Müfrədə ümrəsi
Müfrədə ümrə (ərəbcə: العمرة المفردة), ümrənin növlərindən biridir və Kəbəni ziyarət etmək üçün yerinə yetirilən ayinlərdən ibarətdir. Müfrədə ümrə həccin bir hissəsi deyil və bu səbəbdən təməttö həccinin bir hissəsi olan təməttö ümrəsindən fərqlidir.
Müfrədə ümrənin əməlləri bunlardır: Ehram, Təvaf, Təvaf namazı, Səfa ilə Mərvə arasında səy etmək, Təqsir və ya Həlq, Nisa təvafı və Nisa təvafının namazı. Hədislərə və fəqihlərin dediklərinə görə, Rəcəb ayında müfrədə ümrə etmək, digər aylardakı müfrədə ümrə etməkdən daha fəzilətlidir.
Ümrə
Əsas məqalə: Ümrə
Ümrə, ehram, təvaf, Səfa və Mərvə arasında səy etmək[1] kimi dini əməllər toplusuna deyilir ki, Allah evini ziyarət etmək məqsədi ilə yerinə yetirilir.[2]
Ümrə iki növdür: Təməttö ümrəsi və müfrədə ümrəsi.[3]
Təməttö ümrəsi təməttö Həcci ilə birlikdə edilir və onun bir hissəsidir.[4]
Müfrədə ümrə, təməttö həccindən ayrı icra edilir.[5]
Fəqihlər belə hesab edirlər ki, həcc kimi ümrənin də yerinə yetirilməsi şəraiti olan hər bir müsəlmana ömürdə bir dəfə vacib[6] və bir dəfədən çox isə müstəhəbdir.[7]
Adlandırma və növləri
Müfrədə ümrə, həccin bir hissəsi olmadığı və ayrıca yerinə yetirildiyi üçün "müfrədə" adlandırılmışdır.[8] Buna görə də ona "məbtulə" (kəsilmiş) ümrə də deyirlər.[9]
"Qiran" ümrəsi və "ifrad" ümrəsi müfrədə ümrəsinin növləridir. "Qiran" ümrəsi "qiran" həccini yerinə yetirməli olan şəxsin ümrəsidir. "İfrad" ümrəsi, "ifrad" həcci boynunda olan bir şəxsin ümrəsi adlanır.[10]
Müfrədə ümrənin əməlləri
Müfrədə ümrə yeddi əməldən ibarətdir ki, bunlar aşağıdakılardır:
Təmöttö ümrəsi ilə fərqi
Müfrədə ümrə və təməttö ümrəsi bir neçə məsələdə bir-birindən fərqlənir, bunlar aşağıdakılardır:
- Müfrədə ümrədə nisa təvafı və nisa təvafının namazı var, təməttö ümrəsində isə bunlar yoxdur.
- Təməttö ümrəsində həccin xüsusi aylarında (Şəvval, Zilqədə, Zilhiccə) ehram bağlamaq lazımdır, lakin müfrədə ümrədə bütün aylarda ehram bağlamaq olar.
- Təməttö ümrəsində Səfa və Mərvə arasında səy (gedib-gəlmək) etdikdən sonra təqsir etmək (saç və ya dırnaq qırxmaq) lazımdır. Amma müfrədə ümrədə təqsir yerinə həlq (baş qırxmaq) əməlini yerinə yetirmək olar.[12]
- Təməttö ümrəsində miqat, beş miqatdan biri olmalıdır. Amma müfrədə ümrədə beş miqatdan əlavə, "ədnəl-hill"də (hərəmin xaricindəki ən yaxın yerdə) miqat ola bilər.[13]
Ən fəzilətli ümrə
Fiqh kitablarına görə, rəcəb ayında edilən ümrənin savabı digər aylarda edilən ümrədən daha çoxdur.[14] Bu məsələ hədislərdə də bildirilmişdir. "Vəsailuş-Şiə" kitabında Peyğəmbər (s) və İmam Sadiqdən (ə) nəql olunan hədislərdə bildirilir ki, Rəcəb ayında edilən ümrə ən fəzilətli müfrədə ümrədir.[15]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.296; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.479
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.481
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Nümunə üçün baxın: Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.274; Nəcəfi, Cəvahirul-kəlam, Beyrut, c.20, s.441
- ↑ Şeyx Tusi, Əl-Məbsut, h.q 1387, c.1, s.297; Ali-rəhbər Ayətullah Xameneinin nəzarəti altında bir qrup araşdırmaçı, muntəxəbe mənasike Həcc, h.q 1426, s.59
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.485
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275
- ↑ Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.275 və 276
- ↑ Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, h.ş 1392, c.5, s.488
- ↑ Nümunə üçün baxın: Şəhid Əvvəl, Əd-Durusuş-şəriə, h.q 1417, c.1, s.337; Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.1, s.276
- ↑ Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.14, s.302
Ədəbiyyat
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1409
- Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əd-Durusuş-şəriə, Qum, Nəşre islami, 2-ci çap, h.q 1417
- Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Məbsut, Tehran, 3-cü çap, h.q 1387
- Ali-rəhbər Ayətullah Xameneinin nəzarəti altında bir qrup araşdırmaçı, muntəxəbe mənasike Həcc, Tehran, 2-ci çap, h.q 1426
- Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam, Qum, İsmailiyyan, 2-ci çap, h.q 1408
- Muəssiseye dairətul-məarif fiqhe islami, Fərhənge fiqh, Qum, 1-ci çap, h.ş 1392
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.q 1404