Məzmuna keç

Nasibi

wikishia saytından

Nasibi, (ərəbcə: الناصبي) İmam Əli (ə) və ya Əhli-Beytdən (ə) hər hansı birinə düşmənçilik bəsləyən və bu düşmənçiliyi açıq şəkildə ifadə edən şəxsdir. Əhli-Beytin (ə) fəzilətlərini inkar etmək, imamları lənətləmək və söymək, həmçinin şiələrə qarşı düşmənçilik, nasibi olmaq halları arasında sayılır.

Şiə fəqihlərinin fikrinə görə, nasibilər nəcisdirkafirlər hökmündədirlər. Buna görə, onların kəsdiyi heyvanın ətini yemək, onlara sədəqə vermək və onlarla evlənmək caiz deyil. Həmçinin onlar müsəlmanlardan irs apara bilməzlər.

Bəzi müasir tədqiqatçılara görə, nasibilik Osman ibn Əffanın qətli ilə başlamış və Bəni-Üməyyə hakimiyyəti dövründə rəsmi olaraq yayılmışdır. Əhli-Beytin (ə) fəzilətlərinin yayılmasının qarşısının alınması, şiələrin öldürülməsi və minbərlərdə İmam Əliyə (ə) lənət oxunması, bu dövrdə nasibiliyin nəticələri kimi qeyd olunmuşdur. Müaviyə ibn Əbu Süfyan, xəvaric, osmanilərHəriz ibn Osman nasibilərdən sayılmışdır.

Şiə alimləri nasibilər və nasibilik haqqında əsərlər yazmışlar. Möhsün Müəllimin “Ən-Nəsb vən-nəvasib”, Mühəddis Bəhraninin “Əş-Şəhab əs-Saqib fi bəyani mənən-nəvasib” risaləsi və Seyid Abdullah Cəzairinin “Malun-Nasib və innəhu ləysə kullu müxalifin nasibən” risaləsi bunlardan bəziləridir.

Tərifi

Nəsb kəlməsi Əhli-beytə (ə) və onların dostlarına düşmənçilik etmək və bunu açıq şəkildə göstərmək mənasını verir.[1] Buna görə, Əhli-beytin (ə) dostlarına[2]şiələrinə[3] düşmənçilik yalnız onların Əhli-beytə olan məhəbbəti[4] və itaəti səbəbilə olduğu halda nasibilik sayılır.[5]

Müsəlman alimlərinin əksəriyyətinə görə, nasibi, Əhli-beytə (ə) qarşı düşmənçilik edən və bunu açıq şəkildə göstərən şəxsdir.[6] Bəzi alimlərə görə isə, nasibi olmaq, İmam Əliyə (ə) qarşı kin bəsləməyi dinin bir hissəsi hesab etməkdir.[7] Onlar, İmam Əlinin (ə) fasiq və ya kafir olduğuna inanmağı,[8] başqalarını ona üstün tutmağı,[9] Əhli-beyti (ə) lənətləməyi və söyməyi,[10] o cənabların fəzilətlərini inkar etməyi[11] və bu fəzilətlərin zikrindən və yayılmasından narahat olmağı[12] nasibiliyin nümunələri olaraq qeyd etmişlər.

Əhli-sünnə alimlərindən Həsən ibn Fərhan Maliki, İmam Əli (ə) və Əhli-beytdən (ə) hər hansı bir uzaqlaşmanı nasibilik nümunəsi hesab edir.[13] O, İmam Əlinin (ə) mədhi haqqında olan səhih hədisləri zəif saymağı, xəlifəlik dövründəki müharibələrdə onun yanlış etdiyinə inanmağı, düşmənlərini həddindən artıq tərifləməyi, onun xilafətinə şübhə ilə yanaşmağı və ona beyət etməkdən imtina etməyi də nasibilik nümunələri sırasına əlavə etmişdir.[14] Şiə fəqihləri arasında Mühəddis Bəhrani, İmam Əlini (ə) imamətdə digər şəxslərdən geriyə qoymağı (başqalarının imamətini qəbul etməyi) Həzrət Əliyə (ə) kin bəsləmək və nasibilik nümunəsi hesab etmişdir.[15]

Sünnilərin nasibi olmamaları

Şiə fəqihlərinin məşhur görüşünə görə, nasibi, Əhli-beytə (ə) düşmənçilik edən və bu düşmənçiliyini açıq şəkildə göstərən şəxsdir. Buna görə də, onların inancına əsasən Əhli-beyti (ə) sevməyi qəbul edən sünnilər nasibi sayılmır.[16] Ancaq Mühəddis Bəhrani, nasibinin başqalarını İmam Əlidən (ə) üstün tutan və onların imamətinə inanan şəxs olduğunu düşünür.[17] Onun əsaslandığı dəlil, İmam Əlidən (ə) qeyri şəxslərin imamətinə inamın nasibilik hesab edildiyini bildirən bir rəvayətdir.[18] Bununla belə, “Sahibi Cəvahir” bu fikrin şiələrin yolu və əməli ilə zidd olduğunu bildirib[19] və bu rəvayətin həm sənəd, həm də mənası baxımından etibarlılığına şübhə edilib.[20] Şiə alimi Seyid Abdullah Cəzairiyə aid edilən “Malun-Nasib və innəhu ləysə kullu müxalifin nasibən”  adlı risalə, onun sünnilərin nasibi olması fikrinə qarşı olduğunu göstərir.[21]

Nasibiliyin hökmləri

Şiə fəqihlərinə görə, nasibilər nəcisdir[22]kafirlər hökmündədirlər.[23] Fiqh kitablarında kafirlərin nəcisliyi müzakirə edilərkən, nasibilərə də toxunulmuşdur.[24] Nasibilərlə bağlı bəzi hökmlər bunlardır:

Nasiblik cərəyanının yaranması

Bəzi müasir tədqiqatçılara görə, nasiblik Osman ibn Əffanın öldürülməsindən sonra meydana çıxmış və Üməyyə hakimiyyəti dövründə rəsmiləşmişdir.[33] Tarixi mənbələrin bildirdiyinə görə, Müaviyə ibn Əbu Süfyan hicri 41-ci ildə Muğeyrə ibn Şöbəni Kufə valisi təyin edərkən ona əmr etmişdi ki, İmam Əliyə (ə) söyüş söysün və onun tərəfdarlarını pisləsin.[34] Ondan sonra Bəni-Üməyyə xəlifələri Ömər ibn Əbdüləziz dövrünə qədər minbərlərdə.[35] İmam Əliyə (ə) nalayiq sözlər deyirdilər.[36]

Sünni alimi Hakim Nişaburi isə hicri 4-cü əsri İmam Əliyə (ə) qarşı düşmənçiliklə dolu bir dövr kimi təsvir etmiş və “Fəzailu-Fatimətiz-Zəhra (s)” kitabını bu cərəyanla mübarizə aparmaq məqsədilə yazdığını bildirmişdir. O, 4-cü əsri ab-havasını belə təsvir edir:

Zaman bizə elə rəhbərlər bəxş edib ki, insanlar onlara yaxınlaşmaq üçün Əhli-Beytə (ə) qarşı kin bəsləməyə sığınır və onları kiçik sayırlar.[37]

Nasibiliyin nəticələri

Bəzi müəlliflər Üməyyə hakimiyyəti dövründəki nasibilikdən irəli gələn nəticələri aşağıdakı kimi qeyd etmişlər:

  • Əhli-Beyti (ə) zəiflətmək və onların fəzilətlərini inkar etmək məqsədilə nasibi ravilər tərəfindən Əhli-Sünnə kitablarına saxta rəvayətlərin daxil edilməsi.[38]
  • Uşaqlara Əli adı qoymağın qadağan edilməsi və Əli adında olan uşaqların öldürülməsi.[39]
  • İmam Əlinin (ə) fəzilətlərini bəyan edən, ona söyüş söyləməkdən çəkinən və ya Müaviyənin fəzilətini dilə gətirməyən şəxslərin cəzalandırılması və ya öldürülməsi. Məsələn, İmam Əlinin (ə) şiələrindən olan Ətiyyə ibn Sədin Həccac ibn Yusif Səqəfi[40] tərəfindən qamçılanması və ya Əhli-Sünnənin Sihah Sittə kitablarının müəlliflərindən biri olan Əhməd ibn Əli Nəsainin öldürülməsi[41] bu hallara nümunədir.[42]

Məşhur nasibilər

Mənbələrdə bəzi şəxslər və qruplar “nasibi” olaraq xatırlanmışdır:

  • Müaviyə ibn Əbu Süfyan: O, Əməvilərin ilk hökmdarı olub, təxminən 20 il Dəməşqdə hakimiyyət sürmüşdür.[43] “Nəhcül-Bəlağə”nin şərhçisi İbn Əbil-Hədid Mötəzili, Cahizdən nəql edir ki, Müaviyə cümə xütbələrinin sonunda Əli (ə) haqqında lənət oxuyurdu və deyirdi ki, bu iş o qədər genişlənməlidir ki, heç kim Əlinin fəzilətlərini nəql etməsin.[44]
  • Osmaniyyə: Bunlar, İmam Əlinin (ə) Osmanı öldürdüyünü və ya onun öldürülməsinə kömək etdiyini iddia edənlərdir.[45] Buna görə də Əli (ə) ilə beyət etməkdən imtina etmişlər.[46] 9-cu hicri əsrinin sünni alimlərindən biri olan İbn Həcər Əsqəlani, nasibiləri İmam Əlinin (ə) Osmanı öldürdüyünə və ya bu işdə kömək etdiyinə inanan bir qrup olaraq təsvir etmişdir.[47] Bu qrup Osmanı ifrat dərəcədə sevdikləri üçün İmam Əlinin (ə) əleyhinə tənqid və aşağılamaya keçmişdir.[48]
  • Xəvaric: Bu dəstə, Siffeyn döyüşündə İmam Əlinin (ə) ordusundan ayrılan və onu kafirlikdə ittiham edib ona qarşı üsyan edən bir qrupdur. Onlar İmam Əliyə (ə) düşmən olduqları üçün “nasibilər” və ya “nasibə” olaraq da adlandırılmışdır.[49]
  • Həccac ibn Yusif Səqəfi (95 h.q.-də vəfat etmişdir): 4-cü hicri əsrin tarixçisi Məsudi deyir ki, Həccac, Əhli-beytə (ə) qarşı düşmən idi.[50] O, İmam Əlidən (ə) və onun tərəfdarlarından uzaq olduqlarını və onlardan nifrət etdiklərini bildirməyənləri qətlə yetirirdi.[51] O, şiələri kiçik bir şübhə və ya ittihamla belə həbs edir, onları öldürürdü. Kiminsə zindiq və ya kafir adlandırılması, onun Əli (ə) şiəsi adlandırılmasından daha yaxşı hesab edilirdi.[52] Həccac, Əbdülməlikin hakimiyyəti dövründə əvvəlcə Hicazın, sonra isə İraqın valisi olmuşdur.[53]
  • Həriz ibn Osman minbərdə İmam Əlini (ə) söyürdü.[54] O, İmam Əlinin (ə) fəziləti haqqında olan “Sən mənim üçün Harunun Musaya olan məqamındasan” hədisini “Sən mənim üçün Harunun Musaya olan məqamında deyil, Qarunun Musaya olan məqamındasan” kimi təhrif edirdi.[55] Sünni rical alimlərindən İbn Hibbanın dediyinə görə, Həriz hər səhər və hər axşam Əli ibn Əbu Talibi (ə) 70 dəfə lənətləyirdi.[56]
  • Müğeyrə ibn Şöbə isə Müaviyə tərəfindən Kufənin valisi təyin edildikdə, İmam Əlini (ə) və onun şiələrini minbərdən söyür və lənətləyirdi.[57] O, Peyğəmbərin səhabələrindən idi və onun Həzrət Zəhranın (s) evinə hücum hadisəsində iştirak etdiyi barədə məlumatlar var.[58]
  • Mütəvəkkil Abbasi də İmam Əliyə (ə) nifrət edirdi və nasibilərlə yaxın münasibətdə olurdu.[59] O, Həzrət Əlinin (ə) şiələrinin mal-dövlətini əlindən alır və onları öldürürdü.[60] Mütəvəkkilin Əhli-beytə (ə) olan düşmənçiliyi o qədər güclü idi ki, 236-cı hicri ilində Hüseyn ibn Əlinin (ə) qəbrinin dağıdılmasını əmr etdi. Bu səbəbdən İmam Hüseynin (ə) qəbri və ətrafındakı bütün evlər və əsərlər dağıdıldı, ora su buraxıldı, torpaqlar şumlanıb əkin üçün istifadə edildi.[61]
  • İbn Teymiyyə, Sələfiliyin ideoloji liderlərindən biri idi və bəzi şiə tədqiqatçıları onun nasibi olmasını sübut etmək üçün “Günəşin qaytarılması” hədisini inkar etməsi,[62] Qədir-Xum hədisini zəif sayması,[63] və onun şiələrə düşmənçiliyinə istinad edirlər.[64] İbn Həcər Əsqəlani isə bildirib ki, İbn Teymiyyəyə Həzrət Əli (ə) haqqında dediklərinə görə münafiqlik nisbəti verilib. İbn Teymiyyə Həzrət Əlinin (ə) Quranı anlamaqda 17 dəfə səhv etdiyini iddia edirdi.[65]

Nasibilik mövzusunda yazılmış kitablar

Şiə alimləri və tədqiqatçıları “nasibilik” və onun hökmləri haqqında əsərlər qələmə almışlar.[66] Bunlardan bəziləri:

  • “Ən-Nəsb vən-Nəvasib” kitabı, bu kitabın müəllifi Möhsün Müəllimdir. Ərəb dilində yazılmış sözügedən kitabda “nasibilik" anlayışı, onun nümunələri,[67] nasibilərin hökmü[68] və bu mövzuda olan əsərlər[69] müzakirə edilir. Müəllif, İmam Əliyə qarşı kin və düşmənçiliyi nasibilik meyarı olaraq təqdim etmiş[70] və 250-dən çox şəxsin nasibi və ya nasibilik ittihamına məruz qaldığını qeyd etmişdir.[71] Həmçinin bu kitabda nasibilərin yaşadığı bölgələrin də adı çəkilir.[72] Bu əsər, Beyrutda “Darl-Hadi” nəşriyyatı tərəfindən hicri 1418-ci ildə çap olunmuşdur.[73]

“Əş-Şəhabus-Saqib fi bəyani mənən-Nəvasib” kitabı, bu kitabın müəllifi Mühddis Bahrandir.[74] “Usulul-İslam vəl-İman və hökmun-Nasib və ma yətəəlləq bihi” kitabı, bu kitabın müəllifi Vəhid Bəhbəhanidir.[75] Bu iki əsər də nasib və nasibilik mövzusunda yazılmış digər önəmli kitablardandır. Həmçinin bəzi şiə alimlərinin müxaliflərin əsərlərinə yazdıqları rəddiyyələrin başlıqlarında da “nəvasib” ifadəsi işlədilmişdir.[76] Məsələn: Qazi Nurullah Şuştərinin “Məsaib ən-Nəvasib fir-Rədd əla ən-Nəvaqiz ər-Rəvafiz” əsəri.[77] Əbdül-Cəlil Qəzvininin “Bəzu məsalib ən-Nəvasib fi nəqzi bəzi fəzaih ər-Rəvafiz” əsəri.[78] Bundan başqa, “Ən-Nəsb vən-Nəvasib” kitabında “nəsb və nəvasib” mövzusunda 29 əsər haqqında məlumat verilmişdir.[79]

Əlaqəli məqalələr

İstinadlar

  1. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.2, s.174
  2. Şəhid Sani, Rəvzul-cinan, h.q 1402, c.1, s.420
  3. İbn İdris Hilli, Əcvəbətu məsail və rəsail, h.q 1429, s.227; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.4, s.64
  4. Şəhid Sani, Rəvzul-cinan, h.q 1402, c.1, s.420
  5. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.2, s.174
  6. Nümunə üçün baxın; Şəhid Sani, Rəvzul-cinan, h.q 1402, c.1, s.420; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.5, 186, c.24, s.60; Sübhani, Əl-Xums, h.q 1420, s.60
  7. İbn Teymiyyə, Məcmuətul-fətava, Təbətu Əbdir-Rəhman ibn Qasim, c.4, s.429; Fiyruzabadi, Qamusul-Muhit, N - S - B maddəsi, Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.2, s.173
  8. İbn Teymiyyə, Məcmuətul-fətava, Təbətu Əbdir-Rəhman ibn Qasim, c.4, s.429
  9. Fazil Miqdad, Ət-Tənqiyhur-rai, h.q 1404, c.2, s.421
  10. Fazil Miqdad, Ət-Tənqiyhur-rai, h.q 1404, c.2, s.421
  11. Fazil Miqdad, Ət-Tənqiyhur-rai, h.q 1404, c.2, s.421
  12. Şəhid Sani, Rəvzul-cinan, h.q 1402, c.1, s.420
  13. Maliki, İnqazut-tarixil-İslami, h.q 1418, s.298
  14. Maliki, İnqazut-tarixil-İslami, h.q 1418, s.298
  15. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.24, s.60
  16. Nümunə üçün baxın: Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.408; Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.6, s.64
  17. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.24, s.60
  18. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.18, s.157
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.6, s.64
  20. Tulayi, Melake nasib enqari, əhkam va asare mütərəttib bər nəsb dər fiqhe İmamiyyə, s.52
  21. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.19, s.76
  22. Sədr, Ma vəraul-fiqh, h.q 1420, c.1, s.145
  23. Nümunə üçün baxın: Tusi, Ən-Nəhayə, h.q 1400, s.5
  24. Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.6, s.63-65; Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.5, s.185-177
  25. Tusi, Təhzibul-əhkam, c.9, s.71; İmam Xomeyni, Risalətun-nəcat, h.ş 1385, s.325
  26. Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.3, s.408; Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.13, s.15
  27. İbn Bərrac, Əl-Muhəzzəb, h.q 1406, c.1, s.129
  28. Tusi, Ən-Nəhayə, h.q 1400, s.112
  29. Muhəqqiq Hilli, Əl-Mötəbər, h.q 1407, c.2, s.766
  30. Behcət, Cameul-məsail, h.q 1426, c.6, s.156
  31. İmam Xomeyni, Risalətun-nəcat, h.ş 1385, s.309
  32. Tusi, Ən-Nəhayə, h.q 1400, s.570
  33. Kövsəri, Bərresiye rişehaye tarixi nasibigəri, s.99
  34. Bəlazuri, Ənsabul-əşraf, c.5, s.243; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.254
  35. Zəməxşəri, Rəbiul-əbrar, h.q 1412, c.2, s.335
  36. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.5, s.42
  37. Hakim Nişaburi, Fəzailu Fatimətiz-Zəhra, h.q 1429, s.30
  38. Kövsəri, Bərresiye rişehaye tarixi nasibigəri, s.99
  39. Bəlazuri, Ənsabul-əşraf, c.5, s.243; Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.5, s.254
  40. Zəməxşəri, Rəbiul-əbrar, h.q 1412, c.2, s.335
  41. İbn Əsir, Əl-Kamil, h.q 1385, c.5, s.42
  42. Hakim Nişaburi, Fəzailu Fatimətiz-Zəhra, h.q 1429, s.30
  43. İbn Əbdül-Birr, Əl-İstiab, h.q 1412, c.3, s.1418
  44. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.4, s.56-57
  45. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.591
  46. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.4, s.430
  47. İbn Həcər, Təhzibut-təhzib, Daru sadir, c.8, s.458
  48. İbn Həcər, Fəthul-bari, h.q 1408, c.7, s.13
  49. Məqrizi, Əl-Məvaiz vəl-itibar, h.q 1422-1425, c.4, 1-ci qisim, s.428
  50. Baxın: Məsudi, Murucuz-zəhəb, h.q 1409, c.3, s.144
  51. Muğniyə, Əş-Şiətu vəl-hakimun, m.2000, s.94-96
  52. İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.11, s.44
  53. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.9, s.117
  54. Səmani, Əl-Ənsab, h.q 1382, c.6, s.95
  55. İbn Həcər, Təhzibut-təhzib, Daru sadir, c.2, s.239
  56. İbn Həcər, Təhzibut-təhzib, Daru sadir, c.2, s.240
  57. İbn Kəsir, Əl-Bidayətu vən-nəhayə, h.q 1407, c.8, s.50
  58. Mufid, Əl-Cəməl, h.q 1413, s.117
  59. Xızırlı, Əd-Dulətul-Abbasiyyə, h.q 1422, s.248
  60. Xızırlı, Əd-Dulətul-Abbasiyyə, h.q 1422, s.248
  61. Xızırlı, Əd-Dulətul-Abbasiyyə, h.q 1422, s.248
  62. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.8, s.165; Ali Mücəddəd, Neşanehaye nasibigəriye İbn Teymiyyə, s.17
  63. İbn Teymiyyə, Minhacus-sünnət, h.q 1406, c.7, s.319-320; Ali Mücəddəd, Neşanehaye nasibigəriye İbn Teymiyyə, s.19
  64. Ali Mücəddəd, Neşanehaye nasibigəriye İbn Teymiyyə, s.17-25
  65. İbn Həcər, Əd-Durərul-kaminə, h.q 1392, c.1, s.155 və 181
  66. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.588-590
  67. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.31-38
  68. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.605-624
  69. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.588-590
  70. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.37
  71. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.261-528
  72. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.229-244
  73. «النصب و النواصب»., eshia.ir saytı
  74. Bəhrani, Əl-Hədaiqun-nazirə, h.q 1405, c.3, s.405
  75. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.2, s.176
  76. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.588-590
  77. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.19, s.76
  78. Ağabozorq Tehrani, Əz-Zəriə, h.q 1408, c.3, s.130
  79. Əl-Muəllim, Ən-Nəsbu vən-nəvasib, h.q 1418, s.588-590

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Əz-Zəriə, Qum və Tehran, h.q 1408
  • Ali Mücəddəd, Seyid Həsən, Neşanehaye nasibigəriye İbn Teymiyyə, h.ş 1393
  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Düzəliş: İbrahim Məhəmməd Əbülfəzl, Qum, h.q 1404
  • İbn Əsir, Əli ibn Məhəmməd, Əl-Kamilu fit-tarix, Beyrut, Daru sadir, h.q 1385
  • İbn İdris Hilli, Məhəmməd ibn Mənsur, Əcvəbətu məsail və rəsail, Qum, h.q 1429
  • İbn Bərrac, Əbdül-Əziz, Əl-Muhəzzəb, Qum, h.q 1406
  • İbn Teymiyyə, Əhməd ibn Əbdül-Həlim, Minhacus-sünnət, h.q 1406
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əd-Durərul-kaminə, Beyrut, h.q 1392
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Təhzibut-təhzib, Beyrut, Daru sadi
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Fəthul-bari, h.q 1408
  • İbn Əbdül-Birr, Yusif ibn Abdullah, Əl-İstiab, Beyrut, h.q 1412
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Əl-Bidayətu vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • İmam Xomeyni, Ruhullah, Risalətun-nəcat, Tehran, h.ş 1385
  • Bəhrani, Yusif ibn Əhməd, Əl-Hədaiqun-nazirə, Qum, h.q 1405
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Ehsan Abbas, Beyrut, h.q 1400
  • Behcət, Məhəmməd Təqi, Cameul-məsail, Qum, Ayətullah Behcətin dəftəri, h.q 1426
  • Tulayi, Rəhmət, Melake nasib enqari, əhkam va asare mütərəttib bər nəsb dər fiqhe İmamiyyə,
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Fəzailu Fatimətiz-Zəhra, Təhqiq: Əlirza ibn Abdullah, Qahirə, Darul-furqan, h.q 1429
  • Xızırlı, Məhəmməd, Əd-Dulətul-Abbasiyyə, Beyrut, Alimul-kutub, h.q 1422
  • Zəməxşəri, Mahmud ibn Ömər, Rəbiul-əbrar, Təhqiq: Məhna Əbdül-Əmir, Beyrut, h.q 1412
  • Sübhani, Cəfər, Əl-Xumsu fiş-şəriətil-İslamiyyə, Qum, İmam Sadiq müəssisəsi, h.q 1420
  • Səmani, Əbdül-Kərim ibn Məhəmməd, Əl-Ənsab, Təhqqi: Əbdür-Rəhman ibn Yəhya, Heydərabad, h.q 1382
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Rəvzul-cinan, Qum, h.q 1402
  • Sədr, Seyid Məhəmməd, Ma vəraul-fiqh, Beyrut, h.q 1420
  • Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Qum, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, h.q 1387
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Düzəliş: Seyid Əhməd Hüseyni, Tehran, h.q 1416
  • Tusi, Məhəmməd ibn Həsən, Ən-Nəhayə, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1400
  • Fazil Miqdad, Miqdad ibn Abdullah, Ət-Tənqiyhur-rai, Qum, h.q 1404
  • Kövsəri, Əhməd, Bərresiye rişehaye tarixi nasibigəri, h.ş 1393
  • Maliki, İnqazut-tarixil-İslami, h.q 1418
  • Muhəqqiq Hilli, Cəfər ibn Hüseyn, Əl-Mötəbər, Düzəliş: Məhəmməd Əli Heydəri və başqaları, Qum, Seyyidüş-Şühəda müəssisəsi, h.q 1407
  • Mühəqqiq Kərəki, Əli ibn Hüseyn, Cameul-məqasid, Qum, Alul-beyt müəssisəsi, h.q 1414
  • Məsudi, Əli ibn Hüseyn, Murucuz-zəhəb, Təhqiq: Əsəd Dağər, Qum, Darul-hücrə, h.q 1409
  • Əl-Muəllim, Möhsin, Ən-Nəsbu vən-nəvasib, Beyrut, Darul-Hadi, h.q 1418
  • Muğniyə, Məhəmməd Cavad, Əş-Şiətu vəl-hakimun, Beyrut, Darul-Cavad, m.2000
  • Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-Cəməl, Düzəliş: Əli Mir Şərifi, Qum, h.q 1413
  • Məqrizi, Əhməd ibn Əli, Əl-Məvaiz vəl-itibar, Təhqiq: İman Fuad Seyid, London, h.q 1422-1425
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Düzəliş: Abbas Quçani, Əli Axundi, Beyrut, h.q 1404

Xarici keçid