Hicab

wikishia saytından
(Qadınların örtüyü səhifəsindən yönləndirilmişdir)

Hicab (ərəbcə: الحجاب), qadının naməhrəm kişinin qarşısında örtünməsinə deyilir. Fəqihlərin və digər müsəlman alimlərinin fikrincə, hicab qəti vacibatlardan biri olmaqla İslam dininin və məzhəbin zəruri məsələlərdəndir. Həmçinin Quran ayələrində və İmamların (ə) hədislərində onun zəruriliyi və əhəmiyyəti vurğulanmışdır.

Fəqihlər qadınların naməhrəmlərin qarşısında hicab taxmasının vacib olması barədə icma (yekdil rəyə sahibdirlər) ediblər. Bəzi tədqiqatçılar bu hökm üçün bəzi faydalar qeyd ediblər: O cümlədən, ruhi rahatlıq, ailə bağlarının möhkəmlənməsi, cəmiyyətin sabitliyi, qadınlara dəyər və hörməti ifadə ediblər.

Bildirilir ki, İranda hicab məsələsinin elmi müzakirəsi müasir dünya və "məşrutə" hərəkatı ilə eyni vaxtda gündəmə gətirilib. Hicabın açılması hadisəsi ilə hicab məsələsi sırf dini məsələdən siyasi-mədəni fenomenə çevrildi. Həmçinin hicabla bağlı əksər elmi əsərlər bu dövrdə və ondan sonrakı dövrlərdə yazılıb.

İran İslam İnqilabından sonra məcburi hicab məsələsi gündəmə gəldi və 1982-ci ildə qanun qəbul edildi ki, ona görə də hicab taxmamaq qanun pozuntusu hesab olunur. İran təqvimində Məşhəd əhalisinin hicabın açılmasına qarşı qiyamının ildönümü olan iyulun 11-i iffət və hicab günü adlandırılıb.

İslam mədəniyyətində hicabın əhəmiyyəti

Hicab və qadının naməhrəm kişi qarşısında özünü örtməsinin zərurəti mühüm islami məsələlərdəndir. Həmçinin bu məsələnin Quranda açıq şəkildə qeyd olunduğu bildirilir.[1] Şiə fəqihləri deyirlər ki, hicab müsəlmanların qəti məsələlərindən və vacibatlarından biridir, Daha doğrusu, İslam dininin zəruri məsələlərindən biridir.[2] Nasir Makarim Şirazi deyir ki, xüsusən də indiki dövrdə müsəlmanlarla ünsiyyətdə olanların hamısı başa düşblər ki, bütün müsəlman məzhəblərinin proqramlarından biri də hicabdır, getdikcə o, şüara çevrilib və onlar ona əməl edirlər.[3]

Fiqhdə boşanma[4]evlilik kimi fəsillərdə naməhrəmə baxmaq məsələsi ilə yanaşı, hicabdan da bəhs ediblər.[5] Fiqh və hədis mətnlərində örtünmə mənasına işarə etmək üçün hicab sözünün əvəzinə "sitr" sözündən istifadə edilib.[6] Hicab sözünün qadınların örtünməsi üçün istifadə edilməsi isə daha çox indiki dövrdə rast gəlinən bir termindir.[7]

Hicab lüğətdə hail mənasındadır ki, iki şeyi bir-birindən ayırır və örtünməkdir.[8]

Hökmlər

Müsəlman fəqihlərinin yekdil rəyinə əsasən,[9]  qadınlara bədənlərini və saçlarını naməhrəmdən örtmək vacibdir.[10] Bəzi fəqihlər bu hökmü dininməzhəbin vacib məsələlərindən sayıblar.[11] Qadınlar üçün vacib olan örtünmənin əhatə dairəsi haqqında iki ümumi rəy vardır:[12]

  1. Üzün yuvarlaq və əllərin biləkdən barmaqların ucuna qədər olan hissəsi istisna olmaqla bədəni örtməyin vacibliyi: Fəqihlərin çoxu bu fikirdədirlər və bədənin bu iki hissəsi günah ehtimalı olmaması şərti ilə vacib örtünmədən xaric edilmişdir.[13]
  2. Bütün bədəni örtməyin vacibliyi: Fazil Miqdad[14] və Seyid Əbdül-Əla Səbzəvari[15] kimi fəqihlər qadınların bütün bədəni, hətta üzü və əlləri belə örtməsini vacib saymışlar.[16] Mərəşi Nəcəfi qadınların üz və əllərini örtmələrini ehtiyat-vacib hesab etmişdir.[17] Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdi (Sahibi-Ürvə) bu məsələdə ehtiyat-müstəhəb olaraq qərar vermişdir.[18]

Hicabın vacibliyinə şəriət dəlilləri

Fəqihlərin hicabın vacibliyi haqqındakı hökmü isbat etmək üçün istinad etdikləri dəlillərdən bəziləri aşağıdakılardır:

Quran

"Nur" surəsinin 31-ci və "Əhzab" surəsinin 59-cu ayələri müsəlman fəqihlərinin hicabın və örtünmənin qadınlar üçün vacib olduğunu sübut etmək barədə dəlil olaraq gətirdikləri ən mühüm ayələrdir.[19] Məkarim Şirazinin dediyinə əsasən, Quranın ən azı altı ayəsi naməhrəmlərin qarşısında qadınlara hicab bağlamağın vacibliyinə dəlalət edir.[20]

Hədislər

Qadınların naməhrəmlər qarşısında hicab bağlamasının zəruriliyinə dəlalət edən rəvayətlərin mütəvatir olduğu deyilir.[21] Məkarim Şirazi bütün bu hədisləri yeddi qrupa ayırmışdır ki, onlardan bəziləri aşağıdakılardır:[22]

Bəzi rəvayətlər, "Nur" surəsinin 31-ci ayəsinin

وَلَا یُبْدِینَ زِینَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا

“Onların zinətlərini ondan görünəndən başqa göstərməyin. (Mömin qadınlara de ki,) zinət əşyalarını göstərməsinlər. açıq-aydın olan zinətlərdən başqa”, bir hissəsini izah etmək üçün gəlib.[23]

  1. Bu rəvayətlərə görə, ayədəi açıq-aydın zinətdən məqsəd üzün və əllərin (barmaqların ucundan biləklərə qədər) yuvarlaq olmasıdır. bu iki yerdən başqasını örtmək və hicaba riayət etmək lazımdır.[24]
  2. Nur surəsinin 60-cı ayəsini izah etmək üçün gələn rəvayətlərdə yaşlı qadınlara ki, onlarla evlənməyə kimsə rəğbət göstərmir, cəlbabın (hicabın) açılması (Əl-Qəvaidu minənnisa) caiz hesab edilmişdir.[25] Buna görə də bu qadınlardan başqa digər qadınlara bədənlərini və saçlarını örtmələri vacibdir.[26]
  3. Kənizlərin hicab bağlaması haqqında sual edilən rəvayətlərdə və cavabında onların hicabının əhatə dairəsi bir az daha sərbəst olaraq ifadə edilmişdir.[27] Bu hədislərdə istisna olan yerlər (kənizlərin hicab bağlamaları) haqqında sual edilmişdir. Bu da onu göstərir ki, əsas məsələ, yəni hicab bağlamaq qətidir.[28]
  4. Bəzi rəvayətlət var ki, onlara əsasən, qızlar həddi-büluğa çatdıqdan sonra hicaba riayət etməli və naməhrəmdən örtünməlidirlər.[29]
  5. Bu rəvayətlərdə qadın və qızların hicab taxmasının vacib olmasının vaxtından bəhs edilir və bu da onu göstərir ki, hicab məsələsi qəti bir məsələdir.[30]

İslamda hicabın fəlsəfəsi

Şəhid Mürtəza Mütəhhəri və bəziləri dini hicaba riayət etməyin zəruriliyi ilə bağlı hikmətləri sadalamışlar ki, onlardan bəziləri aşağıdakılardır:

  • Psixoloji aramlıq: Kişi və qadın arasında məxfiliyin olmaması və məhdudiyyətsiz sosiallaşma azadlığı, cinsi duyğuların və hisslərin oyanmasına və artmasına səbəb olur və cinsi əlaqəyə olan tələbatı ruhi susuzluğa və doyumsuz bir istəyə çevirir. Digər tərəfdən, bu qeyri-məhdud və doyumsuz istəklər həmişə əlçatmaz və bir növ məhrum olmaq hissinə yaxın olur. Bunun özü də ruhi pozuntulara və psixoloji xəstəliklərə səbəb olur.[31]
  • Ailə bağının möhkəmlənməsi: Qadınların hicabına riayət etməsi ailə bağını gücləndirir və ailə mərkəzində ər-arvad münasibətlərinin yaxınlığına səbəb olur; çünki örtünmə və hicab sayəsində həyat yoldaşı olmayanlardan cinsi ləzzət almağın qarşısı alınır və cinsi həzzlər ailə mühitinə məxsus olur. Bu da, ər-arvad arasında bağı gücləndirir.[32]
  • Cəmiyyətin möhkənlənməsi: Cəmiyyətdə düzgün geyimə riayət edilməməsi, qadın və kişi münasibətlərində azadlıq, cinsi həzzləri ev mühitindən cəmiyyətin içinə gətirir və bu da öz növbəsində cəmiyyətdəki işçi qüvvəsini və fəaliyyəti zəiflədir.[33]
  • Qadının dəyəri və hörməti: Şəhid Mürtəza Mütəhhərinin dediyinə görə, İslam dini nəzərində qadın nə qədər ləyaqətli və iffətli olsa və özünü kişilərin gözü önündə qərar verməsə, onun dəyəri və hörməti bir o qədər artır.[34]

Məkarim Şirazi hicaba riayət etməməyi qadın şəxsiyyətinin süqut etməsinin səbəbi hesab edərək bildirib ki, cəmiyyətin qadının çılpaq olmasını istəyəndə onun gündən-günə daha çox bəzənməsini və özünü göstərməsini tələb etməsi təbiidir. Belə bir cəmiyyətdə qadının şəxsiyyəti dəyərsiz bir əmtəə səviyyəsinə düşür və onun insani dəyərləri unudulur.[35]

Müasir İranda hicab məsələsi

Rəsul Cəfərianın dediyinə əsasən, İranda "məşrutə" hərəkatı ilə eyni vaxtda və yeni dünya ilə üz-üzə qaldığında, hicab, çətin bir məsələyə çevrildi; bundan əvvəl isə ona yalnız fiqhi məsələ və şərii bir vəzivə kimi baxılırdı.[36] Təxminən 60 il ərzində, xüsusən şəmsi təqvimi ilə 1329-cu ildən 1348-ci ilə qədər İranda hicabla bağlı geniş elmi hərəkat olmuşdur. Bundan əvvəl şiə alimləri arasında hicabla bağlı müstəqil fiqhi bir risalə yox idi.[37] Lakin bu dövrdə hicabın müdafiəsi ilə bağlı ən çox risalə yazmışlar.[38]

Qərbin və Türkiyədə baş verən proseslərin və hadisələrin təsiri ilə Rza şah şəmsi təqvimi ilə 1314-cü il dey ayının 17-də rəsmi olaraq hicabın ləğv edilməsi haqqında sərəncam verdi.[39] Lakin onun getməsi, İran və İraqdakı müctəhidlər və alimlərin ciddi səylərindən sonra şəmsi təqvimi ilə 1322-ci ildə hicabın açılması qanunu məcburi statusdan çıxarıldı.[40]

İran İslam inqilabından sonra idarələrdə çalışan qadınların geyimi ilə bağlı müzakirələrlə birlikdə məcburi hicab məsələsi gündəmə gəldi.[41] 1982-ci ildə dövlət qurumlarının və hökumətə tabe olan nazirliklərin işçi qüvvəsinin məhdudlaşdırılması haqqında qanunun 180-ci maddəsinin beşinci bəndində baş örtüyü taxmamaq qanun pozuntusu kimi tanınıb. İran[42] təqvimində hicabın açılmasına qarşı Məşhəd əhalisinin qiyamının ildönümü olan iyulun 11-i iffət və hicab günü adlandırılmışdır.[43]

Müxtəlif İslam ölkələrində hicab

Fərqli İslam ölkələrində hicabın müxtəlif formaları var.[44] Məsələn, sadə qara çadra İranda rəsmi hicab kimi tanınır.[45] İranda bəzi qadınlar ərəb çadırı və ya əba da geyinirlər. Əlbəttə ki, bu cür örtük ərəb bölgələrindəki müsəlman qadınlar arasında daha çox olur.[46] Hindistan və Pakistan ölkələrində bəzi müsəlman qadınlar örtünmək və hicaba riayət etmək üçün dupatta (urduca:دوپَٹَّہ ) adlanan ənənəvi libas növü geyinirlər.[47] Daputa uzundur və ayaq biləklərinə qədər çatır. O, habelə böyük və uzun çoxməqsədli yaylığa malikdir. Bu paltar çox vaxt şalvarla geyilir.[48] Həmçinin İndoneziyada müsəlman qadınların ənənəvi geyimi cəlbab adlı pencək və ya geniş paltardır. İndoneziyadakı bugünkü cəlbablar adətən əllər istisna olmaqla, baş və üzü və bədənin qalan hissəsini örtür, baş və boyun da yaylıq və şal ilə örtülür.[49]

Burqə, Əfqanıstanda qadınların ən çox istifadə etdiyi örtülərdən biridir. Burqə, başın yuxarısından üzün altına qədər olan parçadır və göz nahiyəsində görmə pozulmaması üçün torlu parçadan istifadə olunur.[50] Burqə, Taliban rejiminin hakimiyyətində əfqan qadınları arasında əsas örtük kimi hesab olunur.[51]

Deyilənə görə, Livandakı bəzi müsəlman qadınları yaylıqla qara çadra, bəziləri isə çadra yerinə şərf və ya yaylıqla birlikdə ​​uzun manto geyinirlər.[52]

Biblioqrafiya

Hicab haqqında bir sıra əsərlər yazılmışdır,[53] onlardan bəziləri aşağıdakılardır:

Məhəmməd Qəvam Vişnəvi Qomi tərəfindən yazılmış "Əl-hicab fil-İslam" kitabı: Bu kitab şəmsi təqvimi ilə 1338-ci ildə Qumda "Əl-Hikmə" nəşriyyatı tərəfindən çap edilmişdir.

Şəhid Mürtəza Mütəhhəri tərəfindən yazılmış "Hicab məsələsi" kitabı: Bu kitabın məzmunu İslam Həkimlər Birliyinin iclaslarında ifadə edilən bir sıra müzakirələr və dərsləri ehtiva edir. Bu kitab, ifadələri düzəldilib tənzim edildikdən və bəzi mətləblər əlavə olunduqdan sonra kitab halına salınıb.[54]

Rəsul Cəfərian tərəfindən yazılmış "Rəsaili hicabiyyə" kitabı: Bu kitab, iki cilddə hicab məsələsinə dair 33 risalədən ibarətdir. Kitabın əvvəlində müəllif tərəfindən "hicabın açılması bidətinin tarixi" başlığı ilə bir müqəddimə yazılıb. Kitabın sonuna da altı əlavə edilib.[55] Bu altı əlavədən birincisi şəmsi təqvimi ilə 1288-ci ildə nəşr olunmuş və çoxarvadlılıq, hicab və boşanma kimi üç məsələdən bəhs edən "Risalei Mədəniyyə"dir. İkinci və üçüncü əlavələrdə Müctəba Minəvi və Əli Dəştinin hicabın açılmasını müdafiə edən iki məqaləsi var. Dördüncü əlavə fars şeirində hicab və hicab əleyhinə, beşinci əlavə isə hicab haqqında yazılmış kitabların biblioqrafiyasıdır.[56]

"Peyğəmbər (s) dövründə islami hicab" kitabı: Bu kitab, 1017 səhifədə Əmir Hüseyn Tərkaşvənd tərəfindən yazılmışdır. Bu əsər, 2010-cu ildə lisenziya verilməsi üçün İslami İrşad Nazirliyinə təqdim edilib. Lakin o, nəşrə icazə almadı və müəllif bunu öz elektron poçtu və şəxsi səhifəsi vasitəsilə yayımladı.[57] Kitabın məzmunu üç əsas hissədə təqdim olunur: Birinci hissə: İslamdan əvvəl hicab və müsəlmanların reaksiyası (hədislərə və tarixi xəbərlərə əsasən), ikinci hissə: Quranın kölgəsində hicab (Quran ayələrinin əsasında). Üçüncü hissə: fiqhi müzakirələr (Peyğəmbər (s) dövründə dini hicab miqdarı ilə fiqhi rəylərin uyğunluğunun araşdırılması). Müəllifin bu araşdırmadan məqsədi Peyğəmbər (s) dövründə İslam hicabının miqdarını çıxarmaqdır ki, buna əsasən, bu gün İslam hicabının əhatə dairəsi və miqyası haqqında təqdim olunan fikirlər təhlil edilsin və araşdırılsın.[58]

Hüseyn Mehdizadə tərəfindən yazılmış "Hicabşünaslıq, yeni problemlər və araşdırmalar": Bu kitab 2002-ci ildə çap edilmişdir. Bu kitabın bəzi adları bunlardır: İffət və hicab mədəniyyətinin təbliği və yayılması; hicabın sosial təsirləri; hicabla bağlı problemləri tanımaq; hicabın hökmləri; hicaba inanc və bağlılıq; hicab və örtünmənin tarixi; dinlərdə və millətlərdə hicab; hicab və onun qadın ləyaqəti ilə əlaqəsi; özünü göstərmək və cəlbab; hicabın zəruriliyi və fəlsəfəsi; örtünmənin keyfiyyəti; baxmaq və onun hökmləri.[59]

İstinadlar

  1. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.15
  2. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53; https://www.sistani.org/persian
  3. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53
  4. Muəssiseye dayrətul-məarife fiqhe İslami, Fərhənge fiqhe İslami, h.ş 1387, c.2, s.282
  5. Nümunə üçün baxın: Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.316; Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.228
  6. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.73; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.402
  7. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.73; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.402
  8. Cövhəri, Əs-Sihah, h.q 1376, Hicab sözünün mənasında, İbn Mənzur, Lisanul-ərəb, h.q 1414, Hicab sözünün mənasında
  9. Həkim, Müstəmsəkul-ürvə, h.q 1387, c.5, s.239
  10. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.2, s.98; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.317
  11. Nümunə üçün baxın: Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.229; Həkim, Müstəmsəkul-ürvə, h.q 1387, c.5, s.239
  12. Muəssiseye dayrətul-məarife fiqhe İslami, Fərhənge fiqhe İslami, h.ş 1387, c.2, s.283
  13. Əllamə Hilli, Muxtələfuş-şiə, h.q 1413, c.2, s.98; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.29, s.75; Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.317; Xoyi, Musuətul-İmam-Xoi, c.32, s.42
  14. Fazil Miqdad, Kənzul-irfan, h.ş 1373, c.2, s.222
  15. Səbzivari, Muhəzzəbul-əhkam, c.5, s.230-238
  16. Vəşnəvi Qumi, Əl-Hicabu fil-İslam, h.q 1379, s.1-2; Rəcai, Əl-Məsailul-Fiqhiyyə, h.q 1421, s.13
  17. Mərəşi Nəcəfi, Mihacul-muminin, h.q 1406, c.1, s.143
  18. Təbatəbai Yəzdi, Əl-Ürvətul-vüsqa, h.q 1419, c.2, s.317
  19. Rəcai, Əl-Məsailul-Fiqhiyyə, h.q 1421, s.46; Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53
  20. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53
  21. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53
  22. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.53
  23. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.20, s.201-202
  24. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.55
  25. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.20, s.202-203; Sübhani, Nizamun-nikahi fiş-şəriətil-İslamiyyə, h.q 1416, c.1, s.67-68
  26. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.55
  27. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.20, s.207
  28. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.55
  29. Hürr Amili, Vəsailuş-şiə, h.q 1412, c.20, s.228-229
  30. Məkarim Şirazi, Kitabun-Nikah, h.q 1424, c.1, s.56
  31. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.77-80; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.14, s.443
  32. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.81
  33. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.84
  34. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.86
  35. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.17, s.445-446
  36. Cəfəriyan, Dastane hicab dər İran piş əz inqilab, s.11-12
  37. Cəfəriyan, Rəsaile hicabiyye, c.1, s.36
  38. Cəfəriyan, Rəsaile hicabiyye, c.1, s.30-31
  39. Hikmət, Si xatire əz əsre Fərxənde Pəhləvi, h.ş 1355, s.90; Hairi, Ruzşomare Şəmsi, h.ş 1386, s.713
  40. Cəfəriyan, Rəsaile hicabiyye, c.1, s.36
  41. https://farsnews.ir/news
  42. https://www.tasnimnews.com/fa/news
  43. https://tohfeh.farhang.gov.ir
  44. https://www.mashreghnews.ir/news
  45. https://mashar.hajj.ir
  46. https://www.mashreghnews.ir/news
  47. https://www.mashreghnews.ir/news
  48. https://www.latimes.com/archives, Los Angeles Times
  49. https://www.mashreghnews.ir/news
  50. https://farsnews.ir/news
  51. https://www.irna.ir/news
  52. https://hejabkhorshid.com
  53. Səidazadə, //hawzah.net
  54. Mütəhhəri, Məsəleye hicab, h.ş 1386, s.13
  55. Cəfəriyan, Rəsaile hicabiyye, c.1, s.19-20
  56. Cəfəriyan, Rəsaile hicabiyye, c.1, s.20
  57. Sədanət saytı
  58. Tərkaşvənd, Hicab dər əsre Peyambər, h.ş 1389, s.7-8
  59. https://iqna.ir/fa/news

Ədəbiyyat