Kərbəla vaqiəsi

wikishia saytından
(Kərbəla macərası səhifəsindən yönləndirilmişdir)
Kərbəla vaqiəsi
Aşura vaqiəsi, Təff vaqiəsi
Kərbəla hadisəsini özündə cəmləyan qədimi tablo
Kərbəla hadisəsini özündə cəmləyan qədimi tablo
Hadisənin izahıİmam Hüseyn (ə) və onun səhabələrinin Kərbəlada Kufə ordusu ilə döyüşü
İki tərəfİmam Hüseyn (ə) / Yezid ibn Müaviyə
Zaman10 Məhərrəm H.q 61-ci il
DövrəƏməvilər
MəkanKərbəla
Səbəbİmam Hüseynin (ə) Yezidə beyət etməməsi
SəbəbkarlarÜbeydullah ibn Ziyad, Ömər ibn Səd, Şimr ibn Zil-Covşən
Nəticələrİmam Hüseyn (ə) və səhabələrinin şəhadəti, İmamın ailəsinin və digər səhabələrin ailəsinin əsir düşməsi
ReaksiyalarTəvvabin qiyamı, Muxtarın qiyamı, Xazir döyüşü, Zeyd ibn Əlinin qiyamı
Əlaqəliİmam Hüseynin (ə) qiyamı, Məhərrəm ayının əzadarlığı, Aşura günü, Kufəlilərin məktubu


Bu məqalə Kərbəla hadisəsi haqdadır. Onun təhlili üçün İmam Hüseynin (ə) qiyamı adlı məqaləyə baxın.

Kərbəla vaqiəsi (ərəbcə: واقعة الطف) və yaxud Kərbəla hadisəsi, İmam Hüseynlə (ə) əshabının, Kufə qoşunu ilə döyüşüdür. Kərbəla vaqiəsi hicrətin 61-ci ili Məhərrəm ayının 10-u, imam Hüseynin (ə), Yezid ibn Müaviyə ilə beyət etmədiyi üçün baş vermiş hadisədir, Kərbəla hadisəsi imam Hüseynin (ə) və səhabəsinin şəhadəti və Əhli-beytinin əsir düşməsilə nəticələnmişdir.

Kərbəla vaqiəsi, İslam tarixinin ən ağır hadisəsi sayılır; odur ki, şiələr ən böyük və möhtəşəm əzadarlıq mərasimlərini məhz bu hadisənin ildönümündə qeyd edirlər.

Kərbəla vaqiəsi hicrətin 60-cı ili, Rəcəb ayının 15-i Müaviyənin ölümü və onun oğlu Yezidin hakimiyyətə gəlməsilə başlamışdır və əsirlərin Mədinəyə qaytarılması ilə sona çatmışdır. Mədinə höküməti imam Hüseyndən (ə) Yezid üçün beyət almağa çalışırdı; odur ki, Hüseyn ibn Əli (ə) çıxış yolu olaraq, gecə ilə Mədinəni tərk edib, Məkkəyə doğru hərəkət etdi. Bu səfərdə imam Hüseynin (ə) əhli-beyti və o cümlədən Bəni Haşim tayfasından və şiələrdən olan bir sıra insanlar da o Həzrətlə birlikdə hərəkət etdilər.

İmam Hüseyn (ə) təxminən dörd ay Məkkədə qaldı. Bu müddət ərzində Kufə camaatından dəvətnamələr əldə edirdi. İmam (ə) bu məktublardan xatircəm olmaq üçün, Müslim ibn Əqili Kufəyə, Süleyman ibn Rəzini isə Bəsrəyə doğru göndərdi. Məkkədə imam Hüseynin (ə) Yezid tərəfdarları tərəfindən terror olunması ehtimalını nəzərə alaraq, eləcə də kufəlilərin dəvəti və imamın səfiri Müslim ibn Əqil tərəfindən göndərilən məktubların məzmunca doğruluğu təsdiqləndiyi üçün imam Hüseyn (ə) Zilhiccə ayının 8-i Kufəyə doğru hərəkət etdi.

İmam Hüseyn (ə) Kufəyə çatmamışdan əvvəl kufəlilərin əhd-peymanlarında sabit olmadıqlarından xəbər tutdu; odur ki, Hürr ibn Yezid Riyahinin qoşunu ilə qarşı-qarşıya gəldiyini görüb, Kərbəlaya tərəf hərəkət etdi. Burada da yenə Ömər ibn Sədin qoşunu ilə qarşılaşdı ki, Abdullah ibn Ziyad onları imam Hüseynə (ə) qarşı göndərmişdi. Aşura günü kimi tanınmış Məhərrəm ayının 10-cu günü, iki qoşun qarşı-qarşıya gəlib döyüşdülər. İmam Hüseyn (ə) və səhabələri şəhid olduqdan sonra, Ömər ibn Sədin qoşunu o Həzrətin (ə) cansız bədəni üstündən at sürdürdülər; beləliklə, Aşura günü gün batan vaxtı Yezidin qoşunu imam Hüseynin (ə) xeymələrinə hücum edib xeymələri yandıraraq, o Həzrətin (ə) əhli-beytini əsarətə götürdülər. Həzrət Zeynəb (s) və xəstəlik üzündən döyüşə gələ bilməyən imam Səccad (ə) əsirlər arasında idilər. Ömər ibn Sədin qoşunu şəhidlərin başlarını nizələrə vurub, əsirlərlə birlikdə Kufəyə, Abdullah ibn Ziyada və ondan sonra Yezid üçün Şam şəhərinə apardılar.

Kərbəla şəhidlərinin cəsədləri Ömər Sədin qoşunu getdikdən sonra Bəni Əsəd qəbiləsi tərəfindən gecə ilə dəfn olunmuşdur.

Mövqe və əhəmiyyəti

Kərbəla vaqiəsi hicrətin birinci əsrində baş vermiş hadisələrdəndir ki, peyğəmbərin (s) nəvəsi və şiələrin üçüncü imamı Hüseyn ibn Əli (ə) əshabı ilə birlikdə, Yezid ibn Müaviyənin göstərişinə əsasən, Kərbəlada şəhid edilmiş, qadın və uşaqları əsir götürülmüşdür.

Bu vaqiə İslam tarixinin ən ağır və ürək dağlayan hadisəsidir ki, Əməvi hakimiyyətinin əleyhinə qiyamların başlanmasına zəminə yaratmışdır. Bəzi tədqiqatçılar bildirirlər ki, bu hadisə İslam dininin və peyğəmbər (s) sünnəsinin, Əməvilər tərəfindən təhrif olunmasının qarşısını almışdır. İslam dünyasının müasir tədqiqatçı və yazıçısı Mürtəza Mütəhhərinin fikrincə, tarixi hadisələr arasında çox az hadisələr vardır ki, Kərbəla vaqiəsi kimi mötəbər nəqllərdən bəhrələnsin. O inanır tarixdə heç bir (keçmiş tarixi nəzərə alaraq, misal üçün 13-14 əsr əvvəl) hadisənin, Kərbəla hadisəsinin tarixi kimi mötəbər sənədi yoxdur, amma İslam tarixinin ən inanılmış tarixçiləri tərəfindən birinci və ikinci əsrin ilk dövrlərindən mötəbər sənədlərlə nəql edilmiş və bu nəql olunan hadisələr bir-birilə uyğun və yaxındırlar.[1] Şiələr hər il bu vaqiənin ildönümünü əzadarlıq edirlər. Belə ki, bu vaqiə haqqında çoxlu təliflər olunub və hünər əsərləri yaradılmışdır.

İmam Hüseynin (ə) Yezidə beyət etməkdən imtina etməsi

Ayətullah Xamenei: Aşura hadisəsinin səciyyəvi cəhətlərindən biri də budur ki, Mədinədən başlanan səfərin əvvəlindən elm və bəsirət toxumu səpildi. İnsanların, bir millətin bəsirəti olmasa, müxtəlif həqiqətlər onların işini düzəltməz; onların problemlərinin düyünü açılmayacaq.. İxlas, zamanı tanımaq, tarixi hərəkatın toxumlarını səpmək Aşuranın mühüm xüsusiyyətlərindəndir. Bu hadisə təkcə Aşura günorta vaxtı bitmədi. Əslində, Aşura günü günortadan etibarən tarixdə bir cərəyan başlamışdır ki, o, hələ də artmaqda və genişlənməkdədir. Bundan sonra da belə olacaq, çünki İmam Hüseyn (ə) haqq sözünü ucaltmaq və xalqı xilas etmək üçün bütün sahib olduqlarını meydana çıxartdı.[2]

Müaviyənin ölümündən sonra (15 rəcəb, 60-cı h.q.) ölümündən əvvəlki səyləri nəticəsində,[3] oğlu Yezid üçün camaatdan beyət alındı.[4] Əlbəttə imam Həsənin (ə) Müaviyəylə bağladığı sülhnaməyə əsasən, Müaviyənin haqqı yox idi ki, özündən sonra canişin təyin etsin.[5] Yezid bu qərara gəldi ki, müsəlmanlar arasında bir neçə tanınmış böyük şəxslərdən ki, Müaviyə onun üçün beyət ala bilməmişdi, beyət alsın.[6] Odur ki, o zaman Mədinənin hakimi olan Vəlid ibn Ütbəyə namə yazaraq ondan Hüseyn ibn Əli (ə), Abdullah ibn Ömər, Əbdürrəhman ibn Əbi-Bəkr və Abdullah ibn Zübeyrdən zor gücünə olsa da belə, beyət alınmasını istədi və hər hansı biri boyun qaçırarsa, boyunlarının vurulmasını əmr etdi.[7] Sonralar isə, Yeziddən başqa bir məktub Vəlidin əlinə çatdı ki, onda belə təkid olunmuşdu: “Mənimlə müvafiq və müxalif olanların adlarını qeyd edib Hüseynin (ə) başını isə məktubun cavabıyla birlikdə mənə göndər."[8] Vəlid bu haqda Mərvanla məsləhətləşərək, [9] Abdullah ibn Öməri, imam Hüseyn (ə), ibn Zübeyr, Abdullah ibn Ömər və Əbdürrəhman ibn Əbi-Bəkrin arxasınca göndərdi.[10]

İmam Hüseyn (ə) öz yaxınlarından ibarət 30 nəfərlə birlikdə[11] Mədinənin Darul-imarə adlanan sarayına getdi.[12] Vəlid, Müaviyənin ölüm xəbərini Həzrətə (ə) verdikdən sonra, Yezidin məktubunu onun üçün oxudu ki, o məktubda Vəliddən istənilmişdi Hüseyn ibn Əlidən (ə) beyət alınsın. İmam Hüseyn (ə) Vəlidə dedi: “Güman edirəm məqsədin budur ki, mənim beyətim camaat qarşısında olsun.” Vəlid cavab verdi: “Mənim fikrim budur.”[13] İmam (ə) buyurdu: “Belədirsə, sabaha kimi mənə fürsət ver, öz fikrimi bildirim.”[14] Mədinənin hakimi, sabahı gün, əsr vaxtı öz məmurlarını, imam Hüseynin (ə) evinə göndərdi ki, cavab alsın.[15] İmam Hüseyn (ə) Vəlidin razılığı əsasında o gecəni də möhlət aldı.[16] Bu möhlətdən sonra imam (ə) bu qərara gəldi ki, Mədinəni tərk etsin.[17]

İmam Hüseynin (ə) Mədinəni tərk etməsi

İmam Hüseyn (ə) karvanının Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gedən yolunun xəritəsi

İmam Hüseyn (ə) Rəcəb ayının bitməsinə iki gün qalmış, bəzi nəqllərə əsasən hicrətin 60-cı ili[18] Şaban ayının 3-ü, əhli-beyti və köməkçilərindən ibarət 84 nəfərlə birlikdə Mədinəni tərk edib Məkkəyə doğru hərəkət etdi.[19]

İbn Əsəmin yazdığına əsasən, gecənin qaranlığından istifadə edərək, Peyğəmbərin (s), həzrət Zəhranın (s.ə)imam Həsənin (ə) qəbrlərini ziyarət edib onlarla vidalaşdı.[20] Bu səfərdə Məhəmməd ibn Hənəfiyyədən[21] başqa, əksər qohum-əqrabası o cümlədən, övladları, qardaşları, bacıları və qardaşı uşaqları, onunla birlikdə hərəkət etdilər.[22] Bəni Haşimdən əlavə, imam Hüseynin (ə) köməkçilərindən 21 nəfər də bu səfərdə o həzrətlə birlikdə oldular.[23]

İmam Hüseynin (ə) qardaşı, Məhəmməd ibn Hənəfiyyə, imamın səfər edəcəyini eşitdikdə, o həzrətlə vidalaşmaq üçün o həzrətin yanına getdi. İmam Hüseyn (ə) onun üçün vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə belə yazılmışdı:

إنّی لَم اَخْرج أشِراً و لا بَطِراً و لا مُفْسِداً و لا ظالِماً وَ إنّما خَرجْتُ لِطلبِ الإصلاح فی اُمّةِ جَدّی اُریدُ أنْ آمُرَ بالمَعْروفِ و أنْهی عن المُنکَرِ و أسیرَ بِسیرةِ جدّی و سیرةِ أبی علی بن أبی طالب
"Mən nankorluq və xəsislik və yaxud fəsad və zülmkarlıq üçün qiyam etmədim; bəlkə cəddimin ümmətini islah etmək üçün qalxdım, istəyirəm “əmr be məruf və nəhy əz münkər” (xeyir işlərə əmr edib, çirkin işlərdən çəkindirmək) edib, babamın və atam Əli ibn Əbi Talibin (ə) göstərişlərinə əməl edim."[24]

İmam Hüseyn (ə) ətrafına toplaşan insanlarla birlikdə Mədinəni tərk edib, yaxınlarının istəklərinin əksinə olaraq, Məkkəyə tərəf hərəkət etdi.[25] İmam Hüseyn (ə) Məkkə yolunda Abdullah ibn Müti ilə rastlaşır və o imamın hansı səmtə getdiyini soruşur. İmam cavabında buyurur: "Hələlik Məkkəyə tərəf gedirəm, oraya çatdıqdan sonra, sonrası üçün Allahdan xeyir olanını istəyərəm." Abdullah imam Hüseyni (ə) kufəlilərdən ehtiyatlı olmağa nəsihət edib, Məkkədə qalmağını istəyir.[26]

İmam Hüseyn (ə) hicrətin 60-cı ili Şaban ayının 3-ü Məkkəyə çatdı[27] və bu zaman Məkkə əhalisi və hacıların müşayiətilə şəhərə daxil oldu.[28] İmam Hüseynin (ə) Mədinədən Məkkəyə qədər olan yol evləri (məskən saldığı məkanlar) bunlardan ibarətdir: "Zül-Həlifə, Miləl, Səyalə, Ərqi Zibyə, Zuha, Ənayə,Ərc, Lehri-Cəməl, Siqya, Əbva, Gərdəne Hərşa, Rabiğ, Cühfə, Qədid, Xəlis, Əsfan və Mərəl-Zəhran."[29]

İmam Hüseyinin (ə) Məkkəyə daxil olması

İmam Hüseyn (ə) dörd aydan artıq (Şaban ayının üçündən, Zil-həccə ayının səkkizinə qədər) Məkkədə qaldı. Məkkə əhalisi o həzrətin görüşünə gedirdi. Yazırlar bu iş, Abdullah ibn Zübeyrə olduqca ağır gəlirdi, çünki Məkkə camaatının onunla beyət etməsinə ümid bəsləyirdi, amma bilirdi nə qədər ki, imam Hüseyn (ə) Məkkədədir, heç kim onunla beyət etməyəcək.[30]

Kufə əhlindən İmam Hüseynə (ə) dəvətnamələr

İmam Hüseyn (ə) Məkkədə olduğu müddətdə İraq şiələri, imam Hüseynin (ə) Yezidlə beyət etmədiyini eşitdilər. Bunun üçün də Süleyman ibn Surəd Xuzəi-nin evində toplaşıb imam Hüseynə (ə) məktub yazdılar ki, Kufəyə getsin.[31] Bu məktubu göndərdikdən iki gün sonra, Kufə əhli digər 150 məktubu (hər bir məktubda bir nəfərdən dörd nəfərə kimi şəxsin imzası var idi) imam Hüseynə (ə) göndərdilər.[32]

İmam Hüseyn (ə) isə məktublara cavab verməkdən boyun qaçırırdı, o vaxta qədər ki, məktubların sayı olduqca çoxalmışdı, bu zaman Kufə əhlinə bir məktubda belə yazdı:

“... mən, qardaşım, əmim oğlum və əhli-beytimdən ən inandığım şəxsi sizə göndərirəm. Ona demişəm, məni, sizin işinizdən və düşüncənizdən xəbərdar etsin. O, əgər desə ki, bəli bunlar məktublarında yazdıqları kimi olan insanlardır, o zaman sizin yanınıza gələcəyəm... imam, o şəxsdir ki, yalnız Allahın kitabında olanlara əməl edib, ədaləti bərpa edir və haqqa inanaraq özünü Allaha vəqf edir.”[33]

Müslim ibn Əqilin Kufəyə göndərilməsi

Süleyman bin Surədin İmam Hüseynə (ə) məktubu: Qüdrətli düşmənini məğlub etdiyinə görə Allaha şükürlər olsun. Bir düşmən ki, bu ümmətə üsyan etdi, onun malını qəsb etdi və razılığı olmadan ona hakim oldu. Ondan sonra ümmətin ən yaxşısını öldürdü və ən pisini isə onun yerinə qoydu. Allahın malını isə zənginlərə qaytardı. Amma indi imamımız yoxdur, gəl, bəlkə Allah hamımızı sənin rəhbərliyin kölgəsi altında doğru yolda birləşdirsin... Mənbə: Təbəri, Tarixul-uməm vəl-muluk, 1967 miladi, cild 5, səh.351.

İmam Hüseyn (ə) bir məktub yazaraq, əmisi oğlu Müslim ibn Əqilə verdi ki, İraqa doğru hərəkət etsin və orada olan vəziyyəti öyrənib o həzrətə xəbər versin.[34] Müslim Kufəyə çatdıqda, Muxtar ibn Əbi Übeyd Səqəfinin[35] və yaxud Müslim ibn Övsəcənin qonağı oldu.[36] Şiələr Müslimin qaldığı evə get-gəl edirdilər və o da imamın naməsini onlar üçün oxuyurdu[37] və bu minvalla imam Hüseyn (ə) üçün beyət alırdı.[38] Kufədə 1200[39] və ya 1800,[40] bəzi nəqllərə əsasən, 30000 nəfərdən çox[41] imam Hüseynlə (ə) beyət edib, o həzrətlə birlikdə olduqlarını elan etdilər. Müslim imama məktub yazıb saysız-hesabsız cəmiyyətin beyət etdiyini təsdiqləyərək imamı Kufəyə dəvət etdi.[42]

Yezid camaatın Müslimlə beyət etməsini və Kufənin o zamankı hakimi olan Noman ibn Bəşirin onlarla həmkarlığını eşitdiyində, Bəsrənin hakimi olan Abdullah ibn Ziyadı, Kufəyə hakim təyin etdi.[43] İbn Ziyad Kufəyə daxil olduqdan sonra, beyət edənlərin axtarışına başlayıb qəbilə başçılarını təhdid etdi.[44] Tarix Übeydullahın təbliğatı və insanların təzyiq altında qalıb, Müslimi tək qoyduqlarından xəbər verir; iş o yerə çəkdi ki, Müslimin gecələri qalması üçün yeri olmadı.[45] Nəticədə qarşıdurma yarandı, amma Məhəmməd ibn Əşəsin əmannaməsi[46] əsasında təslim olaraq qəsrə aparıldı; lakin ibn Ziyad, Məhəmmədin əmannaməsini etibarsız sayaraq, göstəriş verdi Müslimin boynunu vursunlar.[47]

Bəzi tarixi məlumatlara əsasən, Müslim ki, imam Hüseynin (ə) halından nigaran idi, Qüreyş qəbiləsindən olan Ömər ibn Sədə vəsiyyət etdi ki, bir nəfər imamın xidmətinə göndərsin və Kufəyə gəlməsinin qarşısını alsın.[48] Ömər ibn Səd bir elçi göndərərək, bu xəbəri Zəbalə adlı oturaq saldığı məkanda imam Hüseynə (ə) çatdırdı.[49]

İmam Hüseynin (ə) Kufəyə doğru hərəkəti

Kərbəla hadisəsinin xronologiyası
Hicrətin 60-cı ili
15 Rəcəb Müaviyənin ölümü
28 Rəcəb İmam Hüseynin (ə) Mədinədən çıxması
3 Şaban İmamın (ə) Məkkəyə daxil olması
10 Ramazan İmama (ə) kufəlilərin ilk məktublarının çatdırılması
12 Ramazan Qeys ibn Mushir, Əbdür-Rəhman Ərbəhili və Umarə Səluhinin iştirakı ilə Kufəlilərin 150 məktubunun İmama (ə) verilməsi
14 Ramazan Hani ibn Hani Səbii və Səid ibn Abdullah Hənəfinin vasitəsilə Kufə rəhbərlərinin və xalqının məktublarının İmama (ə) verilməsi
15 Ramazan Müslim ibn Əqilin Məkkədən Kufəyə hərəkət etməsi
5 Şəvval Müslim ibn Əqilin Kufəyə daxil olması
11 Zilqədə Müslim ibn Əqilin İmam Hüseynə (ə) məktubu və onu Kufəyə dəvət etməsi
8 Zilhiccə İmam Hüseynin (ə) Məkkədən çıxması və Müslim ibn Əqilin Kufədə qiyamı
9 Zilhiccə Kufədə Muslim ibn Əqilin şəhadətə çatması
Hicrətin 61-ci ili
1 Məhərrəm Bəni-Muqatil qəsrində İmamın (ə) Übeydullah ibn Hürr Cufi və Əmir ibn Qeysdən kömək istəməsi
2 Məhərrəm İmamın (ə) karvanının Kərbəlaya daxil olması
3 Məhərrəm Ömər bin Sədin dörd min nəfərlik qoşunla Kərbəlaya gəlməsi
6 Məhərrəm Həbib ibn Məzahirin İmam Hüseynə (ə) kömək etmək üçün Bəni Əsəddən kömək istəməsi və onun bu missiyada uğursuzluğu
7 Məhərrəm İmam Hüseyn (ə) və səhabələrinin üzərinə suyun bağlanması və Müslim ibn Əvsəcənin İmam Hüseynə (ə) qoşulması
9 Məhərrəm Şimir ibn Zil-Cövşənin Kərbəlaya gəlişi və Şimrin Ümmül-Bəninin övladlarına əmannamə verməsi
9 Məhərrəm Ömər Səd ordusunun İmama (ə) müharibə elan etməsi və İmamın Ömər Səddən son fürsət istəməsi
10 Məhərrəm Aşura hadisəsinin baş verməsi; İmam Hüseynin (ə), Əhli-beytinin (ə) və səhabələrinin şəhadəti
11 Məhərrəm Əsirlərin Kufəyə hərəkəti və Bəni Əsəd qəbiləsinin şəhidləri dəfn etməsi
12 Məhərrəm Kərbəla əsirlərinin karvanının Kufəyə daxil olması (başqa məlumata görə şəhidlərin dəfni)
19 Məhərrəm Əsirlər karvanının Kufədən Şama hərəkəti
1 Səfər Əhli-Beytin (ə) və İmamın (ə) başının Şama daxil olması
20 Səfər Ərbəin; Və İmamın (ə) Əhli-beytinin Kərbəlaya (bir rəvayətə görə) və ya Mədinəyə (başqa bir rəvayətə görə) qayıtması

İmam Hüseyn (ə) Zil-Həccə ayının 8-i[50] (Müslimin Kufədə qiyam etdiyi gün) 82 nəfərlə birlikdə[51] (onlardan 60 nəfəri Kufə şiələrindən idi)[52] Məkkədən Kufəyə tərəf hərəkət etdi.

Şeyx Müfidin verdiyi məlumata əsasən, imam Hüseyn (ə) Məkkədən çıxması üçün, Həcc mərasimini tamamlamayıb, niyyətini Həccdən, müfrədə ümrəyə dəyişib ehramdan çıxdı.[53] Bəziləri isə tarixi rəvayət və sübutlara əsaslanaraq yazırlar ki, imam ilk mərhələdən müfrədə ümrə niyyət etmişdi, əməllərini yerinə yetirdikdən sonra Məkkəni tərk etmişdir.[54]

İmam Hüseynin (ə) son bir ay müddətində Məkkədə qalmasının səbəbi, ehtimal verilir, Kufəyə getməsi olmuşdur. Bəziləri, o cümlədən Abdullah ibn Abbas imam Hüseynin (ə) yanına gəlib onu Kufəyə getmək fikrindən yayındırmaq istəyirlər, lakin müvəffəq olmurlar.[55]

İmam Hüseyn (ə) və əshabı Məkkədən xaric olduqdan sonra, Ömər ibn Səd ibn Asın (Məkkənin komandanlığı) tabeliyində olan Yəhya ibn Səid, öz qoşunu ilə imam Hüseynin (ə) yolunu bağladı, amma imam buna etina etməyib yoluna davam etdi.[56]

Məkkədən Kufəyə olan yol

İmam Hüseynin (ə) karvanının (ə) Məkkədən Kufəyə qədər oturaq saldığı məkanlar (yol evləri) ibarətdirlər:

  1. Bustane Bəni Amir
  2. Tənim (Yəməndə, Yezidin tabeliyində olan Buheyr ibn Risan Hümeyrinin, Səfaya karvanının qarşısını alaraq əldə etdiyi qənimət ki, Şama göndərmişdi)
  3. Səfah (imam Hüseynin (ə) Fərzədəqlə görüşdüyü yer)
  4. Zati irq (imam Hüseynin (ə) Bişr ibn Ğalib və Ovn ibn Abdullah ibn Cəfərlə görüşdüyü yer)
  5. Vadiye Əqiq
  6. Ğəmre
  7. Ümm Xirman
  8. Səlh
  9. Əfiiyyə
  10. Mədən Fəzan
  11. Əmq
  12. Səliliyyə
  13. Məğisə Mavan
  14. Nəqrə
  15. Hacər (Qeys ibn məshərin Küfəyə göndərildiyi yer)
  16. Səmira
  17. Tuz
  18. Əcfər (Abdullah ibn Muti Ədvinin imam Hüseynlə (ə) görüşü və o həzrətin qayıtması üçün nəsihəti)
  19. Xəzimiyyə
  20. Zərud (Züheyr ibn Qeynin imam Hüseynin (ə) karvanına qoşulması, Müslimin övladları il görüşü və Müslimlə Haninin şəhadət xəbərini eşitməsi)
  21. Sələbiyyə
  22. Bətan
  23. Şəquq
  24. Zəbalə (İmam Hüseynin (ə) Qeysin şəhadət xəbərini eşitməsi və bir dəstənin o həzrətin karvanına qoşulması o cümlədən Nafe ibn Hilal)
  25. Bətənu Əqəbə (İmam Hüseynin Əmr ibn Luzan ilə görüşü və onun imamı qayıtması üçün nəsihəti)
  26. Əmiyyə
  27. Vaqisə
  28. Şəraf
  29. Bərəkətu Əbu Musa
  30. Cəbəlu zi Həsm (imam Hüseynin (ə) Hürr ibn yezid Riyahinin qoşunu ilə qarşılaşması)
  31. Bizə (imam Hüseynin (ə) əshab və hürrə etdiyi məşhur xütbə)
  32. Musəycəd
  33. Həmam
  34. Məğisə
  35. Ümmü Qurun
  36. Əzibul hicanət (Hirrə və Qasidiyyə şəhərlərinin Əzib yolu ilə qovuşub Küfəyə gedən yol idi, imam Hüseyn (ə) yolu dəyişərək Kərbəlada oturaq saldı)
  37. Bəni Məqatilin qəsri (imam Hüseynin (ə) Übeydullah ibn Hürr Covfi ilə görüşü və imamın kömək istəyini rədd etməsi)
  38. Qətqətanə
  39. Kərbəla-Teyf səhrası- (hicrətin 61-ci ili Məhərrəm ayının ikisi imam Kərbəlaya daxil olur.[57]

İmam Hüseyn (ə) bu səfəri zamanı insanları cəzb edib məsələnin mahiyyətini bildirməyə çalışırdı; o cümlədən Bişr ibn Ğalib Əsədi, Zati-İrqdə, özünü imam Hüseynə (ə) çatdıraraq, Kufədə vəziyyətin münasib olmadığını bildirdi. İmam onun sözünü təsdiqlədi. O şəxs imam Hüseyndən (ə) bu ayə “یوْمَ نَدْعُو کُلَّ أُنَاس بِإِمَامِهِم”[58] (Qiyamət günü bütün insanları öz imamları ilə çağıracağıq) haqqında soruşdu. İmam buyurdu: “İmamlar iki dəstədir: Bəzi imamlar insanları hidayət yoluna, bəziləri isə zəlalət yoluna dəvət edirlər. O şəxslər ki, hidayət imamından itaət edirlər cənnətə və o şəxlər ki, zəlalət imamından itaət edirlər cəhənnəmə daxil olacaqlar.”[59] Bişr ibn Ğalib imama kömək etmədi. Deyilənlərə görə, sonralar imamın qəbri üstə gəlib peşman olduğunu bildirərək ağlayırdı.[60]

Sələbə məntəqəsində də Əbu Hirrə adlı bir şəxs imama yaxınlaşıb səfərinin səbəbini soruşdu. Həzrət (ə) buyurdu: "Əməvilər mal-mülkümü aldılar, səbr etdim, nalayiq sözlər dedilər dözdüm, istədilər qanımı töksünlər, qaçdım. Ey Əbu Hirrə! Bil ki, mən zalım firqənin əlilə öldürüləcəyəm və Allah zəlalət libasını onlara geyindirib iti qılıncları onlara hakim edəcək."[61]

Qeys ibn Müshirin Kufəyə göndərilməsi

Nəql olunur ki, imam Hüseyn (ə) Bətnul-Rummə məntəqəsinə çatdıqda, Kufə əhlinə namə yazaraq, Kufəyə doğru gəldiyindən xəbər verdi.[62] İmam məktubu Qeys ibn Müshir Seydaviyə tapşırdı. O, Qasidiyyəyə çatdığında, Übeydullah ibn Ziyadın məmurları yolu onun üzünə bağladılar ki, üzərində axtarış aparsınlar. Qeys çarəsiz qalaraq imamın məktubunu cırdı ki, onda olan məlumatı öyrənə bilməsinlər. Qeysi tutub İbn Ziyadın hüzuruna apardılar, ibn Ziyad imam Hüseynin (ə) kimlərə məktub yazdığını deməsini və yaxud minbərə çıxaraq imam Hüseynə (ə), ata və babasına nalayiq sözlər deməsini ondan istədi, əks halda onun boynunu vuracağını bildirdi. Qeys qəbul edib minbərə çıxdı və dedi: “Həqiqətən Hüseyn ibn Əli (ə) yaradılmışın ən üstünüdür, o sizə tərəf gəlir, onun səsinə səs verin, ona kömək edin.” İbn Ziyad əmr etdi onu Darul-imarə binasının üstündən aşağı atsınlar.[63]

Abdullah ibn Yəqtərin Kufəyə göndərilməsi

Rəvayət olunur ki, imam Hüseyn (ə) Müslimin şəhadətini eşitmədən öncə, öz rizai (süd) qardaşı Abdullah ibn Yəqtəri[64] Müslimin arxasınca göndərdi, lakin Hisin ibn Təmimin vasitəsilə tutularaq Übeydullah ibn Ziyadın yanına aparıldı. Übeydullah göstəriş verdi Abdullah ibn Yəqtəri Darul-İmarə binasının üstünə aparsınlar və Kufə camaaatı qarşısında imam Hüseynə (ə) və ata- babasına lənət oxusun! Lakin Abdullah qəsrin üstünə çıxıb camaata dedi: “Ey camaat! Mən peyğəmbərin qızının balası, Hüseynin (ə) elçisiyəm; ona kömək edin, Mərcanənin oğlunun əleyhinə qalxın.”[65] Übeydullah vəziyəti belə görüb əmr etdi, onu qəsrin üstündən aşağı atsınlar, odur ki, şəhadət məqamına ucaldı.[66] Abdullah ibn Yəqtərin şəhadət xəbəri Müslim və Haninin şəhadət xəbəri ilə birlikdə, Zəbalə məkanında imam Hüseynə (ə) xəbər verilmişdir.[67]

Bəsrənin böyük şəxslərinə imam Hüseynin (ə) məktubu

İmam Hüseyn (ə) Bəsrənin tanınmış və böyük şəxsiyyətlərinə məkutub yazaraq, Süleyman ibn Rəzinin vasitəsilə, Bəsrədə olan beş qəbilə başçısına (yəni Aliyə, Bəkr ibn Vail, Təmim, Əbudulqeysə və Əzd qəbilələrinə) göndərdi.[68] Süleyman Bəsrənin qəbilə başçılarının (Malik ibn Musmə Bəkri, Əhnəf ibn Qeys, Munzir ibn Carud, Məsud ibn Əmr, Qeys ibn Həysəm və Əmr ibn Abdullah ibn Məmər) hər birinə ayrı-ayrılıqda imamın yazdığı məktubdan bir nüsxə çatdırdı.[69] Məktubun məzmunu bundan ibarət idi:

“... sizi Allahın kitabı və peyğəmbər sünnəsinə dəvət edirəm. Həqiqətən peyğəmbər sünnəsi aradan getmiş, bidətlər baş qaldırmışdır. Sözümü eşidib, dediklərimə əməl etsəniz, biləcəksiniz ki, sizi doğru yola hidayət edirəm.”[70]

Münzir ibn Caruddan başqa Bəsrənin digər qəbilə başçıları hər biri imamın məktubunu alırdısa gizlədirdi. Münzir ibn Carud isə güman etdi ki, bu Übeydullah ibn Ziyadın hiyləsidir.[71] Bunun üçün də ibn Ziyadın sabahı gün Kufəyə səfər edəcəyi gecəsi bu məsələni ona dedi.[72] Übeydullah imam Hüseynin (ə) göndərdiyi elçini çağırtdıraraq boynunu vurdurdu.[73]

Kərbəlaya doğru yolun dəyişməsi

İmam Hüseyn (ə) Əzibul-Hicanat mənzilgahına çatmadan öncə məcbur oldu yolunu Kərbəlaya tərəf dəyişsin.[74]

Hürr ibn Yezidin qoşunu ilə qarşı-qarşıya

İbn Ziyad imam Hüseynin (ə) Kufəyə tərəf hərəkət etdiyini eşitdikdə öz polis idarəsinin rəisi Hissin ibn Təmimi dörd min nəfərdən ibarət qüvvəylə “Qadisiyyə”-yə göndərdi ki, Qadisiyyəylə “Xəffan”, “Qutqutaniyyə” və “Lələ” arasında olan yolları nəzarətdə saxlayıb, bu yollarda hərəkət edən hər bir şəxsdən məlumatları olsun.[75] Hürr ibn Yezid və onun himayəsində olan min əsgər də bu dörd min qoşunun bir hissəsi idi ki, Hissin ibn Təmim tərəfindən imam Hüseynin (ə) qarşısını almaq üçün bu məntəqəyə göndərilmişdi.[76]

Əbu Mixnəf bu səfərdə imamla birlikdə, Bəni Əsəd qəbiləsindən olan iki nəfər vasitəsilə nəql edir: “O zaman ki, imam Hüseynin (ə) karvanı Şəraf mənzilgahından hərəkət etdi, günün yarısında düşmən qoşunu ilə rastlaşdı, bunun üçün də Zuhəsəməyə tərəf hərəkət etdi.”[77]

Hürr ibn Yezid və qoşunu günorta vaxtı, imam Hüseyn (ə) və əshabının qarşısını aldı. İmam Hüseyn (ə) öz əshabına göstəriş verdi, Hürrün qoşununu və atlarını su ilə sirab etsinlər. Namaz vaxtı imam Hüseyn (ə) müəzzini Həccac ibn Məsruq Covfiyə dedi azan versin. Namaz qılıb həmd-səna etdikdən sonra buyurdu:

“Ey camaat! Bu, Allah dərgahına və sizlərə olan bir vəzifədir. Sizin məktublarınız və göndərdiyiniz elçiləriniz mənim yanıma gəlib məndən istədilər ki, sizin şəhərinizə gəlim, özünüz dediniz bizim imamımız yoxdur, ümid var Allah mənim vasitəmlə sizi hidayət etsin, əgər öz əhdinizə vəfadarsınız, sizin şəhərinizə gəlim, xeyr, əgər gəlməyimə razı deyilsiniz, mən qayıdım.” Hürr və qoşunu sükut edib heç bir söz demədilər. Bu zaman imam müəzzinə dedi: Zöhr namazının iqaməsini oxu. Camaat namazı bərpa oldu, Hürr və qoşunu, imam Hüseynə (ə) iqtida edərək namazlarını qıldılar.[78]

İmam Hüseyn (ə) əsr namazını qıldıqdan sonra, həmd və səna edərək üzünü camaata tutub buyurdu:

“Ey camaat! Əgər İlahi təqvaya riayət edib, haqqı öz əhli üçün bilsəniz, Allahın razılığını əldə etmiş olarsınız. Biz əhli-beyt haqqı özləri üçün iddia edənlərə nisbətdə ki, onlar haqq deyillər, sizlərlə etdikləri əməlləri ədalətli deyil və sizin haqqınıza cəfa edirlər, biz sizin vilayətiniz olmaqda daha layiqik. Əgər siz bu ləyaqəti bizdə görmürsünüz, bizdən itaət etmək istəmirsiniz və yazdığınız məktublar, fikir və dedikləriniz uyğun deyilsə, mən buradan qayıdacam.”

Hürr ibn Yezid dedi: "Sizin dediyiniz bu namələrdən mənim xəbərim yoxdur! Biz bu məktubları yazmamışıq. Biz məmuruq sizlə hər hansı bir yerdə rastlaşsaq, o an Übeydullah ibn Ziyada təslim edək."[79]

Hüseyn ibn Əli (ə) ətrafında olanlara üz tutub qayıdacaqlarını bildirdi, lakin Hürr və qoşunu buna mane oldular. Hürr dedi: “Sizi Übeydullah ibn Ziyadın yanına aparmalıyam!” imam Hüseyn (ə) buyurdu: “And olsun Allaha səninlə gəlməyəcəyəm.” Hürr dedi: “Mən səninlə döyüşməyə məmur deyiləm, amma məmuram səndən ayrılmayıb Kufəyə aparım, əgər siz gəlməkdən boyun qaçırırsınız, elə bir yol seçin ki, sizi nə Kufəyə aparsın, nə də Mədinəyə. Bu zaman mən Übeydullaha namə yazım, siz də istəsəniz Yezidə bir məktub yazın, bəlkə bu iş sülh və xeyirlə sona çatdı, bu iş mənim üçün sizinlə döyüşüb qan tökməkdən daha yaxşıdır.” [80]

İmam Hüseynin (ə) karvanı “Əzib” və ”Qadisiyyə” məntəqəsinin sol istiqamətindən hərəkət edirdi. Hürr də o həzrətlə birlikdə hərəkət edirdi.[81]

Übeydullahın səfiri

İmam Hüseyn (ə) oturaq saldığı “Bizə”[82] adlı məntəqədə sübh namazını qıldıqdan sonra, köməkçiləri ilə birlikdə yola düşdülər, günorta vaxtına az qalmış “Neynəva” məntəqəsinə çatdılar.[83]

Übeydullahın səfiri Hürr üçün bir namə gətirdi, bu namədə Hürrə xitab olaraq yazılmışdı: “Mənim məktubum və göndərdiyim elçi sənə çatdığı andan, şəraiti Hüseyn ibn Əli üçün ağırlaşdır, onu susuz və hasarsız bir səhrada oturaq et. Göndərdiyim səfirimə əmr etmişəm, sənə verilən bu məmuriyyəti yerinə yetirməyincə səndən ayrılmasın və bu xəbəri mənə çatdırsın, vəssəlam.”[84]

Hürr məktubu imam Hüseyn (ə) üçün oxudu, imam Hüseyn (ə) ona dedi: “İcazə ver Neynəvada və ya Ğaziriyyədə oturaq salım.”[85] Hürr dedi: “Mümkün deyil, çünki Übeydullah məktub gətirəni mənim üçün casus təyin edib!” Züheyr ibn Qeyn bildirdi ki, Hürr və onun qoşunu ilə müharibə etsinlər, çünki Übeydullahın digər qoşunları qoşulduqca onlarla döyüşmək daha çətin olacaq, imam cavabında buyurdu: “Mən müharibəni başladan ilk şəxs olmayacağam.”[86] Sonra isə hərəkət edib Kərbəlaya çatdılar. Hürr və qoşunu imam Hüseynin (ə) karvanının qarşısını alaraq onların hərəkət etmələrinə mane oldular.[87]

İmam Kərbəlada

İmam Hüseynin (ə) Kərbəlaya girişi

Bir çox mənbələrdə, imam Hüseyn (ə) və əshabının Kərbəlaya girişini, hicrətin 61-ci il Məhərrəm ayının 2-si yazırlar.[88] Hicrətin üçüncü əsrinə aid tarixçi Dinuri isə imamın Kərbəlaya daxil olmasını Məhərrəm ayının 1-i yazır.[89] Müqərrəmin “Məqtəlul Hüseyn (ə)” adlı kitabında yazdığına əsasən, elə ki, Hürr imam Hüseynə (ə) dedi: “Burada oturaq sal, çünki Fərat çayına yaxındır”, imam Hüseyn (ə) buyurdu: “Buranın adı nədir?” Dedilər: "Kərbəla." İmam Buyurdu: Bura “kərb” (çətinliklər) və bəla yeridir. Atam Siffeynə hərəkət etdiyi zaman buradan keçdi və mən də onunla idim. Burada durub bu yerin adını soruşdu. Adını ona dedilər. Sonra buyurdu: “Bura oturaq yerləri olar, burada qanları tökülər.” Mövzunu soruşdular. Buyurdu: “Həzrət Məhəmməd ailəsindən (s) burada oturaq edəcək.”[90] Sonra isə imam Hüseyn (ə) buyurdu: “Bura bizim oturaq salacağımız yer, bizim xeymələrimizin və nər oğullarımızın öldürüləcək və qanımız töküləcək yerdir.”[91] Bu zaman göstəriş verdi, oturaq salsınlar.

Nəql olunur ki, Kərbəlada oturaq saldıqdan sonra imam Hüseyn (ə) övladlarını, qardaşlarını və əhli-beytini bir yerə toplayıb onlara baxaraq ağladı və buyurdu: “İlahi! Həqiqətən biz peyğəmbər itrəti və o həzrətin əhli-beytiyik, bizi öz yurdumuzdan çıxartdılar, öz cəddimizin hərəmindən nigaran və pərişan halda ayrılmışıq, Bəni Üməyyə bizə zülm etdi. Allahım! Bizim haqqımızı onlardan al, zalımlar qarşısında bizə kömək ol.”

Sonra isə üzünü əshaba tərəf tutub buyurdu:

اَلنَّاسُ عَبِیدُ الدُّنْیا وَالدِّینُ لَعْقٌ عَلَی أَلْسِنَتِهِمْ یحُوطُونَهُ مَا دَرَّتْ مَعَایشُهُمْ فَإِذَا مُحِّصُوا بِالْبَلَاءِ قَلَّ الدَّیانُونَ
“İnsanlar dünyanın bəndəsidirlər, dinləri isə dillərindədir; güzəranları rifah içində olana qədər dinlərindən müdafiə edərlər, hər vaxt bəla və çətinliklər çoxalsa dindarlar azalar.” (Xarəzmi, Məqtəlul-Hüseyn (ə) c.1, səh 337)

Bunda sonra imam Hüseyn (ə) məsahəti 4 kvadrat metrdə olan Kərbəla torpağını yer sahiblərindən altmış min dirhəmə alaraq şərt bağladı ki, camaata onun qəbrini ziyarət etmək üçün yol göstərib, gələn zəvvarlara üç gün müddətində xidmət göstərsinlər.[92]

Hürr ibn Yezid Riyahi, Übeydullah ibn Ziyada məktub yazaraq imam Hüseynin (ə) bu torpaqlarda oturaq saldığını məlumat verdi.[93] Bu məktubdan sonra Übeydullah imam Hüseynə (ə) xitab edərək bu məzmunda bir məktub yazdı:

“Ey Hüseyn, Kərbəla torpağında köç saldığından xəbər tutdum. Əmirəl-möminin (Yezid ibn Müaviyə) mənə əmr edib ki, bir tikə belə yemədən və bir an göz yummadan ya səni elm sahibi olan o lətif Allaha qovuşdurum, ya da səni özümə və Yezidin verdiyi hökmə tabe edim; vəssəlam.”[94]

Nəql olunur imam Hüseyn (ə) bu naməni oxuduqdan sonra onu kənara ataraq buyurdu: “O qövm ki, öz razılığını Rəbbinin razılığından üstün tutur, nicat tapmaz.” İbn Ziyadın elçisi o həzrətə dedi: "Ey Əba əbdillah, məktubun cavabını vermirsən?" İmam Hüseyn (ə) buyurdu: “Cavabı Allahın ağır əzabıdır ki, tezliklə çatacaq.” İbn Ziyadın səfiri qayıtdıqdan sonra imam Hüseynin (ə) dedikərini ona çatdırdı. Bundan sonra Übeydullah əmr etdi qoşunu imam Hüseynlə (ə) mübarizəyə hazırlasınlar.[95]

Ömər ibn Sədin Kərbəlaya girişi

Ömər ibn Səd, Məhərrəm ayının 3-ü Küfə əhalisindən ibarət dörd minlik orduyla Kərbəlaya daxil oldu.[96] Ömər ibn Sədin Kərbəlaya getməsinin səbəbi haqda yazırlar: Abdullah ibn Ziyad, Ömər ibn Sədi Küfəlilərdən ibarət dörd minlik qöşuna başçı təyin edərək, ona əmr etmişdi “Rey” və “Dəstəbi” məntəqələrinə gedib, bu torpaqlara hakim olan Deyləmilərlə mübarizə etsin. Übeydullah da Rey məntəqəsinin hökmranlığını ibn Sədin adına yazaraq onu bu şəhərin hakimi olaraq təyin etmişdi. Ömər ibn Səd öz qoşunu ilə, Küfədən kənar, “Həmami Əyən” adlı bir məntəqədə otraq etdi. O, Rey şəhərinə getmək üçün hazırlaşırdı, lakin imam Hüseyn (ə) Küfəyə tərəf hərəkət etdiyini eşidən ibn Ziyad, Ömər ibn Sədə əmr etdi, imam Hüseynlə (ə) mübarizə etməyə getsin və bu işi bitirdikdən sonra Reyə tərəf hərəkət etsin. İbn Səd imam Hüseynlə (ə) mübarizə etməyə razı deyildi. Odur ki, Übedullahdan istədi onu bu işdən uzaq tutsun, lakin ibn Ziyad onun bu işdən uzaq durmasının nəticəsini Rey hakimiyyətini itirməklə nəticələnəcəyini bildirdi.[97] Ömər ibn Səd, ibn Ziyadın bu təkidin görərək, Kərbəlaya getməyi qəbul edib[98] qoşununu Kərbəlaya doğru hərəkət etdirdi. İmam Hüseynin (ə) Neynəva məntəqəsinə çatdığı günün səhəri, özünü oraya çatdırdı.[99]

İmam Hüseynin (ə) Ömər ibn Sədlə söhbəti

Ömər ibn Səd Kərbəlaya çatdıqdan sonra ilk öncə istədi imam Hüseynin (ə) sorağına bir elçi göndərsin ki, onun nə istədiyini və nə üçün bu torpaqlara gəldiyini öyrənsin. Bu işi Əzrə ibn Qeys Əhməsə və digər böyük şəxsiyyətlərə ki, o həzrətə məktub yazmışdılar təklif etdi; amma onlar bu işdən boyun qaçırdılar.[100] Bu işi Kəsir ibn Abdullah Şüeyb qəbul edərək imam Hüseynin (ə) xeymələrinə tərəf hərəkət etdi. Əbu Sumamə Saidi Kəsirin silahla imam Hüseynin (ə) xeymələrinə getməsinə icazə vermədi, sonda nəticəsiz olaraq Ömər ibn Sədin yanına qayıtdı.[101]

Kəsir ibn Abdullah qayıtdıqdan sonra Ömər ibn Səd Qərət ibn Qeys Hənzəlidən[102] istədi ki, imam Hüseynin (ə) yanına getsin və o bu işi qəbul etdi. İmam Hüseyn (ə) Ömər Sədin sualının cavabında Qərətə buyurdu: “Sizin şəhərin camaatı mənə məktub yazdı ki, bura gəlim, əgər məni istəmirlərsə, mən qayıdım.” Ömər Səd bu cavabı eşidib sevindi.[103] Odur ki, ibn Ziyada məktub yazıb imam Hüseynin (ə) sözündən xəbərdar etdi.[104] Übeydullah ibn Ziyad isə Ömər Sədin məktubunun cavabında imam Hüseynin (ə) və köməkçilərinin Yezid üçün beyətini istədi.[105]

İbn Ziyadın Kərbəlaya qoşun göndərmək üçün səyi

İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra Übeydullah ibn Ziyad Kufə camaatını məscidə toplayıb Yezidin bəxşiş etdiyi dörd min dinar və iki yüz min dirhəmi qəbilə başçıları arasında paylayıb, onlardan Ömər ibn Sədə imam Hüseynlə (ə) mübarizədə kömək etmələrini istədi.[106]

Übeydullah ibn Ziyad Əmr ibn Hürəysi Kufədə öz nümayəndəsi olaraq təyin etdi, özü isə köməkçiləri ilə birlikdə Kufəni tərk etdi. Nüxəylə adlı məntəqədə oturaq salaraq camaatı Nəxiləyə doğru hərəkət etməyə məcbur etdi.[107] (Kufə camaatının imam Hüseynə (ə) qoşulmasının qarşısını almaq məqsədilə) Kufə körpüsünü ələ aldı və heç bir şəxsin o körpüdən keçməsinə icazə vermədi.[108]

Übeydulla ibn Ziyadın göstərişi əsasında, Hisin ibn Təmim və onun nəzarəti altında dörd min qoşun Qadisiyyədən Nəxiləyə çağırıldı.[109] Məhəmməd ibn Əşəs ibn Qeys Kəndi, Kəsir ibn Şəhab və Qəqa ibn Süveyd də ibn Ziyad tərəfindən məmur oldular ki, camaatı imam Hüseynlə (ə) müharibəyə hazırlasınlar.[110] İbn Ziyad Süveyd ibn Əbdülrəhman ibn Mənqəri də bir neçə atlı dəstə ilə Kufəyə göndərib göstəriş verdi ki, hər kim imam Hüseynlə (ə) müharibəyə getməkdən boyun qaçırsa, onun yanına gətirsin. Süveyd Şam şəhərindən Kufəyə öz mirasını tələb etmək üçün gələn bir kişini tutub ibn Ziyadın yanına göndərdi. İbn Ziyad da (Kufə əhlini qorxutmaq üçün) onun qətl hökmünü verdi. Camaat vəziyyətin bu cür olduğunu görüb, bir nəfər kimi hamı Nəxiləyə doğru hərəkət etdilər.[111]

Camaatın Nəxilədə toplaşdığını görən Übeydullah ibn Ziyad, Hüsəyn ibn Nümeyr, Həccar ibn Əbcər, Şəbəs ibn Ribi və Şimr ibn zil-Cövşənə göstəriş verdi ki, ibn Sədə kömək etmək üçün onun qoşununa qoşulsunlar.[112] Onun əmrini ilk icra edən şəxs Şimr idi ki, hərəkət etmək üçün hazır oldu.[113] Şimrdən sonra Zeyd (Yezid) ibn Rəkab iki min nəfərlik qoşunla, Husəyn ibn Numəyr Səkuni dörd min nəfər, Musab Məri (Muzayir ibn Rəhinə Mazini) üç min nəfər,[114] Həsin ibn Təmim Təhəvi iki min nəfərlik qoşunla[115] və Nəsr ibn Hərbə (Hərşə) kufəlilərdən ibarət iki minlik qoşunla hərəkət edərək Ömər ibn Sədin qoşununa qoşuldular.[116] Bu zaman ibn Ziyad bir nəfəri Şəbəs ibn Ribinin sorağına göndərdi ki, Ömər ibn Sədin köməyinə getsin. Şəbəs də min nəfərlik atlı ilə Ömər ibn Sədin qoşununa qoşuldu.[117] Şəbəsdən sonra Həccar ibn Əbcər min atlı[118] ilə və ondan sonra Məhəmməd ibn Əşəs ibn Qeys Kəndi min atlı dəstə ilə[119] və o cümlədən, Haris ibn Yezid Ruyəm də Həccar ibn Əbcərdən sonra Kərbəlaya doğru hərəkət etdilər.[120] Übeydullah ibn Ziyad hər gün sübh və zöhr vaxtları Kufə qoşunlarından iyirmi, otuz, əlli və yüz nəfərlik dəstələrdən təşkil olunmuş qüvvə Kərbəlaya göndərirdi.[121] Məhərrəm ayının 6-sı artıq Ömər ibn Sədin qoşununun sayı iyirmi mini keçmişdi.[122] Übeydullah Ömər ibn Sədi bütün bu qoşunların sərkərdəsi təyin etmişdi.

Həbib ibn Məzahirin qüvvə toplamaq üçün səyi

Şəraninin yazdıqlarına əsasən, Ömər ibn Sədin qoşunu Kərbəlada toplandıqdan sonra Həbib ibn Məzahir, imam Hüseynin (ə) az bir sayda qoşununu müşahidə etdikdə, imamdan icazə alaraq gizli yolla özünü Bəni Əsəd qəbiləsindən olan bir tayfaya çatdırıb onlardan imam Hüseynə (ə) kömək etmələrini istədi. Bəni Əsəd, Həbib ibn Məzahirlə gecənin qaranlığından istifadə edərək özlərini imam Hüseynə (ə) çatdırmaq istədilər, lakin Ömər ibn Sədin qoşunundan olan Əzrəq ibn Hərb Seydavinin rəhbərlik etdiyi dəstə Fərat çayı yaxınlığında yolu onların üzünə bağladı. İş müharibəylə nəticələndi və sonda Bəni Əsəd tayfası geri qayıtdı, Həbib isə yenə tək başına imam Hüseynə (ə) qovuşdu.[123]

İmam Hüseynin (ə) Ömər ibn Sədlə son söhbəti

Məhərrəm ayının dördüncü-altıncı gecələri[124] arasında imam Hüseyn (ə) Ömər ibn Sədlə iki qoşun arasında görüşüb birlikdə söhbət etdilər.[125] Bu söhbətdə müharibənin son verilməsi haqda təkliflər irəli sürüldü. İmam Hüseyn (ə) qardaşı Abbas, Ömər ibn Səd isə oğlu və qulamı ilə birlikdə bu söhbətdə hazır olmuşdular.[126] Məhəmməd ibn Cərir Təbərinin dediklərinə görə, bu söhbətdən kifayət qədər məlumat əldə yoxdur[127] və tarixdə bu haqda ixtilaflı nəzəriyyələr mövcuddur.[128]

Bir sıra tarixçilər bəzi tarixi nəqllərə əsaslanaraq, imam Hüseynin (ə) digər söhbət və danışıqları ki, imamın Yezid qarşısında təslim olmasından və ya onun yanına getməsindən hekayət edən bütün məlumatların yalan olduğunu bildirirlər.[129] Bunun müqabilində, bəzi tədqiqatçılar düşünürlər ki, bu söhbətdən sonra Ömər Səd Yezid ibn Müaviyəyə məktub yazmışdır, bu söhbətin məzmununu ifşa edir.[130] O, imam Hüseynlə (ə) söhbət etdikdən sonra Übeydullah ibn Ziyada göndərdiyi məktubda yazır “... Hüseyn ibn Əli (ə) mənimlə əhd-peyman bağladı ki, gəldiyi yerə qayıtsın və ya müsəlmanlar olan bir məntəqəyə getsin. Hüquq cəhətindən də digər müsəlmanlar kimi olacaqdır, ya da Yezidin hüzuruna getsin, hər bir qərarı versə, onun haqqında icra olunsun və bu da sizin razılığınız və ümmət üçün məsləhət görülən yoldur.”[131] Übeydullah məktubu oxuyub dedi: “Həqiqətən bu məktub öz rəhbərini nəsihət edən və qövmünün xeyrini düşünən şəxsin məktubudur!” O, bu təklifi qəbul etmək istəyirdi, lakin Şimr ibn Zil Cövşən bu işə mane oldu.[132]

Məhərrəm ayının yeddinci günü; su yollarının bağlanması

Məhərrəm ayının yeddinci günü, Übeydullah ibn Ziyad Ömər ibn Sədə məktub yazaraq suyu imam Hüseyn (ə) və əshabının üzünə bağlanmasını istədi. Məktub Ömər ibn Sədə çatdıqda, Əmr ibn Həccac Zübəydi əmr etdi ki, beş yüz atlı ilə Fərat çayının kənarında hazır olub, Hüseyn (ə) və əshabının sudan istifadə etmələrinin qarşısını alsın.[133]

Bəzi tarixi mənbələrdə nəql olunur ki, su bağlandıqda və susuzluq şiddət tapdıqdan sonra, imam Hüseyn (ə) qardaşı Abbası otuz atlı və iyirmi piyadanı su məşki ilə təmin edib su gətirmək üçün göndərdi. Onlar gecə ilə, Nafe ibn Hilal Nəxəlinin əlində bayraq, dəstənin önündə hərəkət edərək özlərini Fərat çayına çatdırdılar. Fərat çayının mühafizi təyin olunan Əmr ibn Həccac, imam Hüseynin (ə) köməkçilərilə mübarizəyə qalxdı. İmam Hüseyn (ə) köməkçilərindən olan bir dəstə məşklərini su ilə dolduldurdu, digər bir dəstə isə o cümlədən, Həzrət Əbülfəzl (ə) və Nafe ibn Hilal döyüşüb onları qoruyurdular ki, suyu xeymələrə çatdırsınlar. İmam Hüseynin (ə) köməkçiləri suyu xeymələrə çatdırmağa müvəffəq oldular.[134]

Tasua günü

İslam alimi və mütəfəkkiri, Mürtəza Mütəhhəri: Kərbəla səhnəsini sərgiyə bənzətmək olar, amma elm və sənaye sərgisi yox, mənəviyyat və bilik sərgisi. Bu sərgidə insan bəşəriyyətin əxlaqi, ruhi və mənəvi gücünün böyüklüyünü dərk edə bilər və insanın nə dərəcədə səxavətli və fədakar, azad insan və Allahdan qorxan, haqq axtaran və haqqa ibadət edən ola biləcəyini anlaya bilər. Buradan anlamaq olur ki, səbr, razılıq, təslim olmaq, şücaət, səxavət, lütfkarlıq mənaları nə həddə ortaya çıxma gücünə malikdir! [135]

Şimr ibn Zilcövşən hicrətin 60-cı ili Məhərrəm ayının 9-cu günü əsr namazından sonra Ömər ibn Sədə yaxınlaşaraq, ibn Ziyadın göndərdiyi xəbəri ona çatdırdı.[136] Ömər ibn Səd Şimrə dedi: "Mən özüm bu işi öz öhdəmə götürürəm."[137]

Bir rəvayətə əsasən, Şimr, başqa bir rəvayətə əsasən isə Ümmül-bəninin qardaşı oğlu Abdullah ibn Əbil-məhəl Ümmül-bəninin övladları üçün ibn Ziyaddan amannamə almışdı.[138] Abdullah aldığı amannaməni öz qulamı vasitəsilə Kərbəlaya göndərdi, özü isə sonradan Kərbəlaya gələrək, məktubu Ümmül-bəninin oğlanlarına oxudu, lakin onlar müxalifət etdilər.[139] Digər rəvayətə əsasən isə, Şimr amannaməni Kərbəlaya gətirib, Abbas və qardaşlarına verdi,[140] amma Abbas (ə) və qardaşları bir nəfər kimi hamılıqla amannaməni rədd etdilər.[141] Şeyx Müfidin yazdığına əsasən, Şimr dedi: "Ey bacım balaları! Siz amandasız." Onlar isə cavab verdilər: "Allah sənə və amanına lənət etsin, bizə aman verib peyğəmbər balasını amansız qoyursan?!"[142]

Tasua günü əsr vaxtı idi, Ömər ibn As səsləndi: "Ey Allahın qoşunu! Atlarınıza minib bəşarət verin." Bu zaman qoşun atlarına minərək, imam Hüseynin (ə) xeyməsinə tərəf hərəkət etdi.[143] İmam Hüseyn (ə) düşmənin niyyətini bilib, qardaşı Abbasa buyurdu: “Əgər bacarsan onları razı sal müharibəni sabaha saxlasınlar, bu gecəni bizə fürsət versinlər öz rəbbimizlə razu-niyaz edib ibadətlə məşqul olaq. Allah şahiddir, mən namaz qılıb Quran oxumağı çox sevirəm.”[144] Həzrət Abbas (ə) düşmən qoşununa yaxınlaşıb o gecəni onlardan fürsət istədi. İbn Səd bir gecəlik fürsəti qəbul etdi.[145] Eləcə də həmin gün imam Hüseyn (ə) və əhli-beytinin xeymələri mühasirəyə alındı.[146]

Aşura gecəsi baş verən hadisələr

İmam Hüseyn (ə) səhabələri əhdlərini yeniləyir

İmam Hüseynin (ə) Aşura gecəsi öz səhabələri haqqında buyurduğu kəlam:Həqiqətən, mən öz yoldaşlarımdan daha sadiq və daha yaxşı yoldaş tanımıram, öz ailəmdən daha xeyirxah və mehriban bir ailə tanımıram. Allah sizi yaxşılıqla mükafatlandırsın. Müfid, Əl-İrşad, hicri 1399, cild 2, səh.91

İmam Hüseyn (ə) Aşura gecəsinin əvvəlində, öz köməkçilərini toplayıb rəbbinə həmd-səna etdikdən sonra onlara xitab etdi: “Güman edirəm bu sonuncu gündür ki, bu qövm tərəfindən fürsətimiz var, bilin ki, mən sizin getməyinizə icazə vermişəm. Siz rahatçılıqla gedə bilərsiz və mənim sizin boynunuzdan beyətim götürülmüşdür, nə qədər ki, gecənin qaranlığı sizi gizlətmişdir, bu qaranlıqdan istifadə edib gedin.” Bu zaman ilk növbədə imamın əhli-beyti və ardınca həzrətin köməkçiləri vəfadarlıqlarını bildirib, öz şücaətlərini elan edərək, canlarını imam Hüseyn (ə) yolunda fəda etməyə hazır olduqlarını bildirdilər. Tarixi mənbələr və bəzi məqtəl kitabları bu sözlərdən bəzilərini qələmə alaraq, bu günə kimi yaşatmışlar.[147]

Həzrət Zeynəbin (s.ə) nigarançılığı

İmam Hüseynin (ə) köməkçiləri vəfadarlıqlarını elan etdikdən sonra həzrət xeyməyə qayıdıb həzrət Zeynəbin (s.ə) xeyməsinə daxil oldu. Nafe ibn Hilal xeymədən kənar oturub imam Hüseyni (ə) gözləyirdi, gördü həzrət Zeynəb (s.ə) imam Hüseynə (ə) deyir: “Sən öz əshabını imtahan etmisən? Qorxuram onlar da bizdən üz çevirib döyüş başladığında səni düşmənə təhvil versinlər.” İmam Hüseyn (ə) cavabında buyurdu: “And olsun Allaha, onları imtahan etmişəm, onları sinələrini sipər edən insanlar gördüm, onlar ölümə gözlərinin ucu ilə baxırlar, onların mənim yolumda ölməyə, körpə uşağın ana südünə olan qədər məhəbbətləri var.” Nafe hiss etdi ki, imam Hüseynin (ə) əhli-beyti səhabənin vəfasızlığından və istiqamət göstərməməyindən nigarandır, odur ki, Həbib ibn Məzahirin yanına gedib onunla məsləhətləşib bu qərara gəldilər ki, digər səhabələrlə birlikdə gəlib, imamın əhli-beytinə xatircəmlik versinlər ki, son damla qanlarına kimi, onlardan müdafiə edəcəklər.[148]

Həbib ibn Məzahir imam Hüseynin (ə) səhabələrini səslədi ki, bir yerə toplansınlar. Sonra isə Bəni Haşimə dedi: "Siz öz xeymələrinizə qayıdın." Bu zaman üzünü əshaba tutub Nafenin eşitdiklərini onlara dedi. Hamı birlikdə dedi: “Bizə minnət qoyub bu mövqedə bizi qərar verən Allaha and olsun, əgər imam Hüseynin (ə) əmrini gözləməsəydik, biz indiyə kimi onlara hücum edib canımızı, pak gözlərimizi aydın etmişdik.” Həbib ibn Məzahir səhabələrlə birlikdə əllərində qılınc bir olaraq əhli-beyt xeymələrinə yaxınlaşıb dedilər: “Ey Allah rəsulunun (ə) balaları! Bu qılınclar sizin cavanların və nər oğullarınızın qlınclarıdır, bunlar sizin düşmənlərinizin boynunu vurmayana qədər öz qınlarına oturmayacaqlar. Bu nizələr sizin oğlanlarınızındır, and içiblər ki, onları yalnız və yalnız sizin dəvətinizi rədd edənlərin sinəsinə sancsınlar.”[149]

Aşura günü baş verən hadisələr

İmam Hüseyn (ə), sübh namazını qılıb qurtardıqdan sonra[150] öz qoşununu (32 atlı və 40 piyada)[151] hazırladı. İmam Hüseyn (ə) höccəti tamamlamaq üçün ata minib səhabələrindən bir kiçik dəstə ilə düşmən qoşununa tərəf hərəkət edib, onları nəsihət etdi.[152] İmam Hüseynin (ə) söhbətindən sonra Züheyr ibn Qeyn (Qin) söhbətə başlayıb, imam Hüseynin (ə) fəzilətlərindən danışdı.[153]

Aşura günü baş verən hadisələrdən biri, Hürr ibn Yezid Riyahinin Ömər ibn Sədin qoşunundan üz çevirib, imam Hüseyn (ə) qoşununa qovuşması idi.[154]

Döyüşün ilk anlarında mübarizə qoşun şəklində idi. Bəzi tarixi rəvayətlərə əsasən, ilk hücum zamanı imam Hüseynin (ə) əshabından 50 nəfər şəhid oldu. Sonrakı döyüşlərdə isə imam Hüseynin (ə) köməkçiləri fərdi və ya iki-iki mübarizə aparırdılar. Əshab icazə vermirdi düşmən qoşunundan bir nəfər imam Hüseynə (ə) yaxınlaşsın.[155] Aşura günü səhər və əsr vaxtı, imam Hüseynin (ə) Bəni-Haşim tayfasından olmayan səhabələri şəhid olduqdan sonra imamın Bəni-Haşimdən olan köməkçiləri döyüş meydanına girdilər. Bəni Haşimdən meydana getmək üçün imam Hüseyndən (ə) ilk icazə istəyib şəhid olan şəxs, Əliəkbər idi.[156] Ondan sonra imamın ailəsindən olanlar biri digərindən sonra döyüş meydanına girib şəhid oldular. Əbülfəzlil Abbas, qoşunun bayraqdarı və xeymələrin mühafizi də Fərat çayının mühafizəçiləri ilə döyüşərək şəhidlik məqamına çatdı.[157]

Bəni Haşim şəhid olduqdan sonra imam Hüseyn (ə) özü döyüş meydanına getdi, amma bir müddət Kufə qoşunundan heç bir kəs o həzrətlə mübarizə etməyə cürət etmədi. Döyüş əsnasında baxmayaraq ki, imam tək qalmışdı və bədənində, başında yaraları çox idi, imam dayanmadan döyüşürdü.[158]

İmam Hüseynin şəhadəti

Şimr ibn Zilcəvşənin nəzarətində olan piyada qoşun imam Hüseyni (ə) mühasirəyə aldı, amma o qədər də irəli gəlməyə cürət etmirdilər, Şimr isə onları hücum etməyə təşviq edirdi.[159] Şimr ox atan dəstəyə əmr etdi ki, imam Hüseyni (ə) ox yağışına tutsunlar. Ox o qədər çox idi ki, imamın vücudu oxla dolmuşdu. Məqtəl kitablarında bu ibarətlə təsvir edirlər. “...ولما أثخن الحسين بالجراح ، وبقي كالقنفذ...” imam Hüseynin (ə) pak bədəni, kirpi kimi olmuşdu.[160][161] İmam Hüseyn (ə) geri çəkildi, lakin onlar o həzrəti mühasirəyə aldılar.[162] Yorğunluq və aldığı yaralar imam Hüseyni (ə) taqətdən salmışdı. Odur ki, bir anlıq durub istirahət etmək istədi. Bu an alnına daş ilə vurdular, qan üzündən süzülməyə başladı. İmam libasının qırağı ilə, (parça və ya dəsmal ilə)[163] üzünə axan qanı silmək istədikdə, üç guşəli zəhərə boyanmış ox, o həzrətin ürəyinə oturdu.[164] Malik ibn Nüseyr şəmşir ilə imam Hüseynin (ə) başına elə bir zərbə endirdi ki, o həzrətin başında olan dəbilqənin kəməri qırıldı.[165] Seyyid ibn Tavus[166] imam Hüseynin (ə) atdan yıxılıb yerə düşməsinin səbəbini, ox atan dəstələrin vurduğu oxlar və Şimrin əmr edib, böyük bir qoşunun o həzrətə hücum etməsi bilir. O həzrət taqətdən düşüb zəifləmişdi, “كان قد أعيى يَنوء و يَكبو” yəni yıxıla-yıxıla sürünərək hərəkət edirdi, Çətinliklə qalxsa da, yenə yıxılırdı.[167]


چون صبا افتان و خیزان می روم تا کوی دوست **** وز رفیقان ره استمدادا همت می کنم
Səba nəsimi tək, hey yıxılıb duraraq, məşuq diyarına gedirəm
Bu yolda mənimlə bir olan dostlarımdan kömək, himmət istəyirəm.[168]

Zərət ibn Şərik Təmimi adlı digər bir şəxs isə imam Hüseynin (ə) sol çiynindən zərbə endirdi. Sənan ibn Ənəs Nəxəi həzrətin boğazını oxla nişan aldı, sonra Saleh ibn Vəhəb Covfi (Sənan ibn Ənəsdən nəql olunan rəvayətə əsasən) irəli keçib, imam Hüseynin (ə) sinəsindən nizə ilə elə bir qüvvətlə vurdu ki, həzrət sağ üzü üstə atdan yerə düşdü.[169]

Şimr ibn Zilcövşən Ömər ibn Sədin qoşunundan bir dəstə ilə, o cümlədən Sinan ibn Ənəs və Xuli ibn Yezid Əsbəhi ilə birlikdə, imama tərəf hərəkət etdilər. imam Hüseynin (ə) işinin bitməsini istədi,[170] lakin heç kim bunu qəbul etmədi. O, Xuliyə əmr etdi ki, imam Hüseynin (ə) başını bədənindən ayırsın. Xuli qətlgaha düşəndə əl-ayağı əsməyə başladı, bu işi edə bilmədi. Şimr[171] bəzi rəvayətlərə görə, Sinan ibn Ənəs[172] atdan düşüb, imam Hüseynin (ə) başını bədənindən ayırıb Xuliyə verdi.[173]

İmam Hüseynin şəhadətindən sonra baş vermiş hadisələr

Sənan ibn Ənəs imam Hüseynin (ə) başını Xuliyə verdikdən sonra, Ömər ibn Sədin qoşunu, həzrətin əynində olan libaslarını qarət etdilər. Qeys ibn ƏşəsBəhr ibn Kəb (geyimini),[174] Əsvəd ibn Xalid Övdi (nəleyn), Cəmi ibn Xəq Övdi (qılınc), Əxnəs ibn Mərsəd (əmmamə), Bəxl ibn Səlim (üzük) və Ömər ibn Səd (zirehli geyimi)[175] o həzrətdən qarət etdilər.

İmam Hüseynin şəhadət xəbəri

İmam Hüseyn (ə) atdan yerə düşdüyündə, Zülcənah, imamın cansız bədəninin kənarına gəlib ətrafında dövrə vuraraq, onu qoxuyub öpürdü. Alnını imamın qanına boyayıb ayaqlarını yerə vururdu, kişnəyərək xeymələrə tərəf getdi.[176] Bir rəvayətdə imam Baqir (ə) buyurur: "At xeymələrə qayıtdığı zaman deyirdi: “الظليمة ، الظليمة ، من اُمّة قتلتْ ابن بنت نبيّها” Kömək edin! Kömək edin! Bir ümmət öz peyğəmbərinin qızının oğlunu öldürdü."[177] Xeymələrə çatanda kişnəyir və başını yerə çırpırdı, imam Hüseynin (ə) əhli-beyti Zülcənahı bu halda görüb, xeymələrdən çıxaraq Zülcənahın ətrafını alıb, onun əllərini, başını sığallamağa başladılar. Ümmü Gülsüm iki əlini başına qoyub dedi: "Va Məhəmməd! Vay Baba! Vay peyğəmbər!..."[178] Bu dastan məddahların imam Hüseynin (ə) əzadarlıq məclislərində oxunan rozə dastanlarındandır.[179]

Xeymələr qarət olur

İmam Hüseyn (ə) şəhid olduqdan sonra düşmən qoşunu xeymələrə hücum edərək qarət etdilər. Onlar bu işdə sanki bir-birlərilə yarışa çıxmışdılar.[180]

Şimr, bir dəstə ilə imam Səccadı öldürmək fikrilə xeyməyə daxil oldu, lakin həzrət Zeynəb (s.ə) onun qarşısını aldı. Digər bir nəqlə əsasən, Ömər ibn Sədin qoşunundan olan bir dəstə bu işə etiraz etdilər.[181] Ömər ibn Səd əmr etdi qadınları bir xeyməyə topladılar və bir neçə nəfər onlara nəzarətçi təyin etdi.[182]

İmamın cansız bədəni üzərində atların sürülməsi

Ömər ibn Sədin fərmanı çərçivəsində, ön icraçısı ibn Ziyad olaraq, Kufə qoşunundan on nəfər könüllü olaraq, imam Hüseynin (ə) cansız bədənini atlar ayağı altına alıb sinə və kürək sümüklərini sınıdırdılar.[183] Bu on nəfər ibarətdir:

Şəhidlərin başları Kufəyə göndərilir

Ömər ibn Səd həmin gün imam Hüseynin (ə) başını Xuli ibn Yezid ƏsbəhiHəmid ibn Müslim Əzdinin vasitəsilə, Übeydullah ibn Ziyad üçün göndərdi. Bundan əlavə əmr etdi ki, Kərbəla şəhidlərinin də başlarını bədənlərindən ayırsınlar, onlar yetmiş iki baş idi, onları isə Şimr ibn Zilcövşən, Qeys ibn Əşəs, Əmr ibn HəccacƏzrə ibn Qeysin vasitəsilə Kufəyə göndərdi.[187]

İmam Hüseyn (ə) əhli-beytinin əsarəti

Əsas məqalə: Kərbəla əsirləri

Bu hadisədə imam Səccad (ə) xəstə idi, həzrət Zeynəb (s.ə) və digər əhli-beytlə birlikdə əsir götürülüb, ilk öncə Kufəyə ibn Ziyadın, sonra isə Şam şəhərində Yezidin sarayına göndərildilər.[188]

Şəhidlərin dəfni

Ömər ibn Sədin göstərişi əsasında, Kufə qoşunundan öldürülənlər dəfn olundu, amma imam Hüseyn (ə) və əshabının cəsədləri yerdə qaldı.[189] Məhərrəm ayının 11-i[190] və ya 13-ü[191] Kərbəla şəhidlərinin dəfn olunduğu bildirilir. Bəzi nəzəriyyələrə əsasən, Ömər ibn Səd və qoşunu qayıtdıqdan sonra Kərbəla yaxınlığında yaşayan Bəni Əsəd tayfasından olan bir dəstə, düşmən görməsin deyə, gecənin qaranlığından istifadə edərək, Kərbəla meydanına daxil olub, imam Hüseyn (ə) və əshabına namaz qılıb dəfn etdilər.[192] Bəzi nəqllərə əsasən, imam Hüseynin (ə) cəsədi, imam Səccadın (ə) vasitəsilə torpağa tapşırılmışdır.[193]

İstinadlar

  1. Mütəhhəri, Həmase Hüseyni, c.1, s.68
  2. https://farsi.khamenei.ir/newspart-
  3. İbn Əsəm, Əl-Futuh, h.q 1411, s.334
  4. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.442; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.155; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.32
  5. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.4, s.291
  6. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.338
  7. Əbu Muxnəf, Məqtəlul-Hüseyn, s.3; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.338; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.9-10; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.180; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.14
  8. Səduq, Əl-Əmali, h.q 1417, s.152; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.18; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.185
  9. Əbu Muxnəf, Məqtəlul-Hüseyn, s.3; Diynəvəri, Əl-İmamə vəs-siyasə, m.1990, s.227; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.338-339
  10. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.338-339; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.10-11; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.181; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.14
  11. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.18; Seyyid ibn Tavus, Əl-Luhuf, h.ş 1348, s.17
  12. Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.183; Diynəvəri, Əl-İmamə vəs-siyasə, m.1990, s.227; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, s.88
  13. Diynəvəri, Əl-İmamə vəs-siyasə, m.1990, s.228; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.32; İbn Cəvzi, Əl-Muntəzəm, m. 1992, c.5, s.323
  14. Əbu Muxnəf, Məqtəlul-Hüseyn, s.5; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.33
  15. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.34
  16. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.341; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.34
  17. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.19; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.187
  18. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.21-22; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.189
  19. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.155; Müfid, Əl-İrşad, h.q 1399, c.3, s.160; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.341; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.34
  20. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.19-20; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.187
  21. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.228; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.341; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.16
  22. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.228; Səduq, Əl-Əmali, h.q 1417, s.152-153
  23. Səduq, Əl-Əmali, h.q 1417, s.152
  24. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.21; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.188-189
  25. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.22; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.189
  26. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.23
  27. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.381; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.35
  28. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.156; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.23; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.36
  29. [1]
  30. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.156; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.36; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.20; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.190
  31. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.157-158; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.27-28; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.36-37; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.30
  32. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.158; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.352; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.29; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.38
  33. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.353; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.21
  34. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.230; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.347; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.39; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.21
  35. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.2, s.77; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.355
  36. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.347; Məsudi, Murucuz-zəhəb, h.q 1409,c.3, s.54
  37. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.231
  38. Muqərrəm, Əş-Şəhid Muslim ibn Əqil (ə), h.q 140
  39. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.348
  40. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.235
  41. İbn Qüteybə, Əl-İmamə vəs-siyasə, m. 1990, c.2, s.8
  42. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.243; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.395
  43. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.231
  44. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.359
  45. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.369-371
  46. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.350-374
  47. Müfid, Əl-İrşad, h.q 1399, c.3, s.53-63
  48. Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1381, s.169; Muqərrəm, Əş-Şəhidu Muslim ibn Əqil (ə), h.q 1407, s.146
  49. Cəfəriyan, Təmmoli dər nehzəte Aşura, h.ş 1381, s.172
  50. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.160; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.381; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.81
  51. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.65; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.220; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.43
  52. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.451; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.69
  53. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.66; Fəttal Nişaburi, Rövzətul-vaizin, s.177; Təbərsi, İlamul-vəra, c.1, s.445; Əskəri, Məalimul-mədrəsətəyn, h.q 1401, c.3, s.57; Məclisi, Biharul-ənvar, h.q 1403, c.45, s.99
  54. ابراهیمی، «نقد و تحلیل رویکردهای حج امام حسین(ع)»، ص۱۱-۲۴., ensani.ir saytı
  55. [2], makarem.ir saytı
  56. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.244; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.164; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.385
  57. Cəfəriyan, Ətləse şie, s.66
  58. İsra surəsi, ayə 71
  59. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.120
  60. İbn Səd, Tərcümətul-İmam Hüseyn (ə) və məqtəluhu, s.88
  61. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.123
  62. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.245; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.167
  63. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.167; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.405; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.60
  64. Səmavi, Əbsarul-eyn, s.93
  65. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.168-169; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.398; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.42
  66. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.169; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.398; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.43
  67. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.398; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.42
  68. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.357; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.37
  69. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.357; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.199
  70. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.357; İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, m. 1986, c.8, s.157-158
  71. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.231; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.357; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.37; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.199
  72. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.358
  73. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.358; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.37
  74. Səmavi, Əbsarul-eyn, c.17, s.105
  75. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.166; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.401; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.62; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.41
  76. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.401; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.63; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.77-78; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.46
  77. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.400; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.62;
  78. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.401-402; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.78-79; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.76; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.62; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.47
  79. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.402; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.232; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.79-80; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.62-63; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.47
  80. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.402-403; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.81; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.64; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.48
  81. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.251; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.171; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.404
  82. Bağdadi, Mərasidul-ettela əla əsmail-əmkənəti vəl-bəqai, m.1954, c.1, s.243
  83. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.403
  84. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.408; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.67; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.51
  85. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.84; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.67; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.52
  86. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.409; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.68; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.52
  87. Muqərrəm, Məqtəlul-hüseyn (ə), s.192
  88. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.83; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.84; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.409; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.68; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.52; Fəttal Nişaburi, Rövzətul-vaizin, c.1, s.181; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.96
  89. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.53
  90. Muqərrəm, Məqtəlul-Hüseyn (ə), s.192
  91. Seyyid ibn Tavus, Əl-Luhuf, h.ş 1348, s.80; İrbili, Kəşful-ğummə, h.q 1381, c.2, s.47; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.97
  92. Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.5, s.462; Nuri, Mustədrəkul-vəsail, h.q 1408, c.10, s.321
  93. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.84; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.239
  94. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.98
  95. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.85; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.239; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.98
  96. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.176; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.409; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.52
  97. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.176; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.409
  98. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.410; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.86; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), s.239-240
  99. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.176; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.409
  100. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.410; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.86; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.84-85
  101. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.410; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.86; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.85; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.240
  102. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253
  103. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.253-254; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.411; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.85-86
  104. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.411; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.86; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.241
  105. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.411; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.86
  106. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242
  107. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.466; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178
  108. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.466
  109. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178
  110. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.179
  111. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254-255; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.179
  112. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178
  113. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242
  114. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242; İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.4, s.98
  115. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.466
  116. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242
  117. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242
  118. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.178; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242
  119. Səduq, Əl-Əmali, s.155
  120. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.254; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.179
  121. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.179
  122. İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.90; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.242-243; İbn Nəma Hilli, Musirul-əhzan, h.q 1406, s.50
  123. Şerani, Dəmus-sucum, Tərcümətu nəfsil-məhmum, h.q 1474, s.109
  124. «چه سخنانی بین امام حسین و عمر سعد در خیمه میان دو لشگر رد و بدل شد؟», khabaronline.ir saytı
  125. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415
  126. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415
  127. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415
  128. Pişvayi, Məqtəlu Camei seyyidiş-şühəda, h.ş 1397, c.1, s.710-711
  129. Pişvayi, Məqtəlu Camei seyyidiş-şühəda, h.ş 1397, c.1, s.710-711
  130. «متن کامل تحلیل سروش محلاتی از ملاقات امام حسین(ع) با عمر سعد», shafaqna.com saytı
  131. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.414; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.87; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.71; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.55
  132. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.182; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.414; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.87; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.71-72; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.55
  133. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.255; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.180; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.412; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.86
  134. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.181; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.412-413; İsfəhani, Məqatilu-talibin, Darul-mərifə, s.117-118; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.244
  135. Mütəhhəri, əsərlər toplusu, cild 17, səh.464.
  136. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.1, s.466; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.94; İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.4, 98
  137. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.183; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.89; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.73; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.56
  138. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.246; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.56
  139. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.415; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.93-94; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.246; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.56
  140. Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.246
  141. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.184; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.416; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.89; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.249-250; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.56
  142. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.89
  143. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.89
  144. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.417; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.91; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.57
  145. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.417; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.98; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.57
  146. Hairi Mazandarani, Məalius-sibteyn
  147. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.91-94; Təbərsi, İlamul-vəra, h.q 1390, c.1, s.239
  148. Behbahani, Əd-dəmətus-sakibə, h.q 1409, c.4, s.273-274
  149. Muqərrəm, Məqtəlul-Hüseyn, darul-kitabil-İslamiyyə, s.219; Behbahani, Əd-dəmətus-sakibə, h.q 1409, c.4, s.273-274
  150. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.423
  151. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.359; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.422; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.256; İbn Əsəm, Əl-Futuh, h.q 1411, c.5, s.11; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.59
  152. Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.252; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.396-398
  153. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.424-427
  154. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.427; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.99; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.1, s.9
  155. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.429-430
  156. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.361-362; İsfəhani, Məqatilu-talibin, Darul-mərifə, s.80; Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.256; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.446; İbn Nəma, Musiyrul-əhzan, h.q 1406, s.68
  157. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.446-449; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.108
  158. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.452; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.111; İbn Miskəveyh, Təcaribul-uməm, h.ş 1379, c.2, s.80; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.77
  159. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.407-408
  160. Şerani, Dəmus-sucum, h.q 1374, s.194
  161. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.111-112; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.2, s.35; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, s.111
  162. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.111-112
  163. Şerani, Dəmus-sucum, Tərcümətu nəfsil-məhmum, h.q 1474, s.191
  164. Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.2, s.34
  165. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.203; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.448; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.75; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.110
  166. Seyyid ibn Tavus, Luhuf, c.1, s.175
  167. Şerani, Dəmus-sucum, Tərcümətu nəfsil-məhmum, h.q 1474, s.195
  168. Hafizin divanı, Ceyhun nəşri, h.ş 1387, s.354
  169. Diynəvəri, Əxbarut-tival, h.ş 1368, s.258; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.407-409; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.453; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.112
  170. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.407-409; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.450; İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.77; İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, c.8, s.187
  171. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.112; Xarəzmi, Məqtəlul-Hüseyn (ə), c.2, s.36; Təbərsi, Əlamul-vəra, h.q 1390, c.1, s.469
  172. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.453; İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.6, s.441; İsfəhani, Məqatilut-talibin, s.118; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.258; Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.112
  173. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1414, c.6, s.441, c.3, s.409; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.453; İsfəhani, Məqatilut-talibin, s.118; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.258
  174. İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.4, s.78; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.453
  175. Seyyid ibn Tavus, Luhuf, s.130
  176. Məclisi, Biharul-ənvar, h.q 1404, c.44, s.321
  177. Muqərrəm, Məqtəlul-Hüseyn, c.17, s.283
  178. Qumi, Muntəhul-amal, h.ş 1379, c.2, s.910; Məclisi, Biharul-ənvar, h.q 1404, c.44, s.321
  179. Məzahiri, Fərhənge suge şii, h.ş 1395, s.234
  180. Qumi, Nəfəsul-məhmum, h.ş 1379, s.342, 345
  181. Qumi, Nəfəsul-məhmum, h.ş 1379, s.345
  182. Qumi, Nəfəsul-məhmum, h.ş 1379, s.346; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.453-454
  183. Müfid, Əl-İrşad, h.q 1399, c.2, s.113; Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.204; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.259
  184. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.204; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455
  185. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455; Seyyid ibn Tavus, Luhuf, s.135
  186. Seyyid ibn Tavus, Luhuf, s.135
  187. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.411; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.456; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.259
  188. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.456
  189. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.411; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.259
  190. Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.63
  191. Muqərrəm, Məqtəlul-Hüseyn, s.319
  192. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.3, s.411; Təbəri, Tarixul-uməmi vəl-muluk, m. 1967, c.5, s.455; Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.259
  193. Muqərrəm, Məqtəlul-Hüseyn, s.335-336

Ədəbiyyat

  • İbn Əsir, Əl-Kamilu fit-tarix, Beyrut, Darud Sadir, m. 1965
  • İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Təhqiq: Əbdül-Qadir Əta və Mustafa Əbdül-Qadir, Beyrut, darul-kutubil-elmiyyə, m.1992
  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Taif, h.q 1414
  • İbn Şəhraşub Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə, h.q 1379
  • İbn Kəsir, Əbül-fida İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, m. 1986
  • İbn Miskəveyh, Əbu Əli, Təcaribul-uməm, Əbül-Qasim İmami, Tehran, h.ş 1379
  • İbn Nəma, Cəfər ibn Məhəmməd, Musirul-əhzan, Qum, İmam Mehdi (ə.f) mədrəsəsi, h.q 1406
  • İbn Əsəm, Məhəmməd ibn Əli, Əl-Futuh, Təhqiq: Əli Şiri, Beyrut, h.q 1411\m. 1991
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Təbriz, h.q 1381
  • Əbu Muxnəf, Məqtəlul-Hüseyn (ə), Təhqiq: Hüseyn Ğəffari, Qum
  • İsfəhani, Əbül-fərəc, Məqatilut-talibin, Təhqiq: Əhməd Səqər, Darul-mərifət
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, 1-ci çap, h.q 1417 \ m. 1996
  • Cəfəriyan, Rəsul, Ətləse şie, Tehran, Enteşarate sazmane coğrafiyayi niyruhaye musəlləh
  • Cəfəriyan, Rəsul, Təmmoli dər nehzəte Aşura, h.ş 1381, Qum, Ənsariyan nəşri, 1-ci çap
  • Xarəzmi, Muvəffəq ibn Əhməd, Məqtəlul-Hüseyn (ə), Qum, Məktəbətul-mufid
  • Diynəvəri, İbn Qüteybe, Əl-İmamə vəs-siyasə, Təhqiq: Əli Şiri, Beyrut, m. 1990
  • Diynəvəri, Əhməd ibn Davud, Əl-Əxbarut-tival, Qum, Riza nəşriyyatı, h.ş 1368
  • Səmavi, Məhəmməd, Əbsarul-eyn fi ənsaril-Hüseyn (ə), Təhqiq: Məhəmməd Cəfər Təbəsi
  • Seyyid ibn Tavus, Əli ibn Musa, Əl-Luhuf, Tehran, Cahan nəşri, h.ş 1348
  • Səduq, Məhəmməd ibn Əli ibn Babaveyh, Əl-Əmali, Qum, Besət müəssisəsi, h.q 1417
  • Təbərsi, Əlamul-vəra, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1390
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, Darut-turas, m. 1967
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Tehran, Mürtəzəvi, 3-cü çap, h.ş 1375
  • Əskəri, Seyyid Mürtəza, Məalimul-mədrəsəteyn, Beyrut, Numan müəssisəsi, h.q 1401
  • Fəttal Nişaburi, Məhəmməd ibn Həsən, Rövzətul-vaizin, Qum, Rza nəşriyyatı
  • Qumi, Şeyx Abbas, Nəfsul-məhmum, Qum, Məktəbətul-Heydəriyyə, 1-ci çap, h.ş 1379 \ h.q 1421
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
  • Məsudi, Əli ibn Həsən, Murucuz-zəhəb, Qum, h.q 1409
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Beyrut, h.q 1399
  • Muqərrəm, Əbdür-Rəzzaq Musəvi, Əş-Şəhidu Muslim ibn Əqil (ə), Qum, Besət müəssisəsi, 1-ci çap, h.q 1407
  • Muqərrəm, Əbdür-Rəzzaq Musəvi, Məqtəlul-Hüseyn (ə), Beyrut, Darul-kutubil-İslamiyyə
  • Nuri, Mirza Hüseyn, Mustədrəkul-vəsail, Beyrut, Alul-Beyt (ə) müəssisəsi, h.q 1408
  • Yaqubi, Əhməd ibn Əbi Yəhya, Beyrut, Daru Sadir