Cəfər Təyyar namazı (ərəbcə: صلاة جعفر الطيار) və ya Təsbih və ya Həbvə namazı iki dənə iki rükətli namaz formasında qılınan müstəhəb namazdır. Bu namazda ət-təsbihatu əl-ərbəə (سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَکبَرُ) [Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər] 300 dəfə təkrar edilir. Məhəmməd peyğəmbər (s) bu namazı Cəfər ibn Əbitalib Həbəşədən qayıdandan sonra təşəkkür etmək məqsədi ilə hədiyyə olaraq ona öyrədir.
Günahların əfv edilməsi və istəklərin həyata keçməsi Cəfər Təyyar namazının fəzilətlərinə daxildir. Bəzi din alimləri mühüm işlər və tez evlənmək üçün Cəfər Təyyar namazını qılmağı tövsiyə edirlər.
Peyğəmbərin Cəfər Təyyara hədiyyəsi
Məhəmməd peyğəmbər (ə) Cəfər ibn Əbitalib Həbəşədən qayıdandan sonra, onun çəkdiyi zəhmətləri təqdir etmək məqsədi ilə Təsbih namazını ona hədiyyə olaraq öyrədir. Buna görə də sözükeçən namaz Cəfər Təyyar namazı kimi məşhurlaşır.[1] Cəfər Təyyar Məhəmməd peyğəmbərin (s) əmisi oğlu və İmam Əlinin (ə) qardaşıdır.[2] O, Peyğəmbərə (ə) ilk iman gətirən adamlardan biridir.[3] Eləcədə də o, Məhəmməd peyğəmbərin (s) tapşırığı ilə Məkkədən Həbəşəyə mühacirət edən müsəlmanların başçısı idi.[4] Allah rəsulu (s) bu namazı Cəfər Təyyara hədiyyə etdiyinə görə, Həbvə namazı da adlanır.[5]
Namazın qılınma qaydası
Sayı: | "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" zikri: |
---|---|
15 dəfə | |
10 dəfə | |
10 dəfə | |
10 dəfə | |
10 dəfə | |
10 dəfə | |
10 dəfə |
Cəfər Təyyar namazı iki ayrıca təşəhüd və iki salamla birgə iki ədəd iki rükətli namaz formasında aşağıda qeyd edilən qaydada qılınır:
- Namazın əvvəlində Cəfər Təyyar namazı niyyəti edilir və sonra birinci rükətdə “Həmd” surəsindən sonra “İza zulzilət”, ikinci rükətdə “Həmd” surəsindən sonra “Adiyat”, üçüncü rükətdə “Həmd” surəsindən sonra “Nəsr” və dördüncü rükətdə isə “Həmd” surəsindən sonra “İxlas” surəsi oxunur.
- Hər bir rükətdə “Həmd” və surədən sonra 15 dəfə ət-təsbihatu əl-ərbəə (سُبْحَانَ اللَّهِ وَ الْحَمْدُ لِلَّهِ وَ لا إِلَهَ إِلا اللَّهُ وَ اللَّهُ أَکبَرُ) [Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər] deyilir. Eləcədə rukuda 10 dəfə, rukudan qalxandan sonra 10 dəfə, hər rükətin iki səcdəsinin hər birində 10 dəfə, hər səcdədən baş qaldıranda 10 dəfə, yəni üst-üstə 75 dəfə bu zikr (ət-təsbihatu əl-ərbəə) deyilir. Başqa ifadə ilə desək, bu zikr dörd rükət namaz boyu 300 dəfə təkrar edilir.[6]
- İkinci rükətin ikinci səcdəsində ət-təsbihatu əl-ərbəə-dən sonra belə demək müstəhəbdir:
سُبْحانَ مَنْ لَبِسَ الْعِزَّ وَالْوَقارَ ، سُبْحانَ مَنْ تَعَطَّفَ بِالْمَجْدِ وَتَكَرَّمَ بِهِ ، سُبْحانَ مَنْ لَايَنْبَغِى التَّسْبِيحُ إِلّا لَهُ ، سُبْحانَ مَنْ أَحْصىٰ كُلَّ شَىْءٍ عِلْمُهُ ، سُبْحانَ ذِى الْمَنِّ وَالنِّعَمِ ، سُبْحانَ ذِى الْقُدْرَةِ وَالْكَرَمِ ، اللّٰهُمَّ إِنِّى أَسْأَلُكَ بِمَعاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ ، وَمُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتابِكَ ، وَاسْمِكَ الْأَعْظَمِ وَكَلِماتِكَ التَّامَّةِ الَّتِى تَمَّتْ صِدْقاً وَعَدْلاً ، صَلِّ عَلىٰ مُحَمَّدٍ وَأَهْلِ بَيْتِهِ ، وَافْعَلْ بِى كَذا وَكَذا.
Oxunuşu: [Subhanə mən ləysəl-izzə vəl-vəqar, subhanə mən tə`əttəfə bil-məcdi və təkərrəmə bih, subhanə mən la yənbəğit-təsbihu illa ləh, subhanə mən əhsa kullə şəy`in ilmuh, subhanə zil-mənni vən-ni`əm, subhanə zil-qudrəti vəl-kərəm. Allahummə inni əs`əlukə bimə`aqidil-izzi min ərşikə və muntəhər-rəhməti min kitabikə və ismikəl-ə`zəm və kəlimatikət-tammətil-ləti təmmət sidqən və ədlə. Salli əla Muhəmmədin və Əhli Bəytihi vəf`əl bi kəza və kəza]
Tərcüməsi: (İzzət və vüqar libası geymiş Allah hər nöqsandan pak və uzaqdır. Öz böyüklüyü ilə bizə kərəm və ehsan edən Allah hər bir nöqsandan pak və uzaqdır. Hər bir nöqsandan uzaqdır o Allah ki, Ondan qeyrisinə təsbih rəva deyil. Elmi hər şeyi əhatə edən Allah hər bir nöqsandan pak və uzaqdır. Nemət və minnət sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. Qüdrət və kərəm sahibi olan Allah hər bir nöqsandan pak və uzaqdır. İlahi (sənin elminin sirləri olan) ərşinin izzət əhdlərinə, tövhid və mərifət həqiqətləri olan) sənin kitabının rəhmətinin muntəhasına (ən ucasına), sənin əzəm və böyük adına, (sənin ənbiya və övliyalarından ibarət olan) doğruluq və ədalət baxımından tam və kamil kəlmələrinə xatir səndən istəyirəm ki, Muhəmməd (s) və onun Əhli-beytinə (ə) salam göndərəsən və mənimlə belə və belə rəftar edəsən (Belə və belə sözlərinin əvəzində hacət və istəklərini Allahdan dilə)[7]
Əllamə Məclisi “Zad əl-Məad” kitabında sözükeçən namazla əlaqədar Mufəzzəl ibn Ömərin İmam Sadiqdən (ə) nəql etdiyi bir duanı qeyd etmişdir. Həmin dua Cəfər Təyyar namazı qılınandan sonra səcdədə istəklərin həyata keçməsi məqsədi ilə oxunur. İmam Sadiq (ə) Mufəzzəl ibn Ömərə deyir ki, nə vaxt zəruri hacətin olarsa, Cəfər Təyyar namazı qıl və sonra bu duanı oxuyub Allahdan hacətlərini istə ki, hacətlərin həyata keçər, inşallah.
Həmin dua belədir: Namazdan sonra əllər göyə açılaraq Allaha belə xitab edilir:
يا رَبِّ يا رَبِّ يا رَبِّ
Nəfəs bitənə qədər deyilir: Ya Rəbbi, ya Rəbbi, ya Rəbb …
یا رَبّاهُ یا رَبّاهُ یا رَبّاهُ
Sonra yenə nəfəs bitənə qədər deyilir: Ya Rəbbahu, ya Rəbbahu, ya Rəbbah...
رَبِّ رَبِّ رَبِّ
Yenə nəfəs bitənə qədər deyilir: Rəbbi, Rəbbi, Rəbbi...
يا اَللّهُ يا اَللّهُ يا اَللّهُ
Yenə nəfəs bitənə qədər deyilir: Ya Allahu, ya Allahu, ya Allah...
يا حَيُّ يا حَيُّ يا حَيُّ
Nəfəs bitənə qədər deyilir: Ya Həyyu, ya Həyyu, ya Həyyu...
يا رَحيمُ يا رَحيمُ يا رَحيمُ
Nəfəs bitənə qədər deyilir: Ya Rəhimu, ya Rəhimu ya Rəhim...
يا رَحْمنُ يا رَحْمنُ يا رَحْمنُ
Yeddi dəfə deyilir: Ya Rəhmanu, ya Rəhmanu, ya Rəhman...
يا اَرْحَمَ الرّاحِمينَ
Yeddi dəfə deyilir: Ya Ərhəmər-Rahimin.
Daha sonra bu duanı bu dua oxunur: اَللّـهُمَّ اِنّي اَفْتَتِحُ الْقَوْلَ بِحَمْدِكَ وَاَنْطِقُ بِالثَّناءِ عَلَيْكَ وَاُمَجِّدُكَ وَلاغايَةَ لِمَدْحِكَ وَاُثْني عَلَيْكَ وَمَنْ يَبْلُغُ غايَةَ ثَنائِكَ وَاَمَدَ مَجْدِكَ وَاَنّى لِخَليقَتِكَ كُنْهُ مَعْرِفَةِ مَجْدِكَ وَاَيَّ زَمَن لَمْ تَكُنْ مَمْدُوحاً بِفَضْلِكَ مَوْصُوفاً بِمَجْدِكَ عَوّاداً عَلَى الْمُذْنِبينَ بِحِلْمِكَ تَخَلَّفَ سُكّانُ اَرْضِكَ عَنْ طاعَتِكَ فَكُنْتَ عَلَيْهِمْ عَطُوفاً بِجُودِكَ جَواداً بِفَضْلِكَ عَوّاداً بِكَرَمِكَ يا لا اِلـهَ إلاّ اَنْتَ الْمَنّانُ ذُوالْجَلالِ وَالاِْكْرامِ .
Oxunuşu: [Allahummə inni əftətihul-qəulə bihəmdikə və əntiqu bis-səna`i ələykə və uməccidukə və la ğayətə limədhikə və usni ələykə və mən yəbluğə ğayətə səna`ikə və əmədə məcdikə və ənni lixəliqətikə kunhu mə`rifəti məcdikə və əyyə zəməni ləm təkun məmduhən bifəzlikə məusufən biməcdikə əvvadən ələl-muznibinə bihilmikə təxəlləfə sukkanu ərzikə ən taətikə fəkuntə ələyhim ətufən bicudikə cəvadən bifəzlikə əvvadən bikərəmikə ya la ilahə illa əntəl-mənnanu zul-cəlali vəl-ikram].
Tərcüməsi: (İlahi, mən Sənin tərifinlə sözə başlayıram və Sənə həmdu-səna deməklə nitqə gəlirəm və Sənin böyüklüyünü mədh edirəm. Halbuki, Sənin mədhinin və həmdu-sənanın sonu yoxdur. Kim Sənin böyüklüyünün və fəzilətinin sonuna çata bilər. Sənin yaratdıqların necə və hansı yolla səndəki böyüklüyün həqiqi mərifətini əldə edə bilər?! Hansı zaman olub ki, Sən fəzilət və ehsanla mədh və böyüklüyünlə vəsf olunmayasan?! Sən Öz helminlə günahkarlara çox ehsan edənsən. Sənin yaratdığın yerin sakinləri hər nə qədər itaətindən boyun qaçırsalar da, Sən yenə də onlara mehriban olacaq, Öz səxavətinlə, Öz fəzlinlə onlara ehsan və Öz kərəminlə əta edəcəksən. Nemət bağışlayan, cəlal və kərəm sahibi olan Səndən başqa tanrı yoxdur)[8]
Şeyx Abbas Qumi “Məfatih əl-Cinan” kitabında Cəfər Təyyar namazının qılınma qaydasını cümə gününün gecə və gündüzünün fəzilətləri və əməlləri bölümündə, İmam Zaman (ə) namazından sonra qeyd etmişdir.[9]
Namazın fəziləti və qılmaq vaxtı
Cəfar Təyyar namazının fəziləti haqqında deyilir ki, bu namaz günahların əfv edilməsi və hacətlərin həyata keçməsi niyyəti ilə qılınır, belə ki, hacət əldə edilənə qədər bu namaz davamlı qılınmalıdır.[10] Bəzi din alimləri mühüm işlərin yoluna düşməsi və tez evlənmək məqsədi ilə bu namazı qılmağı tövsiyə etmişlər.[11] İmam Rzadan (ə) nəql edilən bir rəvayətdə, bu namazı niməyi-şaban (şaban ayının on beşi) gecəsi oxumaq tövsiyə edilmişdir.[12] Cümə günü də məlum namazı qılmağın fəzilətli vaxtı sayılır.[13]
İstinadlar
- ↑ Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.553; Məclisi, Zadul-məad, h.q 1423, s.320-321; Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.8, s.51
- ↑ İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.592
- ↑ İbn Həcər, Əl-İsabə, h.q 1415, c.1, s.592
- ↑ İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.25-26
- ↑ Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.552
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.465
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.3, s.467
- ↑ Məclisi, Zadul-məad, h.q 1423, s.323
- ↑ Qumi, Məfatihul-cinan, h.ş 1384, s.76
- ↑ Məclisi, Zadul-məad, h.q 1423, s.321-322
- ↑ هدیهای برای برآورده شدن حوائج
- ↑ Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Nimeye Şaban gecəsinin əməlləri
- ↑ Qumi, Şeyx Abbas, Məfatihul-cinan, Cümə gününün əməlləri, Cəfər Təyyar namazı
Ədəbiyyat
- İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Təhqiq: Adil Əhməd, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415 \ m. 1995
- İbn Səd, Məhəmməd ibn Səd, Ət-Tbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Darul-kutubil-elmiyyə, h.q 1410 \ m. 1990
- « هدیهای برای برآورده شدن حوائج, tebyan.net saytı
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Alul-Beyt (ə) müəssisəsi, h.q 1409
- Səduq, Məhəmməd ibn Əli, Mən la Yəhzuruhul-fəqih, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1413
- Qumi, Abbas, Məfatihul-cinan, Qum, Mətbuate dini, h.ş 1384
- Kuleyni, Məhəmməd ibn Yaqub, Tehran, Əl-Kafi, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Zadul-məad, Beyrut, h.q 1423