Həzrət Fatimənin (ə) evinə hücum

wikishia saytından
(Həzrət Zəhranın (ə) evinə hücum səhifəsindən yönləndirilmişdir)
Həzrət Fatimənin (ə) evinə hücum
ZamanH.q 11
DövrəƏbubəkrin xilafəti
MəkanMədinə - Həzrət Fatimənin (ə) evi
SəbəbƏbubəkrə beyət etməyən bəzi səhabələr, o cümlədən Həzrət Fatimənin (ə) ev əhli.
HədəflərƏlidən (ə) Əbubəkr üçün beyət almaq
SəbəbkarlarÖmər ibn Xəttab, Əbdür-Rəhman ibn Ovf və s.
ZərərlərFatimənin (ə) evinin yandırılması, Möhsünün və Həzrət Fatimənin (ə) şəhadəti.
ƏlaqəliBəni-Haşim məhəlləsi, Həzrət Fatimənin (ə) şəhadəti, Həzrət Zəhranın (ə) dəfni


Həzrət Fatimənin (s.ə) evinə hücum hadisəsi (ərəbcə: واقعة الهجوم على بيت الزهراء عليها السلام), Ömər ibn Xəttab və onun tərəfdarlarının peyğəmbərin (s) qızı həzrət Fatimənin (s.ə) evinin qarşısında hazır olmaları, həzrət Əlini (ə) və evdə olan digər şəxslərin, Əbu Bəkrlə beyət etmək məqsədilə olmasına işarədir. ŞiəSünnü mənbələrinə əsasən, peyğəmbərin (s) vəfatından sonra (hicrətin 11-ci ili Səfər ayının 28-i) baş verən bu hadisədə, Ömər ibn Xəttab təhdidi əsasında olmuşdur ki, əgər evdə olanlar evdən çıxmasalar, evi yandıracaq.

Şiənin birinci mərhələ sayılan tarixi kitablarından sayılan, “İsbatul vəsiyyət”, “Səlim ibn Qeysin kitabı və Əyyaşi təfsirində gəlmişdir ki, bu hadisədə evin qapısı yandırılaraq sındırıldı, Fatimənin (s.ə) uşağı (Möhsün) siqt oldu və bundan bir neçə müddət sonra Fatimeyi Zəhra (s.ə) şəhid oldu. Əhli Sünnə mənbələri qapının yandırılmasını və Fatimeyi Zəhranın (s.ə) yaralanmasını inkar edərək bu hadisəni nəql edən raviləri (şəxsləri) rafizi (kafir) olmaqda təqsirləndirirlər.

Bu hadisənin baş vermə səbəbləri barədə yazırlar, Əbu Bəkr imam Əlidən (ə) beyətin alınmasına ehitiyacı var idi ki, bu vasitəylə xilafət postunu mökmələndirsin. İslam tarixi tədqiqatçısı, Məhəmməd Hadi Ğərəvinin dediklərinə əsasən, bu hadisə, peyğəmbərin (s) vəfatından təxminən 50 gün sonra baş vermişdir.

“Əl-imamət və əl-sünnə” və “Səlim”-in kitablarının yazdıqlarına əsasən, Əbu BəkrÖmərin Fatimeyi Zəhra (s.ə) ilə olan gorüşlərində, həzrət Zəhra (s.ə) “Bəzətu” hədisini xatırladaraq, Allahı şahid tutur ki, bu iki nəfər ona əziyyət verib qəzəbləndirmişlər. Əhli Sünnə mənbələrində, Əbu Bəkrdən nəql olunmuşdur ki, ömrünün son anlarında dedi: Ey kaş Fatimənin evinə girməyi əmr etməzdim.

Mövqe və əhəmiyyət

Əyyami Fatimiyyədə şiələrin əzadarlığı

Səqifə hadisəsindən sonra Fatimeyi Zəhranın (s.ə) evinə hücum edilməsi macərası, bu məqsədlə olmuşdur ki, Əbu Bəkrin xilafəti üçün həzrət Əlidən (ə) beyət alınsın;[1] lakin bu bu hadisə həzrət Zəhranın (s.ə) şəhadətilə nəticələnərək[2] Şiə və Sünnü arasında təsir qoyan əsas amilə çevrilmişdir. Şiə məzhəbinin ən qədim tarixi mənbələrdə o cümlədən “Səlimin kitabı”, “İsbatul vəsiyyət”, “Əyyaşi təfsiri”və “Dəlailul imamət” kitablaırında, Fatimeyi Zəhranın (s.ə) evinə hücum hadisəsi və onun təfərrüatı haqqında xəbərlər verilmişdir.[3] Bütün bunların qarşılığında, Əhli Sünnə mənbələri, həzrət Zəhranın (s.ə) evinin yandırılması və Möhsünün siqt olunmasını inkar edərək bu haidisəni nəql edən raviləri rafizi (kafir) və yalançı sayırlar.[4]

Şiələr, həzrət Zəhranın (s.ə) hər il şəhadət gününü ki, “Fatimiyyə günləri” adlandırırlar, əzadarlıq edirlər.[5]


Həzrət Fatimənin (s.ə) evi və əhlinin məqamı

ŞiəSünnü rəvayətlərində gəlmişdir ki, Allahın rəsulu (s) həzrət Fatimə (s.ə) ilə imam Əlinin (ə) evini ən yaxşı evlərdən biri olduğunu bildirmişdir; Qurani-Kərimin bu ayəsində buyurur: “Allahın tikilib ucaldılmaısına və öz adının zikr edilməsinə izin verdiyi o evlərdir ki, orada səhər-axşam onu təqdis edib şəninə təriflər deyərlər.”[6]

Şiə və Sünnü mənbələrində, Qurani-Kərimin bir neçə ayələrinin şəni-nuzulu həzrət Zəhranın (s.ə) evinin əhli ilə imam Əli (ə), Fatimeyi Zəhra (s.ə), imam Həsən (ə)imam Hüseyn (ə) əlaqədar olduğu bildirilmişdir; o cümlədən Təam[7]Təthir ayələri.[8]

Şərait və Amillər

Peyğəmbərin (s) vəfatından sonra, Ənsarmühacirlərdən ibarət bir dəstə, Bəni Saidə Səqifəsində bir araya gələrək, Əbu Bəkrin xəlifə olacağı barədə müvafiqət edib onunla beyət etdilər.[9] İbn Kəsirin dediklərinə əsasən, Əbu Bəkrlə beyət, peyğəmbərin (s) dəfn mərasindən öncə həyata keçirilmişdir;[10] o saatlarda ki, imam Əli (ə) peyğəmbərin (s) dəfn işləri ilə məşqul idi.[11]

Allahın rəsulu (s) hicrətin onuncu ili Zilhiccə ayının 18-i sonuncu həccindən qayıtdığı zaman, Əli ibn Əbi Talibi (ə) öz canişini olaraq elan etmişdi və Ömər ibn Xəttab,[12] o gün imam Əlini (ə) təbrik edənlər sırasında idi.[13]

“Təşyi dər məsir Tarix” kitabının müəllifi, Hüseyn Məhəmməd Cəfərinin sözlərinə əsasən, Əbu Bəkrlə Ömər, imam Əli (ə) və tərəfdarlarının ciddi reaksiya verəcəklərindən qorxuduqları üçün, onlardan beyət etmələrini istədilər; amma onların bu işdən boyun qaçırdıqlarını gördükdə, güç tətbiqindən istifadə etdilər.[14]

Hadisənin təfsilatı

Hicrətin ücüncü əsr tarixçisi Yəqubinin sözləirinə əsasən, Bəni Saidə Səqifəsi hadisəsində, səhabələrdən bəziləri o cümlədən Abbas ibn Əbdul Müttəlib, Fəzl ibn Abbas, Salman Farsi, Əbuzər Ğəffari, Əmmar YasirBərra ibn Azib kimi şəxslər, Əbu Bəkrlə beyət etməkdən boyun qaçırdılar.[15] Hicrətin onbeşinci əsr tarixçisi Seyyid Mürtəza Əskərinin dediklərinə ögörə, Əbu Bəkrlə beyət etməyən həmin şəxslər, imam Əli (ə) ilə birlikdə. Fatimənin (ə) evində qapı arxasında qaldıqlarını bildirir.[16] Təbəri isə, Təlhə ilə Zübeyrin də onlarla birlikdə olduqlarını yazır.[17]


Əbu Bəkrin, həzrət Əli (ə) və tərəfdarlarından beyət alınması haqda göstərişi

Əbu Bəkr, beyət aldıqdan sonra, səhabələrdən beyət etməyənlərin sorağına düşdü.[18] İbn Qüteybiyyəyə nisbət verilən “Əl-imamət və əl-siyasət” kitabının yazdıqlarına əsasən, Əbu Bəkr dörd dəfə Ömərlə Qunfuzu Fatimənin (s.ə) evinə göndərdi ki, həzrəti Əli (ə) ilə birlikdə onun evində olanları beyət etməyə gətirsinlər.[19] Bu nəqlə əsasən, birinci dəfə, həzrət Əlidən (ə) başqa, evdə olanlar hamısı Ömərin təhdidlərindən qorxaraq evdən çıxıb beyət etdilər; imam Əli (ə) and içmişdi ki, Quranı toplayıb sona çatdırmayınca evdən çıxmayacaq. Əbu Bəkr ikinci və üçüncü dəfə də Qunfuzu Fatimənin (s.ə) evinə göndərdi, lakin yenə də mənfi cavab eşitdi. Dördüncü dəfə isə Ömər bir dəstə ilə Fətimənin (s.ə) evinə gedərək, həzrət Əlini (ə) evdən çıxarıb Əbu Bəkrin yanına apardılar.[20] İslam və Şiə tarixi tədqiqatçısı, Məhəmməd Hadi Yusifi Ğərəvinin yazdıqlarına əsasən, Əbu Bəkr üç dəfə həzrət Əlinin (ə) evinə adam gönədərib beyət etməsini istədi; birinci və ikinci dəfə imam onları qaytardı; üçüncü dəfə isə xəlifə və tərəfdarları daha təziyq göstərərək işləirində israrlı oldular.[21]

Şeyx Mofidə mənsub olan “Əl-ixtisas” kitabında gəlmişdir, imam Əlini (ə) məscidə doğru apardıqları zaman, Zübeyr də Fatimənin (s.ə) evində olanlar sırasında idi, o qılınc çəkərək dedi: Ey Əbdul Müttəlib övladları! Siz həqiqətən dirisiniz Əliylə (ə) bu cür rəftar olunur?! O, Ömərə tərəf hücum etdi, amma Xalid ibn Vəlid kənardan daşla vuraraq qılıncını əlindən saldı. Ömər qılıncı götürüb daşa vurduqundan qılınc sındı.[22] Hicrətin üçüncü əsr tarixçi yazarı, Təbərinin fikrincə, Zübeyr, Fatimənin (s.ə) evindən çıxarkən ayağı sürüşdü və qılıncı əlindən düşmüşdür.[23]

Bundan sonra idi ki, Əlini (ə) Əbu Bəkrin yanına apardılar və burada idi həzrəti Əlini (ə) təhdid etdilər, əgər beyət etməsə boynu vurulacaq.[24] Səlimin kitabında gəlmişdir, imam Əli (ə) o şəxslərlə münazirə edərək, peyğəmbərin (s) Qədir-Xum hadisəsində və digər yerlərdə özünün canişin olduğunu bildirən kəlamlarını olanlara xatırladı, lakin Əbu Bəkr dedi: Peyğəmbərdən eşitmişəm, nübuvvətxilafət onun əhli beytinə məxsus deyildir.[25]

Şeyx Mofidin dediklərinə görə, imam Əli (ə) səqifə günü Əbu Bəkrlə beyət etmədi, lakin sonralar onunla beyət etdi ya xeyr, müxtəlif nəzəriyyələr vardır; o cümlədən deylənlərə görə qırx gün və ya altı ay sonra və yaxud da Fatimeyi Zəhranın (s.ə) şəhadətindən sonra beyət etdi. Şeyx Mofidin nəzəri budur ki, imam Əli (ə) heç vaxt onunla beyət etməmişidir.[26]

Bir rəvayətə əsasən, əgər Əli (ə) beyət etməsə boynu vurulacaq; peyğəmbərin əmisi Abbas, Əlini (ə) nicat vermək üçün əlindən tutub Əbu Bəkrin əlinə sürtdü, odur ki, onlar həzrət Əlidən (ə) uzaq durdular,[27] amma “Əl-imamət və əl-siyasət” kitabının dediklərinə görə, Əbu Bəkr dedi, nə qədər ki, Fatimə (s.ə) Əlinin (ə) kənarındadır, onu beyət etməyə məcbur etməyəcəm.[28]

Fatimeyi Zəhranın (s.ə) reaksiyası

Əbu Bəkrin nümayəndələri birinci dəfə həzrət Əlini (ə) və tərəfdarlarını aparmaq üçün Fatimənin (s.ə) evinə getdiklərində, həzrət Fatimə (s.ə) qapının arxasına gəlib onlara dedi: “Mən sizdən pis heç bir qövm tanımıram; siz Allahın rəsulunun (s) cənazəsini bizim qarşımızda buraxıb (xilafət barəsində) öz qərarınızı verdiniz, bizim nəzərimizi soruşmayıb öz haqqımızı öz ixtiyarımıza vermədiniz”.[29]

Dördüncü dəfə, Ömər, Əlini (ə) aparmaq üçün getdiyində, Fatimə (s.ə) fəryad etdi: “Ey ata! Ey Allahın rəsulu! Biz səndən sonra Xəttabın və Əbu Qəhhatənin oğlanlarının əlindən nələr çəkdik!” Ömər ilə gələnlərdən bəziləri bu sözlərdən təsirlənərək geri qayıtdılar.[30]

Yəqubinin dediklərinə əsasən, Fatimə (s.ə), onun evinə zor gücü ilə giərənlərə üz tutub dedi: “And olsun Allaha əgər evi tərk etməsəz, sizdən Allaha şikayət edəcəm” həzrət Zəhranın (s.ə) bu sözünü eşitdiklərində hamı bir nəfər kimi evi tərk etdilər.[31] Əbu Bəkr Cövhəri (vəfat 323 h.q) “Əl-Səqifə və əl-Fədək” kitabında yazır, o vaxt ki, Əbu Bəkr imam Əlini (ə) zor gücü ilə evindən çıxartdı, Fatimə (s.ə) qapının kənarına yaxınlaşıb, Əbu Bəkrə xitab eədərək dedi: “Peyğəmbər əhli- beytinə nə tez hücum etdiniz! And olsun Allaha, Allaha qovuşana kimi Ömərlə bir daha danışmayacam”.[32] Bu rəvayətə əsaəsən, Əbu Bəkr sonralar həzrət Fatimənin (s.ə) hüzuruna gedib Ömərin bağışlanmasını istədi və həzrət Zəhra (s.ə) da onu bağışladı.[33] Bundan əlavə, Səhih Buxaridə nəql olunan rəvayətə əsasən, Fatimeyi Zəhra (s.ə), Əbu Bəkrdən Fədək bağını müsadirə etdiyi üçün də narazı idi, nə qədər ki, ömrü var idi ondan razı olmadı və heç zaman onunla danışmadı.[34]

Əyyaşi təfsirində nəql olunur, o zaman ki, Əlini (ə) evindən çıxarıb apardılar, Fatimə (s.ə) Əbu Bəkrin yanına gedib dedi: Əlini (ə) azad etməsən, peyğəmbərin qəbri üstə gedib səndən Allaha şikayət edəcəm. İmam Əli (ə), Salmanı Fatimənin (s.ə) sorağına göndərdi ki, onun qarşısın alsın, Fatimə (s.ə), Əlinin (ə) sifarişini eşitdiyi an evinə qayıtdı.[35]

Evi yandırmaq təhdidi

Əhli Sünnənin bəzi tarixi mənbələrində nəql olunanlara əsasən, o cümlədən “Əl-Əqdul Fərid”,[36] “Təbəri tarixi”,[37] Ənsabul Əşraf,[38] ”Əl-Musənnəf”[39] və “Əl-imamət və əl-siyasət”[40] kitablarında gəlmişdir ki, Ömər ibn Xəttab, Əbu Bəkrin göstərişi ilə Fatimənin (s.ə) evinə getdi Əli (ə) və onun ətrafında olanları beyət üçün aparsın, amma evdə olanların müxalifətçiliyi ilə qarşılaşdıqda, əmr etdi odun toplasınlar bu zaman evi yandaracağı ilə təhdid etdi ki, evin içində olanlarla birlikdə od vurub yandıracaq. Üçüncü-dördüncü əsrdə yaşamış ədəbiyyat və tarixçi yazar ibn Əbdərbənin dediklərinə görə, Əbu Bəkr, Ömərə dedi: Əgər evdən çıxmaqdan boyun qaçırsalar onlarla döyüşsün. Ömər əlində məşəl tutaraq ev əhlini təhdid etdi ki, əgər beyət etməsəniz evi yandıracam.[41] “Əl-imamət və əl-siyasət” kitabının yazdıqalrına görə, Ömər bu cür təhdidi etdiyində, ona dedilər Fatimə (s.ə) bu evdədir, Ömər isə cavabında dedi: “O, evdə olsa da belə”.[42]

Tarixi mənbələrdə, bu hücümda Ömərlə birlikdə olan şəxslərdən bəzilərinin adları qey olunmuşdur; o cümlədən Üsəyd ibn Xüzəyr, Sələmət ibn Səlamə ibn Vəqş, Sabit ibn Qəys ibn Şəmmas Xəzrəci,[43] Əbdülrəhman ibn Ovf, Məhəmməd ibn Məsləmə[44] və Zeyd ibn Əsləm.[45]

Seyyid Cəfər Şəhidi yazır, Ömərin, Fatimeyi Zəhranın (s.ə) evinə od vurub yandıracağı təhdidi, o cür ki, Əhli Sünnə mənbələrindən “Ənsabul Əşraf”[46] və “Əl-əqdul Fərid”[47] kitablaırında nəql olunmuşdur, qondarma, Şiə tərəfdarları tərəfindən düzəlmə və yaxud siyasi dəstələr tərəfindən düzəldilməsi qeyri mümkündür; çünki onlar İslamın ilk dövrlərində lazımi qədər gücləri yox idi və çox az bir saydan ibarət idilər. Bu xəbərdən əlavə, Şiələrin yaşamadığı qərb İslam mənbələrində də bu məsələ qeyd olunmuşdur.[48] Şəhidi inanır, Səqifədə olanların düşüncəsi ən çox hakimiyyət üçün olmuşdur nəinki din.[49]

Qapının yandırılması, Fatimənin (s.ə) yaralanması və Möhsünün siqt olması

Şiənin qədim tarixi mənəbələrində nəql olunur, Fatimənin (s.ə) evinə hücum macərasında, evin qapısını yandırdılar və Fatimə (s.ə) əzilərək, bətnindəki uşağı siqt oldu. Səlim ibn Qeysin kitabında yazılır, Ömər ibn Xəttab öz təhdidini icra edib Fatimənin (s.ə) evinin qapısına od vurub evinə daixil oldu, lakin Fatimənin (s.ə) ona müqavimət göstərdiyini görurb qılıncının arxası ilə o həzrətin qarın nahiyəsinə zərbə ilə vurdu.[50] Bundan əllavə, dördüncü əsr tarixçisi Əli bin Hüseyn Məsudiyə nisbət verilən ”İsbatul vəsiyyət” kitabında yazılır: “Evə hücum etdilər və qapısını yandırdılar, Əlini (ə) zor gücünə evdən çıxararaq, xanımlar xanımı Fatiməni (s.ə) qapı arxasında qoydular bu üzdən Möhsün siqt oldu”.[51] “Dəlailul imamət” kitabında nəql olunur, Ömər Qunfuza əmr etdi, Fatiməni (s.ə) vursun.[52]

Şiə hədis alimi, Əyyaşi deyir, Ömər təpiklə xurma budaqlarından düzəldilmiş qapıya vuraraq onu sındırıb evə daxil oldu, bu zaman Əlinin qollarını bağlayaraq apardı.[53]

Hadisənin vaxtı

Şiə və İslam tarixi tədqiqatçısı, Məhəmməd Hadi Yusifi Ğərəvi bəzi dəlillərə əsaslanaraq inanır, həzrət Fatimənin (s.ə) evinə hücum Səqifə hadisəsi və Əbu Bəkrlə beyət edildikdən dərhal sonra deyil bəlkə peyğəmbərin (s) vəfatından 50 gün və ya daha çox sonra baş vermişdir.[54] Onun dəlillərindən biri də budur ki, Üsamənin qoşunu ilə Mütəyə doğru hərəkət edən Büreydət ibn Hüsəyn Əsləmi adlı bir şəxs, Mədinəyə qayıtdıqdan sonra Səqifə hadisəni eşitdiyində öz tayfasından bir dəstə ilə imam Əlinin (ə) tərəfdarı olaraq dedilər, nə qədər ki, Əli (ə) beyət etməyib biz də beyət etməyəcəyik. Bu macəradan sonra idi xəlifə və ətrafında olanlar, imam Əlidən (ə) beyət almaq fikrinə düşdülər. Yusifi Ğərəvinin dediklərinə görə, qoşunun gedib qayıtması və ondan əvvəl və sonrakı hadisəlri nəzərə aldıqda, Fatimənin (s.ə) evinə hücum macərası, peyğəmbərin (s) vəfatından təxminən 50 gün sonra baş vermişdir.[55]

Nəticələri

Fatimənin (s.ə) evinə hücum ilə bağlı bir neçə nəticə qeyd olunmuşdur; o cümlədən:

Fatimə (s.ə), Əbu Bəkr və Ömərdən narazı qalır

“Əl-imamət və əl-siyasət”, “Dəlailul imamət” və “Səlim ibn Qeys”-in kitablaırında yazılmışdır, Fatimənin (s.ə) evinə hücum edildikdən sonra, Əbu Bəkrlə Ömər həmişə fürsət arxasınca idilər ki, Fatimədən (s.ə) üzürxahlıq edib razılığın alsınlar, odur ki, onun görüşünə getmək istəyirdilər lakin Fatimə (s.ə) onları qəbul etmədi, amma onlar Əlini (ə) vasitə qərar verib Fatimə (s.ə) ilə görüşdülər. Bu görüşdə Fatimə (s.ə) onlardan üz çevirib peyğəmbərin (s) bu sözünü “Fatimə mənim bədənimin bir parçasıdır, hər kəs ona əziyyət etsə mənə əziyyət etmişdir” onlara xatırlatdı, sonra isə dedi: Mən Allahı şahid tuturam ki, siz iki nəfər mənə əziyyət edib qəzəbləndirdiniz.[56]

Möhsünün siqt olması və Fatimənin (s.ə) şəhadəti

Fatimənin evinə hücüm edilməsi və Möhsünün siqt olma macərasını nəql edən ən qədim kitab, hicrətin ilk illərinə aid olan Səlim ibn Qeysin kitabıdır ki, Şiə mənbələrinin əksəriyyəti həmçinin “Əl-ehticac” müəllif: Əhməd ibn Əli Təbərsi, “Ğayətul Məram”, müəllif: Seyyid Haşim Bəhrani və “Biharul Ənvar”, müəllif: Əllamə Məclisi, bu xəbəri o kitabdan nəql etmişdirlər.[57]

Əbu Bəkr peşiman olur

Bəzi Əhli Sünnə mənbələrində o cümlədən “Tarixi Mədineye Dəməşq”,[58] müəllif: İbn Əsakir; “Əl-möcəmul kəbir”,[59] müəllif: Təbərani və “Tarixi İslam”,[60] müəllif: Zəhəbi; kitablarında gəlmişdir ki, Əbu Bəkr ömrünün son saatlarında, üç işinə görə peşiman olduğunu dilə gətirmişdir; o cümlədən dedi: Ey kaş Fatimənin (s.ə) evinə girmək əmrini verməyəydim.

Əhli Sünnənin nəzəri

Ömər ibn Xəttabın, Fatimənin (s.ə) evini yandırması təhdidi ilə bağlı xəbərlər, Əhli Sünnə mənbələrində də öz əksini tapmışıdır; o cümlədən “Ənsabul əşraf”,[61] “Tarixi Təbəri”,[62] “Əl-əqdul Fərid”,[63] “Əl-musənnəf”[64] və “Əl-imamət və əl-siyasət”[65] kitablarında qeyd olunmuşdur, lakin qapının yandırılması, Fatimənin əzilərək Möhsün balasının siqt olunması onlar tərəfinədən inkar edilərək bu cür hadisələri nəql eədən raviləri rafizi (kafir) adı ilə ittiham edirlər.

Əşəri məzhəbinin dinşünası, Məhəmməd ibn Əbdülkərim Şəhristani, (vəfat 746 h.q) Əbu Həzl təfəkkürünü açıqladığında (Mötəzilə firqəsindən sayılan Hüzeyliyyə firqəsinin banisi) deyir: Onların etiqadı budur ki, Ömər beyət aldığı gün, Fatiməni (s.ə) vurdu və bu səbəbdən Möhsün siqt oldu. Şəhrisatani bu xəbərin yalan olduğunu bildirir.[66]

Xəlil ibn İbək Səfdi (vəfat 746 h.q) “Əl-vafi bilvəfiyyat” adlı kitabında, Mötəzilə rəhbərlərindən, Nəzzam adı ilə məşhur olan İbrahim ibn Səyyarın bioqrafiyasından söz açdığında, onu rafizi təfəkkürünə meyilli olduğunu bldirərək, onun dilindən nəql edir ki, Ömərin Fatiməni (s.ə) vurması nəticəsində Möhsün siqt olmuşdur.[67]

Kitablar

Fatimeyi Zəhranın (s.ə) evinə hücum barəsində müstəqil şəkildə kitablar yazılmışdır; o cümlədən:

  • “Əl-hücum əla beyti Fatimə Ələyha səlam”, müəllif: Məhdi Əbduzzəhra; Ərəb dilində qələmə alınmışdır. Kitabın hədəfi isə hücum macərasını Şiə və Sünnü mənbələrindən aydın şəkildə təsvirə çəkməkdir. Bu kitabın xülasəsi “Negəreşi be əsnad və mədareke hücum be xaneye Siddiqeye Tahirə (s.ə) əz qərn əvvəl ta knun” ünvanı ilə tərcümə edilərək müxtəlif nəşriyyatlar tərəfindən çap edilmişdir.[68]
  • “Həqiqəte Hücum be xaneye Fatimə ələyha səlam”, müəllif: Cəfər Təbrizi; Fars dilində təlif edilmişdir. Müəllifin dediklərinə görə, bu kitab, peyğəmbərin (s) vəfatından sonra həzrət Zəhraya (s.ə) olunan zülm və sitəmlər toplusundan ibarədir. Bu kitabda müəllifin səyi budur ki, Fatimənin (s.ə) evinə hücum hadisəsini Əhli Sünnə mənbələrindən istixrac edib nəql edərək bir sıra şübhələrə cavab versin.[69] Bu kitab “Əl-hücum əla beyti əl-seyidətu Fatimətu əl-Zəhra (s.ə) minəl etida ila əl-etiraf (bi lisani məsadiri Əhli Sünnə və əl-cəmaət)” ünvanında Ərəb dilinə tərcümə edilmişidir.[70]

İstinadlar

  1. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  2. Təbəri İmami, Dəlailul-İmamə, h.q 1413, s.134
  3. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.150; Məsudi, İsbatul-vəsiyyə, h.ş 1384, c.1, s.146; Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.67
  4. Səfədi, Əl-Vafi bil-vəfiyyat, h.q 1420, c.6, s.15; Zəhəbi, Seyru əlamin-nübəla, h.q 1405, c.15, s.578; İbn Həcər Əsqəlani, Lisanul-mizan, m. 2002, c.1, s.609
  5. «ایام شهادت حضرت فاطمه الزهرا سلام الله علیها در پاکستان‎», irna.ir saytı; «مراسم سوگواری شهادت حضرت فاطمه(س) در جمهوری آذربایجان و تاجیکستان», tajik.irib.ir saytı; سوگواری ایام فاطمیه در مرکز اسلامی مرکز اسلامی هامبورگ», mehrnews.com saytı
  6. Nur surəsi, ayə 36; Siyuti, Əd-Durrul-mənsur, c.6, s.203; İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.313
  7. Təbəsi, Ət-Tibyan, c.10, s.211; Təbərsi, Məcməul-bəyan, c.10, s.611-612; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.2, s.403-408; Fəxr Razi, Təfsirul-kəbir, h.q 1420, c.30, s.746
  8. Tirmizi, Sunənut-tirmizi, h.q 1403, c.5, s.699; Səduq, Məaniul-əxbar, h.q 1403, c.2, s.403; Təbəri, Cameul-bəyan, h.q 1420, c.20, s.264-267; İbn Əbi Hatəm, Təfsirul-Quranil-Əzim, c.9, s.341-343
  9. Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.3, s.206; İbn Əsir, Əl-Kamilu fit-tarix, c.2, s.327
  10. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.5, s.268
  11. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.2, s.212
  12. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.5, s.209-210; İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.42, s.233; Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.177
  13. Xətib Bağdadi, Tarixu Bağdad, h.q 1417, c.8, s.284; Müfid, Əl-İrşad, h.q 1413, c.1, s.177
  14. Cəfəri, Təşəyyö dər məsire tarix, h.ş 1386, s.67-68
  15. Yəqubi, Tarixul-Yəqubi, c.2, s.124
  16. Əskəri, Səqifə: Bərresiye nəhveye şeklgiriye hokumət pəs əz Peyambər, h.ş 1387, s.99
  17. Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.3, s.202
  18. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  19. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  20. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  21. Yusifi Ğərəvi, Tarixe hücum be xaneye Həzrət Zəhra (ə), s.14
  22. Şeyx Müfid, Əl-İxtisas, h.q 1413, s.186
  23. Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.3, s.202
  24. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  25. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.153-155;
  26. Müfid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.56-57
  27. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.68
  28. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  29. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.33, s.360
  30. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.33, s.360
  31. Yəqubi, Tarixul-Yəqubi, c.2, s.126
  32. Cuhəri Əs-Səqifə və Fədək, h.q 1401, s.53; İbn Əbil Hədid, Nəhcül-Bəlağənin şərhi, c.2, s.57
  33. Cuhəri Əs-Səqifə və Fədək, h.q 1401, s.53
  34. Buxari, Səhih-Buxari, h.q 1422, c.8, s.149, hədis 6726
  35. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.67
  36. İbn Əbdrəbbə, Əl-İqdul-fərid, h.q 1404, c.5, s.13
  37. Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.3, s.202
  38. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.586
  39. İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1425, c.13, s.469
  40. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30
  41. İbn Əbdrəbbə, Əl-İqdul-fərid, h.q 1404, c.5, s.13
  42. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30-31
  43. Şeybani Bağdadi, Əs-sunnə, h.q 1406, c.2, s.553; Diyarbəkri, Tarixul-xəmis, c.2, s.169
  44. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1408, c.5, s.270
  45. Əllamə Hilli, Nəhcül-həqq, m. 1982, s.271
  46. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.586
  47. İbn Əbdrəbbə, Əl-İqdul-fərid, h.q 1404, c.5, s.13
  48. Şəhidi, Zendeqaniye Fatimeye Zəhra (ə), h.ş 1363, s.109
  49. Şəhidi, Zendeqaniye Fatimeye Zəhra (ə), h.ş 1363, s.111-112
  50. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.150
  51. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, s.146
  52. Təbəri, Tarixul-imamə, h.q 1413, s.134
  53. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.67
  54. Yusifi Ğərəvi, Tarixe hücum be xaneye Həzrət Zəhra (ə), s.9-14
  55. Yusifi Ğərəvi, Tarixe hücum be xaneye Həzrət Zəhra (ə), s.9-14
  56. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.869; İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.31; Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.134-135
  57. Allah Əkbəri, Möhsin ibn Əli, s.69
  58. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.30, s.422
  59. Təbərani, Əl-möcəmul kəbir, Qahirə, c.1, s.62
  60. Zəhəbi, Tarixul-İslam, c.3, s.118
  61. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.586
  62. Təbəri, Tarixul-uməmi vəl-mulu, h.q 1387, c.3, s.202
  63. İbn Əbdrəbbə, Əl-İqdul-fərid, h.q 1404, c.5, s.13
  64. İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1425, c.13, s.469
  65. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, h.q 1413, c.1, s.30
  66. Şəhristani, Əl-Miləlu vən-nihəl, c.1, s.57
  67. Səfədi, Əl-Vafi bil-vəfiyyat, h.q 1420, c.6, s.15
  68. Məhdi Əbduzzəhra, Negəreşi be isnaad və mədarik hücum be xaneye Siddiqeye Tahire (ə), h.ş 1391, s.10
  69. Cəfər Təbrizi, Həqiqəte Hücum be xaneye Fatimə ələyha səlam, h.ş 1397, s.10-11
  70. کتاب الهجوم علی بیت السیده فاطمه الزهراء (ع) من الاعتداء الی الاعتراف (بلسان مصادر اهل السنه و الجماعه), gisoom.com saytı

Ədəbiyyat

  • İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-Əzim, Məkkə
  • İbn Əbi Şeybə, Abdullah ibn Məhəmməd, Əl-Musənnəf, Riyad, h.q 1425
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Lisanul-mizan, Beyrut, Darul-bəşairil-İslamiyyə, m. 2002
  • İbn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, h.q 1410 \ m. 1990
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Əl-Mənaqib, Qum, Əllamə, h.q 1379
  • İbn Əbdrəbbə, Əhməd, Əl-İqdul-fərid, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1404
  • İbn Əsakir, Əli ibn Həsən, تاریخ مدینة دمشق
  • İbn qüteybə, Əl-İmamə vəs-siyasə, Qum, Seyyid Rəzi nəşri, h.q 1413
  • İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, Təhqiq: Əli Şiri, Beyrut, 1-ci çap, h.q 1408
  • İbn Hişam, Hişam ibn Əbdül-Məlik, Əs-siyrətun-Nəbəviyyə, Misir, 2-ci çap, h.q 1375
  • İrbili, Əli ibn İsa, Kəşfül-ğummə, Qum, Rəzi nəşri, h.q 1421
  • Allah Əkbəri Məhəmməd, Möhsin ibn Əli (ə), h.ş 1388
  • «ایام شهادت حضرت فاطمه الزهرا سلام الله علیها در پاکستان‎», irna saytı
  • Buxari, Məhəmməd ibn İsmail, صحیح البخاری
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, h.q 1417
  • Cəfər Təbrizi, Həqiqəte Hücum be xaneye Fatimə ələyha səlam, h.ş 1397
  • Cəfəri, Hüseyn Məhəmməd, Təşəyyö dər məsire tarix, Tehran, 14-cü çap, h.ş 1386
  • Cuhəri Bəsri, Əbubəkr Əhməd ibn Əbdül-Əziz, Əs-Səqifə və Fədək, Beyrut, h.q 1401
  • Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, 1-ci çap, h.q 1411
  • Diyarbəkri, Hüseyn, Tarixul-xəmis, Daru sadir
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, تاریخ الاسلام
  • Zəhəbi, Məhəmməd ibn Əhməd, Seyru əlamin-nübəla, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1405
  • Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, Qum, Əl-Hadi, h.q 1420
  • Siyuti, Calaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr
  • Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Beyrut, Darul-mərifə
  • Şəhidi, Seyyid Cəfər, Zendeqaniye Fatimeye Zəhra (ə), Tehran, h.ş 1363
  • Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
  • Şeybani Bağdadi, Abdullah ibn Əhməd, Əs-sunnə, h.q 1406
  • Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Tehran, Cahan nəşri, h.ş 1378
  • Səduq, Məhəmməd ibn Əli, Məaniul-əxbar, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, İslami nəşr, h.q 1403
  • Səfədi, Xəlil, Əl-Vafi bil-vəfiyyat, Beyrut, h.q 1420
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Beyrut, Darul-mərifə
  • Təbəri İmami, Məhəmməd ibn Cərir ibn Rüstəm, Dəlailul-imamə, Qum, Besət, h.q 1413
  • Təbəri İmami, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 4-cü çap, h.q 1403
  • Təbəri İmami, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təvilil-Quran, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1420
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
  • Əbdüz-Zəhra, Mehdi, Negəreşi be isnad və mədarik hücum be xaneye Siddiqeye Tahire (ə), h.ş 1391,
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-həqq, Beyrut, m. 1982
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, h.q 1420
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1413
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, h.q 1413
  • Yusifi Ğərəvi, «تاریخ هجوم به خانه حضرت زهرا (علیها السلام)»
  • Yəqubi, Əhməd ibn İshaq, تاریخ الیعقوبی
  • Müfid, Məhəmməd ibn Məhəmməd, الفصول المختاره
  • Məsudi, Əli ibn Hüseyn, اثبات الوصیة
  • «مراسم سوگواری شهادت حضرت فاطمه(س) در جمهوری آذربایجان و تاجیکستان», irib.ir saytı
  • «مراسم سوگواری ایام فاطمیه در مرکز اسلامی مرکز اسلامی هامبورگ», mehrnews.com saytı
  • Əyyaşi, Məhəmməd ibn Həsən, تفسیر العیاشی