Süd vasitəsilə məhrəmlik

wikishia saytından
(Süd qohumluğu səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Süd vasitəsilə məhrəmlik barəsindədir. Məhrəmlik məfhumu ilə tanışlıq üçün Məharim məqaləsinə baxın.

Bu məqalə bir fiqhi məfhum haqqında məlumat xarakterli yazılmışdır. Ona görə də dini əməlləri yerinə yetirmək üçün meyar ola bilməz. Dini ayinlər üçün başqa mənbələrə müraciət edin.

Süd vasitəsilə məhrəmlik (ərəbcə: التحريم بالرضاع) bir növ məhrəmlikdir ki, uşağın bir anadan süd yeməsi vasitəsilə iki nəfər arasında məhrəmiyyət yaranır və bu səbəbdən də onların birlikdə ailə qurmaları icazəli deyildir (yəni bacı qardaş hesab olunurlar). Bu cür məhrəmiyyətin şərtləri vardır o cümlədən, süd verən qadın şəriət qanunları çərçivəsində hamilə olsun, uşağın süd əmməsi dəfələrlə və ardıcıl olsun və onların arasında başqa qadının südündən qidalanmasın və yaxud başqa yeməklər yeməsin və həmçinin süd yeyən uşağın yaşı hicri tarixi ilə iki yaşdan az olsun.

Süd vasitəsilə məhrəm olan şəxslərə, “məharim rizai” deyilir və özünə məxsus hökmləri vardır, o cümlədən, onların bir-biri ilə izdivac etmələrinin haram olması kimi. Məhrəmiyyət rizaidə əgər süd əmən uşaq oğlan olarsa, rizai anası ilə (ona süd verən qadın), onun anası, nənəsi, bacısı, qızı, nəvəsi, bibi və xalaları ilə də məhrəmdir; amma əgər süd əmən uşaq qız olarsa rizai atası ilə (süd verən qadının əri) atası, əmisi, dayısı, oğlu və nəvələri onunla məhrəmdirlər. Həmçinin o qadının qardaşı, uşaqları, nəvələri, ata və babası, əmisi və dayısı ona məhrəm sayılır.

Bəzi əhli-sünnə alimləri “rizai kəbir”-i (həddi buluğa çatmış kişinin naməhrəm qadından süd yeməsi ilə) o qadına məhrəm olma səbəbi bilirlər. Əhli-sünnə alimlərindən böyük hissəsi və bütün şiə fəqihləri, bu hökmlə müxalifət edərək, onun haram olduğunu bildirirlər.

Məna və məfhum

“Məhrəmiyyət rizai” bir növ qohumluq əlaqəsidir ki, körpənin bir ana sinəsindən süd yeməsi vasitəsilə iki nəfərin və ya daha çox insan arasında yaranır və bu səbəbdən də onların bir-birləri ilə ailə qurmaları haramdır.[1] Rizai məhrəmlər, o şəxslərdir ki, süd vasitəsilə bir-birləri arasında qohumluq əlaqəsi yaranır və bir-birləri ilə məhrəm olurlar; bunun da özünə məxsus hökmləri vardır, o cümlədən onların bir-birləri ilə ailə həyətı qurmalarının haram olması kimi.[2] Fiqhi mənbələrdə, körpənin öz anasından başqa və xüsusi şərtlər daxilində bir qadının südündən qidalandığında ona “murziə” və süd sahibinə (o kişi ki, süd verən qadın ondan hamilə olmuşdur) “fəhl” və ya “sahibi ləbən” (süd sahibi) deyilir.[3]

Bu termin, fiqhin Nikahİrs bablarında (fəsillərində) bəhs olunur.[4] Şiə fiqhi əsasına görə İranın mülki məcəlləsinin 1046 qanununda, rizai məharimlə ailə qurmaq qadağan olunmuşdur.[5]

Şərait

Şiə fəqihləri, Qurani-Kərimin ayələrinəməsum imamlardan (ə) nəql olunan hədislərə əsaslanaraq, süd yemə vasitəsilə məhrəmliyə səbəb olmaq üçün bir sıra şərtlər qeyd etmişlər.[6]

  • Süd verən qadın, şəriət qanunları əsasında hamilə olsun.[7]
  • Süd əmən körpə, bir həddə o qadının südündən qidalanmalıdır ki, sümükləri bərkisin və bədəni ətlə dolsun.[8]
  • Süd əmən körpə, ən azı, süd verən qadının südündən bir gecə-gündüz qidalanmalıdır və bu müddətdə, körpənin qidası yalnız həmin qadının südü olmalıdır.[9] Su içməsi və yaxud müalicə üçün uşağa verilən dərman, həddindən rtıq olmazsa, bu hökmə heç bir zərər yetirmir.[10]
  • Şeyx Mufid,[11] Səlar Deyləmi,[12] İbn Bərrac,[13] Əbu Səlah Hələbi[14]Əllamə Hilli[15] kimi fiqh alimləri körpənin süddən qidalanmasını 10 dəfə və Şeyx Tusi,[16] Mühəqqiq Hilli[17]Şəhid Əvvəl[18] onun sayının 15 dəfə olduğunu bildirirlər.
  • Körpənin o qadının südündən qidalanma müddəti, ara fasilə olmadan və bir qadından olmalı və həmçinin əlavə yemək və yaxud başqa bir qadının südündən qidalanmamalıdır.[19]
  • Körpə, südü ananın sinəsindən yeməlidir, arada vasitə olmamalıdır.[20]
  • Körpənin yaşı hicri tarixi ilə iki yaşdan az olmalıdır.[21] Əgər başqa qadının südündən qidalandığı müddətin yarısı, iki yaşı keçdiyi müddətə təsadüf edərsə, məhrəmlik hasil olmur.[22]
  • Nümunə təfsirinin yazdıqlarına əsasən, rizai məhrəmiyyətin hikməti, rizai övladın, nəsəbi övladla oxşarlığı bundadır ki, hər ikisinin sümük və bədənlərinin əti bir qadının südü ilə möhkəmlənib inkişaf etməsidir və belə olduqda onların hər biri o qadının bədəninin bir hissəsi hesab olunurlar.[23]

Süd vasitəsi ilə məhrəm olan insanlar

Fəqihlər, Peyğəmbərdən (s) nəql olunan rəvayətə “Nəsəbiyyət vasitəsilə haram olanlar, süd vasitəsilə də haramdırlar[24] əsaslanaraq, nəsəbiyyət vasitəsilə haram olan bütün qadınlarla evlənmək haram olduğu kimi, “rizai” süd vermə vasitəsilə məhrəm sayılan qadınlarla da evlənmək haramdır.[25] Süd vermə vasitəsilə məhrəm olmasının şəraiti yarandıqda aşağıda qeyd edilənlər bir-birləri ilə məhrəm sayılırlar:

  • Süd əmən körpə, əgər qız uşağı olarsa, süd verən qadının əri onun “rizai atası”, və atası, qardaşı, əmisi, dayısı, o qadının ərinin oğlanları və nəvələri məhrəm sayılırlar, həmçinin qadının atası, babası, qardaşı, oğlu, nəvəsi, əmi və dayıları ona məhrəmdirlər.[26]
  • Süd əmən körpə oğlan uşağı olarsa, ona süd verən qadınla (rizai ana), anası ilə, nənəsi, bacısı, nəvəsi, bibi və xalaları ilə də məhrəm olacaqdır.[27]

Qeyd olunan şəxslər, süd verilən uşağın qohumları ilə deyil yalnız uşağın özü ilə məhrəm olurlar, hətta onun ata və qardaşları belə məhrəm olmurlar.[28]

Rizai-Kəbir

“Rizai-Kəbir”, əhi-sünnə fiqh və hədis mənbələrində işarə olunmuş ünvandır[29] ki, yaşlı bir şəxsin və ya həddi buluğa çatmış kişinin naməhrəm qadının südündən qidalanmasına işarə edilir.[30] Bəzi əhli-sünnə alimləri, Aişədən nəql edilən rəvayətə əsasən, “Peyğəmbər (s) bir qadına naməhrəm kişi ilə məhrəm olması üçün ona icazə verdi, o kişinin onunla məhrəm olması üçün öz südündən ona versin”.[31] Bunun üçün də yad bir kişini naməhrəm qadının südündən qidalanmasını onların məhrəm olması səbəbi bilirlər.[32] “Bidayətul-Müctəhid” kitabında İbn Rüşdün dediklərinə görə, uşağın iki yaşdan sonra başqa qadının südündən qidalanması nəticəsində məhrəmiyyətin hasil olması haqda fikir ayrılığı vardır.[33] Onun fikrincə, Malik, Əbu HənifəŞafei kimi, bir çox əhli-sünnə fəqihləri, iki yaşdan yuxarı uşağın (Rizai-kəbir) başqa qadının südündən qidalanması, məhrəmliyə səbəb olmur və bu işin haram olduğunu bilirlər.[34]

Şiə fiqh alimləri, “Rizai-kəbir” vasitəsilə məhrəmlik və qohumluğun yaranmasını qəbul etməyib və bu cür işin bir fikir olaraq haram olmasını bildirirlər.[35]

Süd bankı

Ana süd bankı, ana südündən məhrum olunmuş xəstə və naqis körpələrin ana südü ilə təmin edilməsi üçün yaradılmış bir qurumdur.[36] 1909-cu ildə dünya səhiyyə təşkilatı tərəfindən, ana südü bankının yaradılma ideyası təklif olunmuş və bir il sonra ilk dəfə Amerikada analar süd bankı təsis olunmuşdur.[37] İranda isə, Şəmsi tarixi ilə 1395-ci ildə süd bankı, Təbriz şəhərində yaradılmışdır.[38] Şiə fəqihlərinin fikrincə, “Süd bankı”-ndan istifadə edilən süd vasitəsilə məhrəmlik hasil olmur;[39] çünki, məhrəmliyə səbəb olan vasitə, körpənin ana sinəsindən qidalanmasıdır.[40] Lakin bəzi əhli-sünnə alimləri, süd bankından qidalanmanı, nəsil-nəcabətin itməsinə səbəb və bu işin İslam dini qanunlarından kənar bir iş olduğunu bildirmişlər.[41] Malik ibn Ənəs kimi fiqh alimləri, körpənin ana sinəsindən süd yeməsini və yaxud başqa vasitə ilə uşağın böqazına südün tokülməsini, məhrəmliyə səbəb olması bilirlər.[42]

Əlaqəli məqalələr

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.264-309
  2. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.264
  3. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.93
  4. Dariətul məraif Əl-fiqhul-İslami, h.ş 1387, c.3, s.537
  5. Mənsur, Qanune Mədəni, h.ş 1389, s.186-187, maddə 1046
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.264; Hürr Amili, Vəsailuş-şiə, h.q 1434, c.20, s.280
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.264
  8. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.271
  9. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.95
  10. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.271
  11. Şeyx Mufid, Əl-Muqniə, h.q 1413, s.502
  12. Səlar Deyləmi, Əl-Mərasim, h.q 1404, s.149
  13. İbn Bərrac, əl-Muhəzzəb, h.q 1406, c.2, s.190
  14. Hələbi, Əl-Kafi fil-fiqh, h.q 1403, s.285
  15. Əllamə Hilli, Mutələfuş-şiə, h.q 1413, c.2, s.70
  16. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.5, s.95
  17. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.227
  18. Şəhid Əvvəl, Əl-Lumə, h.q 1410, s.163
  19. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.228
  20. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.228
  21. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.228
  22. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.293
  23. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.3, s.329
  24. Məğribi, Dəaimul-İslam, h.q 1385, c.2, s.240
  25. Fazil Miqdad, Kənzul-irfan, c.2, s.182; Müqəddəs Ərdəbili, Zubdətul-bəyan, s.524
  26. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.228-229; İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.288
  27. İmam Xomeyni, Təhrirul-vəsilə, h.q 1424, c.2, s.288; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.2, s.229
  28. Fəllahzadə, Amuzeşe fiqh, h.ş 1382, s.360
  29. Muslim, Səhih-Muslim, h.q 1419, c.2, s.1076
  30. Muslim, Səhih-Muslim, h.q 1419, c.2, s.1076
  31. İbn Hənbəl, Musnəd Əhməd ibn Hənbəl, h.q 1421, c.40, s.130
  32. İbn Həzm, Əl-Muhəlla bil-asar, h.q 1425, c.10, s.205
  33. İbn Rüşd, Bidayətul-Müctəhid, c.2, s.130
  34. İbn Rüşd, Bidayətul-Müctəhid, c.2, s.130
  35. Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.5, s.293; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.282; Sübhani, Nizamun-nikahi fi şəriətil-İslamiyyə, h.q 1416, c.1, s.289
  36. «بانک شیر مادر», farsca
  37. Murtazi, Pejuheşi dər tarixçe və zərurəte təsise banke şire madəran və çaleşhaye fiqhi - hüquqi piş ruye an, s.58
  38. «گفت‌وگو با مدیر اولین «بانک شیر مادر» در ایران», farsca
  39. Fəllah, Bərresiye tətbiqi hokme təsise banke şir dər məzahibe İslami, s.119
  40. Hürr Amili, Vəsailuş-şiə, h.q 1434, c.20, s.386; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.29, s.294
  41. Fəllah, Bərresiye tətbiqi hokme təsise banke şir dər məzahibe İslami, s.115-116
  42. İbn Qudame, Şərhul-kəbir, c.9, s.202

Ədəbiyyat

  • İbn Bərrac, Əbdül-Əziz, əl-Muhəzzəb, Qum, İslami nəşr müəssisəsi, h.q 1406
  • İbn Həzm, Əli ibn Əhməd, Əl-Muhəlla bil-asar, Beyrut, h.q 1425
  • İbn Hənbəl, Musnəd Əhməd ibn Hənbəl, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1421
  • İbn Rüşd, Məhəmməd ibn Əhməd, Bidayətul-Müctəhid, Beyrut, Darul-fikr, m. 1995
  • İbn Qudame, Əbdür-Rəhman ibn Məhəmməd, Şərhul-kəbir, Darul-kitabill-ərəbi
  • İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, h.q 1424
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1434
  • Hələbi, Əbu Səlah, Əl-Kafi fil-fiqh, İsfahan, h.q 1403
  • Dariətul məraif Əl-fiqhul-İslami, Fərhənge fiqhe İslami, Qum, Dariətul məraif Əl-fiqhul-İslami, h.ş 1387
  • Sübhani, Cəfər, Nizamun-nikahi fi şəriətil-İslamiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1416
  • Səlar Deyləmi, Həmzə ibn Əbdül-Əziz, Əl-Mərasim, Qum, Əl-Hərəmeyn nəşriyyatı, h.q 1404
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əl-Lumə, Beyrut, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, h.q 1407
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, h.q 1387
  • Şeyx Mufid, Məhəmməd ibn Həsən, Əl-Muqniə, Qum, h.q 1413
  • Əllamə Hilli, Həsən ibn Yusif, Mutələfuş-şiə, Qum, İslami nəşr müəssisəsi, 2-ci çap, h.q 1413
  • Fazil Miqdad, Abdullah, Kənzul-irfan, Qum
  • Fəllah, Fatimə, Bərresiye tətbiqi hokme təsise banke şir dər məzahibe İslami, h.ş 1395
  • Fəllahzadə, Hüseyn, Amuzeşe fiqh, Qum, Əl-Hadi nəşriyyatı, h.ş 1382
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan müəssisəsi, 2-ci çap, h.q 1408
  • Murtazi, Əhməd, Pejuheşi dər tarixçe və zərurəte təsise banke şire madəran və çaleşhaye fiqhi - hüquqi piş ruye an, h.ş 1394
  • Muslim, Səhih-Muslim, Qahirə, Darul-hədis nəşriyyatı, h.q 1419