Məhəmməd ibn Əli Əl-Hadi (ə)

wikishia saytından
(Səbud-ducəyl səhifəsindən yönləndirilmişdir)
Məhəmməd ibn Əli Əl-Hadi (ə)
Seyyid Məhəmməd İmamzadəsi
Seyyid Məhəmməd İmamzadəsi
AdSeyyid Məhəmməd
RoluŞiə imamzadəsi
KünyəƏbu Cəfər, Əbu Əli
TəvəllüdüHicrətin 228-ci ili
Doğulduğu yerMədinə-Sərya
VəfatıHicrətin 252-ci ili
Dəfn edildiyi yerSamirraya yaxın Bələd şəhəri
LəqəbləriSəbud-ducəyl
Atasıİmam Hadi (ə)
Ömür müddəti24 il


Məhəmməd ibn Əli əl-Hadi (ə) (ərəbcə: محمد بن علي الهادي (ع)) Seyyid MəhəmmədSəbud-ducəyl adı ilə tanınmış (vəfat 252 h.q) və imam Hadinin (ə) oğludur. Bəzilərinin fikrincə imamət məqamı atasından sonra ona çatmışdır; amma atası həyatda olduğu müddətdə o vəfat etdiyi üçün, imam Həsən Əskəri (ə) imamət məqamına çatmışdır. Seyyid Məhəmmədin nəsli, Mirsultan adı ilə tanınan nəvəsi Şəmsuddin Məhəmmədin vasitəsilə davam tapmışdır. Həmcinin İraq və İranda yaşayan Bəac nəslindən olan seyyidlər, onun nəslindən sayılırlar.

Seyyid Məhəmmədin İraq camaatı arasında xüsusi yeri vardır: Onun adına and içməzlər; kəramətləri məşhurdur və çox vaxtlar Samirra şəhərində Əskəriyəyn hərəminin ziyarətinə gedən zəvvarlar onun da qəbrini ziyarət edirlər. O, hicrətin 252-ci ilində (Samirra şəhərinin cənubunda yerləşən) Bələd şəhərində vəfat edərək orada da dəfn edilmişdir. Seyyid Məhəmmədin məqbərəsinin ilk tikiliş tarixi hicrətin dördüncü əsrinə aid olduğu bildirirlir və ondan sonrakı dövrlərdə din alimləri, müctəhidlər və padşahlar tərəfindən təmir olunmuşdur. Ali Buyə padşahlarından olan Əzudu-dolə, Səfəvi şahlarından olan Şah İsmayıl Səfəvi, hicrətin dördüncü əsrində yaşamış Mirzayi Şirazi və hicrətin ondördüncü əsrinə yaşamış Şiə hədis alimi Mirza Hüseyn Nuri kimi şəxslər tərəfində müxtəlif dövrlərdə Seyyid Məhəmmədin məqbərəsi təmir və yaxud sökülərək yenidən tikilmişdir.

Seyyid Məhəmməd haqda bir neçə əsərlər də təlif olmuşdur ki, onlardan əksəriyyəti onun həyatı və onun haqqında nəql olunan kəramətlərdən ibarətdir; bu kitablardan Məhəmməd Əli Ordubadinin (1312-1380 h.q) Ərəb dilində təlif etdiyi “Həyat və kəramati Əbu Cəfər Məhəmməd ibn əl imam Əli əl-Hadi (ə)” kitabıdır ki, “Setareye Ducəyl” ünvanı ilə fars dilinə də tərcümə edilmişdir.

Həyatı

Seyyid Məhəmməd, imam Hadinin (ə) öğludur.[1] Deyilənlərə görə anasının adı Hudəys və yaxud Səlil olmuşdur.[2] O, təxminən hicrətin 228-ci ili Mədinə yaxınlığında olan Sürəyya məntəqəsində dünyaya göz açmışdır.[3] Hicrətin 233-cü ilində imam Hadi (ə) Mütəvəkkil Abbasinin göstərişi əsasında Samirra şəhərinə aparılsa da Seyyid Məhəmməd Sürəyya məntəqəsində qaldı.[4] Onun, Samirraya hansı ildə atasının yanına qayıtması haqda heç bir məlumat əldə yoxdur, lakin deyilənlərə görə o hicrətin 252-ci ili Samirradan Mədinəyə getmiş[5] və Bələd məntəqəsinə çatdıqda xəstələnərək vəfat etmişdir və orada da dəfn edilmişdir.[6] Seyyid Məhəmmədin künyəsi, Əbu Cəfər və Əbu Əli olmuşdur.[7] Həmçinin o Seyyid Məhəmməd Bəac,[8] Səbud-dücəyl və Səbul-Cəzirə ləqəblərilə də məruf olmuşdur.[9]



Nəsli

Hicri təqvimi ilə ondördünci əsrin tarixçisi olan Şeyx Abbas Quminin, Seyyid Həsən Bərqi (vəfat 1332 h.q) haqqında dediklərinə əsasən, Seyyid Məhəmmədin nəsli, nəvələrindən olan Şəmsuddin Məhəmmədin (vəfat 732-733 h.q) vasitəsilə artmışdır.[10] Şəmsuddinin nəsəbi isə dörd vasitə ilə Seyyid Məhəmmədin oğlu Əliyə çatır, amma Buxara şəhərində dünyaya göz açıb orada boya-başa çatdığı üçün, Mirsultan Buxari adı ilə məşhur olmuş və nəsli Buxariyyun adı ilə tanınmışdır.[11] O, sonralar Rum şəhərinə gedərək, Brusa şəhərində sakin olmuş və orada da dəfn edilmişdir.[12] Şeyx Abbas Qumi, Seyyid Həsən Bəraqinin dediklərinə əsaslanaraq, Seyyid Məhəmməd Bəacı, Seyyid Məhəmmədin nəslindən bilir.[13] Deylənlərə görə Ali Bəac seyyidləri ki, İraqın[14] Meysan, Ziqar, Vasit, Qadisiyyə, Bağdad, Nəcəf şəhərlərində və İranın Xuzistan şəhərində yaşayırlar, seyyid Məhəmmədin nəvələri, Əli və Əhmədin nəslindəndirlər.[15]

Mövqe

Şiə tədqiqatçısı, Baqir Şərif Qərəşinin (vəfat 1433 h.q) yazdıqlarına əsasən, Seyyid Məhəmmədin əxlaq və ədəbi onu digərlərindən ayırırdı.[16] Bunun üçün də bəzi Şiələr təsəvvür edirdilər, imam Hadidən (ə) sonra imamət məqamı ona çatacaq.[17] Seyyid Məhəmməd həmişə qardaşı imam Həsən Əskərinin (ə) kənarında idi.[18] Baqir Şərif Qərəşinin dediklərinə əsasən, imam Həsən Əskəri (ə) onun təlim-tərbiyəsini öz öhdəsinə götürmüşdü.[19] Şeyx Abbas Quminin nəql etdiklərinə əsasən, imam Həsən Əskəri (ə), Seyyid Məhəmmədin ölüm xəbərini eşitdikdə ucadan ağladı, ona etiraz edənlərin cavabında isə həzrət Musanın (ə) qardaşı Harun üçün şiddətlə aladığını əsas gətirdi.[20]

Hicri təqvimi ilə üçüncü və dördüncü əsrin məzhəblər yazrarından olan Səd ibn Abdullah Əşəri və Həsən ibn Musa Nobəxtinin yazdıqlarına əsasən, imam Hadinin (ə) şəhadətindən sonra, Şiələrdən bir dəstəsi Seyyid Məhəmmədin ölümünü inkar edərək onun imamət iddiasını irəli sürüb onun atasının canişini olduğunu və imam Zaman olduğunu bildirdilər; düşünürdülər imam Hadi (ə) onu imam olaraq tanıtdırmış və imama yalan nisbət vermək icazəli olmadığı üçün və bəda da baş verməmişdir, bəs həqiqətdə o ölməmiş, atası onu insanların hiyləsindən gizlətmişdir.[21] Baxmayaraq ki, qeyd olunanların hamısı, imam Hadinin (ə) həyatda olduğu müddətdə seyyid Məhəmməd dünyasını dəyişmişdi[22] və imam Hadi (ə) isə seyyid Məhəmmədin vəfatı ilə bağlı imama başsağlığı vermək üçün o həzrətin hüzuruna gələnlərə, imam Həsən Əskərinin imam olacağını insanlara bildirirdi.[23] Bəzi rəvayətlərə əsasən o zaman Ali Əbi Talib, Bəni HaşimQureyş tayfalarından təqribən 150 nəfər o məclisdə hazır olmuşlar.[24]

Şiə hədis alimi Mirza Hüseyn Nurinin (əvəfat 1320 h.q) dediklərinə əsasən, Seyyid Məhəmmədin kəramətləri haqda olan xəbərlər etibarlı və hətta Əhli Sünnə yanında da məşhurdur; bunun üçün də İraq camaatı onun adına and içməkdən qorxurlar, əgər bir şəxs digərinin malını götürməkdə ittiham edilsə, onu qaytarar amma Seyyid Məhəmmədə and içməz.[25] Bəzi mənbələrdə, seyyid Məhəmməddən kəramətlər nəql olunmuşdur; o cümlədən Məhəmməd Əli Ordubadi (1312-1380 h.q) “Həyat və kəramat Əbu Cəfər Məhəmməd ibn əl-imam Əli əl-Hadi (ə)” adlı kitabında 60-a yaxın kəramətini qeyd etmişdir.[26]

Hərəm

İŞİD-in hücumunda Seyyid Məhəmmədin hərəminin binasına dəyən ziyan (2016-cı il)

Seyyid Məhəmmədin məqbərəsi, Kazimeyn şəhərinin şimalından 85 kilometrlikdə və Samirra şəhərinin cənubunun 50 kilometrliyində yerləşən Bələd şəhərindədir. Samirrada imam Hadi (ə) və imam Həsən Əskərinin (ə) qəbrlərinin ziyarətinə gedən zəvvarların əksəriyyəti seyyid Məhəmmədin qəbrinin ziyarətinə də gedirlər.[27]

Seyyid Məhəmmədin məqbərəsinin binasının ilk tikiliş tarixçəsindən dəqiq xəbər əldə yoxdur; lakin deyilənlərə əsasən, hicri təqvimi ilə 1379-1384 cü illərdə aparılan təmir işlərinə görə, məqbərənin ilk tikilişi hicrətin dördüncü əsrlərinə aid olduğu və Ali-Buyə hakimi, Əzudud-dolə Deyləmi tərəfindən tikildiyi bildirilir.[28] Onun ikinci dəfədən bərpa olub tikilməsi isə Səfəvi şahlarından olan şah İsmayıl, Bağdadı fəth etdikədən sonra tikdirdiyi bildirilir.[29] Seyyid Məhəmmədin məqbərəsi, hicrətin 1189-cu ildə yenidən təmir olunduğu da bildirilir.[30]

Həmcinin Seyyid Məhəmməd Mehdi, Bəhrul-ulumun şagiridi Zeynulabidin ibn Məhəmməd Səlmasi (vəfat 1266 h.q) hicrətin 1208-ci ilində, Əmir Hüseyn Xan Sərdarın göstərişi ilə Seyyid Məhəmmədin qəbri üzərində kərpic və əhəngdən mərqəd ucaldaraq zəvvarların istirahəti üçün məxsus otaqlar tikdirdi.[31] Hicri təqvimi ilə 1244-cü ildə, Molla Məhəmməd Saleh Qəzvini Hairi, öncədən tikilmiş ziyarətgahı söküb yeni məqbərəni ucaltmaqa başladı və bu iş hicrətin 1250-ci ilində sona çatdı.[32] Mərcəi təqlid müctəhidlərdən sayılan Mirzayi Şirazi (1230-1312 h.q) Samirra şəhərinədə məskunalşdıqdan sonra Mirza Məhəmməd Tehrani Əskəri (1281-1371 h.q) ilə birlikdə, seyyid Məhəmmədin məqbərəsini təmir edərək ona kiçik otaqlar əlavə etdilər.[33] Aqabozorg Tehraninin dediklərinə əsasən, Mirza Hüseyn Nuri (1254-1320 h.q) hicrətin 1317-ci ilində onu təmir etmişdir.[34]

Şiə mərcəi təqlidi olan Ağa Hüseyn Quminin oğlu, Seyyid Məhəmməd Təbatəbai, atasının müctehid olduğu zamanlarda, seyyid Məhəmmədin qəbrinin təmiri üçün topladığı pulla, hicrətin 1379-1384 cü illərində yeni ziyarətgah tikdirdi ki, bu təmir işlərində 150km ziyarətgahın eyvanına ixtisas verildi və həmçinin günbəz, minarə və qəbrin üzərinə zərih qoyuldu.[35] 2013-ci ildə ziyarətgahların yenidən bərpa qurumu tərəfindən seyyid Məhəmmmədin məqbərəsinin təmirinə başalandı.[36] Baxmayaraq ki, 2016-cı ildə seyyid Məhəmmədin məqbərəsi İşid qruplaşmasının hücumuna məruz qalaraq bir çox hissəsi dağıdıldı,[37] amma yenidən təmir işləri 2019-cu ilə kimi davam etdirilmişdir.[38]

Kitablar

Seyyid Məhəmməd haqqında bir neçə əsərlər təlif edilmişdir.[39] Onlardan bəziləri ibarətdir:

  • Məhəmməd Əli Ordubadinin (1312-1380 h.q) “Həyat və kəramət Əbu Cəfər Məhəmməd ibn əl-imam əl-Hadi (ə)” əsəridir ki, Ərəb dilində təlif edilmiş və “Setareye Dücəyl” ünvanı ilə Fars dilinə tərcümə edilimişdir. Kitab iki hissədən ibarətdir: Birinci hissə seyyid Məhəmməd və onun məqbərəsi haqqında məlumat verir,[40] ikinci hissə isə onun kəramətlərinə ixtisas verilmişdir.[41] Ordubadi kitabın ilk mərhələlərində, Həsən ibn Musa Nobəxtinin sözlərini xatırladaraq seyyid Məhəmmədə nisbət verilən məzhəbə işarə edərək onun Samirrada[42] vəfat etdiyindən söz açmış, Bələd şəhərində qərar tutan seyyid Məhəmmədin qəbrini, parlaq günəşə oxşatmışdır.[43]
  • Seyyid Məhəmməd ibn Əli əl-Hadinin (ə) kəramətləri haqqında təlif edilmiş risalə; müəllif: Cabir Ali Əbdulğəffar Keşmiri (vəfat 1320 h.q); Şiə kitabşünası Aqabozorg Tehraninin dediklərinə əsasən, Mirza Hüseyn Nurinin sifarişi ilə qələmə alınmışdır.[44]
  • “Risalətu fi kəramati əl-seyyid Məhəmməd ibn əl-imam Əli əl-Hadi (ə)” müəllif: Haşım Məhəmmədəli Bəldavi (vəfat 1398 h.q), kəramətləri nəql edərkən, seyyid Qasım Bəldavinin “əl-Fəzailul Faxirə” kitabından bəhrələnmişidir.[45]

İstinadlar

  1. Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.311-312
  2. Bədavi, Səbul-cəzirə, s.2
  3. Bədavi, Səbul-cəzirə, s.2
  4. Bədavi, Səbul-cəzirə, s.2
  5. Bədavi, Səbul-cəzirə, s.4
  6. İbn Sufi, Əl-Məcdi fi ənsabit-talibin, h.q 1422, s.325
  7. Hirzuddin, Məraqibul-məarif, h.ş 1371, c.2, s.262
  8. Hirzuddin, Məraqibul-məarif, h.ş 1371, c.2, s.262
  9. Bədavi, Səbul-cəzirə, s.2
  10. Qumi, Muntəhul-amal, h.ş 1379, c.3, s.1893
  11. Hüseyni Mədəni, Tuhfətul-əzhar, c.3, s.461-462
  12. Hüseyni Mədəni, Tuhfətul-əzhar, c.3, s.461-462
  13. Qumi, Muntəhul-amal, h.ş 1379, c.3, s.1893
  14. Bədavi, Səbul-cəzirə, s.10
  15. Hirzuddin, Məraqibul-məarif, h.ş 1371, c.2, s.262
  16. Qərəşi, Musuətu siyrəti Əhli-Beyt (ə) Əl-İmam Həsən Əskəri (ə), h.q 1433, c.34, s.26
  17. Qumi, Muntəhul-amal, h.ş 1379, c.3, s.1891; Qərəşi, Musuətu siyrəti Əhli-Beyt (ə) Əl-İmam Həsən Əskəri (ə), h.q 1433, c.34, s.26
  18. Ordubadi, Həyatun və kəramətun Əbu Cəfər Məhəmməd ibnil-İmam Əli Əl-Hadi (ə), s.21
  19. Qərəşi, Musuətu siyrəti Əhli-Beyt (ə) Əl-İmam Həsən Əskəri (ə), h.q 1433, c.34, s.26
  20. Qumi, Səfinətul-bihar, h.q 1414, c.2, s.410; Əmin, Əyanuş-şiə, h.q 1403, c.10, s.5
  21. Əşəri Qumi, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.101; Nobəxti, Firəquş-şiə, h.q 1404, s.94
  22. Əşəri Qumi, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.101
  23. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.50, s.246
  24. Məclisi, Biharul-ənvar, h.ş 1363, c.50, s.245
  25. Nuri, Nəcmus-saqib, h.q 1384, c.1, s.272
  26. Ordubadi, Həyatun və kəramətun Əbu Cəfər Məhəmməd ibnil-İmam Əli Əl-Hadi (ə), s.50 və sonrası
  27. «سید محمد»., qom.haj.ir saytı
  28. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.520
  29. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.520-521
  30. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.520-521
  31. Bədavi, Səbul-cəzirə, s.8
  32. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.521
  33. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.521
  34. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.17, s.289
  35. Fəqih Bəhrul-ulum və Xameyar, Ziyarətqahhaye İraq, c.1, s.522
  36. «چند طرح بازسازی حرم امامزاده سیدمحمد آماده بهره‌برداری», atabat.org saytı
  37. «الصور: إحباط محاولة تفجير مرقد (سيد محمد) في بلد.. و مقتل ثلاثة انتحاريين أمام بوابة دخول الزائرين», al-aalem.com saytı
  38. «چند طرح بازسازی حرم امامزاده سیدمحمد آماده بهره‌برداری», atabat.org saytı
  39. «السيّد محمّد بن الإمام الهادي عليه‌السّلام», imamreza.net saytı
  40. Ordubadi, Həyatun və kəramətun Əbu Cəfər Məhəmməd ibnil-İmam Əli Əl-Hadi (ə), s.50
  41. Ordubadi, Həyatun və kəramətun Əbu Cəfər Məhəmməd ibnil-İmam Əli Əl-Hadi (ə), s.50 və sonrası
  42. Nobəxti, Firəquş-şiə, h.q 1404, s.94
  43. Ordubadi, Həyatun və kəramətun Əbu Cəfər Məhəmməd ibnil-İmam Əli Əl-Hadi (ə), s.35
  44. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.17, s.289
  45. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.17, s.289-290

Ədəbiyyat