Məzmuna keç

Taslim:Həzrət Məryəmin (ə) anası

wikishia saytından

Həzrət Məryəmin (ə) anası (farsca: مادر حضرت مریم) həyatının bir hissəsi Quranda bəyan edilən qadınlardan biridir. Onun adı Quranda qeyd olunmasa da, «Ali-İmran» surəsinin 35 və 36-cı ayələrində ona və Məryəmin (ə) dünyaya gəlməsinə işarə edilmişdir.[1] Tarixi mənbələrdə onun adı Hənnə kimi qeyd olunmuşdur.[2] Bəzi təfsir mənbələrində bildirilir ki, Hənnə uzun illər övlad sahibi olmamış və Allahdan övlad istəmişdir. Onun duası qəbul edilmiş və Məryəm (ə) dünyaya gəlmişdir.[3] İmam Sadiqdən (ə) nəql olunan rəvayətə əsasən, Hənnə öz nəslindən bir peyğəmbərin dünyaya gələcəyi barədə ilahi müjdə aldıqda, övladının oğlan olacağını güman etmişdi.[4] Buna görə də övladını ibadət və məbəddə xidmət etmək üçün nəzir etmişdi.[5] Bəzi rəvayətlərdə bu xidmətin yeri Beytül-müqəddəs kimi göstərilmişdir.[6] Məryəm (ə) dünyaya gəldikdən sonra məlum oldu ki, vəd edilmiş övlad Məryəmdən (ə) dünyaya gələcək İsa (ə) imiş.[7]

Hənnənin nəsəbi və ailəsi haqqında da müxtəlif məlumatlar nəql edilmişdir. «Tarixi-Təbəri» əsərində onu Faqut ibn Qubeylin qızı və Həzrət Süleymanın (ə) nəslindən olan şəxs kimi təqdim etmişdir.[8] Bəzi müfəssirlər «Məryəm» surəsinin 28-ci ayəsinə istinad edərək, Hənnə və onun həyat yoldaşını Bəni-İsrailin pak və iffətli ailələrindən hesab etmişlər.[9] İmam Baqirdən (ə) nəql olunan rəvayətə əsasən, Hənnənin həyat yoldaşının adı İmran olmuş və o, Bəni-İsrail peyğəmbərlərindən biri olmuşdur. Həmin rəvayətdə Həzrət Zəkəriyyanın (ə) həyat yoldaşı Hənanə Hənnənin bacısı kimi təqdim edilmişdir.[10] Onun üçün başqa adlar[11] da qeyd edilmişdir. Əllamə Məclisinin nəql etdiyi bir rəvayətdə isə Hənnə Həzrət Yəhyanın (ə) xalası kimi təqdim edilmişdir.[12]

İstinadlar

  1. ↑ Nümunə üçün baxın: Əllamə Təbatəbai, Əl-Mizan, c.3, s.170-171; Məkarim Şirazi, Nümunə təfsiri, c.2, s.522
  2. ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.1, s.585
  3. ↑ Nümunə üçün baxın: Məkarim Şirazi, Nüumə təfsiri, c.2, s.523
  4. ↑ Nəhavəndi, Əl-Əbqəriyyul-hisan, c.4, s.761
  5. ↑ Əyyaşi, Təfsirul-Əyyaşi, c.1, s.170-172
  6. ↑ Təbərsi, Məcməul-bəyan, c.2, s.283
  7. ↑ Nəhavəndi, Əl-Əbqəriyyul-hisan, c.4, s.761
  8. ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, c.1, s.585
  9. ↑ Nümunə üçün baxın: Məkarim Şirazi, Nümunə təfsiri, c.13, s.50
  10. ↑ Qutbi Ravəndi, Qisəsul-ənbiya, s.214
  11. ↑ Əllamə Məclisi, Həyatul-qulub, c.2, s.1061; Məkarim Şirazi, Nümunə təfsiri, c.2, s.522; Bəlaği, Huccətut-təfasir, müqəddimə, s.540
  12. ↑ Baxın: Əllamə Məclisi, Həyatul-qulub, c.2, s.1061

Ədəbiyyat

  • Bəlaği, Əbdül-Huccə, Huccətut-təfasir və bəlağul-iksir, Qum, Hikmət çapxanası, h.ş 1344 (1965)
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Həyatul-qulub, Qum, Sərvər, h.ş 1384 (2005)
  • Əllamə Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Əl-Ələmi lil-mətbuat müəssisəsi, h.q 1393
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Tehran, Məktəbətul-elmiyyətil-İslamiyyə, h.q 1380
  • Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374 (1995)
  • Nəhavəndi, Əli Əkbər, Əl-Əbqəriyyul-hisan fi əhvali məvlana Sahibuz-Zaman, Qum, Müqəddəs Cəmkəran məscidi, h.ş 1386 (2007)
  • Qutbi Ravəndi, Səid, Qisəsul-ənbiya, Məşhəd, Astane Qodse Rəzəvi adına İslami araşdırmalar mərkəzi, h.q 1409
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, Darut-turas, h.q 1387
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan fi təfsiril-Quran, Beyrut, Əl-Ələmi lil-mətbuat müəssisəsi, h.q 1415