Təthir

wikishia saytından
(Təthir (pak etmək) səhifəsindən yönləndirilmişdir)


Təthir (farsca: تطهیر), nəcasəti pak etmək və aradan aparmaq deməkdir. Məscid, imamların hərəmləri, namaz qılanın paltarı və bədəni kimi bəzi şeylər nəcis olarsa, fəqihlər onları pak etməyi vacib bilirlər. Su ən çox istifadə edilən pakedicilik növüdür. O, nəcis olan hər şeyi pak edir. Bəzi digər pakedicilər bunlardır: Günəş, yer və istihalə (Şəriətdə nəcis (napak) bir şeyin öz təbiətini dəyişərək paklanması).

Fəqihlərin fətvasına əsasən, nəcis bir şey bir dəfə yuyulmaqla pak olar; Amma az su ilə yumaqda sidiyi iki dəfə, qabın nəcisliyini isə üç dəfə yumaqla təmizlənir. Həmçinin fəqihlər belə hesab edirlər ki, əgər su mütləq (saf) və pak olarsa və yuyulma zamanı muzaf (qarışıq) olmazsa, habelə yuyulduqdan sonra nəcis şeydə nəcasət qalmasa təmizləməyə səbəb olur. Əlbəttə, onda nəcasətin qoxu və ya rəngi qalsa, problem yoxdur.

Onun məfhum və məqamı

Təthir lüğətdə pak etmək mənasındadır.[1] Fiqhi bəhslərdə və , c[Nəcis|nəcasətlər]] bölməsində ondan məqsəd nəcasəti aradan aparmaqdır.[2] İstifadə o, sunan hər bir nəcis şeyi pak etmək bəyənilir.[3]

Bəzi hallarda fəqihlər nəcasəti pak etməyi və aradan aparmağı vacib bilirlər; O yerlər bunlardan ibarətdir: Məscidlər,[4] imamların (ə) hərəmləri,[5] Quran,[6] namazda[7]təvafda[8] paltar və bədən, namazın səcdəsində alnın qoyulduğu yer,[9] dəstəmazqüslün üzvləri[10] meyitin bədəni və kəfəni.[11]

Fiqh kitablarında nəcasəti pak etmək və aradan aparmaqdan daha çox təharətnamaz bölümlərində bəhs edilir.[12]

Mütəhhirat (pakedicilər)

Mütəhhirat dedikdə nəcasətlərin aradan qaldırılması və ya paklanma və təmizlənməsinə səbəb olan şeylər nəzərdə tutulur.[13] Mütəhhiratın müxtəlif növləri var. Həmçinin qeyd olunub ki, fəqihlər onların sayının iyirmiyə qədər olduğunu bildiriblər.[14]

Mütəhhiratın bəziləri bunlardır: Su, torpaq, günəş, istihalə (nəcis şeyin mahiyyətinin dəyişməsi), inqilab (şərabın sirkəyə çevrilməsi), intiqal, İslam (kafirin müsəlman olması) nəcasət yeyən heyvanın istibra edilməsi (heyvanın nəcasəti yeməsinin qarşısını almaq), təbəiyyət və nəcasəti tamamilə aradan qaldırmaq.

Pakedicilərdən bəziləri bunlardır: Su, torpaq, günəş, çevrilmə, ibadət, İslam (kafirin müsəlman olması), murdar yeyən heyvanın istbarası (heyvanın murdar olmasının qarşısını almaq) və müsəlmanın qayib olması.[15] Bu halların hər birinin fiqh kitablarında müfəssəl izah edilmiş xüsusi hökmləri vardır.[16]

Ən mühüm pakedici sudur; Çünki digər pakedicilərdən fərqli olaraq, hər bir nəcis şeyi pak edir.[17]

Su ilə pak etməyin yolu

Su bütün müsəlmanlar arasında ən çox istifadə edilən təmizləyicidir.[18] Fəqihlər deyirlər ki, əgər bir şey (qab-qacaqdan başqa) sidikdən başqa bir şeylə nəcis olarsa, nəcasəti aradan qaldırdıqdan sonra onu bir dəfə (az və ya az olmayan su ilə) yumaqla pak olar.[19] Amma sidiklə nəcis olan bir şeyi az su ilə pak etmək üçün iki dəfə yumaq lazımdır.[20] Bir qrup fəqihin fikrincə, paltar və xalça kimi şeyləri sıxmaq lazımdır ki, içlərində qalan su çıxsın.[21]

Fəqihlərin fətvasına əsasən, nəcis qabın az su ilə pak olması üçün onu üç dəfə yumaq lazımdır;[22] Ancaq şərab və ya it və donuz vasitəsi ilə nəcis olan qab istisna olmaqla kür və ya axar su ilə bir dəfə yumaq kifayətdir.[23]

Pak etməyin hökmləri

Fiqh kitablarında pak etmək ilə bağlı bir neçə hökm və məsələlər bəyan edilmişdir; O cümlədən:

  • Pak etmədə Allaha yaxınlaşmaq niyyəti etmək şərt deyil.[24]
  • Namazda paltarı və ya səcdə yerinin pak etmək kimi bir çox hallarda pak etməyin vacibliyi ilkin vacib sayılır.[25] Yəni namazı qılmaq üçünü pak etmək vacib olur. Yoxsa paltarı öz-özlüyündə pak etmək vacib deyil.
  • Mütləq (saf) və pak olan su nəcasəti pak edir. Həmçinin yumaq zamanı su muzaf (qarışıq) olmamalı və yuyandan sonra da nəcis şeydə nəcasətin özü qalmamalıdır.[26]
  • Nəcis olan bir şey ondan nəcasətin özü  aradan getməyincə pak olmaz. Amma əgər nəcasətin qoxusu və ya rəngi onda qalsa, eybi yoxdur. Deməli, əgər paltarda olan qanı aradan aparıb paltarı suya çəksələr və qanın rəngi onda qalsa, pak olar.[27]
  • Sidiyin məxrəcini sudan başqa bir şeylə pak etmək olmaz, sidiyə çıxdıqdan sonra iki dəfə (az su ilə də olsa) yuyulsa, pak olar. Bir qrup fəqih hesab edir ki, bir dəfə yumaq da kifayət edir.[28]
  • Qaitin məxrəcinin su ilə yuyulması daha yaxşıdır; Amma o üç tikə kağız və ya daş və ya parça və bu kimi şeylərlə də təmizlənə bilər.[29]
  • Ayağın altı və ya ayaqqabının altı yerə dəydikdə nəcis olarsa, yerdə gəzməklə pak olar; Bu şərtlə ki, yer pak və quru olsun və nəcasətin özü aradan getmiş olsun. Həmçinin yer torpaq, daş, mozaika, kərpic və bu kimi şeylər olmalıdır.[30]
  • Günəş torpağı və binanı və binada istifadə olunan qapı və pəncərə kimi onun sabit hissələrini müəyyən şərtlərlə pak edir.[31]
  • Əvvəllər nəcis olan bir şey, əgər şəxsin özü onun paklığına əminlik tapsa və ya iki nəfər onun pak olmasına şəhadət versə və ya sahibi onun pak olduğunu bildirsə, pak sayılır.[32]

Monoqrafiya

  • Mehdi Bazarqan tərəfindən yazılmış "İslamda mütəhhirat" kitabı. Bu kitab biokimyəvi təmizlənmə obyektivi, fizika və kimya qanunları və riyazi düsturların köməyi ilə İslam təharət hökmlərini araşdırmışdır. O, Əl-Fəth nəşriyyatı tərəfindən şəmsi təqvimi ilə 1359-cu ildə çap edilmişdir.
  • On iki müctehidin rəyinə əsasən, mütəhhirat, nəcasət və təxəllinin (ayaqyoluna getməyin) hökmləri. Bu hökmlər toplusu bir qrup tədqiqatçı tərəfindən fətva kitablarında olan çatışmazlıqları aradan qaldırmaq məqsədilə yazılmışdır. Bu kitab, "Baqirul-ulum araşdırma" nəşriyyatı tərəfindən, şəmsi təqvimi ilə 1396- cı ildə çap edilmişdir.
  • Seyid Rza Musəvi Beyqi və Əli Təbatəbai tərəfindən yazılmış "Təharət hökmləri" kitabı. Bu kitab, "Ürvətül-Vüsqa", "Təhrirul-Vəsilə", Minhacus-Salihin kimi fiqhi mənbələrə, risalələrə, istiftaatlara və mərceyi təqlidlərin mötəbər saytlarına istinad edilərək yazılmış bir topludur. O, "Zair Rəzəvi" nəşriyyatı tərəfindən çap edilmişdir.

İstinadlar

  1. Dəhxoda, Lüğətnamə, Təthir sözünün mənası
  2. Xoyi, Ət-Tənqih, h.q 1418, c.2, s.276
  3. Muəssisətu Dairətul-məarif fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387, c.10, s.289
  4. Müqəddəs Ərdəbili, Məcməul-faidə, h.q 1403, c.1, s.325; Fəqih Həmədani, Misbahul-fəqih, h.q 1416, c.8, s.56
  5. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.99
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.99
  7. Nəcəfi, Məcməur-rəsail, h.q 1415, s.43; İmam Xomeyni, Təhrirul-vəsilə, Darul-ilm, c.1, s.119
  8. Bəhrani, Əl-Hədaiqun-nazirə, c.16, s.86
  9. Şəhid Əvvəl, Əz-Zikra, h.ş 1377, c.1, s.14
  10. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.298
  11. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.251
  12. Muəssisətu Dairətul-məarif fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387, c.1, s.388
  13. Meşkini, Mustələhatul-fiqh, h.ş 1392, s.528
  14. Muəssisətu Dairətul-məarif fiqhe İslami, Musuətul-fiqhil-İslami, h.ş 1387, c.5, s.239
  15. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.107-146
  16. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.99
  17. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.107
  18. Muğniyə, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, h.q 1421, c.1, s.28
  19. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.105-106
  20. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.105
  21. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.105
  22. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.109
  23. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1409, c.1, s.112
  24. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.2, s.93
  25. Fəqih Həmədani, Misbahul-fəqih, h.ü 1416, c.8, s.35
  26. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.99
  27. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.110
  28. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.59
  29. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.59
  30. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.114
  31. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.117
  32. Bəni-Haşim, Tozihul-məsaile marace, h.q 1424, c.1, s.133

Ədəbiyyat

  • İmam Xomeyni, Təhrirul-vəsilə, Qum, Darul-ilm, 1-ci çap
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, Muəssisətun-nəşril-İslami
  • Bəni-Haşim Xomeyni, Seyyid Məhəmməd Hüseyn, Tozihul-məsaile marace, Qum, Dəftəre enteşarate İslami, 8-ci çap, h.q 1424
  • Xoyi, Seyyid Əbül-Qasim, Ət-Tənqih, Qum, 1-ci çap, h.q 1418
  • Dəhxoda, Əli Əkbər, Lüğətnamə, Tehran, Tehran universitetinin nəşri, h.ş 1377
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, Əz-Zikra, Qum, 1-ci çap, h.ş 1377
  • Təbatəbai Yəzdi, Seyyid Məhəmməd Kazim, Əl-Ürvətul-vüsqa, Beyrut, 2-ci çap, h.q 1409
  • Meşkini Ərdəbili, Mustələhatul-fiqh, Qum, Darul-hədis, h.ş 1392
  • Muəssisətu Dairətul-məarif fiqhe İslami, Musuətul-fiqhil-İslami, Qum, h.ş 1387
  • Ərdəbili, Əhməd ibn Məhəmməd, Məcməul-faidə, Qum, 1-ci çap, h.q 1403
  • Muğniyə, Məhəmməd cavad, Əl-Fiqhu ələl-məzahibil-xəmsə, Beyrut, 10-cu çap, h.q 1421
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, 7-ci çap, h.ş 1362
  • Nəcəfi, Məhəmməd Həsən, Məcməur-rəsail, Məşhəd, 1-ci çap, h.q 1415
  • Fəqih Həmədani, Ağarza, Misbahul-fəqih, Qum, 1-ci çap, h.q 1416