Siqayətul Həcc ayəsi
- Bu məqalə Siqayətul Həcc ayəsi barəsindədir. Bu nisbətlə yaxından tanış olmaq üçün Siqayətul Həcc məqaləsinə daxil olun.
Ayənin adı | Siqayətul Həcc |
---|---|
Yerləşdiyi surə | Tövbə |
Ayənin nömrəsi | 19 |
Cüz | 10 |
Nazil olma səbəbi | İmam Əli (ə) |
Nazil olma məkanı | Mədinə |
Mövzu | Etiqadi |
Barəsində | Allah yolunda cihad etməyin üstünlüyü |
Siqayətul Həcc ayəsi (ərəbcə: آية سقاية الحاج); (Tövbə surəsi, ayə 19) Allaha, qiyamət gününə iman gətirmək və Allah yolunda cihad etməyi, Həcc zəvvarların su ilə sirab etməkdən və Məscidül-həramın xadimi olmaqdan daha üstün bilir.
İmam Əli (ə) öz iftixarını, yəni Allaha, Qiyamət gününə etiqad və Allah yolunda cihad olan məqamlarını, o məqamlardan üstün olaraq açıqladı. Yuxarıdakı ayə imam Əlinin (ə) nəzərinə təsdiq olaraq nazil oldu.
Bəzi tədqiqatçılar bu ayəni imam Əlinin (ə) digər səhabələrdən üstünlüyünə dəlil hesab etmiş və peyğəmbərdən (s) sonra vilayət və xilafətdə imamın digərlərindən üstün olduğunu bildirmişlər. İmam Əli (ə) altı nəfərlik şurada öz üstünlüyünü sübut etmək üçün, bu ayəyə işarə etmişdir.
İmam Həsən (ə) də Müaviyə ilə olan sülh müqaviləsində, imam Əlinin (ə) fəzilətinə işarə etdiyində bu ayəni sitat gətirir.
Mətn və tərcümə
أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
Yoxsa siz hacılara su verməyi və Məscidül-Həramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirən və Allah yolunda cihad edən şəxs(in iman və əməli) ilə bir tutursunuz? Allah yanında (bu ikisi əsla) bir deyildir. Allah zalım dəstəni hidayət etməz. [1]
Tövbə, 19
Giriş
“Tövbə” surəsinin 19-cu ayəsinə “Siqayətul-Həcc” ayəsi deyilir.[2] “Siqayətul-Həcc” Həcc zəvvarlarına (Hacılara) su vermək deməkdir.[3] Bu ayədə Hacılara su vermək, Məscidül-həramın xadimi olmaq, Allaha və qiyamət gününə iman gətirməklə, Allah yolunda cihad etmək arasında qarşılaşma vardır[4] və Məscidül-Həramın açarlarına sahib (xidmətcisi) olmağı, Allah və qiyamət gününə imanı Allah yolunda cihaddan üstün hesab edənləri təkzib edir.[5]
Kəbə evinin (qapısının kilid) əmanətdarı məqamından əlavə həcc zəvvarlarının səqqası (su paylayanı) məqamı, islamdan əvvəl ən mühüm məqamlardan sayılır.[6] Məkkənin böyük şəxsiyyətlərinin vəzifəsi[7] və Bəni Haşim tayfasının ixtiyarında[8] və həmçinin Abbas ibn Əbdul Müttəlib[9] bu işin öhdədarı idi ki, islamdan sonra da bu iki iş təsdiq edildi.[10]
Şəni-nüzul
Səqayətul-Həcc ayəsinin nazil olma səbəbi, imam Əlinin (ə) Abbas ibn Əbdül-Müttəlib və Şeybə ibn Osmanla olan söhbəti söylənilir. Onlar bir-birlərinə lovğalanaraq hər biri öz tutduqları mövqe ilə iftixar edirdi. Abbas zəvvarların xidmətində olmaqdan, Şeybə ibn Osman və ya Təlhə ibn Şeyban isə Kəbənin açardarı və Allah evini qorumaq məqamı ilə fəxr edirdi. Nəhayət, imam Əlini (ə) hakim təyin etdilər və ondan iki vəzifədən birinin üstünlüyü barədə öz fikrini bildirməsini istədilər; imam Əli (ə) onların üstünlüyünü inkar edərək öz iftixarını, yəni Allaha və qiyamət gününə iman və həmçinin Allah yolunda cihadı, onlar kimi insanların iman gətirməsinə zəmin yaranmasını, daha üstün olduğunu bildirir. Bir müddət sonra, peyğəmbər (s) bu hadisədən xəbər tutur və yuxarıdakı ayə nazil olaraq imam Əlinin (ə) bu fikrini təsdiq edir.[11]
Bu şəni nüzul az bir fərlə müxtəlif xəbərlərdə qeyd olunmuşdur.[12] Bəziləri onun üçün şöhrət iddiasındadır[13] və hesab edirlər, bu ayə imam Əlinin (ə) haqqında nazil olmuşdur[14] və onun xüsusi fəzilətlərindən sayılır.[15] İmam Həsən (ə),[16] imam Sadiq (ə),[17] Abdullah ibn Abbas və başqalarından[18] nəql olunan rəvayətlərə nəzər saldıqda, ayənin imam Əlinin (ə) məqamı haqda nazil olduğu məlum olur.
Bəziləri hesab edir, Siqayətul-Həcc ayəsi, sadəcə ümumi bir qanunu ifadə etmək üçün deyil, bu peyğəmbər dövründə baş verən bir həqiqətdən xəbər verir və öz məxsus şəni-nüzula malikdir;[19] Amma bəziləri, ayənin həzrət Əli (ə) haqqında nazil olmasını etiraf etməklə yanaşı, ayənin ümumi şəkildə ünvan etdiyini bildirirlər ki, buna başqa nümunələr də şamil ola bilər.[20] Şiə və sünni kitablarında ayənin[21] nazil olması ilə bağlı başqa ehtimallar da vardır.[22]
Mənbələrdə əks olunması
İmam Əli (ə) haqqında ayənin nazil olması, bir çox alim və böyük şəxsiyyətlər tərəfindən nəql edilmişdir.[23] Şiə təfsirçilərindən Furat ibn İbrahim Kufi (vəfat 352 h.q),[24] və Fəzl ibn Həsən Təbərsi (vəfat 548 h.q)[25] və həmçinin əhli-sünnə təfsirçilərindən Fəxri Razi (vəfat 606 h.q),[26] Hakim Həskani (vəfat 490 h.q)[27] Məhəmməd ibn Cərir ibn Yezid Təbəri (vəfat 310 h.q),[28] Əhməd ibn Məhəmməd Qurtubi (vəfat 761 h.q),[29] Əbdür-Rəhman Siyuti (vəfat 911 h.q)[30] və İbn Əbi Hatəm (vəfat 327 h.q)[31] ayənin imam Əli (ə) haqqında nazil olmasına işarə etmişlər. Ehqaqul-həq kitabında, əhli-sünnənin 15-dən çox təfsir kitablarında ki, bu şəni-nüzula işarə olunmuşdur, qeyd edilmiş və onların rəvayətlərini nəql edir;[32] Necə ki, Əllamə Əmini də “Əl-Qədir” kitabında bu şəni-nüzulu nəql edən bir çox sünni alimlərini qeyd etmişdir.[33]
Hədis kitablarında da bu şəni-nüzula işarə edilmişdir.[34] “Səhih-Müslim” kitabında bu şəni-nüzulda şəxslərin adları çəkilmədən bəhs edilir və bu macəranı qeyd etdiyində “Rəculun” (bir şəxs) ünvanından istifadə etməklə kifayətlənir;[35] Amma bir sıra əhli-sünnə alimləri bu rəvayətə istinad edərək, şəxslərin adlarının çəkildiyi başqa rəvayətlərə də işarə etmişlər.[36] Lakin əhli-sünnə alimlərindən olan ibn Kəsir, bu ayənin İmam Əlinin (ə) fəziləti haqda nazil olmasını inkar etmişdir; [37] həmçinin, İbn Teymiyyə bu rəvayətin səhih hədis kitablarında olmadığı qənaətindədir.[38]
Etibarı
İmamiyyə alimləri “Siqayətul-Həcc” ayəsinin imam Əli (ə) haqqında nazil olması mövzusunda həmfikirdirlər.[39] Müasir kəlam elmi tədqiqatçısı Seyid Əli Milaninin fikrincə, ayənin nazil olmasına dair sənəd səhihdir və onun mənbələri hədis və təfsir elmində ən etibarlı mənbələrdəndir və müxtəlif sənədlərlə qeyd edilmişdir.[40] Bəzi müəlliflər inanırlar qeyd olunan şəni-nüzulun təfsir kitablarında əks olunması, onun həqiqiliyində və etibarlılığında heç bir şübhənin olmadığını isbat edir.[41] “Ehqaqul-həq” kitabının müəllifi bu şəni-nüzulun düzgün olduğunu və bu məsələdə heç bir ixtilalı nəzərin olmadığını bildirmişdir.[42]
Möminlərlə kafirlərin qarşıdurması
Bəziləri hesab edirlər, Siqayətul-Həcc ayəsi, Abbas ibn Əbdül-Müttəlib islamı qəbul etdikdən sonra Mədinədə nazil olmuşdur; buna görə də bu qarşıdurma iki qrup mömin arasında baş vermişdir;[43] amma başqaları isə bu ayənin nazil olma vaxtını, Abbasın iman gətirdiyindən əvvəl olduğuna inanır[44] və bu qarşıdurmanı möminlərlə kafirlər arasında baş verdiyinə inanırlar;[45] rəvayətdən birində nəql olunur, Abbas, imam Əlinin (ə) hicrət tələbini rədd edərək, siqqayət (hacılara su paylamaq) əməlini üstün saydı[46] və ya Abbas, Bədr döyüşündə əsir düşdü, dedi: İslamı qəbul etməkdə siz bizdən öndə hesab olsanız da biz də hacılara su verməkdə (səqqalıqda) və Kəbə evini tikməkdə sizdən öndəyik.[47] Bəzi xəbərlərdə bu qarşıdurma müsəlmanlar və yəhudilər arasında baş verdiyi bildirilir ki, onlar səqqalıq və Kəbə evinin açarlarına (əmin şəxs olaraq) yiyələnməyi Allaha iman gətirməkdən və cihaddan daha üstün olduğunu iddia edirdilər.[48]
Şeyx Tusinin dediklərinə əsasən, Allah bu ayədə kafirlərdən olan bir dəstə ki, Həcc zəvvarlarına su verib Kəbə evinin işləri iə məşğul olub özlərini iman gətirib cihad etmək üstün bilirdilər, xitab edərək bildirir ki, bu işlər Allaha iman gətirib onun yolunda cihad etməkdən üstün deyil.[49] Buna əsasən “Siqayətul-Həcc” ayəsindən belə nəticə əldə olur ki, iman olmadan heç bir əməlin dəyəri yoxdur; baxmayaraq ki, o iş xeyir əməllərdəndir.[50]
Quran və insani dəyərlərin qorunması
Əllamə Təbatəbai qeyd edir, ayədən bu nəticəni əldə etmək olar ki, iki əməli eyni dərəcədə hesab etməkdir ki, bunlardan biri cahillik və Allaha iman olmadan, digəri isə Allaha və qiyamət gününə iman gətirən imanlı şəxs tərəfindən həyata keçirilir, misal üçün həyat və ruhu olmayan bir əməllə həyatı, təsiri və faydaları olan pak əməli bərabər nəzərdə tutulsun. Təbii ki, bu bərabərlik və bu iki dəstənin hər birinin gördüyü işdən qürur duyub iftixar etmələri elə bir vaxtda baş vermişdi ki, bu dövrdə hər iki işin (Məscidül-həramın təmiri və hacılara suyun çatdırılması) iddiaçıları mömin və tanınmış insanlar idi; amma Allah onların kəramət və dəyərlərini qorumaq məqsədilə (ayənin sonunda qeyri müstəqim zülmkarlığa işarə edilməsinə əsasən, «وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ») adlarını gətirməmişdir ki, onlar zülmkarlıqa ittiham olunmasınlar; lakin təkid edir ki, bu cür işləri qarşı tərəfin sadiq işləri (iman, cihad, hicrət) ilə müqayisə etmək olmaz.[51]
Etirazlar
Həzrət Əli (ə) ikinci xəlifənin ölümündən sonra xəlifənin təyin edilməsi üçün yaradılmış altı nəfərlik şurada özünün xilafətə layiq və üstünlüyünü sübut etmək bu ayənin özü haqqında nazil olmasını dəlil gətirmişdir.[52] Həmçinin ondan ən üstün fəziləti haqda olunan suala cavab, bu ayəni xatırladır.[53]
İmam Həsən (ə) də Müaviyə ilə sülh etdiyində, atasının fəzilətlərini xatırlatdıqı xütbəsində bu ayəyə işarə etmişdir.[54] Həmçinin, Məmun Abbasi Haşimilərə yazdığı məktubda bu ayəni misal çəkərək, imam Əlini (ə) və onun Abbas bin Əbdül-Müttəlibdən üstün olduğunu bildirir.[55] Öyünmə məsələsi və bu barədə ayənin nazil olmasını, Seyid Həmiri, Əl-Naşi və Əl-Bəşnəvi kimi şairlər nəzmə çəkmişlər.[56]
İmam Əlinin (ə) canişinliyinə sübut
Bəzi alimlər belə edirlər ki, Siqayətul-Həcc ayəsi, İmam Əlinin (ə)[57] üstünlüyünü ifadə etmək üçün nazil olmuşdur və bu, imamın digər səhabələrdən üstünlüyünə dəlalət edir[58] və həzrət Əlinin (ə) vilayət və xilafət məsələsində peyğəmbərdən (s) sonra üstünlüyünü isbat edir.[59] Həmçinin buyurulur ki, bu ayənin həzrət Əlinin (ə) vəlayəti ilə bağlı mənası aydındır[60], çünki hamının fikrincə, imam iman, hicrət və cihadda bütün səhabələrdən üstün idi.[61]
Şiə təfsirçisi Məkarim Şirazi hesab edir, imam Əlinin (ə) iman və cihadda başqalarından üstün olmasının fəzilətini nəzərə aldıqda, əgər Allah, Peyğəmbər (s) üçün canişin seçmək istəsə, ən “fəzilət”li şəxsi “Məfzul” və “Fazildən” dən üstün tutacaqdır; çünki Allah hikmət sahibidir və “Məfzul” və “Fazil” şəxsi “Əfzəl” (ən fəzilətli) şəxsdən üstün tutması ilahi hikmətin əksinədir, əgər xilafət məsələsi rəy əsasında olsa belə, məntiq sahibləri “əfzəl” şəxsin olduğu halda “fazil” və ya “məfzul” şəxsin sorağına getməzlər.[62]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.229
- ↑ İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, c.14, s.392
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.203-205
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.10, s.67; Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1384, c.8, s.92; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.323
- ↑ Baxın: Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.323
- ↑ Əskəri, Məalimul-mədrəsətəyn, h.q 1412, c.1, s.201
- ↑ Fəzlullah, Təfsirun min vəhyil-Quran, h.q 1419, c.11, s.57
- ↑ Zirikli, Əl-Əlam, m 1989, c.3, s.262; İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.3, s.17; Səalibi, Cəvahirul-hisan, h.q 1418, c.3, s.170
- ↑ Yaqubi, Tarixul-Yaqubi, Beyrut, c.2, s.60; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.61
- ↑ Furat Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.165-166; Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1384, c.8, s.91; Hüseyni Əstirabadi, Təvilul-ayatiz-zahirə, h.q 1409, s.206
- ↑ Fəzlullah, Təfsirun min vəhyil-Quran, h.q 1419, c.11, s.55
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.322
- ↑ Furat Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.165-169
- ↑ Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.209
- ↑ Furat Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.170
- ↑ Qumi, Təfsirul-Qummi, h.ş 1363, c.1, s.284; Hüveyzi, Təfsiru nuris-səqəleyn, h.q 1415, c.2, s.195
- ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.3, s.220
- ↑ Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.229-320
- ↑ Fəzlullah, Təfsirun min vəhyil-Quran, h.q 1419, c.11, s.55
- ↑ Nümunə üçün baxın: İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.3, s.17; Səalibi, Cəvahirul-hisan, h.q 1418, c.3, s.170
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.7, s.321
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.94-96
- ↑ Nümunə üçün baxın: Furat Kufi, Təfsiru Furat Kufi, h.q 1410, s.166
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.24
- ↑ Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.16, s.13
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.323
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.10, s.67-68
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1384, c.8, s.91-92
- ↑ Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.3, s.220
- ↑ İbn Əbi Hatəm, Təfsirul-Quranil-əzim, h.q 1419, c.4, s.108
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.14, s.194-199
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.93-96
- ↑ Nümunə üçün baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.8, s.204; İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, c.1, s.19; İbn Həyyun, Şərhul-əxbar, h.q 1409, c.1, s.324; Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.545
- ↑ Muslim, Səhih-Muslim, Beyrut, c.3, s.1499
- ↑ Nümunə üçün baxın: Təbəri, Cameul-bəyan, h.q 1412, c.10, s.68; Sələbi, Əl-Kəşfu vəl-bəyan, h.q 1422, c.5, s.19-21
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.358
- ↑ İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.5, s.18
- ↑ Əstirabadi, Əl-Bərahinul-qatiə, h.ş 1382, c.3, s.260; Müqəddəs Ərdəbili, Hədiqətuş-şiə, h.ş 1383, c.1, s.94
- ↑ Milani, Şərhu minhacil-kəramət, h.ş 1386, c.2, s.276
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.5, s.26; Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.232
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.3, s.122
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.203-205
- ↑ Müqəddəs Ərdəbili, Hədiqətuş-şiə, h.ş 1383, c.1, s.95
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1384, c.8, s.92
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.323; İbn Cəvzi, Zadul-məsir, h.q 1423, c.2, s.244
- ↑ Təbəri, Cameul-bəyan, h.q 1412, c.10, s.67; Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.3, s.219; Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.191; İbn Əbi Hatəm, Təfsirul-Quranil-əzim, h.q 1419, c.4, s.108
- ↑ Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.q 1384, c.8, s.92; İbn Ətiyyə, Əl-Muhərrərul-vəciz, h.q 1422, c.3, s.17
- ↑ Şeyx Tusi, Ət-Tibyan, Beyrut, c.5, s.191
- ↑ Cəfəri, Təfsire kövsər, Qum, c.4, s.447; Qiraəti, Nur təfsiri, h.ş 1388, c.3, s.394
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.9, s.204
- ↑ Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.550; Deyləmi, İrşadul-qulub, h.q 1412, c.2, s.261; Təbəri, Əl-Müstərşəd, h.q 1415, s.352; Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.140
- ↑ İbn Həyyun, Dəaimul-İslam, h.q 1385, c.1, s.16; Əyyaşi, Təfsirul-Əyyaşi, h.ş 1380, c.2, s.83
- ↑ Hilali, Kitabu Səlim ibn Qeys, h.q 1405, c.2, s.960; Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.561-563; Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.336
- ↑ İbn Tavus, Ət-Təraif, h.q 1400, c.1, s.278
- ↑ Əllamə Əmini, Əl-Ğədir, h.q 1416, c.2, s.96
- ↑ Əllamə Hilli, Minhacul-kəramət, h.ş 1379, s.85; Bir qrup yazıçı, fi rihabi Əhli-beyt (ə), h.ş 1426, c.22, s.18
- ↑ Milani, Şərhu minhacil-kəramət, h.ş 1386, c.2, s.276
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.3, s.128; Müqəddəs Ərdəbili, Hədiqətuş-şiə, h.ş 1383, c.1, s.95; Milani, Şərhu minhacil-kəramət, h.ş 1386, c.2, s.276; Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.229
- ↑ İbn Tavus, Ət-Təraif, h.q 1400, c.1, s.51; Milani, Şərhu minhacil-kəramət, h.ş 1386, c.2, s.273
- ↑ Müzəffər, Dəlailus-sidq, h.q 1422, c.5, s.27
- ↑ Məkarim Şirazi, Ayatul-vilayət fil-Quran, h.ş 1383, s.234
Ədəbiyyat
- Qurani-Kərim, Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- İbn Əbi Hatəm, Əbdür-Rəhman ibn Məhəmməd, Təfsirul-Quranil-əzim, Ərəbistan, 3-cü çap, h.q 1419
- İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, Təhqiq: Məhəmməd Rəşad Salim, h.q 1406
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Zadul-məsir, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1423
- İbn Həyyun, Numan ibn Məhəmməd, Dəaimul-İslam, Qum, Alul-beyt (ə) müəssisəsi, 2-ci çap, h.q 1385
- İbn Həyyun, Numan ibn Məhəmməd, Şərhul-əxbar, Qum, Came müdərrisin, h.q 1409
- İbn Tavus, Əli ibn Musa, Ət-Təraif, Qum, Xəyyam, h.q 1400
- İbn Ətiyyə, Əbdül-Həqq ibn Ğalib, Əl-Muhərrərul-vəciz, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1422
- İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
- İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Darul-fikr, 3h.q 1414
- Əstirabadi, Məhəmməd Cəfər, Əl-Bərahinul-qatiə, Qum, Məktəbul-əlamil-İslami, h.ş 1382
- Səalibi, Əbdür-Rəhman ibn Məhəmməd, Cəvahirul-hisan, Beyrut, h.q 1418
- Sələbi, Əhməd ibn Məhəmməd, Əl-Kəşfu vəl-bəyan, Beyrut, h.q 1422
- Cəfəri, Yaqub, Təfsire kövsər, Qum, Hicrət
- Bir qrup yazıçı, fi rihabi Əhli-beyt (ə), Qum, 2-ci çap, h.ş 1426
- Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, h.q 1411
- Hüveyzi, Əbdu Əli ibn Cümə, Təfsiru nuris-səqəleyn, Qum, İsmailiyyan, 4-cü çap, h.q 1415
- Deyləmi, Həsən ibn Məhəmməd, İrşadul-qulub, Qum, h.q 1412
- Zirikli, Xeyruddin, Əl-Əlam, Beyrut, 8-ci çap, m. 1989
- Siyuti, Əbdür-Rəhman ibn Əbi bəkr, Əd-Durrul-mənsur, Qum, h.q 1404
- Şüştəri, Qazi Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, h.q 1414
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Beyrut
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan, Beyrut, Darul-mərifət, h.q 1412
- Təbəri, Məhəmməd ibn Cərir, Əl-Müstərşəd, h.q 1415
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, h.q 1387
- Əskəri, Seyyid Mürtəza, Məalimul-mədrəsətəyn, Tehran, Əl-besət müəssisəsi, 4-cü çap, h.q 1412
- Əllamə Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, Mərkəzul-ğədir, h.q 1416
- Əllamə Hilli, Həsən ibn Yusif, Minhacul-kəramət, Məşhəd, Aşura müəssisəsi, h.ş 1379
- Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, h.ş 1380
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, h.q 1420
- Furat Kufi, Furat ibn İbrahim, Təfsiru Furat Kufi, Tehran, h.q 1410
- Fəzlullah, Seyyid Məhəmməd Hüseyn, Təfsirun min vəhyil-Quran, Beyrut, 2-ci çap, h.q 1419
- Qiraəti, Möhsin, Nur təfsiri, Tehran, Mərkəze fərhəngi dərshayi əz Quran, h.ş 1388
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li-əhkamil-Quran, Darul-kutubil-Misriyyə, 2-ci çap, h.q 1384
- Qumi, Əli ibn İbrahim, Təfsirul-Qummi, Qum, Darul-kitab, 3-cü çap, h.ş 1363
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
- Muslim, Səhih-Muslim, Təhqqi: Fuad Əbdül-Baqi, Beyrut
- Müzəffər, Məhəmməd Hüseyn, Dəlailus-sidq, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1422
- Müqəddəs Ərdəbili, Əhməd ibn Məhəmməd, Hədiqətuş-şiə, Qum, Ənsariyan nəşriyyatı, 3-cü çap, h.ş 1383
- Məkarim Şirazi, Nasir, Ayatul-vilayət fil-Quran, Qum, İmam Əli (ə) mədrəsəsi, h.ş 1383
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 10-cu çap, h.ş 1371
- Milani, Seyyid Əli, Şərhu minhacil-kəramət, Qum, Mərkəzul-həqaiqil-İslamiyyə, h.ş 1386
- Hilali, Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, Qum, Əl-Hadi, h.q 1405
- Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru Sadir