Məzmuna keç

Taslim:Qəbir açmaq

wikishia saytından


Qəbir açmaq (ərəbcə: نبش القبر) — insan cəsədinin aşkar olmasına səbəb olacaq dərəcədə qəbirin yarılması və ya dağıdılması deməkdir. Şiəsünni fəqihlərin fətvalarına görə, müsəlmanın cəsədi hələ tam aradan getməmişdirsə, qəbir açmaq haram sayılır və yalnız şəri zərurət olduqda caiz ola bilər; məsələn, meyit elə bir yerdə dəfn olunubsa ki, ona hörmətsizlik olunur və ya zərər görmək təhlükəsi var. Həmçinin “haqqünnas” məsələsi olduğu hallarda — məsələn, meyitin qəsb olunmuş torpaqda dəfn edilməsi kimi — qəbir açmaq caiz hesab olunur.

Şiə fəqihlərinin fikrincə, əgər meyit vəsiyyət edibsə ki, onun cəsədi imamların hərəmlərindən birində dəfn olunsun, lakin başqa bir yerdə dəfn edilərsə və bu işi görmək meyitə hörmətsizliyə səbəb olmazsa və ya başqa bir fəsad doğurmazsa, onun qəbri açılıb cəsədi köçürülməlidir. Tarixdə bu cür hallarla bağlı nümunələr vardır; məsələn, əvvəlcə Kaşanda dəfn olunan Mirzə Təqi xan Əmir Kəbirin cənazəsi sonradan Kərbəlaya köçürülmüşdür.

İslam tarixində qəbir açmaq və ya buna cəhd etmək hallarından bəziləri hörmətsizlik məqsədi daşıyırdı. Abbasilər xilafəti dövründə İmam Hüseyn (ə)İmam Musa Kazimin (ə) qəbirlərini açmaq cəhdi buna misaldır. Həmçinin Hicri şəmsi təqvimi ilə 14-cü əsrdə Suriyada baş verən daxili müharibə zamanı Hücr ibn Ədinin qəbrinin açılması da bu hadisələrdən biridir.

Tərifi

Qəbir açmaq — meyitin cəsədi aşkar olacaq şəkildə qəbirin yarılması deməkdir.[1] “Nəbş” sözü iki mənada işlədilir: Gizli bir şeyi aşkara çıxarmaq və bir şeyi çıxarmaq.[2] Lakin fəqihlərin vurğuladığına görə, “nəbş qəbr” (qəbir açmaq) termini fiqhi baxımdan yalnız meyitin cəsədinin aşkar edilməsini bildirir. Buna görə də, əgər qəbirin üstü meyit görünəcək şəkilində açılarsa, hətta cəsəd qəbirdən çıxarılmasa belə, bu, fiqhdə qəbir açmaq sayılır.[3]

Fiqhi hökmü

“Cəbhətün-Nusra” qruplaşması tərəfindən Hücr ibn Ədinin qəbrinin qazılması

Şiə fəqihlərinin nəzərinə görə, müsəlmanın qəbrini açmaq (nəbş qəbr) haramdır; lakin əgər müsəlmanın cəsədi zaman keçdikcə tamamilə çürüyüb torpağa qarışıbsa və qəbrin açılması hörmətsizlik sayılmazsa, bu halda icazəli ola bilər. Amma imamzadələrin, şəhidlərin və alimlərin qəbrini, uzun illər keçsə belə, açmaq haramdır.[4]

Fəqihlər elə rəvayətlərə əsaslanmışlar ki, orada möminin cəsədinə hörmətin diri insana hörmət kimi vacib olduğu bildirilir. Buna görə də qəbrin açılmasının haram olmasının əsas səbəbi “hörmətsizlik və təhqir” sayılmışdır.[5] Bəzi alimlər, o cümlədən Əllamə Hilli, qəbrin açılmasını müslə etmək (əzaları kəsməklə insanı eybəcər hala salmaq) səbəbilə haram hesab etmişdir;[6] lakin Şəhid ƏvvəlMühəqqiq Kərəki bu fikri qəbul etməmişlər.[7]

Sünni fəqihlər də qəbrin açılmasını haram bilirlər; yalnız şəri bir zərurət olduqda buna icazə verilir.[8] Məsələn, əgər ölünün yanında başqasına məxsus bir mal dəfn olunubsa və o malın sahibinə qaytarılması lazımdırsa, bu halda qəbrin açılması caiz sayılır.[9]

Qəbrin açılmasının caiz olduğu hallar

Şiə fəqihlərinə görə, müəyyən hallarda qəbrin açılması icazəlidir:

  • Əgər meyit elə bir yerdə dəfn olunubsa ki, orada ona hörmətsizlik ediləcək və ya zərər yetəcək,[10] yaxud meyitin bədən hissələrindən biri onunla birlikdə dəfn olunmayıb və həmin hissəni onunla bir yerdə torpağa tapşırmaq istəyirlərsə.[11]
  • Əgər dəfn yeri qəsb olunmuş torpaqdırsa, yaxud meyitlə birlikdə qəsb edilmiş bir əşya və ya varislərə məxsus mal dəfn olunubsa.[12]
  • Əgər hər hansı bir haqqın (məsələn, hüquqi məsələ) sübuta yetməsi üçün meyitin bədəninə baxmaq zəruridirsə, yaxud qəbrin açılmasından daha vacib şəri bir iş görülməlidirsə;[13] məsələn, hamilə qadının qarnındakı diri uşağı xilas etmək üçün.[14]
  • Bəzi müctəhidlərin fətvasına görə, əgər meyit vəsiyyət etmişsə ki, onu İmamların hərəmlərində dəfn etsinlər, lakin onu başqa yerdə basdırıblarsa, qəbrin açılması və cəsədin vəsiyyət olunan yerə köçürülməsi vacibdir; amma bu iş meyitə hörmətsizliyə səbəb olmamalı və başqa bir fəsad doğurmamalıdır.[15]

Qeyd etmək lazımdır ki, şiə fəqihlərinin qəbrin açılmasının caiz olduğu bu kimi hallarla bağlı fikirləri arasında müəyyən kiçik fərqlər mövcuddur.[16]

Qəbri açmağın bəzi tarixi nümunələri

Tarixi mənbələrdə bəzən qəbirin açılması (nəbş qəbir) ilə bağlı nümunələr qeyd olunur ki, bu da bəzən hörmətsizlik məqsədilə, bəzən isə cəsədin dini məkanlara köçürülməsi məqsədilə həyata keçirilmişdir. Eləcə də bəzən qəbirin açılmasının və təhqir edilməsinin qarşısını almaq üçün qəbrin yeri gizli saxlanılmışdır. Məsələn, İmam Əlinin (ə) qəbrinin gizli saxlanılması, əməvilərxəvaric tərəfindən qəbirin açılması və hörmətsizlikdən qorunmaq məqsədilə olmuşdur.[17] Şiə böyüklərinin qəbirinin açılması ilə bağlı hallardan biri, 122-ci hicri ilində Zeyd ibn Əlinin qəbrinin açılmasıdır;[18] 236-cı hicri ilində Abbasi xəlifəsi Mütəvəkkilin əmri ilə İbrahim Dizəc tərəfindən İmam Hüseynin (ə) qəbrinin açılması üçün edilən, lakin uğursuz qalan cəhd də bunlardandır;[19] eləcə də 433-cü hicri ilində İmam Musa Kazimin (ə) qəbrinin yarılması ümün edilən cəhd də qeyd olunur.[20]

Tarixçilərin bildirdiyinə görə, 132-ci hicri ilində Dəməşqin hakimi Abdullah ibn Əli Abbasi, Müaviyə ibn Əbu Süfyanın, Yezid ibn Müaviyənin, Əbdülməlik ibn MərvanınHişam ibn Əbdülməlikin qəbirlərinin açılması və cəsəd qalıqlarının yandırılması əmri vermişdi.[21]

Şəmsi təqvimi ilə 14-cü əsrdə Hücr ibn Ədinin qəbrinin “Cəbhətün-Nusra” qruplaşması tərəfindən açılması da bu qəbildəndir.[22] Mirzə Təqi xan Əmir Kəbirin cənazəsinin Kaşandan Kərbəlaya köçürülməsi isə cəsədin imam və imamzadələrin hərəmlərinə aparılması məqsədilə edilən qəbir-açma nümunələrindəndir.[23] Həmçinin meyitin sonradan başqa bir yerdə dəfn olunmaq üçün müvəqqəti olaraq bir yerdə “əmanət” saxlanması məsələsi də qəbirin açılması ilə bağlıdır. Məsələn, Seyid Hadi Xosrovşahinin cənazəsi müvəqqəti olaraq Qum şəhərindəki “Behişti Məsumə” qəbiristanlığında dəfn edilmiş və üç ildən sonra onun Qumun Pərdisan bölgəsindəki kitabxanasına köçürülmüşdür.[24] Eyni şəkildə, Əli Şəriətinin cəsədi də Suriyada bir qəbiristanlıqda müvəqqəti dəfn edilmişdir ki, sonradan İrana köçürülsün.[25]

İstinadlar

  1. Xomeyni, Təhrirul-vəsilənin (farsca) tərcüməsi, h.ş 1385, c.1, s.105
  2. İbn Mənzur, Lisanul-ərəb, "نبش" sözünün şərhində
  3. Mənafi, Nəbşe qəbr, s.130-131
  4. Sistani, Dəfnin əhkamı, məsələ 630 və 631; Nuri Həmədani, Qəbrin qazılmasının əhkamı, Məsələ 642 və 643; Şübeyri Zəncani, Qəbrin qazılmasının əhkamı, məsələ 733 və 734
  5. Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.102; Nəql olunub: Mənafi, Nəbşe qəbr, s.137
  6. Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.102; Nəql olunub: Mənafi, Nəbşe qəbr, s.133
  7. Əl-Bəyan, s.80, Nəql olunub: Mənafi, Nəbşe qəbr, s.135
  8. Hokme nəbşe qəbr əz didqahe məzahibe ərbəə Əhli-sünnət, Rəsa xəbər agentliyi
  9. Bərresiye horməte nəbşe qəbr dər neqahe füqəhaye bozorqe məzahibe İslami, Payqahe təxəssosiye vəhabiyyətpejuhi
  10. Müntəziri, Risaleye Tozihul-məsail, məsələ 676
  11. Sistani, Risaleye Tozihul-məasil, Nəbşe qəbr, Sistani.org saytı
  12. Müntəziri, Risaleye Tozihul-məsail, məsələ 676
  13. Müntəziri, Risaleye Tozihul-məsail, məsələ 676
  14. Məkarim Şirazi, Risaleye Tozihul-məsail, məsələ 599, Makarem.ir saytı
  15. Sistani, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, məsələ 853
  16. Baxın: Məkarim Şirazi, Risaleye Tozihul-məsail, Məsələ 599; Sistani, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, məsələ 853; Vəhid Xorasani, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, məsələ 649; Nuri Həmədani, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, məsələ 642-643; Şübeyri Zəncani, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, məsələ 733-734
  17. Müqəddəsi, Bazpejuhiye tarixe viladət və şəhadəte Məsuman (ə), h.ş 1391, s.239
  18. Təbəri, Tarixut-Təbəri, m.1967, c.7, ss.187
  19. Tusi, Əmali, h.q 1414, s.326
  20. İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.9, s.577
  21. İbn Əsir, Əl-Kamilu fit-tarix, m.1965, c.5, s.430; Əbul-Fəda, Tarixu Əbil-Fəda, m.1997, c.1, s.294
  22. Nəbşe qəbre səhabiye Əmirəl-möminin təvəssote teroristha dər suriye, Həmşəhri saytı; Nəbşe qəbre Hücr ibn Ədi, tabnak saytı
  23. Xurmuci, Həqayiqul-əxbar Nasiri, h.ş 1344, c.1, s.105
  24. Peykəre Ayətullah Xosrovşahi pəs əz se sal be məhəlle vəsiyyət muntəqil şod, iqna.ir saytı
  25. Ehsan Şəriəti: Peykəre pedərəm, mumyayi və bəraye zəmane müvəqqət dər Suriya dəfn şod, Xəbər Onlayn saytı

Ədəbiyyat

  • Ehsan Şəriəti: Peykəre pedərəm, mumyayi və bəraye zəmane müvəqqət dər Suriya dəfn şod, Xəbər Onlayn saytı, Dərc olma tarixi 30 Xordad h.ş 1397
  • Bərresiye horməte nəbşe qəbr dər neqahe füqəhaye bozorqe məzahibe İslami, Payqahe təxəssosiye vəhabiyyətpejuhi, Dərc olma tarixi 1 Şəhrivər h.ş 1393
  • Peykəre Ayətullah Xosrovşahi pəs əz se sal be məhəlle vəsiyyət muntəqil şod, iqna.ir saytı, Dərc olma tarixi 9 İsfənd h.ş 1401
  • Hokme nəbşe qəbr əz didqahe məzahibe ərbəə Əhli-sünnət, Rəsa xəbər agentliyi, Dərc olma tarixi: 15 Şəhrivər h.ş 1396
  • Nəbşe qəbre Hücr ibn Ədi, tabnak saytı, Dərc olma tarixi: 12 Ordubehişt h.ş 1392
  • Əbul-Fəda, İsmail ibn Əli, Tarixu Əbil-Fəda, c.1, Beyrut, Darul-kutubil-elmiyyə, m.1997 / h.q. 1417
  • Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt, h.q. 1414
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, c.5, Beyrut, Darus-sad, m.1965 / h.q. 1385
  • İbn Mənzur, Məhəmməd Cəmaluddin, Lisanul-ərəb, c.6, Beyrut, Darus-sadir, 3-cü çap, m.1994
  • Mənafi, Seyid Hüseyn, Nəbşe qəbr, pejuhehaye fiqhi ta ictihad, nömrə 10, h.ş. 1393 / bahar
  • Müntəziri, Hüseynəli, Risaleye Tozihul-məsail, Tehran, Sərayi nəşriyyatı, h.ş. 1381
  • Müqəddəsi, Yədullah, Bazpejuhiye tarixe viladət və şəhadəte Məsuman (ə), Qum, Pejuheşqahe ulum və fərhənge İslami, h.ş. 1391
  • Məkarim Şirazi, Nasir, Risaleye Tozihul-məsail, makarem.ir saytı, Ayətullah Məkarim Şirazinin dəftərinin rəsmi internet adresi, Dərc olma tarixi: 20 Ordubehişt h.ş 1402
  • Nuri Həmədani, Hüseyn, Qəbrin qazılmasının əhkamı, noorihamedani.ir saytı, Ayətullah Nuri Həmədaninin dəftərinin rəsmi internet adresi, Dərc olma tarixi: 30 Mordad h.ş 1398
  • Sistani, Seyid Əli, Dəfnin əhkamı, Ayətullah Sistaninin dəftərinin rəsmi internet adresi, Dərc olma tarixi: 20 Odubehişt h.ş 1402
  • Şübeyri Zəncani, Seyid Musa, Qəbrin qazılmasının əhkamı, Şübeyri Zəncaninin dəftərinin rəsmi internet adresi, Dərc olma tarixi: 19 Ordubehişt h.ş 1402
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixut-Təbəri, c.7, Beyrut, Rəvaiut-turasil-ərəbi, m.1967 / h.q. 1387
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-suqafə, h.q. 1414
  • Xomeyni, Seyid Ruhullah, Təhrirul-vəsilənin (farsca) tərcüməsi, Tərcümə: Müəssiseye tənzim və nəşre asare İmam Xomeyni (r), 1-ci çap, h.ş. 1385
  • Xurmuci, Məhəmməd Cəfər, Həqayiqul-əxbar Nasiri, Tehran, Ketabe zəvvar nəşriyyatı, h.ş. 1344
  • Vəhid Xorasani, Hüseyn, Risaleye Tozihul-məsail, Nəbşe qəbr, wahidkhorasani.com saytı, Ayətullah Vəhid Xorasaninin dəftərinin rəsmi internet adresi, Dərc olma tarixi: 20 Ordubehişt, h.ş 1402