Təməttö ümrəsi
Təməttö ümrəsi (ərəbcə: عمرة التمتع), təməttö həcci ilə birlikdə yerinə yetirilən ümrənin növlərindən biridir. Təməttö ümrəsi, müfrədə ümrəsindən fərqlidir ki, təməttö həccindən ayrı icra edilir. Təməttö ümrəsi beş əməldən ibarətdir: Ehram, təvaf, təvaf namazı, səy (Səfa və Mərvə arasında gedib-gəlmək) və təqsir.
Ümrə
Əsas məqalə: Ümrə
Ümrə, ehram, təvaf, Səfa və Mərvə arasında səy etmək[1] kimi Allah evinin ziyarəti zamanı yerinə yetirilən dini əməllər toplusudur.[2] Ümrə, təməttö ümrəsi və müfrədə ümrəsinə bölünür.[3] Təməttö ümrəsi təməttö həccinin bir hissəsidir və onunla yerinə yetirilir.[4] Müfrədə ümrə, Təməttö həccindən müstəqil və ayrı bir əməldir.[5]
Fəqihlərin fətvalarına əsasən, həcc kimi şərtlər mövcud olduqda ömürdə bir dəfə ümrə etmək vacib[6] və bir dəfədən çox isə müstəhəbdir.[7]
Təməttö ümrəsinin əməlləri
Təməttu ümrəsi beş əməldən ibarətdir ki, bunlar aşağıdakılardır:
- Beş miqatdan birində[8] və həcc[9] aylarında ehram bağlamaq. Belə ki, Ərəfə günü günortadan əvvəl ümrə əməlləri tamamlansın.[10]
- Təvaf
- Təvaf namazı
- Səfa və Mərvə arasında səy etmək (gedib-gəlmək)
- Təqsir (bir az saç və ya dırnaq kəsmək).[11]
Müfrədə ümrə ilə fərqi
Təməttö ümrəsinin əməlləri müfrədə ümrəsinin əməllərindən fərqlidir. Bu fərqlər bunlardır:
- Müfrədə ümrəsindən fərqli olaraq, təməttö ümrəsinin nisa təvafı və nisa təvafı namazı yoxdur.
- Təməttö ümrəsinin ehramını həccin xüsusi aylarında (şəvval, zilqədə, zilhiccə) bağlamaq lazımdır. Amma müfrədə ümrəsinin ehramında bu şərt yoxdur.
- Təməttö ümrəsində Səfa və Mərvə arasında səy etdikdən sonra təqsir etmək (bir az saç və ya dırnaq qırxmaq) lazımdır. Ancaq müfrədə ümrəsində təqsir və həlq (baş qırxmaq) arasında seçim var.[12]
- Təməttö ümrəsində beş miqatdan birində ehram bağlamaq lazımdır. Amma müfrədə ümrəsində bu məsələ vacib deyil və "ədnəl-hill"də (hərəmin xaricindəki ən yaxın yerdə) də ehram bağlamaq olar.[13]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.296; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.479
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.481
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Nümunə üçün baxın:Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.274; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.297; Ali-rəhbər Ayətullah Xameneinin nəzarəti altında bir qrup araşdırmaçı, Muntəxəbe mənasike Həcc, h.q 1426, s.59
- ↑ İmam Xomeyni, Təhrirul-vəsilə, c.1, s.411
- ↑ Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.18, s.3
- ↑ Fəllahzadə, Mənasike Həcc vije banuvan, h.q 1428, s.32
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275-276
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.488
Ədəbiyyat
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1409
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriə, Qum, Nəşre islami, 2-ci çap, h.q 1417
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, 3-cü çap, h.q 1387
- Ali-rəhbər Ayətullah Xameneinin nəzarəti altında bir qrup araşdırmaçı, muntəxəbe mənasike Həcc, Tehran, 2-ci çap, h.q 1426
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
- Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, Qum, 1-ci çap, h.ş 1392
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404
- Fəllahzadə, Məhəmməd Hüseyn, Məsakie Həcc vije banuvan, Qum, 12-ci çap, h.q 1428
- İmam Xomeyni, Seyyid Ruhullah, Təhrirul-vəsilə, Qum, 1-ci çap, Darul-elm