Məharim

wikishia saytından
(Səbəbi məhrəmlik səhifəsindən yönləndirilmişdir)

Məharim (ərəbcə: المحرمية) o kəslərdirlər ki, onlarla evlənmək qohumluğa görə haramdır və fəqihlərin fətvalarına əsasən, xanımlara onların yanında hicaba riayət etmək vacib deyil.

Məhrəmlərin kimliyi və fiqhi hökmləri Qurani-Kərim deyilmişdir. Nəsəb (nəsil, soy), nikah və süd (uşağın öz anası deyil, başqa bir xanımdan süd əmməsi) məhrəmlik səbəbləridir. Buna əsasən, məharim nəsəbi, səbəbi (evlilik və nikah) və rizai (süd əmmək) olaraq üç hissəyə bölünür.

Ana, nənə, xala, bibi, bacı, qız, nəvə, bacıqızı, qardaşqızı, qardaş və bacının nəvələri, üst xalalar və bibilər (ata-ananın xalası və bibisi və baba-nənənin xalası və bibisi ...) kişinin məhrəmləri hesab edilir.

Həmçinin ata, baba, əmi, dayı, qardaş, qardaşoğlu, bacıoğlu, qardaş və bacının nəvələri və üst əmi və dayılar (ata-ananın və baba-nənənin əmi və dayıları) qadının məhrəmləri sayılır.

Habelə, arvad, arvadın anası, arvadın nənəsi, arvadın başqa kişidən olan qızı (qızlıq), atanın arvadı (analıq) və oğulun arvadı (gəlin) kişinin “səbəbi məhrəm”ləri hesab edilir. Digər tərəfdən də ər, ərin atası (qaynata), ərin babası, ərin oğlu (oğulluq), ananın əri (atalıq) və kürəkən (qızın əri) qadının “səbəbi məhrəm”ləridirlər.

Fəqihlərin fətvalarına görə, nəsəb yolu ilə izdivac edilməsi haram olanlar “süd vermək” səbəbi ilə də məhrəm olublarsa, onlarla evlənmək haramdır. Buna əsasən, süd anası, süd anasının anası, süd anasının qızı, süd anasının nəvəsi, süd anasının bacısı, bibisi və xalası kişinin “süd məhrəmləri” hesab edilirlər və kişi onlarla evlənə bilməz. Həmçinin süd anasının əri (süd atası), o ərin atası, babası, əmisi, dayısı, qardaşı, oğlu və nəvəsi və habelə süd anasının atası, babası, qardaşı, oğlu, nəvəsi, əmisi və dayısı xanıma məhrəmdirlər.

Konseptologiya (məfhumlar və terminlərin izahı)

“Məharim” (məhrəmlər) o kəslərə deyilir ki, qohumluq əlaqələrinə görə bir-biri ilə ailə qura və evlənə bilməzlər.[1] Məhrəmlər və onların fiqhi hökmləri Qurani-Kərimin hər birində bir ayə olaraq iki surəsində keçmişdir. Nisa surəsinin “məharim ayəsi” adlanan 23-cü ayəsində məhrəmlərin kimliyi və onlarla nikaha girməyin haram olmasından danışılır,[2] mübarək Nur surəsinin “hicab ayəsi” adlanan 31-ci ayəsində isə naməhrəm qadınlardan bəziləri tanıtdırılmışdır.[3]

Əhli-Beyt (ə) məktəbinin bir sıra hədis qaynaqlarında “məharim” mövzusuna xüsusi fəsillər ixtisas verilmişdir. “Vəsailuş-Şiə” və “Mustədrəkul-Vəsail” kimi fiqhi hədis toplularında “haram nikahlar” adlı fəsildə “məharim” mövzusuna aid hədislər rəvayət edilmiş, məsumlardan (ə) nikahın hökmləri və naməhrəmə baxmaq kimi məsələləri ehtiva edən hədislər bir yerə toplanmışdır.[4] Ümumilikdə isə bütün fiqh kitablarının “nikah”, “təlaq” (boşanma) və “meyittin hökmləri” fəsillərində “məharim” mövzusunda geniş danışılmışdır.[5]

Hökmlər

Nəsəbi məhrəmlik yarandığı andan etibarən məhrəmlər üçün bir-birinə baxmaq və zinət əşyalarını bir-biri üçün aşkar etmək icazəli və bir-biri ilə evlənmək haram olur.[6] Ümum müctəhid və fəqihlərin nəzərinə əsasən, ər və arvaddan başqa digər məhrəmlər bir-birlərinin cinsi üzvlərinə baxa bilməzlər. Bədənin cinsi üzvlərindən başqa yerlərinə də baxmaq təkcə bu şərtlə icazəlidir ki, ləzzət və şəhvət qəsdi ilə olmasın (və habelə bu qəsdə düşmək qorxusu da olmasın).[7] Həmçinin xanımlara da məhrəmləri qarşısında bədənin xüsusi yerləri istisna olmaqla hamısını örtmək vacib deyil.[8]

Məhrəmlik (məhrəmiyyət) səbəbləri

“Məhrəmiyyət səbəbləri” iki fərd arasında məhrəmlik əlaqəsi yaradan və bunun ardınca da məhrəmlik hökmlərinin tətbiq edilməsinə səbəb olan şeylərə deyilir.[9] Fiqhi kitablarda 11 məsələ məhrəmlik yaradan və nikahı haram edən səbəb olaraq göstərilib.[10] Bu səbəblər üç ümumi kateqoriya və qrupa bölünür: Nəsil-soy məhrəmliyi (nəsəbi məhrəmlik), səbəb-nəticə məhrəmliyi (səbəbi məhrəmlik) və süd yemək məhrəmliyi.[11]

  • Nəsəb məhrəmliyi: Nəsil-soy (nəsəb) əlaqəsi bir növ qohumluq əlaqəsidir ki, səhih nikah və ya “şübhəli cinsi əlaqə” ilə yaranır. Buna görə də “nisbi məhrəm”lər o kəslərdirlər ki, anadan olduqları zamandan insanın onlarla məhrəmlik əlaqələri yaranır.[12]
  • “Süd məhrəmliyi” uşağın öz anası olmayan bir xanımdan süd əmməsi yolu ilə yaranır.[13] Əlbəttə bu məhrəmlik növünün xüsusi şərtləri və şəraiti vardır. O cümlədən, süd verən ana şəri baxımdan səhih sayılan bir qayda ilə hamilə qalmış olsun. Uşaq dəfələrlə və davamlı şəkildə həmin xanımın südünü içsin. Uşaq süd əmdiyi dövrdə ikinci bir qadından süd əmməsin və ya başqa bir yeməklə qidalanmamış olsun. Südəmərin yaşı iki ildən aşağı olmasın.[14]
  • “Səbəbi məhrəmlik”: Məhrəmliyin bu növü kişi və qadın arasında, həmçinin onların bəzi yaxın qohumları arasında nikah müqaviləsi bağlandıqda yaranır.[15]

Məhrəmlərin növləri

Məhrəmlər məhrəmlik səbəblərinə görə üç kateqoriyaya bölünür:

Nəsəbi (nəsil və soy baxımdan) məhrəmlər

Fəqihlər və müctəhidlər Qurani-Kərimin Nisa surəsinin 23-cü ayəsinə[16] istinadən bildiriblər ki, yeddi qrup qadın yeddi qrup kişiyə məhrəmdir:[17] Ana, ana və ata tərəfdən nənələr;[18] qız, qız nəvələri və nəticələri;[19] bacı[20] və bacıqızları, bacının qız nəvələri və nəticələri;[21] qardaşqızları, qardaşın qız nəvələri və nəticələri;[22] bibilər[23] (kişinin öz bibisi, ata-ananın bibisi, baba-nənənin bibisi), xalalar[24] (kişinin öz xalası, ata-ananın xalası, baba-nənənin xalası).
Həmçinin ərin atası, ərin babası, ərin oğlu (arvadın oğulluğu), qadının öz oğlu, oğlunun oğlu və qadının oğlu və qızından olan oğlan nəvələri, nəticələri, qadının qardaşı, qardaşoğlu, qardaşın oğlan övladları, nəvələri və nəticələri, bacının oğlanları, oğlan nəvələri və nəticələri, qadının əmisi, dayısı, ata və ana tərəfdən babası, ata və ananın əmisi və dayısı qadına məhrəm sayılırlar.[25]

Süd məhrəmləri

Əsl məqalə: Süd məhrəmləri

Fəqihlərin Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədisə[26] istinadən verdikləri fətvalara görə, nəsəb yolu ilə izdivac edilməsi haram olanlar “süd vermək” səbəbi ilə də məhrəm olublarsa, onlarla evlənmək haramdır.[27]

Süd məhrəmliyində, əgər südəmər oğlandırsa, ona süd verən qadınla, həmçinin süd anasının anası, nənəsi, xalası, bibisi, bacısı, qızı (oğlanın süd bacısı), süd bacısı və süd qardaşının qız uşaqları (yəni süd anasının qız nəvələri) ilə məhrəm olur.[28]

Əgər südəmər qızdırsa, ona süd verən qadının əri (süd atası), həmçinin süd atasının atası, qardaşı, əmisi, dayısı, oğlu və oğlan nəvələri ona məhrəm olurlar.[29]

Səbəbi məhrəmlər

Kişiyə nikah və izdivac səbəbi ilə məhrəm olan qadınlar ibarətdirlər: arvad, arvadın anası, arvadın nənəsi, arvadın qızı (kişinin qızlığı olur), atanın arvadı (analıq), gəlin (oğulun arvadı).[30]

Qadına nikah və izdivac səbəbi ilə məhrəm olan kişilər ibarətdirlər: ər, ərin atası, ərin babası, ərin oğlu (arvadın oğulluğu), ananın əri (atalıq), kürəkən (qızın əri).[31]

Həmçinin kişinin öz baldızı (yəni arvadının bacısı) ilə arvadı həyatda və ya kişinin kəbinində olduğu müddətdə evlənməsi haramdır.[32] Amma baldız öz bacısı ərinin yanında hicabın hökmlərinə əməl etməlidir (, çünki bacısının əri ilə bacısı sağ olduğu və ya nikahda olduğu müddətdə evlənə bilməməsi, məhrəmlik gətirmir).[33]

Əlaqəli məqalələr

İstinadlar

  1. Fərahidi, “əl-Eyn”, “h-r-m” maddəsi.
  2. Nisa surəsi, ayə 23
  3. Nur surəsi, ayə 21
  4. Hurr Amuli, “Vəsailuş-Şiə”, 1416 hq, c.20, s.307; Muhəddis Nuri, “Mustədrəkul-Vəsail”, 1408 hq, c.14, s.327.
  5. Nəcəfi, MəhəmmədHəsən, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29, s.237.
  6. Ayətullah Meşkini, “Mustəlahatul-Fiqh”, 1381 hş, s.272
  7. İzahlı şəriət məsələləri risalələri, nikah bölümü, məsələ: 2437
  8. Ayətullah Meşkini, “Mustəlahatul-Fiqh”, 1381 hş, s.479
  9. Muəssisətu Dairətil-Məarifil-Fihqil-İslami, Fərhənge Fiqhe Farsi, 1387 hş, c.1, s.391
  10. Muhəqqiq Hilli, “Şərayiil-İslam”, 1408 hq, c.2, s.224; Nəcəfi, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29, s.237
  11. Muctəhidi Tehrani, “Se risale: qonahane kəbire, məhrəm və naməhrəm və əhkamul-ğeybət”, 1381 hq, s.10.
  12. Muhəqqiq Hilli, “Şərayiil-İslam”, 1408 hq, c.2, s.225.
  13. Nəcəfi, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29, s.264
  14. Muhəqqiq Hilli, “Şərayiil-İslam”, 1408 hq, c.2, s.264; Nəcəfi, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29, s.228
  15. Şəhid Sani, “Məsalikul-Əfham”, 1413 hq, c.7, s.281.
  16. - Şəhid Sani, “Məsalikul-Əfham”, 1413 hq, c.7, s.198
  17. Nəcəfi, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29 s.238
  18. Nəcəfi, “Cəvahirul-Kəlam”, 1362 hş, c.29 s.238
  19. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.282
  20. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.283
  21. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.283
  22. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.283.
  23. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.283
  24. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.283
  25. Muhəqqiq Hilli, “Şərayiul-İslam”, 1408 hq, c.2, s.224
  26. Məğribi, “Dəaimul-İslam”, 1385 hq, c.2, s.240
  27. Fazil Miqdad, “Kənzul-İrfan”, Mənşuratul-Məktəbə, c.2, s.182; Müqəddəs Ərdəbili, “Zubdətul-Bəyan”, əl-Məktəbətul-Murtəzəviyyə, s.524
  28. Muhəqqiq Hilli, “Şərayiul-İslam”, 1408 hq, c.2, s.229; İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.288.
  29. Muhəqqiq Hilli, “Şərayiul-İslam”, 1408 hq, c.2, s.228-229; İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.288.
  30. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.288-289.
  31. İmam Xomeyni, 1434 hq, “Təhrirul-Vəsilə”, c.2, s.288-289
  32. Şəhid Əvvəl, “əl-Lumətul-Dəməşqiyyə”, 1410 hq, s.164
  33. «آیا خواهر زن محرم است؟ و آیا راهی برای محرمیت با او وجود دارد ؟»,“Baldız məhrəmdirmi” məqaləsi (farsca)

Ədəbiyyat

  • «آیا خواهر زن محرم است؟ و آیا راهی برای محرمیت با او وجود دارد ؟», 13 Fərvərdin 1394 hş, müraciət: 29 Fərvərdin 1399 hş.
  • İmam Xomeyni, Seyid Ruhullah, Təhrirul-Vəsilə, Qum, İmam Xomeyninin əsərlərinin tənzimlənməsi və nəşri müəssisəsi, ç.1, 1434 hq.
  • Seyid MəhəmmədHəsən Bəni Haşimi, On üç mərcənin risaləsi ilə uyğun izahlı şəriət məsələləri risaləsi, Qum Elmi Hövzəsinin Müdərrislər Cəmiyyətinin İslami Nəşrləri, 1385 hş.
  • Şeyx Hürr Amuli, Məhəmməd ibn Həsən, “Vəsailuş-şiə”, İslami İrsin İhya Olunması Alul-Beyt (ə) Müəssisəsi, 1416 hq.
  • Şəhid Əvvəl, Məhəmməd ibn Məkki, “əl-Lumətul-Dəməşqiyyə”, Beyrut, Darut-Turas, 1410 hq.
  • Şəhid Sani, Zeynuddin ibn Əli, “Məsalikul-Əfham”, Qum, Məariful-İslamiyyə müəssisəsi, 1413 hq.
  • Fazil Miqdad, “Kənzul-İrfan fi fiqhil-Quran”, Qum, Mənşuratul-Məktəbə əl-Murtəzəviyyə li-ihyaul-asaril-Murtəzəviyyə.
  • Fərahidi, Xəlil bin Əhməd, “əl-Eyn”, Qum, Hicrət nəşri, Mehdi Məxzumi və İbrahim Samirayinin redaktorluğu ilə, 1410 hq.
  • Muəssisətu Dairətil-Məarifil-Fihqil-İslami, Fərhənge Fiqhe Farsi, 1387 hş, Qum, 1387 hş.
  • Əhməd Müctəhidi Tehrani, “Üç risalə: böyük günahlar, məhrəm və naməhrəm, qeybətin hökmü”, Dər Rahe Həqq Müəssisəsi, 1381 hş.
  • Muhəqqiq Hilli, Cəfər ibn Həsən, Şərayiul-İslam, Qum, İsmailian müəssisəsi, ç.2, 1408 hq.
  • Əli Əkbər Meşkini, Mustələhatul-Fiqh, Qum, Nəşre əl-Hadi, ç.3, 1381 hş.
  • Qazi Nöman Məğribi, “Dəaimul-İslam”, Alul-Beyt (ə) müəssisəsi, ç.2, 1385 hq.
  • Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Qum, Şeyx Müfid adına minillik beynəlxalq konqres, 1413 hq.
  • Müqəddəs Ərdəbili, Əhməd bin Məhəmməd, Zubdətul-Bəyan fi ayatil-Quran, Tehran, əl-Məktəbə əl-Murtəzəviyyə li-ehyail-asaril-Cəfəriyyə, 1.ç.
  • MəhəmmədHəsən Nəcəfi, Cəvahirul-Kəlam fi şərhi şərayiil-İslam, Beyrut, Daru İhyait-Turasul-Ərəbi, 1404 hq.
  • Mühəddis Hüseyn Nuri, Mustədrəkul-Vəsail, Qum, İslami İrsin İhya Olunması Alul-Beyt (ə) Müəssisəsi, 1408 hq.