) در آخرالزمان باور مشترک مسلمانان و مسیحیان»، خبرگزاری تسنیم.], Təsnim saytı
- ↑ Müqəddəs kitab, Luqa kitabı, bab 13, ayə 35; Yuhanna kitabı, bab 14, ayə 3; Əmal Rəsulan, bab 1, ayə 11, bab 2, ayə 31; Name be İbraniyyan, bab 9, ayə 28
- ↑ Əsğəri, Axirəz-Zəman, s.29
- ↑ Əsğəri, Axirəz-Zəman, s.29
- ↑ Əsğəri, Axirəz-Zəman, s. 29
- ↑ Qummi, Təfsirul-Qummi, h.ş 1363, c.2, s.270 və 271
- ↑ Məhəmməd Təqi Məclisi, Ləvame Sahib-e-Qarani. h.q 1414, c.3, s.285
- ↑ İbn Hummad, Əl-Fitən, h.q 1423, s.381
- ↑ İbn Hummad, Əl-Fitən, h.q 1423, s.386
- ↑ «بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع)», s.118
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.9, s.82; Əbül-Futuh Razi, Rəvzul-cinan və ruhul-cinan, h.q 1408, c.17, s.181
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.3, s.136; Nişaburi, Səhih-Muslim, c.4, s.2221
- ↑ Alusi, ruhul-məani, h.q 1415, c.13, s.95
- ↑ «بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع)», s.114-115
- ↑ Səduq, Əl-Əmali, h.ş 1376, s.218
- ↑ Bəhrani, ilyətul-əbrar, h.q 1411, c.6, s.429
- ↑ İbn Hummad, Əl-Fitən, h.q 1423, s.387
- ↑ Səhih-Muslim, c.1, s.135
- ↑ Əsqəlani, Fəthul-bari, h.q 1379, c.4, s.414
- ↑ Buxari, Səhih-Buxari, h.q 1422, c.3, s.136
- ↑ Muhəmmədi Reyşəhri və başqaları, Daneşname İmam Mehdi (ə) və paye Quran, Hədis və Tarix, h.ş 1393, c.9, s.13-26
- ↑ «بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع)», İmam Zamanın (ə) zühurundan sonrakı dövrdə İsanın (ə) enişinin rolunun araşdırılması və izahı, s.117
- ↑ بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع), s.114-116
- ↑ «بررسی پیشبینیهای قرآن و حدیث درباره مهدی(عج) و مسیح(ع)، توافق یا تقابل», s.283
- ↑ Kargər, Məhdəviyyət, h.ş 1388, s.70 və 71
- ↑ Kurani, Əsruz-zuhur, h.q 1430, s.247
- ↑ Qummi, Təfsirul-Qummi, h.ş 1363, c.2, s.271
- ↑ Hairi Yəzdi, İlzamun-nasib, h.q 1403, c.2, s.171 və 172
- ↑ Muslim, Səhih Muslim, Daru ehyait-terasil-ərəbi, c.4, s.2258
- ↑ Şeyx Səduq, Kəmauld-din, h.q 1395, c.2, s.336
- ↑ Kargər, Məhdəviyyət, h.ş 1388, s.70 və 71
- ↑ Siyuti, Əl-Havi lil-fətava, h.q 1424, c.2, s.103
- ↑ Qummi, Təfsirul-Qummi, h.ş 1363, c.2, s.76; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.101
- ↑ Əhdi-Qədim, Həzəkiəl nəbi, bab 38, fəqərə, 2 və 3; Əhdi Cədid, Mokaşife Yuhenna, bab 20, fəqərə 7-9
- ↑ İbn Əsakir, Tarixi Dəməşq, h.q 1415, c.1, s.228; İbn Həcər, Əl-Qovlul-muxtəsər, h.q 1427, s.94
- ↑ İbn Macə, Sunənu ibn Macə, h.q 1419, c.4, s.639
- ↑ İbn Hummad, Əl-Fitən, h.q 1423, s.265
- ↑ Təbəsi, «درس مهدویت»
- ↑ Təbəsi,«درس مهدویت»
- ↑ Hüseyni Qorqani, Məsihin enişi və vəd edilmişin zühuru, h.ş 1390
- ↑ Məcid Yaqubzadə, Məhdəvi hökumətində Həzrət Məsihin (ə) rolu, h.ş 1390
- ↑ Siyuti, Məryəm oğlu İsanın axır zamanda enməsi
Ədəbiyyat
- Alusi, Seyyid Mahmud, ruhul-məani fi təfsiril-Quranil-Əzim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
- Əbul-Futuh Razi, Hüseyn ibn Əli, Rəvzul-cinan və ruhul-cinan, Məşhəd, Bunyade pejuheşhaye İslami Astane Qodse Rəzəvi, h.q 1408
- İbn Hummad, Nəim, Əl-Fitən, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1423
- İbn Əsakir, Əli ibn Həsən, Dəməşq tarixi, Darul-fikr, h.q 1415
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyru, Darul-fikr, h.q 1407
- İbn Mace, Muhəmməd ibn Yəzid, Sunənu İbn Mace, Beyrut, Darul-mərifə, h.q 1419
- İbn Mənzur, Muhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darus-Sadir, h.q 1414
- Əsğəri, Muhəmməd Cəvad, Axirəz-zəman, Dər daneşname kəlame İslami, Qum, İmam Sadiq (ə) müəssisəsi
- Əl-Kitabul-Muqəddəs, Tərcümə: Basim, Beyrut, Darul-məşriq, m.1988
- Bəhrani, Seyyid Haşim ibn Süleyman, Hilyətul-əbrar fi əhvali Muhəmməd və Alihil-Əthar, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1411
- Buxari, Muhəmməd ibn İsmail, Səhih-Buxari, Beyrut, h.q 1422
- Hüseyni Qorqani, Mir Təqi, Nuzele Məsih və zuhure məvud, Qum, Bustane kitab, h.ş 1390
- Syuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Nuzulu İsa ibni Məryəm Axirəz-Zəman, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1405
- Syuti, Əbdür-Rəhman ibn Əbi Bəkr, Əl-Havi lil-fətava, Beyrut, Darul-fikr, h.q 1424
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və təmamun-nimə, Tehran, İslamiyyə, h.q 1395
- Sadiqi Tehrani, Muhəmməd, Əl-Furqan fi təfsiril-Quran, Qum, Enteşarate Fərhənge İslami, h.ş 1365
- Səduq, Muhəmməd ibn Əli, Əl-Əmali, Tehran, Ketabçi, h.ş 1376
- Təbatəbai, Muhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, Dəftəre enteşarate İslami, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Enteşarate Nasir Xosrov, h.ş 1372
- Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-Təbəri, Beyrut, Darut-teras, h.q 1387
- Əsqəlani, İbn Həcər, Fəthul-bari, Beyrut, Darul-mərifə, h.q 1379
- Fərahidi, Xəlil ibn Əhməd, Əl-Eyn, Qum, Darul-həcərə, h.q 1410
- Qəzvini, Muhəmməd Kazim, İmam Mehdi (ə.f) əz viladət ta zuhur, Qum, Nəşrul-Hadi, h.ş 1387
- Qummi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Qum, Darul-kutub, h.ş 1363
- Kargər, Rəhim, Məhdəviyyət, Qum, Dəftəre nəşre məarif, h.ş 1388
- Kurani, Əli və digərləri, Mucəmul-əhadisil-İmamil-Mehdi (ə), Qum, Enteşarate Məscide Muqəddəse Cəmkəran, h.q 1428
- Birinci Məclisi, Muhəmməd Təqi, Ləvame Sahib-e-Qarani, Qum, Muəssisə İsmailiyyan, h.q 1414
- Muhəmməd Reyşəhri, Muhəmməd və digərləri, Daneşname İmam Mehdi (ə) bər paye Quran, Hədis və Tarix, Qum, Darul-Hədis, h.ş 1393
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374
- Nişaburi, Səhih-Musli, Beyrut, Daru ehyait-terasil-ərəbi
- Yaqubzad, Məcid, Nəqşe Həzrət Məsih (ə) dər dovləte Məhdəvi, Tehran, h.ş 1398
- «بازگشت عیسی(ع) در آخرالزمان باور مشترک مسلمانان و مسیحیان», Təsnim saytı
- Səid, «بررسی و تبیین نقش حضرت عیسی(ع) در دوران پس از ظهور امام زمان(ع)», ensani.ir saytı
- Cəvahiri, Muhəmməd Rza, «بررسی پیشبینیهای قرآن و حدیث درباره مهدی(عج) و مسیح(ع)، توافق یا تقابل»
- Təbərsi, Nəcmud-din, «درس مهدویت», eshia.ir saytı
- Nəsiri, Mənsuri, «کیفیت سنجی و تحلیل کارآمدی بازگشت عیسی(ع) از منظر عهدین و منابع اسلامی», ensani.ir saytı