Qədir-Xum

Qədir-Xum, (ərəbcə: غدير خم) Məkkədən Mədinəyə gedən yolda və hacıların ehram bağladığı beş miqatdan biri sayılan Cöhfənin yaxınlığında yerləşir ki, hicri qəməri tarixi ilə zil-hiccə ayının 18-i Peyğəmbər (s) bu yerdə İmam Əlini (ə) vəli və öz yerinə canişin olaraq müsəlmanlara tanıtdırdı.

Qədir-Xumun coğrafiyası
Qədir-Xum, Cöhfənin dörd kilometrliyində yerləşən gölməçənin adıdır[1] Cöhfə, təxminən Məkkənin şimal qərbinin 200 km-də yerləşir və hacıların ehram bağladığı beş miqat yerlərindən biridir.[2] Məlum məkan bir az su və bir neçə ağacına görə, karvanların dayanacaq və istirahət yerlərindən olmuşdur.[3]
Hadisələr
Hicri-qəməri tarixi ilə onuncu ili zil-həccə ayının 18-i, Peyğəmbər (s) bu məkanda, Əmirəl-möminini vəli və öz yerinə canişin olaraq xalqa tanıtdırdı. Bu hadisə Qədir hadisəsi kimi tanınmışdır.
İstinadlar
Ədəbiyyat
- İbn Xəllikan, Əhməd ibn Muhəmməd, Vəfəyyatəl-əyan, Muhəqqiq: Ehsan Əbbas, Qum, h.ş 1364
- İbn Mənzur, Muhəmməd ibn Mukrim, Beyrut, Daru Sadir
- Yaqut Həməvi, Mucəmul-buldan, Beyrut, Daru Sadir, m. 1995