Sərfə nəzəriyyəsi
Sərfə nəzəriyyəsi (ərəbcə: نظرية الصرفة) Quran möcüzəsi barəsindədir. Bu nəzəriyyə Quranın möcüzə olmasını Allahın müdaxiləsi hesab edir. Buna əsasən, Allah, müxalifləri Quranla qarşı-qarşıya gəlməkdən çəkindirmişdir. Bu nəzəriyyə izah edir ki, Quran kimi bir kitab gətirmək qeyri-mümkün deyil. Qəməri ikinci əsrdən beşinci əsrə qədər bu inancda insanlar olmuşdur, lakin müsəlman alimlərinin əksəriyyəti bu nəzəriyyəyə muxalif olmuş, bəziləri bunu Quranın söz xarakterli möcüzəsinə zidd hesab etmiş və onu çoxlu tənqid etmişlər. İbrahim bin Səyyar Mötəzili sərfə nəzəriyyəsini irəli sürən ilk nəzəriyyəçilərdən biridir. Şiə alimlərindən Seyyid Mürtəza, Əbülsəlah Hələbi, Xəffaci və Bəyazi bu nəzəriyyəyə inanırdılar. Şeyx Müfid və Şeyx Tusi də bəzi əsərlərində bu nəzəriyyəni təsdiq etmiş, bəzilərində isə rədd etmişlər.
Bu nəzəriyyəyə əsasən, Allah insanların Quranla qarşı-qarşıya gəlmə istəyini yox edə bilər və ya onların elmini onlardan alıb, başqa bir üslubla icbari şəkildə Qurana qarşı çıxmasına mane ola bilər. Sərfə tərəfdarları hesab edirlər ki, fəsahət, dil və lüğət bilən insanların əldə edə biləcəyi bir hünərdir və Quran ayələrində də insan gücündən kənar fəsahət yoxdur. Bundan əlavə, “Ənfal” surəsinin 31-ci və “Əraf” surəsinin 146-cı ayəsini öz iddialarına dəlil hesab etmişlər. Onların müqabilində isə Əllamə Təbatəbayi izah etmişdir ki, fəsahət üçün dil bilmək kifayət deyil. Digər Quran alimlərinin də bəyan etdiyi kimi, Quranın təhəddisi bütün ayələrə şamil olmur, Ənfal və Əraf surələrindəki ayələrin də başqa təfsirləri var. Sərfəni müdafiə edən ən mühüm kitab Seyid Mürtəzanın yazdığı “Əl-Muzih ən cəhəti ecazil-Quran” kitabıdır. Cəfər Sübhani özünün “Əl-İlahiyyat” kitabında bu nəzəriyyəni rədd etmək üçün 10 ümumi cavab verilmişdir.
Yeri və əhəmiyyəti
Sərfə nəzəriyyəsi ən qədim nəzəriyyə və bir növ Quranın möcüzə olması haqqında müzakirələrin başlanğıcı hesab olunur.[1] Bu nəzəriyyə Quranın ədəbi cəhətdən möcüzə olması haqqındadır və Quran elmlərinin mövzularındandır.[2] Quran təfsiri[3] və kəlam elmində[4] də bu mövzuya diqqət yetirilmişdir. Dördüncü əsrin mütəkəllim və fəqihi Seyid Mürtəza sərfə nəzəriyyəsini sübut etmək məqsədi ilə “Əl-Muzih ən cəhəti ecazil-Quran” adlı müstəqil kitab yazmışdır.[5] Bu nəzəriyyə bir növ Quranın ən məşhur möcüzəsi kimi tanınan Quranın bəyani möcüzəsinin inkarına bərabərdir və hətta Nəzzam bu nəzəriyyənin banisi kimi nübuvvəti inkar etməkdə ittiham olunurdu.[6] Baxmayaraq ki, bu nəzəriyyə Quran elmlərinin əksər mütəxəssisləri tərəfindən rədd edilmişdir, lakin Quranın bəyani möcüzəsi sahəsində olan araşdırmalara ziyan vurduğu üçün tarixi əhəmiyyətini qoruyub saxlamışdır.[7] Quran elmləri tədqiqatçılarından olan Məhəmməd Hadi Mərifət, sərfə nəzəriyyəsinin qəbulunu və Quranın möcüzə olmasının icbariliyini təhlükəli adlandırmış və bunun nəticələrini dini pisləmək və Qurana qarşı haqsızlıq hesab etmişdir.[8]
Etimoloji
Sərfə nəzəriyyəsi (çəkindirmək), Allahın öz qüdrəti ilə Qurana bənzər bir kitab və ya surə gətirmək istəyən insanlara mane olacağına inamı əks etdirir. Allahın bu maneəsi Quranın möcüzəsidir.[9] Bu nəzəriyyəyə əsasən, Qurana bənzər bir kəlmə gətirmək qeyri-mümkün deyildir və bəzi ərəb natiqlərinin besətdən öncə Qurana oxşar sözləri olmuş, sonra Allah insanların onunla rəqabətinə və ona qarşı çıxmasına mane olmuşdur.[10]
Sərfə ilə müvafiq olanların sözlərində Allahın maneəsi üç cür təfsir edilmişdir:
- Müxalifət istəyinin geri alınması və ya aradan qaldırılması;[11]
- Müxalifət üçün lazım olan elmin geri alınması. Bu iki yolla gerçəkləşə bilər:
- Bu elmlər müxalif şəxsin zehnində olsun və Allah onları aradan aparsın;
- Allah belə elm və bilik öyrenmək istəyini kökdən aradan aparsın;[12]
- Müxalifət üçün elmi bacarığa və istəyə baxmayaraq, icbari maneə olması.[13]
Nəzəriyyənin mənşəyi
Sərfə üçüncü əsrin ortalarından irəli sürülmüş və dördüncü əsrin sonlarına qədər müxtəlif kəlami firqələr arasında mühüm və yayğın bir nəzəriyyə olmuşdur.[14] Sərfenin ilk nəzəriyyəçiləri kimi Nəzzam (vəfatı - hicri 224) və “Rahib Mötəzili” ləqəbli İsa bin Səbih Muzdar kimi mötəzili mütəfəkkirləri təqdim edilmişdir.[15]
Misirli Quran araşdırmaçısı Məhəmməd Əbu Zöhrə, sərfə nəzəriyyəsinin mənşəyini Mənsur Abbasi (vəfatı - hicri 156) və ondan sonrakı dövrdə İslam cəmiyyətinə daxil olan hind təfəkkürlərindən hesab edir.[16] Əbu Zöhrənin dediyinə görə, bu, hindli Brahman alimlərinin inancı idi. Onlar inanırdılar ki, Brahma insanlara “Əl-Fida” şeirləri kimi kəlam gətirməyi qadağan etmişdir. Sonra müsəlman filosofları o kitaba əl tapmışdırlar.[17] Qazizadə sərfə nəzəriyyəsi üzərində apardığı araşdırmada inanırdı ki, Əbu Zöhrənin sözlərinin heç bir tarixi sübutu yoxdur və Quran araşdımaçıları buna işarə etməyiblər və Mənsurun dövründən də əvvəl Cəd bin Dirhəm Quranın bəyani möcüzə olmasını qəbul etmirdi.[18]
Müvafiq və müxaliflərin fikirləri
Əhli-sünnədən olan Əbu İshaq Nəzzam Mötəzili (vəfatı - hicri 231), İbn Həzm Əndolosi (vəfatı - hicri 456) və şiələrdən Seyyid Mürtəza (vəfatı - hicri 436) və şagirdi Əbülsəlah Hələbi (vəfatı - hicri 447), İbn Sənan Xəfaci (vəfatı - hicri 446) sərfenin düşüncə sahibləri kimi tanınmışlar.[19] Şeyx Müfid (vəfatı - hicri 413) “Əvailul-məqalat”[20] kitabında və Şeyx Tusi (vəfatı - hicri 460) “Şərhul-cəməl” kitabında sərfə nəzəriyyəsini təsdiq və möhkəmləndirmişlər.[21] Lakin Qütb Ravəndi Şeyx Müfidin bu nəzəriyyəyə zidd olan bir ifadəsini nəql etmişdir,[22] necə ki, Şeyx Tusi də “Əl-İqtisad” kitabında bu nəzəriyyədən üz döndərmişdir.[23] Doqquzuncu əsrin alimi Əli bin Məhəmməd Bəyazi (vəfatı - hicri 877) də sərfə nəzəriyyəsini qəbul etmişdir.[24]
Bildirilib ki, əksər müsəlman alimləri Quranın ədəbi möcüzəsinin onun mətninə əsaslandığını hesab edir və sərfə nəzəriyyəsinə müxalifdirlər.[25] Sərfeyə inananlar on nəfərdən bir az çoxdur.[26] Məhəmməd Hadi Mərifətin bildirdiyinə görə, Şeyx Tusi, Şeyx Cəfər Kaşiful-Ğita və Həbtəddin Şəhrestani kimi şiə alimləri sərfə nəzəriyyəsinin araşdırılma və elmi tənqidi mövzusunda söz açmışlar.[27] Cəfər Sübhani də “Əl-İlahiyat əla Hudəl-Kitab vəs-Sunnə vəl-Əql” kitabında bu nəzəriyyəni rədd etmək üçün 10 ümumi cavab vermişdir.[28] Fəqih və şiə təfsirçisi Mustafa Xomeyni hesab edir ki, sərfə nəzəriyyəsi ümumi səbəbiyyət qanunu ilə bir araya sığmır, çünki Allah Quranda bəzi xüsusiyyətlər mövcud olmadan birbaşa mübarizəyə mane olmur.[29]
Sərfə nəzəriyyəsi və ədəbi fəsahət
Fəsahət əlçatan bir sənətdir
Seyid Mürtəza dəlil gətirmişdir ki, fəsahət hər kəs üçün əlçatan bir sənətdir, çünki ərəb əlifbasının bütün hərfləri insanlar üçün əlçatandır və bütün cümlələr bu hərflərdən ibarətdir. Quran da bu hərf və kəlmələrdən təşkil olmuşdur. Deməli, Quranın quruluşu kimi bir quruluşu yaratmağımıza mane olan, fəsahət və hərflərin necə düzüldüyünü bilməməkdir. Bu da insanlar üçün qeyri-mümkün bir şey deyildir.[30] Rasional müddəalara söykənməklə hətta möcüzə sözünün yaradılması ehtimalı da inkar edilir, çünki Allahın iradəsi fitri mümkünsüzlüyə aid deyildir.[31]
Onun müqabilində Əllamə Təbatəbayi fəsahəti mövcud varlıqlardan asılı hesab edirdi. Bunlardan biri əlifba və lüğəti biliklərdir, lakin düşünmək, düşüncəni ifadə etmək bacarığı və zövqün incəliyi hər kəs üçün əlçatan deyil.[32] Seyyid Əbülqasim Xoyi də birləşmələrdən istifadə etmək bacarığının səbəbini maddə və ləfzlərdən istifadə bacarığı hesab etmir. Necə ki, hər kəs kərpic üstə kərpic qoya bilər, amma hər kəs dəbdəbəli saray tikə bilməz.[33]
İslamdan öncəki ədəbiyyatla müqayisə
Nəzzamın fikrincə, İslamdan əvvəl ərəb şeir və nəsrində yüksək və faydalı nizam, fəsahət və bəlağət halları vardır. Misli görünməmiş Quranın onunla fərqini təyin etmək olmur və onların Qurana bənzər bir söz gətirə bilmə ehtimalı var.[34] Cavab olaraq bəziləri demişdir ki, İslam Peyğəmbərinin dövründə yaşayan ərəblər və heç bir tədqiqatçı cahil ərəbin sözünün Quran ilə eyni səviyyədə olan hallarına istinad etməmiş və Nəzzam da öz iddiasına bir nümunə gətirməmişdir.[35] Həmçinin İslamdan əvvəl ərəblərin Quran həddində mətnləri olsaydı, həmin dövrdə olan Vəlid bin Muğeyrə və Ütbə bin Rəbiə kimi insanlar belə bir sözün heç vaxt insanlardan eşidilmədiyini deməzdilər.[36]
Quranın cümlə quruluşu adidir
İbn Həzmin dediyinə görə, başqalarından sitat gətirmək və Quranda ard-arda bir neçə nəfərin (peyğəmbərin) adını çəkmək möcüzə ola bilməz. Deməli, heç kəsin Quran kimi bir kitab gətirə bilməməsi, Allahın onları Quran kimi bir kitab gətirməkdən çəkindirməsi ilə bağlıdır.[37]
Qazizadə bu arqumentin elmi tənqidində deyir ki, İbn Həzm Qurani-Kərimin hər bir ayəsinin təhəddiyə çağırdığını düşünür. Lakin təhəddiyə çağırma bir surə, on surə və bütün Quranı gətirməyə aiddir.[38] Onu da qeyd etmək lazımdır ki, Quran başqalarının sözlərini birbaşa sitatlarla deyil, məzmununu nəql etmişdir, çünki o insanların çoxu ərəb dilli deyildi.[39]
Sərfə üçün Qurana istinad
Sərfə nəzəriyyəsinə inananlar bəzi Quran ayələrinin zahirinə də istinad etmişlər.[40] Ənfal surəsinin 31-ci ayəsinə əsasən müşriklər deyirlər:
Əgər istəsək, biz də bunun kimisini deyərik. Buradan aydın olur ki, Quran ayələri onlar üçün zati bir möcüzə olmamışdır.[41] Allah Əraf surəsinin 146-cı ayəsində də müşrikləri ilahi vəhylərdən çəkindirməkdən bəhs etmişdir.[42] Əgər ayənin mənası təkvini çəkindirmək və məqsədi oxşar ayələri gətirməkdən çəkinməkdirsə, bu ayə ilə dəlil gətirmək olar.[43]
Sərfeyə müxalif olanlar buna cavab olaraq bildirmişlər ki, Ənfal surəsinin 31-ci ayəsi Quranın fəsahətini göstərir. Çıxış edənlər mübarizə edə biləcəklərini düşünürlər, amma praktikada bunu edə bilmirlər. Həmçinin onların rəcəz oxumaq üçün belə bir iddia irəli sürmələri də mümkündür.[44] Necə ki, Əraf surəsində də “insiraf”ın mənası üçün başqa ehtimallar var. Bundan əlavə, Quran gələcəkdə çəkindirəcəyini bildirmişdir, lakin Quran ayələri Əraf surəsinin nazil olmasından illər əvvəl nazil olmuşdur.[45]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.53
- ↑ Mərifət, Ət-Təmhid, h..q 1428, c.4, s.138
- ↑ Təbatəbai, Əl-Mizan, c.1, s.69
- ↑ Əllamə Hilli, Kəşful-murad, s.172
- ↑ Hüseyni və Abbasi, Nəzəriyyeye sərfe dər kitabe Əl-Muzəh, s.39
- ↑ Hüseyni və Abbasi, Nəzəriyyeye sərfe dər kitabe Əl-Muzəh, s.41
- ↑ Nəsiri, Mərifəte Qurani, h.ş 1387, c.3, s.564
- ↑ Mərifət, Ət-Təmhid, h..q 1428, c.4, s.138
- ↑ Mərifət, Ət-Təmhid, h..q 1428, c.4, s.138
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.339
- ↑ Mərifət, Ət-Təmhid, h.q 1428, c.4, s.139
- ↑ Mərifət, Ət-Təmhid, h.q 1428, c.4, s.140
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.339; Mərifət, Ət-Təmhid, h.q 1428, c.4, s.140
- ↑ Əyyazi, Ecaze Quran, s.73
- ↑ Behdar, Ecaze Quran, s.329; Dəftəre təbliğate İslami, Fərhəngnameye ulume Quran, s.3232
- ↑ Əbu Zöhre, Mocizeye bozorq, s.99-100
- ↑ Əbu Zöhre, Mocizeye bozorq, s.99-100
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.48
- ↑ Mərifət, Ət-Təmhid, h.q 1428, c.4, s.142-154
- ↑ Şeyx Müfid, Əvailul-məqalat, h.q 1413, s.63
- ↑ Tusi, Şərhu Cəməlil-elm vəl-əməl, h.q 1419, s.179
- ↑ Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.3, s.981
- ↑ Tusi, Əl-İqtisad, s.173
- ↑ Bəyazi, Usrətul-mincud, h.q 1428, s.233
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.349
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.54
- ↑ Mərifət, Ət-Təmhid, h..q 1428, c.4, s.182-191
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.344-349
- ↑ Ğərəviyan, Qovl be sərfe əz didqahe Ayətullah Mustafa Xomeyni dərbareye təhəddiye Quran, s.77
- ↑ Seyyid Mürtəza, Əl-Muzihu ən cəhəti ecazil-Quran, h.ş 1399, s.138; Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.58
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.58
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.64
- ↑ Xoyi, Əl-Bəyan, Daruz-Zəhra, s.83
- ↑ Dəftəre təbliğate İslami, Fərhəngnameye ulume Quran, s.3232
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.344-345
- ↑ Sübhani, Əl-İlahiyyat, c.3, s.345
- ↑ İbn Həzm Əndəlosi, Əl-Fisəl, h.q 1416, c.2, s.50-51
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.65
- ↑ Cəvahiri, Bazxani nəzəriyyeye sərfe, s.162
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.60-61
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.60-61
- ↑ سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الْأَرْضِ
- ↑ Qazizadə, Negəreşi be nəzəriyyeye sərfe, s.60-61
- ↑ Cəvahiri, Bazxani nəzəriyyeye sərfe, s.160
- ↑ Cəvahiri, Bazxani nəzəriyyeye sərfe, s.160-161
Ədəbiyyat
- Əbu Zöhre, Məhəmməd, Mocizeye bozorq, Astane Qodse Rəzəvi, h.ş 1379
- İbn Həzm Əndəlosi, Əli ibn Məhəmməd, Əl-Fisəl, Beyrut, h.q 1416
- Əyyazi, Ecaze Quran
- Behdar, Məhəmməd Rza, Ecaze Quran, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1398
- Bəyazi, Əli ibn Məhəmməd, Usrətul-mincud, Təhqiq: Hüseyn Şahsavari, İmam Sadiq (ə) müəssisəsi, h.q 1428
- Cəvahiri, Seyyid Məhəmməd Həsən, «بازخوانی نظریه صرفه», ensani.ir
- Hüseyni, Seyyidə Xədicə, «نظریه صرفه در کتاب الموضح سید مرتضی: پژوهشی درباره اهمیت، مبانی و روش اثبات آن», ensani.ir saytı
- Xoyi, Seyyid Əbül-Qasim, Əl-Bəyan, Daruz-Zəhra, Beyrut
- Dəftəre təbliğate İslami, Fərhəngnameye ulume Quran, h.ş 1394
- Ravəndi, Səid, Əl-Xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (ə.f) müəssisəsi, h.q 1409
- Sünhani, Cəfər, Əl-İlahiyyat, Qum, h.q 1412
- Seyyid Mürtəza, Əli ibn Hüseyn, Əl-Muzih, Təhqiq: Məhəmməd Rza Ənsari Qumi, Məşhəd, h.ş 1399
- Şeyx Müfid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Qum, h.q 1413
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, İsmailiyyan, h.ş 1373
- Tusi, Məhəmməd ibn Həsən, Əl-İqtisad, Tehran
- Tusi, Məhəmməd ibn Həsən, Şərhu cəməlil-elm vəl-əməl, Tehran, Üsvə, h.q 1419
- Əllamə Hilli, Həsən ibn Yusif, Kəşful-murad, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1382
- Ğərəviyan, Möhsin, «قول به صَرْفَة از دیدگاه آیة اللّه مصطفى خمینى؛ درباره تحدّى قرآن»
- Qazizadə, Kazim, «نگرشی به نظریه صرفه»
- Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, h.ş 1386
- Nəsiri, Əli, Mərifəte Qurani, c.3, Tehran, h.ş 1387