Harun (peyğəmbər)

wikishia saytından
(Harun bin İmran səhifəsindən yönləndirilmişdir)
Harun
Quranda adıHarun
Məzarıİordaniyanın qərbində yerləşən Hur dağında
Tanınmış qohumlarıHəzrət Musa (ə), Yukabəd (Musanın anası)
Həmdövrə peyğəmbərlərHəzrət Musa (ə)
ArdıcılıBəni-İsrail
DinYəhud
Yaş123
Quranda təkrarlanan adı19 və ya 20
Mühüm hadisələrFironu tövhidə dəvət və Samirinin buzov hekayəsi


Harun ibn İmran (ərəbcə: هارون بن عمران) Allahın peyğəmbərlərindən biri, Musanın (ə) qardaşı, davamçısı və yoldaşı idi. Qurani-Kərimdə hz. Musanın dilindən onun bəlağətli olmasına işarə edilmişdir. Həzrət Peyğəmbərinin (s) hədislərində İmam Əlinin (ə) Peyğəmbərə olan münasibəti Harunun Musaya olan münasibətinə bənzədilmişdir. Bu hədis şiə və sünni mənbələrində nəql olunmuş və “Mənzilət-hədisi” kimi tanınır.

Musa lövhələri almaq üçün Sina dağına getdikdə Harunu öz canişin təyin etmişdir. Bu müddət ərzində Samiri adlı bir şəxs buzov düzəldərək bəni-israilliləri ona sitayiş etməyə dəvət etdikdə Harun onlara mane ola bilmədi. Lakin Tövrat buzovun düzəldilməsini Haruna aid etmişdir.

Harun 123 yaşında Sina dağında vəfat etdi, İordaniyada Cəbəl Harun adı ilə tanınan Hur dağında ona aid bir türbə var.

Ailəsi

Harun Musa peyğəmbərin qardaşı, atasının adı İmran, anası isə Yokebed (Yoheved) idi.[1] İslam Peyğəmbərin zövcələrindən Həy ibn Əxtabın qızı, Bəni Nəzir yəhudilərindən olan Səfiyənin nəsli ona çatır.[2]

Peyğəmbərliyi

Yəhudilər, xristianlar[3] və müsəlmanlar[4] Harunun peyğəmbərliyinə inanırlar. Əziz Peyğəmbərdən gələn rəvayətə əsasən, peyğəmbərlik onun nəslindən davam etmişdir[5]İlyas da daxil olmaqla sonrakı peyğəmbərlər onun nəslindən sayılırlar.[6]

Quran ayələrinə əsasən, həzrət Musa peyğəmbər olaraq göndərilərkən Allahdan Harunu özü üçün vəzir və yoldaş təyin etməsini istəyir. Bunun səbəbini isə ondan daha yaxşı danışmasını bildirir.[7] Həmçinin Quran ayələrində Harunun Musa ilə birlikdə Fironu tövhidə dəvət etdiyi bildirilir.[8]

İmam Əlidən (ə) Musa və Harunun vəsfində nəql olunur ki, Həzrət Musa və Harun əyinlərində yun paltar əllərində əsa ilə Fironun yanına getmişlər.[9] Ədəbiyyatda da onun Musanın yanında olmasından söz açılır:

گلیم موسی و هارون به از مال و زر قارون *** چرا شاید که بفروشی تو دیداری به دیناری
(Musa kəlimullah və Harun, mal və qızılı olan Qaruna dedilər, sən niyə Allahla olan görüşünü dinara satırsan?)

[10]

Quranda Harunun peyğəmbər olmasına işarə edilmişdir.[11] Saffat surəsində Musa və Harun ilahi kitabdan bəhrələnməsi, doğru yola hidayət olması və xeyirxah olmaqda şərik kimi təqdim edilir.[12]

İmam Sadiqdən (ə) Peyğəmbərdən (s.a.s.) nəql edilən rəvayətdə deyilir ki, merac zamanı Peyğəmbər beşinci səmaya qalxanda ümmətindən bir dəstənin əhatəsində olan iri gözlü, hündür boylu bir kişi gördü. Peyğəmbər onların sayına təəccübləndi və Cəbraildən soruşdu ki, bu adam kimdir? Cəbrayıl onun İmranın oğlu Harun olduğunu bildirdi. Sonra Peyğəmbər ona salam verdi və onun üçün bağışlanma dilədi, o da Peyğəmbərə salam verdi və onun üçün bağışlanma dilədi.[13]

Musanın canişinliyi və Samirinin buzov hekayəsi

Musa lövhələri almaq üçün Sina dağına gedəndə Harunu İsrail övladları arasında öz canişin təyin etdi.[14] Bu müddət ərzində Samiri Musanın qövmünün fironlardan gətirdikləri qızıllardan[15] buzov düzəldərək onun qövmünü buzova ibadət etməyə dəvət etdi.[16] Harunun buzov sitayişinin qarşısını almaq üçün göstərdiyi səylər heç bir fayda vermədi.[17]

Musa qayıtdıqdan sonra Haruna niyə onları dayandırmadığı barədə kəskin danışdı. Harun xalqın onu öldürməyə yaxın olduğunu deyərək Musadan onu zalımlarla eyni görməməyi xahiş etdi.[18] Buna görə də Musa özü və qardaşı üçün Allahdan bağışlanma dilədi.[19] Quran ayələrinə əsasən, bəni-israilin buzava sitayiş etməsi Samirinin işi idi[20] və Harun buna qarşı mübarizə aparmışdır.[21] Lakin yəhudilərin müqəddəs kitabı olan Tövrat buzovun düzəldilməsini və bütpərəstliyə çağırışı Haruna aid etmişdir.[22] Bununla belə, bəzi yəhudi təfsirçiləri Tövratın bu sözlərini başqa mənaya əsaslandırmağa və şərh etməyə çalışmışlar.[23]

İmam Əlinin (ə) məqamını Haruna bənzədilməsi

Həzrəti Peyğəmbərdən (s) gələn hədislərdə İmam Əlinin (ə) Peyğəmbərə (s) nisbəti Harunun Musaya nisbəti kimi təqdim edilmişdir.[24] Bu hədis şiə[25]sünni mənbələrində[26] nəql edilmiş və “Mənzilət-hədisi” hədisi kimi tanınmaqdadır. Bu hədisə əsasən, Həzrət Peyğəmbər (s) Əliyə (ə) xitab edərək buyurmuşdur:

أنتَ مِنّی بِمَنزلةِ هارونَ مِنْ مُوسی اِلّا أنـّه لانَبیّ بَعدی

“Sənin mənə nisbətin Harunun Musaya olan nisbəti kimidir. Təkcə bir fərq var ki, məndən sonra peyğəmbər olmayacaq.”[27]

Vəfat və türbəsi

İordaniyanın “Katrin Əl-Səyahiya” kəndində Həzrət Haruna nisbət verilən məzar

Yəqubiyə görə[28] Harun 123 yaşında Həzrət Musanın (ə) sağlığında, Məsudiyə görə[29] 126 yaşında və Mütəhhər bin Tahir Müqəddəsin "Kitabül-əl-bəd və-t-tarix" əsərinə əsasən[30] 128 yaşında Musadan (ə) üç il əvvəl vəfat etmişdir. Peyğəmbərdən (s) gələn rəvayətə görə, Harunun vəfat etdiyi zaman yaşı 133 olmuşdur.[31] Bir rəvayətə görə Musa Harunu Sina dağına aparmış və orada ölüm mələyi onun canını almışdır.[32]

Sözügedən rəvayətə əsasən Musa və Harun Sina dağına gedərkən orada qapıda ağacı olan bir otaq görmüşlər və o ağacdan iki paltar asılmışdı. Bu zaman Musa Haruna dedi: “Əynində olan paltarını çıxar və bu iki paltarı geyin. Sonra otağa gir və orada olan çarpayıda uzan."

Beləcə Harun çarpayıda uzanarkən vəfat etdi. Musa bəni-israilin yanına qayıdıb Harunun ölüm xəbərini onlara verdi. İsrail oğulları Musanı inkar edərək dedilər:

“Onu sən öldürdün” Bu zaman Allah mələklərə Harunun cəsədini havada taxtın üzərində gətirmələrinə əmr etdi. Beləcə İsrail oğulları onu gördülər və Harunun vəfat etdiyini bildilər.[33] Yaqubinin nəqlinə görə, Harunun oğlu Eliazar da atasının ölümü zamanı Musanın yanında olmuşdur.[34]

İordaniyanın qərbində, Hur dağının təpəsində Haruna aid edilən bir türbə var.[35] Bu dağ “Pitra” və “Harun dağı” kimi də tanınır.[36] Bu türbənin tikintisi hicri qəməri ilinin 8-ci əsrnə aiddir.[37] Həmçinin İordaniyanın “Katrin Əl-Səyahiya” kəndində – Əqabə körfəzi sahilində – kiçik bir təpədə başqa bir məzar da ona aid edilir.[38]

İstinadlar

  1. کتاب مقدس، کتاب خروج، باب ۶، آیه ۲۰, iranjewish.com saytı
  2. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.4, s.1871
  3. کتاب مقدس، کتاب خروج، باب ۳۲، آیه ۲-۶., iranjewish.com saytı
  4. Məryəm surəsi, ayə 53
  5. Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.70
  6. İbn Mənzur, Muxtəsəru Tarixi Dəməşq, h.q 1402, c.5, s.23
  7. Furqan surəsi, ayə 35; Qəsəs surəsi, ayə 34
  8. Taha surəsi, ayə 42-48
  9. Feyzul-İslam, Nəhcül-bəlağə, Qasiə xütbəsi, c.4, s.790
  10. مولوی، دیوان شمس، غزل شماره۲۵۳۴., ganjoor.net saytı
  11. Məryəm surəsi, ayə 53
  12. Saffat surəsi, ayə 114-122
  13. Fatimə Məşayix, Qisəsul-ənbiya, h.ş 1381, s.330
  14. Əraf surəsi, ayə 142
  15. Təbatəbai, Əl-Mizan, h.q 1417, c.14, s.192
  16. Taha surəsi, ayə 87
  17. Taha surəsi, ayə 90-91
  18. Əraf surəsi, ayə 150
  19. Əraf surəsi, ayə 151
  20. Taha surəsi, ayə 85
  21. Taha surəsi, ayə 90
  22. Ketabe müqəddəs, Ketabe xuruc, bab 32, ayə 1-6
  23. انجمن کلیمیان تهران، «ترجمه کتاب مقدس»، پانویس دوم., iranjewish.com saytı
  24. Buxari, Səhih-Buxari, h.q 1401, c.4, s.208
  25. Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.14
  26. Buxari, Səhih-Buxari, h.q 1401, c.4, s.208; Muslim, Səhih-Muslim, c.7, Babu min fəzaili Əli ibn Əbi Talib, s.120
  27. Muslim, Səhih-Muslim, c.7, Babu min fəzaili Əli ibn Əbi Talib, s.120; Məclisi, Biharul-ənvar, h.q 1403, c.24, s.14
  28. Yaqubi, Tarixul-Yaqubi, c.1, s.41
  29. Məsudi, İsbatul-vəsiyyət, s.64
  30. Müqəddəs, Kitabül-əl-bəd və-t-tarix, c.3, s.92
  31. Şeyx Səduq, Kəmaluddin, h.q 1395, c.2, s.524
  32. Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.368
  33. Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.368
  34. Yaqubi, Tarixul-Yaqubi, c.1, s.41
  35. Hawks, Qamuse kitabe Müqəddəs, h.ş 1377, c.114
  36. «مقام النبی هارون علیه‌السلام»، ارث الاردن.
  37. «مقام النبی هارون علیه‌السلام»، ارث الاردن.
  38. رامین‌نژاد، «مزار حضرت هارون (علیه‌السلام)», rasekhoon.net saytı

Ədəbiyyat

  • Quran
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412 \ m. 1992
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Muxtəsəru Tarixi Dəməşq, Darul-fikr, h.q 1402
  • Buxari, Məhəmməd ibn ismail, Səhih-Buxari, Beyrut, darul-fikr, h.q 1401 \ m. 1981
  • Ramin Nejad, Ramin, مزار حضرت هارون (علیه‌السلام)
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
  • Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Qum, İslami nəşriyyat, h.q 1403
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Ənsariyan nəşri, 3-cü çap, h.ş 1384 \ h.q 1426
  • Muslim, Səhih-Muslim, Beyrut, Darul-afaqil-cədidə
  • Məşayix, Fatimə, Qisəsul-ənbiya, Tehran, h.ş 1381
  • « مقام النبی هارون علیه‌السلام»، ارث الاردن., jordanheritage.jo saytı
  • Müqəddəsi, Mütəhhər ibn Tahir, Kitabül-əl-bəd və-t-tarix
  • Hawks, James, Qamuse kitabe Müqəddəs, Əsatir nəşri, h.ş 1377
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir