Həccin rüknləri

wikishia saytından
(Həccin rüknü səhifəsindən yönləndirilmişdir)


Başqa eyni adlı məqalələrlə səhv salmamaq üçün "Rükun (səhv salmamaq üçün)" adlı bölməyə daxil olun.

Həccin rüknləri (ərəbcə: أركان الحج) Həccin əsas ayinləri və ya vacibatlarıdır ki, onları bilərəkdən yerinə gətirməmək həccin batil olmasına səbəb olar. Şiə fəqihlərinə görə, ehram bağlamaq, təvaf etmək, Ərəfat vəqfəsi (Ərəfatda qalmaq), Məşərul-Həram vəqfəsi (Məşərul-Həramda qalmaq), Səfa və Mərvə dağları arasında səy etmək həccin rükünləridir. Bəzi imamiyyə fəqihləri niyyət, təlbiyə (əllahummə ləkə ləbbeyk demək) və tərtibi həccin rükünləri hesab ediblər.

Vacib rüknü bilərəkdən və ya hökmü bilməmək üzündən tərk etməyin həcci batil edəcəyi deyilir; Lakin həccin rükn olmayan vaciblərini tərk etmək, hətta qəsdən də olsa da, həcci batil etmir və onların qəzasını yerinə yetirmək üçün naib tutmaq olar.

Həccin rüknləri

Həccin rükünlərinin həccin vacibatları və ya əsas ayinləri olduğu deyilir ki, onun qəsdən yerinə yetirilməməsi həccin batil olmasına səbəb olur.[1] Fiqhi terminlə desək, rükn bilərəkdən və ya bilməyərəkdən onu tərk etmək, namaz da daxil olmaqla ibadətləri batil edən işdir.[2]

Şiə fəqihlərinin fikrincə, ehram bağlamaq, təvaf etmək, Ərəfatda dayanmaq, Məşərul-Həramda dayanmaq, Səfa və Mərvə dağları arasında səy etmək həccin rükünlərindəndir.[3]

Niyyət, təlbiyə (əllahummə ləkə ləbbeyk demək) və tərtibin rükn olmaları haqqında ixtilaf vardır. Şiə fəqihlərindən olan Şəhid Əvvəl,[4] Seyməri,[5] Kaşiful-Gita[6] və Mühəqqiq Kərəki[7] onların da rükn olduqlarına inanırlar.

Sünni məzhəblərinin fəqihləri rüknlərin sayı ilə bağlı ixtilaf edirlər; Şafii fəqihlərinə görə həccin altı rüknü[8], Maliki və bir çox hənbəlilərin rəyinə görə dörd rükn[9] və hənəfilərin məşhur rəyinə görə iki rükn vardır[10]. Şafiilər digər rüknlərlə yanaşı, həlq (saçı qırxmaq) və təqsiri (saçı azaltmaq) də rükün hesab ediblər.[11] Maliki fəqihləri Məşərul-Həramda dayanmağın rükn olduğunu qəbul etməyiblər.[12] Hənbəli fəqihləri isə Səfa və Mərvə dağları arasında səy etməyin rükn olması barəsində tərəddüd ediblər.[13] Hənəfi fəqihləri də ehram bağlamağın, Məşərul-Həramda dayanmağın və Səfa və Mərvə dağları arasında səy etməyin rükn olmasını qəbul etmirlər.[14]

Hökmləri

Həccin rüknləri ilə həccin rükn olmayan vacibləri arasında fərq ondan ibarətdir ki, rüknləri qəsdən tərk etməklə həcc batil olur. Əgər həccin rüknlərindən biri səhvən deyil, qəsdən tərk edilərsə, həcc batil olar.[15] Lakin həccin rükn olmayan vaciblərini (Həlq və Təqsir, Rəmy Cəmərə (şeytana daş atmaq) və Qurban kəsmək kimi) qəsdən də tərk edərsə, həccin batil olmasına səbəb olmayacaq.[16] Bəzi fəqihlərin fikrincə, hökmü bilməmək üzündən rüknü yerinə gətirməmək də rüknü qəsdən tərk etdiyi kimi həcci batil edir.[17]

Vəqfələri (Ərəfatda və Məşərul-Həramda dayanmağı) qəsdən və ya səhvən tərk etmək həccin batil olmasına səbəb olur.[18]

Şiə fəqihlərinin fətvalarına görə, həccin rükünlərindən biri unudulsa, ancaq Məkkəyə qayıtmaq mümkün olmadıqda və ya çətin olduqda naib tutmaq olar; Amma hər surətdə rükn olmayan vacibləri unutduqda, onları yerinə yetirmək üçün naib tuta bilər.[19]

İmamiyyə fəqihlərinin məşhur fətvasına əsasən, müstəbsir (şiə məzhəbini qəbul etmiş müsəlman) rüknünü düzgün yerinə yetirmək şərti ilə öz məzhəbinə əsasən, düzgün etdiyi həcci yenidən yerinə yetirməsinə ehtiyac yoxdur.[20] Əlbəttə, meyarın əvvəlki məzhəbdə rükn və ya indiki məzhəbdə rükn olması barədə fikir ayrılığı vardır.[21]

İstinadlar

  1. Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c. 1, s. 328 ; Seyməri, Ğayətul-məram, h.q 1420, c. 1, s. 456 ; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c. 18, s. 136 ; Golpayqani, Kitabul-həcc, h.q 1403, c. 1, s. 17.
  2. Meşkini, Mustəlihatul-fiqh, h.q 1428, s. 274-275.
  3. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c. 18, s. 136.
  4. Şəhid Əvvəl, Əd-durus, h.q 1417, c. 1, s. 328-329.
  5. Seyməri, Ğayətul-məram, h.q 1420, c. 1, s. 456.
  6. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c. 4, s. 470-471
  7. Muhəqqiq Kərəki, Camiul-məqasid, h.q 1414, c. 3, s. 110.
  8. Əşşərbini, Muğnil-möhtac, h.q 1418, c. 1, s. 745-746.
  9. Əlkərəmi, Dəlilut-talib, h.q 1425, c. 1, s. 107-108
  10. Səmərqəndi, Tuhfətul-füqəha, h.q 1405, c. 1, s. 381.
  11. Əşşərbini, Muğnil-möhtac, h.q 1418, c. 1, s. 745-746.
  12. İbn Qüdamə, Əl-muğni, h.q 1388, c. 3, s. 376.
  13. İbn Qüdamə, Əl-muğni, h.q 1388, c. 3, s. 351-352.
  14. Səmərqəndi, Tuhfətul-füqəha, h.q 1405, c. 1, s. 381.
  15. Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c. 1, s. 328.
  16. İbn Fəhd Hilli, Əl-məzhəbul-bari, h.q 1407, c. 2. s. 206 ; Müfəlləh ibn Həsən, Ğayətul-məram, h.q 1420, c. 1, s. 456 ; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c. 18, s. 136 ; Golpayqani, Kitabul-həcc, h.q 1403, c. 1, s. 17.
  17. Muhəqqiq Kərəki, Camiul-məqasid, h.q 1411, c. 3, s. 201 ; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c. 2, s. 275 ; Musəvi Amuli, Mədarikul-əhkam, h.q 1410, c.8, s. 174.
  18. Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c. 1, s. 328 ; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c. 2, s. 275 ; Hilli, Əl-camiu liş-şərai, h.q 1405, s. 180-181.
  19. İbn Fəhd Hilli, Əl-məzhəbul-bari, h.q 1407, c. 2, s. 206 ; Müfəlləh ibn Həsən, Ğayətul-məram, h.q 1420, c. 1, s. 456.
  20. İbn Həmzə, Əl-vəsilə, h.q 1408, s. 157 ; İbn İdris, Əs-sərair, h.q 1411, c. 1, s. 518-519.
  21. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c. 17, s. 304.

Ədəbiyyat

  • İbn İdris, Muhəmməd ibn Əhməd, Əs-sərairul-havi lit-təhriril-fətava, Qum, İntişarate İslami, h.q 140.
  • İbn Həmzə Tusi, Muhəmməd ibn Əli, Əl-vəsilətu ila neylil-fəzilə, Qum, İntişarate kitabxaneye Mərəşi Nəcəfi, h.q 1408.
  • İbn Fəhd Hilli, Əhməd ibn Muhəmməd, Əl-məzhəbul-bari, Qum, İntişarate İslami, h.q 1407.
  • İbn Qüdamə, Əbdullah ibn Əhməd, Əl-muğni, Qahirə, Məktəbətul-Qahirə, h.q 1388.
  • Əşşərbini, Muhəmməd ibn Xətib, Muğnil-möhtac, Beyrut, Darul-mərifət,h.q 1418.
  • Əlkərəmi, Məra ibn Yusif, Dəlilut-talib linnəylil-mətalib, Riyaz, Daru tibə linnəşr vəttozi, h.q 1425.
  • Bəhrani, Yusif ibn Əhməd, Əlhədaiqun-nazirə fi əhkamil-itrətit-Tahirə, Təhqiq: Əli Axundi, Qum, Nəşre İslami, h.ş 1363,
  • Hilli, Yəhya ibn Səid, Əl-camiu liş-şərai, Bica, Müəssiseye Seyyiduş-şühəda əlelmiyyə, h.q 1405.
  • Səmərqəndi, Əlauddin Muhəmməd, Tuhfətul-füqəha, Beyrut, Darul-kutubil-elmi, h.q 1405.
  • Şəhid Əvvəl, Muhəmməd ibn Məkki, Əd-durusuş-şəriyyə fi fiqhil-imamiyyə, Qum, İntişarate İslami, h.q 1417.
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, Müəssisətul-məarifil-islamiyyə, h.q 1413.
  • Seyməri, Mufəlləh ibn Həsən, Ğayətul-məram fi şərhi şərail-islam, Beyrut, Darul-huda, h.q 1420.
  • Golpayqani, Muhəmmədrza, Kitabul-həcc, Qum, Darul-Quranil-Kərim, h.q 1403.
  • Muhəqqiq Kürki, Əli ibn Hüseyn, Camiul-məqasid fi şərhil-qəvaid, Qum, Alul-beyt, h.q 1414.
  • Meşkini, Mirzaəli, Mustəlihatul-fiqh, Qum, Əl-Huda nəşriyyatı, h.q 1428
  • Musəvi Amuli, Muhəmməd ibn Əli, Mədarikul-əhkam, Qum, Müəssiseye Alul-beyt, h.q 1410.
  • Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şərail-islam, Beyrut, Daru Ehyait-turasil-ərəbi, h.q 1404.