Məzmuna keç

Taslim:Kafir

wikishia saytından


Kafir məqaləsinin bu məqalələrlə əlaqəsi vardır: KüfrKafirlərin nəcis olması

Kafir (ərəbcə: الكافر) – Allahı, Onun birliyini, Peyğəmbərin (s) risalətini, Qiyamət gününü və ya ümumiyyətlə dinin zəruri məsələlərini inkar edən şəxsdir. Kafirin bəzi növləri bunlardır: Kitab əhli olan kafir, zimmi kafir, hərbi kafir, mürtəd və təbəi kafir (kafirin yetkinlik yaşına çatmamış uşağı ki, kafir sayılır). Hər birinin özünəməxsus fiqhi hökmləri vardır. Məsələn, əksər fəqihlərin fətvasına görə kafir nəcisdir; həmçinin müsəlman qadın kafir kişi ilə evlənə bilməz və müsəlman kişi də kafir qadınla evlənə bilməz.

Fəqihlər “Nəfyi Səbil” qaydasına əsaslanaraq bildirirlər ki, Allah elə bir hökm verməz ki, onun vasitəsilə kafir müsəlmana hakim olsun. Onlar bu qaydadan kafirlə bağlı bəzi daha detallı hökmlər çıxarmışlar; məsələn, bakirə müsəlman qızın atası kafir olduğu halda, atasının icazəsi olmadan evlənməsi düzgündür; çünki kafir atanın icazəsinin vacibliyi bir növ hökmranlıq sayılır. Eləcə də kafir hakim iki müsəlman arasında hökm çıxara bilməz; çünki qəzavət tərəflər üzərində hakimiyyət deməkdir.

Məfhum və mövqeyi

Kafir – Allahı və ya Onun birliyini, Peyğəmbərin (s) risalətini, Qiyamət gününü və ya ümumiyyətlə dinin zəruri məsələlərini inkar edən kəsdir.[1] “Kafir” sözü “küfr” sözündən götürülüb və “örtmək, gizlətmək” mənasındadır.[2] Buna görə də, bunların hər hansı birini və ya hamısını inkar edən hər kəs kafir adlanır.[3] Başqa sözlə, Allahın varlığına və birliyinə dəlalət edən ayələri ört-basdır edən və gizlədən kimsəyə kafir deyilir.[4] Məna baxımından “kafir” sözü mülhid,[5] zindiq,[6] dəhri[7]müşrik[8] kimi ifadələrlə əlaqəlidir.

Bildirilir ki, “küfr” və onun müxtəlif törəmələri, o cümlədən “kafir” sözü Quranda beş yüzdən artıq dəfə işlədilmiş[9] və onlar üçün əzab vəd olunmuşdur.[10] Fiqhin müxtəlif bablarında – həm müamilələrdə (fərdin yaşamına əsaslanan dünyəvi işlərə aid olan şəriət hökmləri; məsələn, satış, ipoteka, icarə, evlilik), həm də ibadət hökmlərində – kafirlə bağlı hökmlər və müsəlmanların onlarla necə davranmalı olduğu haqqında müzakirələr aparılmışdır.[11]

Kafirin növləri

İslam fiqhində kafirin müxtəlif növləri zikr olunmuş və hər birinə aid hökmlər bəyan edilmişdir:

Kitab əhli olan kafir

Kitab əhli olan kafir və ya “Əhli-kitab” – səmavi kitaba malik olan dinlərin ardıcıllarıdır; məsələn, yəhudilər və xristianlar.[12] Fəqihlərin nəzərinə görə, səmavi kitabı olub-olmamasında şəkk olan bütün qruplar da kitab əhli sayılır. Buna görə də məcusilər və ya zərdüştilər də kitab əhlindən hesab olunmuşdur.[13]

Əsli kafir

Bu kəlmə mürtədin qarşısında işlədilir[14] və ata-anadan kafir doğulmuş, heç vaxt müsəlman olmamış adama deyilir.[15] Şiə fəqihlərinin icmasına görə,[16] əsli kafir müsəlman olsa, küfr dövründə üzərinə vacib olan namaz, oruc kimi ibadətləri müsəlman olduqdan sonra qəza etməsinə ehtiyac yoxdur.[17]

Əsli kafir üç növdür:[18]

  1. Zimmi kafir: İslam diyarında yaşayan və İslam hökuməti ilə “zimmə” müqaviləsi bağlamış kitab əhli zimmi kafir adlanır.[19] Zimmə müqaviləsi odur ki, kitab əhli cizyə ödəmək müqabilində öz dinlərində qalmağa və İslam hakimiyyətinin himayəsində yaşamağa icazə alır.[20]
  2. Hərbi kafir: Müsəlmanlarla müharibə vəziyyətində olan, zimmə, aman və ya sülh müqaviləsi kimi heç bir əhd-peymanı olmayan kafirlərə, istər kitab əhli olsun, istərsə də olmasın, hərbi kafir deyilir.[21] Fəqihlərin nəzərinə görə, hərbi kafirin canı və malı hörmət daşımır; lakin əgər zimmə müqaviləsi (yalnız kitab əhli ilə), yaxud aman və ya sülh müqaviləsi (kitab əhli olmayanlarla da) bağlansa, onların canı və malı da hörmətli olar.[22]
  3. Mühadin kafir: Nə müsəlmanlarla əhd-peymanı, nə də onlarla müharibəsi olan kafirlərdir.[23] Şiə fəqihi Nasir Məkarim Şirazi belə hesab edir ki, “Mümtəhənə” surəsinin 8-ci ayəsi bu qrup kafirlər haqqındadır və müsəlmanlara bu dəstə ilə ədalət və yaxşılıqla davranmağı tövsiyə edir.[24]

Təbəi kafir

Fəqihlərin nəzərinə görə, kafirin övladı həddi-büluğa çatmazdan əvvəl ata-anasına tabe olaraq kafir hökmündədir və ona “təbəi kafir” deyilir.[25] Fəqihlərin fikrincə, təbəi kafirin hökmü nəcasət, paklıq və bəzi digər hökmlər baxımından valideynlərinə aid olan hökmlə eynidir.[26]

Mürtəd

Mürtəd İslamdan çıxmış adama deyilir.[27] Fəqihlərin nəzərinə görə, mürtəd ya fitri olur, ya da milli:[28] Fitri mürtəd o kəsdir ki, müsəlman doğulmuşdur;[29] yəni atası, anası və ya onların biri müsəlman olmuş,[30] sonra isə İslamdan çıxmışdır.[31] Milli mürtəd isə əvvəlcə qeyri-müsəlman olub, sonra İslamı qəbul etmiş, ardınca İslamdan dönmüş şəxsdir.[32]

Əlavə məlumat almaq üçün bunlara baxa bilərsiniz: İrtidad, Fitri mürtədMilli mürtəd

Bütün kafir növlərinin ortaq hökmləri

Bəzi ortaq hökmlər bütün kafir növləri barəsində belədir:

  • Sahib Cəvahirin sözünə görə, İmamiyyə fəqihləri arasında icma vardır ki, kafir nəcisdir və bu hökm baxımından əsli kafir, mürtəd, kitab əhli olan kafir və hərbi kafir arasında fərq yoxdur.[33] Lakin şiə fəqihi Məhəmməd İbrahim Cənnətinin sözünə görə, məşhur rəydən fərqli olaraq bəzi fəqihlər kitab əhli olan kafirin pak olduğuna fətva vermişlər.[34]
  • Müsəlman qadın kafir kişiyə ərə gedə bilməz və müsəlman kişi də kafir qadınla evlənə bilməz.[35] Lakin bəzi fəqihlər müsəlman kişinin kitab əhli olan kafir qadınla müvəqqəti nikah bağlaya biləcəyini qəbul edirlər.[36]
  • Kafirin kəsdiyi heyvanın ətini yemək haramdır və bu məsələdə kafirin növləri arasında heç bir fərq yoxdur.[37] Şeyx Bəhainin sözünə görə, az sayda fəqih kitab əhli olan kafirin kəsdiyi heyvanın ətini yeməyi halal bilmişdir.[38]

Allah-Təala kafirin müsəlman üzərində hər cür hakimiyyətini (üstünlüyünü) inkar etmişdir

Fəqihlər “Nəfyi-səbil” qaydasına istinad edərək deyirlər ki, Allah heç vaxt elə bir hökmü çıxarmaz ki, onun nəticəsində kafir müsəlman üzərində hakimiyyət tapsın.[39] Buna əsasən:

  • Kafir, övladı müsəlman olduğu təqdirdə, azyaşlı övladı üzərində heç bir vilayətə sahib deyil.[40] Bəkarətini itirməmiş qızın atası kafir olduğu halda, onun icazəsi olmadan evlənməsi düzgündür;[41] çünki bu, bir növ hakimiyyət sayılır və Allah bunu rədd etmişdir.[42]
  • İmamiyyə fəqihlərinin nəzərinə görə, kafir hakim iki müsəlman arasında mühakimə edə bilməz; çünki qəzavət (hökm vermək) tərəflər üzərində bir növ hakimiyyət deməkdir.[43]
  • İmamiyyə fəqihlərinin icmasına görə, kafirin müsəlmana qarşı vəkil olması, istər müsəlman tərəfindən vəkil təyin olunsun, istər kafir tərəfindən, düzgün deyildir; çünki vəkillik də bir növ hakimiyyət deməkdir.[44]

İstinadlar

  1. Sübhani, Əl-İymanu vəl-küfr fil-kitabi vəs-sünnət, h.q 1416, s.49
  2. Cuhəri, Əs-Sihah, h.q 1404, "Küfr" sözünün şərhində
  3. Rağib İsfahani, Müfrədate Rağib, h.q 1412, "Küfr" sözünün şərhində
  4. İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, "Küfr" sözünün şərhində
  5. Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.17, s.397
  6. Mütəhhəri, Xedemate mütəqabil İran və İslam, h.ş 1390, s.399
  7. Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.18, s.174
  8. Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.17, s.397
  9. Ruhani, Əl-Mucəmul-ihsai, h.ş 1368, c.1, s.530
  10. Nümunə üçün baxın: Fatir surəsi, ayə 36; Nisa surəsi, ayə 151; Təbatəbai, Əl-Mizan, h.ş 1363, c.20
  11. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362 ,c.6; c.21, s.41; c.29, s.48; c.39, s.207
  12. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.228
  13. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.228
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.39, s.26; Bir qrup yazıçı, Musuətul-fiqhiyyətil-Kuveytiyyə, h.q 1404-1427, c.2, s.227
  15. Sənduqdar, Əhkame kafiran və mürtdədan dər fiqhe İslami, s.3
  16. Şeyx Tusi, Əl-Xilaf, h.q 1407, c.1, s.443; İbn Zöhrə, Ğunyətun-nuzu, h.q 1417, s.100
  17. Ruhani, Fiqhus-Sadiq, h.ş 1392, c.8, s.422
  18. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.22, s.192; Sənduqdar, Əhkame kafiran və mürtdədan dər fiqhe İslami, s.3
  19. Meşkini, Müstələhatul-fiqh, h.ş 1392, s.470
  20. Meşkini, Müstələhatul-fiqh, h.ş 1392, s.280-281
  21. Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, h.ş 1387, c.1, s.763
  22. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.21, s.103 və c.38, s.8
  23. «احکام کافر»، پایگاه اطلاع‌رسانی دفتر حضرت آیت‌الله العظمی مکارم شیرازی., makaremshirazi.net saytı
  24. «احکام کافر»، پایگاه اطلاع‌رسانی دفتر حضرت آیت‌الله العظمی مکارم شیرازی., makaremshirazi.net saytı
  25. Xoi, Musuətul-İmam Əl-Xoi, Muəssisətu ihyai asaril-İmamil-Xoi, c.8, s.312
  26. Xoi, Musuətul-İmam Əl-Xoi, Muəssisətu ihyai asaril-İmamil-Xoi, c.8, s.312
  27. Musəvi Ərdəbili, Fiqhul-hüdud vət-təzirat, h.q 1427, c.4, s.44-46
  28. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.170-171
  29. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.170
  30. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.41, s.602
  31. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.170
  32. Mühəqqiq Hilli, Şəraiul-İslam, h.q 1408, c.4, s.171
  33. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.6, s.41-42
  34. Cənnati, Təharətul-kitabi fi fətvəs-Seyyid Həkim, h.q 1390, s.20
  35. Mühəqqiq Kərki, Cameul-məqasid, h.q 1414, c.12, s.391
  36. Nümunə üçün baxın: Vəhid Xorasani, Tozihul-məsail, h.q 1421, s.660; Sistani, Tozihul-məsail, h.q 1415, s.501
  37. Şəhid Sani, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, h.q 1410, c.7, s.208
  38. Bəhayi, Hormətu zəbaihi əhlil-kitab, h.q 1410, s.60
  39. Musəvi Bocnurdi, Əl-Qəvaidul-fiqhiyyə, h.ş 1377, c.1, s.187-188
  40. Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.206; Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, c.5, s.624
  41. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.7, s.166-167
  42. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.7, s.166-167
  43. Təbatəbai Yəzdi, Əl-Urvətul-vüsqa, h.q 1417, c.6, s.417; Sübhani, Nizamul-qəza vəş-şəhadəti fiş-şəriyyətil-İslamiyyə, h.ş 1376, c.1, s.34
  44. Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.5, s.270

Ədəbiyyat

  • İbn Zöhrə, Həmzə ibn Əli, Ğunyətun-nuzu, Təhqiq: İbrahim Bəhaduri, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1417
  • İbn Mənzur, Məhəmməd ibn Mukərrəm, Lisanul-ərəb, Beyrut, Daru sadir, h.q 1414
  • «احکام کافر», makaremshirazi.net saytı
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə fi əhkamil-itrətit-Tahirə, Qum, İslami nəşr müəssisəsi, h.q 1405
  • Bir qrup yazıçı, Musuətul-fiqhiyyətil-Kuveytiyyə, Küveyt, Darus-səlasil, h.q 1404-1427
  • Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, Muəssiseye dairətul-məarife fiqhe İslami, h.ş 1387
  • Cənnati, Məhəmməd İbrahim, Təharətul-kitabi fi fətvəs-Seyyid Həkim, Nəcəf, Mətbəətul-qəza, h.q 1390
  • Cuhəri, ismail ibn Həmmad, Əs-Sihah: Tacul-luğət və Sihahul-ərəbiyyə, Beyrut, 4-cü çap, h.q 1404
  • Xoi, Əbul-Qasim, Musuətul-İmam Əl-Xoi, Qum, İhyaul-asaril-imam Əl-Xoi, h.q 1418
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Al-Müfrədatun fi ğəribil-Quran, Beyrut, Darul-qələm, h.q 1412
  • Ruhani, Seyid Məhəmməd Sadiq, Fiqhus-Sadiq, Enteşarate ayine daneş, h.ş 1392
  • Ruhani, Mahmud, Əl-Mucəmul-ihsai lil-əlfazil-Quranil-Kərim, Məşhəd, Astane qodse Rəzəvi, h.ş 1368
  • Sübhani, Cəfər, Əl-İymanu vəl-küfr fil-kitabi vəs-sünnət, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1416
  • Sübhani, Cəfər, Nizamul-qəza vəş-şəhadəti fiş-şəriyyətil-İslamiyyə, Qum, h.ş 1376
  • Sistani, Seyid Əli, Tozihul-məsail, Qum, Mehr nəşriyyatı, h.q 1415
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Muəssisətul-məarifil-İslamiyyə, h.q 1413
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Ər-Rövzətul-bəhiyyə fi şərhil-Lümətid-Dəməşqiyyə, Təliqiyyə: Seyid Məhəmməd Kəlantər, Qum, Davəri nəşriyyatı, h.q 1410
  • Şeyx Bəhai, Məhəmməd ibn Hüseyn, Hormətu zəbaihi əhlil-kitab, Beyrut, Muəssisətul-ələmi lil-mətbuat, h.q 1410
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, h.q 1407
  • Sənduqdar, Zaman, Əhkame kafiran və mürtdədan dər fiqhe İslami, Konfranse milli əndişehaye nuin və əxlaq dər müdiriyyət, Hesabdari və mütaliahte hüquqi və ictimai, h.ş 1397
  • Təbatəbai Yəzdi, Seyid Məhəmməd Kazim, Əl-Urvətul-vüsqa, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1417
  • Təbatəbai, Seyid Məhəmməd Hüseyn, Əl-Mizan fi təfsiril-Quran, Qum, İsmailiyyan nəşri, h.ş 1363
  • Mühəqqiq Hilli, Cəfər ibn Həsən, Şəraiul-İslam fi məsailil-həlali vəl-həram, Qum, İsmailiyyan müəssisəsi, h.q 1408
  • Mühəqqiq Kərəki, Əli ibn Hüseyn, Cameul-məqasid, fi şərhil-məqasid, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Meşkini, Əli, Müstələhatul-fiqh, Qum, Əl-Hadi nəşri, h.ş 1392
  • Mütəhhəri, Mürtəza. Xedemate mütəqabil İran və İslam, Qum, Sədra nəşriyyatı, h.ş 1390
  • Musəvi Ərdəbili, Seyid Əbdül-Kərim, Fiqhul-hüdud vət-təzirat, Qum, Əl-Mufid müəssisəsi, h.q 1427
  • Musəvi Bocnurdi, Seyid Həsən, Əl-Qəvaidul-fiqhiyyə, Qum, Əl-Hadi nəşri, h.ş 1377
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi Şəraiil-İslam, Mühəqqiq: İbrahim Sultani Nəsəb, Beyrut, Daru ihyait-turasil-ərəbi, h.ş 1362
  • Vəhid Xorasani, Hüseyn, Tozihul-məsail, Qum, Baqirul-ulum mədrəsəsi, h.q 1421