Ğina

wikishia saytından
(Qina səhifəsindən yönləndirilmişdir)

Ğina (ərəbcə: الغناء) – mahnı oxumaq mənasındadır və İslam fiqhində onun şəri hökmü araşdırılır. Ğinanın tərifi haqqında fəqihlər arasında fərqli fikirlər vardır. Bəzisi onu sırf olaraq cəhcəh vurmaq ilə mahnı oxumaq hesab edirlər. Bəzisi ğinanı batil məzmunlu musiqi ilə yanaşı və eyş-işrət məclislərinə uyğun olan mahnı hesab edirlər.

14-cü və 15-ci h.q əsrində şiə fəqihlərinin çoxu ğinanın yuxarıda qeyd olunan ikinci tərifi əsasında olan mahnıları haram hesab edirlər. Lakin bəzi fəqihlər hər növ mahnının haramlığı haqqında fətva vermişdir.

Ğinanın fiqhi tərifi

Fəqihlərin baxışında ğina haqqında fərqli təriflər müşahidə edilir. Onların bəzisi sırf olaraq səs və mahnı oxumağı, bəzisi isə mahnının sözlərini də nəzərə alır. Əllamə Hilli, Mühəqqiq KərəkiŞəhid Sani kimi bəzi fəqihlərin fikrincə ğina “səsin (boğaza) qayıtması” və çəkilməsi başqa sözlə desək cəhcəh vurmaqdır.[1] Şeyx Tusi və Feyz Kaşani kimi bir qrup alimlərin fikrincə ğina musiqi aləti ilə müşayiət edilən batil sözləri olan mahnılardır.[2]

Ğinanın fiqhi hökmü

Şeyx Tusi, Şəhid Sani, Cəvahirul-Kəlamın sahibi, Nəraqi və Ayətullah Xoyi kimi bəzi fəqihlər ğinanı ümumi şəkildə haram hesab edirlər və hətta ğinanın haramlığı haqqında icmanın olmasını iddia edirlər.[3]

Mühəqqiq Kərəki,[4] Feyz Kaşani,[5] Mühəqqiq Səbzəvari,[6] Şeyx Ənsari[7]imam Xomeyni[8] kimi bəzi fəqihlər isə ğinanın tam olaraq haram olması ilə razılaşmırlar və yalnız kef və eyş-işrətlə yanaşı olan ğinanı haram hesab edirlər.

Araşdırmaçıların fikrincə ğina haqqında olan fətvaların fərqlilik səbəbi ğina haqqında olan fərqli təriflərə qayıdır. Çünki, bəzi alimlər kefləndirməyi və ya eyş işrətə uyğun olmanı ğina anlayışının mahiyyətində olduğunu düşünürlər. Buna əsasən ğinanın haramlığına fətva verirlər və bəzi alimlər isə bu deyilənləri ğinanın mahiyyətindən ayrı hesab edirlər və buna görə də ğinanı özü-özlüyündə haram hesab etmirlər.[9]

Hansı ğinalar halaldır ?

Ğinanın mahiyyət baxımından haram olduğunu düşünən fəqihlər bəzi yerləri istisna etmişlər və onları ğinanın olmasına baxmayaraq halal hesab etmişlər. O cümlədən, Quran qiraətini, dua və mərsiyə oxumağı və toy məclislərində olan ğinanı. Lakin ğinanın mahiyyət baxımından haram olmadığını bildirən fəqihlərin nəzərincə kefləndirmək və eyş-işrət kimi hər hansı bir haramla yanaşı olmayan ğina halaldır.[10]

14 və 15-ci h.q əsrlərin fəqihlərinin fətvaları

Ayətullah Məkarim, Ayətullah Fazil, Ayətullah TəbriziAyətullah Xamenei kimi 14-cü və 15-ci əsrlərin fəqihlərinin çoxu ğina və musiqi arasında fərqin olduğunu düşünürlər və ğinanı kefləndirici və eyş-işrət məclislərinə uyğun olan mahnı hesab edirlər. Musiqini isə musiqi alətləri ilə kefləndirən və eyş-işrət məclislərinə uyğun çalğıçılıq hesab edirlər və beləliklə də onun həm çalınmasını həm də dinlənilməsini haram hesab edirlər.[11]

Buna əsasən fəqihlərin çoxu kefləndirməyən və eyş-işrət məclislərinə uyğun olmayan ğinanı halal hesab edirlər. Ayətullah Təbrizinin fətvasına əsasən, ehtiyat vacib odur ki, hətta batil məzmunu olmayan səsin çəkilməsi (cəhcəh vurmaqla) ilə yanaşı olan mahnılardan çəkinmək lazımdır.[12] Həmçinin Ayətullah Safi Qolpayqani ğina və musiqini bir mənalı olaraq haram hesab edir.[13]

Ğina haqqında yazılmış müstəqil əsərlər

“Ğina və musiqi” kitabının yazdığına əsasən Səfəviyyə zamanından etibarən ğina və musiqi ilə yanaşı olan sufilərin səma rəqsi geniş yayıldığı üçün ğina mövzusu fəqihlərin diqqət mərkəzində olmuşdur və bu barədə müstəqil əsərlər yazılmışdır. Bu kitabda Səfəviyyə dövründən İran İslam İnqilabına qədər bu mövzuda yazılmış və bu günümüzə çatmış və ya kitablarda adları qeyd olan 49 kiçik həcimli kitabın olduğu açıqlanmışdır.[14] Onlardan bəzisi aşağıdakılardır:

  • “Risalətun fil-ğina və təhlilihi” müəllif Feyz Kaşani (vəfatı, h.q 1091)
  • “Risalətun fi təhqiqil-ğina” müəllif Mirzə Qumi (vəfatı, h.q 1231)

Ğina və musiqi dərslərinin toplusu

Bu kitab Ayətullah Xameneinin ğina və musiqi haqqında akademik fiqh dərslərinin toplusudur. Bu kitabda təxminən 100 hədisə istinad etməklə ğina və haram musiqinin məfhumu açıqlanmışdır. Ayətullah Xameneinin bu kitabda olan fikrincə, ğina özü-özlüyündə haram deyil. Əksinə onun haram olmasında meyar eyş-işrətə uyğun olması və insanı Allahın yolundan azdırmasıdır.[15] Bu kitab 2019-cu ildə 560 səhifədə fars dilində çap edildi.[16]

İstinadlar

  1. Əllamə Hilli, Qəvaidul-əhkam, h.q 1413, c.3, s.495; Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.4, s.23; Şəhid Sani Ər-rovzətul-bəhiyyə, h.q 1410, c.3, s.212
  2. Şeyx Tusi, İstibsar, h.q 1390,c.3, s.69; Feyz Kaşani, Vafi, h.q 1406, c.17, s.218
  3. Yusifi Müqəddəm, Pejuheş dər ğina, h.ş 1391, s.19-20
  4. Mühəqqiq Kərəki, Cameul-məqasid, h.q 1414, c.4, s.23
  5. Feyz Kaşani, Vafi, h.q 1406, c.17, s.218
  6. Səbzəvari, Kifayətul-əhkma, h.q 1423, c.1, s.432-433
  7. Şeyx Ənsari, Məkasibun Muhərrəm, h.q 1411, c.1, s.141-145
  8. Xomeyni, Məkasibun Muhərrəm, h.q 1415, c.1, s.299
  9. Yusifi Müqəddəm, Pejuheş dər ğina, h.ş 1391, s.22-31; Qazizadə, Ğina dər didqahe İslam, s.337-341; Seyyid Kərimi, Nəqd və bərresiye təarife movcud dər movzue ğina, s.117-120
  10. Nuri, Musiqi və ğina əz didqahe İslam, h.ş 1385, s.239-269; İyzədifərd, Pejuheşi təhlili piramune məbaniye fihqiye ğina və musiqi, s.74
  11. Mahmudi, Məsaile cədid əz didqahe üləma və məraceye təqlid, h.ş 1385, c.1, s.48-54
  12. Mahmudi, Məsaile cədid əz didqahe üləma və məraceye təqlid, h.ş 1385, c.1, s.48-54
  13. Mahmudi, Məsaile cədid əz didqahe üləma və məraceye təqlid, h.ş 1385, c.3, s.80
  14. Muxtari və Sadiqi, Ğina və musiqi, h.ş 1377, c.3, s.2039-2041 və c.4, s.22
  15. Xamenei, Ğina, h.ş 1398, s.452
  16. Xamenei, Ğina, h.ş 1398, müqəddimə

Ədəbiyyat

  • İyzədifərd, Əli Əkbər və Hüseyn Kavyar, Pejuheşi təhlili piramune məbaniye fihqiye ğina və musiqi, h.ş 1390
  • Xamenei, Seyyid Əli, Ğina, Tehran, Enteşarate fiqhe ruz, h.ş 1398
  • Xomeyni, Seyyid Ruhullah, Əl-Məkasibul-muhərrəmə, Tehran, h.q 1415
  • Şəhid Sani, Zeynud-din ibn Əli, Ər_Rövzətul-bəhiyyə, Qum, h.q 1410
  • Şeyx Ənsari, Mürtəza, Əl-Məkasibul-muhərrəmə, Qum, h.q 1411
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-İstibsar, Tehran, DArul-kutubil-İslamiyyə, h.q 1390
  • Sadiqi, Möhsin və Rza Muxtari, Ğina və musiqi, Qum, Dəftəre enteşarate İslami hozeye elmiyyeye Qum, h.ş 1377
  • Əllamə Hilli, Həsən ibn Yusif, Qəvaidul-əhkam, h.q 1413
  • Feyz Kaşani, Məhəmməd Möhsin, Əl-Vafi, Ketabxaneye İmam Əmirəl-möminin Əli (ə), h.q 1406
  • Qazizadə, Kazim, Ğina əz didahe İslam, h.ş 1374
  • Mühəqqiq Səbzəvari, Məhəmməd Baqir ibn Məhəmməd Mömin, Qum, h.q 1423
  • Mühəqqiq Kərəki, Əli ibn Həsən, Cameul-məqasid, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1414
  • Nuri, Məhəmməd İsmail, Musiqi və ğina əz didqahe İslam, Qum, h.ş 1385,
  • Mahmudi, Seyyid Möhsin, Məsaile cədid əz didqahe üləma və məraceye təqlid, h.ş 1385
  • Yusifi Muqəddəm, Məhəmməd Sadiq, Pejuheş dər ğina, Qum, h.ş 1391

Xarici keçid