Təhəddi

wikishia saytından
Bu məqalə Təhəddi məfhumu haqqındadır. Təhəddi ayələri haqda məlumat almaq üçün adı keçən məqaləyə baxın.

Təhəddi (ərəbcə: التحدي), peyğəmbərlərin onları inkar edənləri, onların möcüzələri kimi möcüzənin gətirmələrinə dəvət etməsinə deyilir. Təhəddi, peyğəmbərin (s) öz nübuvvətini, möcüzlər əsasında isbat etmək deməkdir. Qurani-Kərimin altı ayəsində təhəddi vardır ki, onlara Təhəddi ayələri deyilir. Təhəddi ayələrində, İslam peyğəmbərini (s) inkar edənlərdən, Quran kimi bir kitabın və yaxud Quranın surələri kimi bir surə gətirilməsi istənilmişdir.

Quranın təhəddi mövzusu ilə əlaqədar müxtəlif nəzəriyyələr vardıır. Bəzilərinin fikrincə, Qurani-Kərim ədəbiyyat vasitəsindən əlavə məzmun cəhətindən də təhəddi etmişdir; lakin bir sıra nəzər sahibləri bildirirlər, Quran yalnız ədəbiyyat baxımından təhəddi etmişdir.

Məfhumu

Təhəddi, rəqib tərəfin zəif olduğunu aşkar etmək üçün mübarizəyə dəvət etmək deməkdir.[1] Təhəddi termini, Quran elmləri[2]İslam kəlamı terminində,[3] peyğəmbərlərin nübuvətini inkar edənlərin, onların möcüzələri kimi möcüzənin gətirilməsinə edilən dəvətə deyilir.[4]

Təhəddi, möcüzənin şərti

Hicri tarixi ilə səkkizinci əsrə aid olan Əhli sünnə alimi, Əzududdin İcinin dediklərinə görə, bəzi mütəkəllimlər, təhəddini möcüzənin şərtlərindən bilmişlər və peyğəmbərlərin möcüzələiri ilə övliyaların kəramətləri arasında olan fərqi bunda bilmişlər ki, möcüzə həmişə təhəddi ilə birlikdədir, amma möcüzə olmayan işlər, (kəramət və riyazətlər) təhəddisiz həyata keçirilir.[5] Deyilənlərə əsasən, o şəxslər ki, möcüzənin tərifində təhəddi şərtini qeyd etməmişdirlər, digər ibarətlərdən istifadə edərək, həmin məzmuna işarə etmişlər.[6]

Bununla belə, bəzi mütəkəllimlər bu fikirdədirlər ki, təhəddi qeydini möcüzənin tərifində gətrilməsi, ilk növbədə Quran, sünnə, icmaəqli dəlilimiz yoxdur və ikincisi isə, peyğəmbərin (s) bir çox təhhəddi etmədiyi möcüzələri, möcüzə hesab olunmayacaq deməkdir.[7]

Quranın təhəddisi

Quranın möcüzə olması və peyğəmbərin (s) nübuvvətinin isbatı üçün Qurani-Kərimin altı ayəsində təhəddi olunmuşdur. Bu ayələiri “Təhəddi ayələri” adlandırırlar.[8] Təhəddi ayələrindən üçündə, o şəxslər ki, Quranın Allah tərəfindən olmadığını idda edirlər, dəvət edilmişdir ki, onun oxşarını gətirsinlər,[9] bir ayədə isə, inkar edənlərdən istənilir Quranda olan surələr kimi on surə gətirsinlər[10] və digər iki ayədə isə Quran surələri kimi bir surə gətirmələrinə təhəddi edilmişdir.[11] Təhəddi ayələrinin nazil omasının ardıcıllığı barədə tədqiqatçılar arasında ixtilaf vardır.[12]

Quranda təhəddi barəsində olan nəzəriyyələr

Müsəlman alimlərinin, Quranın təhəddisi barəsində müxtəlif nəzəriyyələri vardır. Bəziəri inanırlar ki, Quranın təhəddisi yalnız ədəbiyyat baxımındandır; yəni onun müxalifləri, onun fəsahət və bəlağət baxımından onun kimi bir mətn gətirmələrinə təhəddi edilmişdir;[13] amma Quran təfsiri alimi Əllamə Təbatəbai (vəfat 1360 h.ş) kimi şəxslərin fikrincə, təhəddi, Quranın əhatəsində olan hər bir şeyə şamildir; misal üçün: İrfani elm, peyğəmbərin (s) ümmi (məktəb görməməsi) olması, qeyb xəbərləri, Quranda ixtilafın olmaması və Quranın bəlağəti və...[14]

Quran tədqiqaqtçısı Məhəmməd Hadi Mərifət (vəfat 1385 h.ş) də, birinci nəzəriyyəni qəbul etməyib yazır: Təhəddi əgər yalnız Quranın sözlərinə şamil olsaydı, Mütəal Allah onu yalnız Ərəblərə ixtisas verib mütləq şəkildə bəyan etməzdi; Quranın təhəddi etməsi elə bir şəkildə olmalıdır ki, ümumi olsun nəinki müəyyən bir dövr və yaxud bir dəstəyə şamil olsun.[15]

Sərfə nəzəriyyəsi

Əsas məqalə: Sərfə nəzəriyyəsi

Bəzi mütəkəllimlər, Quranın təhədisi üçün digər mənanı açıqlayırlar. Onlaırın fikrincə, Quranın təhəddi etməsi bu mənadadır ki, əgər bir şəxs Quranla müxalifət etmək istəsə və bu qərara gəlsə ki, onun kimi bir mətn hazırlasın, Allah bu fikri və düşüncəni və yaxud bu mövzuda olan elmi ondan almaqla və yaxud da o qüdrəti ondan almaq vasitəsilə bu işə mane our.[16] Bu nəzəriyyəyə “Sərfə” deyilir.[17]

Bu nəzəriyyənin müxalifləri, bu nəzəriyyənin intiqadı üçün müxtəlif dəlillərə əsaslanırlar o cümlədən bu nəzəriyyə Quran ecazını görmədən keçərək Quranın nazil olduğu dövrün Ərəblərinin düşüncəsinin əksini bildirir ki, Quranı möcüzə bilirdilər.[18]

Quran təhəddisi ilə mübarizə

Təfsir kitabları və Quran elmləri mənbələrinin verdiyi məlumatlara əsasən, o şəxslər ki, Quran təhəddisi ilə mübarizə aparmaq məqsədi ilə bir sıra mətləblər bildirmişlər, o cümlədən Müseyləmə Kəzzab[19] və Nəzr ibn Haris kimi şəxslər olmuşdur.[20] Hicrətin səggizinci əsrinə aid olan Quran təfsirçisi İbn Kəsir yazır: Nəzr ibn Haris, Rüstəm və İsfəndiyarın dastanları kimi dastanlar nəql eədərək Quranın oxşarını gətirdiyini iddia etmişdir.[21]

Deyilənlərə əsasən, Abdullah ibn Muqəffə, Quranın oxşarını gətirmək iddiasında idi, lakin sonralar bu fikrindən yayınmışdır.[22]

O cümlədən, Nəsiruddin Zafir adı ilə tanınmış, Amerikalı Məsihi yazıçı (Hüsnul icaz fi ibtalil ecaz) adlı kitabçasında, HəmdKövsər surələrindən ilham alaraq iki surə yazmışdır ki, Ayətullah Xoyi[23] və Quran təfsirçisi Rəşid Rza[24] ona öz intiqadlarını bildirmişlər. Rəşid Rzanın sözlərinə əsasən, bu surəni yazanın Ərəb ədəbiyyatından bir o qədər də məlumatı olmamışdır.[25] Fars dilli məcəllələrdə də “Bərrəsiye intiqadi ketabe Hüsnul icaz fi ibtalil ecaz” ünvanı ilə, bu əsər tənqidə məruz qalmışdır.[26]

Amerikada “Əl-Furqanul-həqq” ünvanı ilə ehtimal verilir müəllifi Yəhudi və ya Məsihi olan bir şəxs tərəfindən ki, “Əs-Səfa” və “Əl-Məhdi” adı ilə tanınmışdır, nəşr olunmuşdur ki, müəllifi peyğəmbərlik iddiası etmir lakin Həzrət Məhəmmədin (s) barəsində şübhələr yaymaqdadır.[27] Qurandan təqlid edərək, Quranı Yəhudi və Məsihi inancları ilə yan-yana qoyaraq, surələr yazmışdır.[28] Bu kitaba tənqidlər edilmişdir; o cümlədən Saleh Əl-Xalidinin yazdığı “Əl-intisar lil-Quran” kitabı və “Pasox be Şübəhate ecaz və təhəddi” kitabında xülasə olaraq bu kitaba intiqadlar bildirilmişdir.[29]

Kitablar

“Əl-ecaz və əl-təhəddi fi əl-Quranil-kərim” kitabı; bu kitabda Əllamə Təbatəbainin “Əl-Mizan” təfsirindən, müxtəlif yerlərdə Quranın ecaz və təhəddi barəsində etdiyi bəhslər toplanılmışdır. Bu kitabı Qasim Haşimi təlif etmiş və “Əl-ələmi lil-mətbuat” müəssisəsi çap etmişdir.

“Pasox be şübəhate ecaz və təəhəddi” kitabı isə Seyyid Məhəmməd Cəvahiri tərəfindən qələmə alınmış və “Pejuheşqahe fərhəng və əndişeye islami” nəşriyyatı tərəfindən, hicri şəmsi tarixi ilə 1397-ci ildə çap edilmişdir.

İstinadlar

  1. Bir qrup yazıçı, Şərhul-mustələhatil-Kəlamiyyə, h.q 1415, s.64
  2. Cəvahiri, Vakavi melake təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, s.112
  3. Bir qrup yazıçı, Şərhul-mustələhatil-Kəlamiyyə, h.q 1415, s.64
  4. Muəddəb, Ecaze Quran dər nəzəre Əhli-Beyt (ə), h.ş 1379, s.17
  5. İyci, Şərhul-məvaqif, c.8, s.224
  6. Cəvahiri, Pasox be şübəhate ecaz və təhəddi, h.ş 1397, s.262
  7. İbn Həzm, Əl-Fəslu fil-miləl, h.q 1416, c.3, s.174
  8. Xürrəmşahi, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377, c.1, s.481
  9. Tur surəsi, ayə 34; Qəsəs surəsi, ayə 49; İsra surəsi, ayə 88
  10. Hud surəsi, ayə 13
  11. Bəqərə surəsi, ayə 23; Yunus surəsi, ayə 38
  12. Cəvahiri, Pasox be şübehate ecaz və təhəddi, h.ş 1397, s.266
  13. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.30-31
  14. Təbatəbai, Əl-Mizan, h.ş 1388, c.1, s.62-68
  15. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.34
  16. Seyyid Mürtəza, Rəsail, h.q 1405, c.2, s.323-327; Şeyx Mufid, Əvailul-məqalat, h.q 1413, s.63; Mərifət, Ət-Təmhid, h.ş 1388, c.4, s.137-140
  17. Seyyid Mürtəza, Rəsail, h.q 1405, c.2, s.323-327
  18. Cəvahiri, Pasox be şübehate ecaz və təhəddi, h.ş 1397, s.92-93
  19. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.1, s.112
  20. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.1, s.41
  21. İbn Kəsir, Təfsirul-Quranil-Əzim, h.q 1419, c.1, s.41
  22. Baqillani, Ecazul-Quran, h.q 1421, s.27
  23. Xoyi, Əl-Bəyan, h.q 1430, s.59-102
  24. Rəşid Rza, Təfsirul-mənar, m. 1990, c.1, s.66 və 188
  25. Rəşid Rza, Təfsirul-mənar, m. 1990, c.1, s.188
  26. İsfəhanİ və Riyahimehr,«بررسی انتقادی کتاب حسن الایجاز فی ابطال الاعجاز»
  27. Cəvahiri, Pasox be şübehate ecaz və təhəddi, h.ş 1397, s.394-396
  28. Əmin Naci və başqaları, Təhlile intiqadi "Əl-Furqanul-həqq", s.147-154
  29. Cəvahiri, Pasox be şübehate ecaz və təhəddi, h.ş 1397, s.397-401

Ədəbiyyat

  • İbn Həzm, Əli ibn Məhəmməd, Əl-Fəslu fil-miləl, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1416
  • İbn Kəsir Dəməşqi, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1419
  • İsfəhani və başqaları, Təhlile intiqadi "Əl-Furqanul-həqq", h.ş 1399
  • İsfəhanİ və Riyahimehr, «بررسی انتقادی کتاب حسن الایجاز فی ابطال الاعجاز»
  • İyci, İzəddin, Corcani, Mir Seyyid Şərif, Şərhul-məvaqif, Qum, h.q 1354
  • Baqillani, Məhəmməd ibn Təyyib, Ecazul-Quran, Darul-kutubil-elmiyyə, h.q 1421 \ m. 2001
  • Bir qrup yazıçı, Şərhul-mustələhatil-Kəlamiyyə, Məşhəd, h.q 1415
  • Cəvahiri, Seyyid Məhəmməd Həsən, Pasox be şübehate ecaz və təhəddi, h.ş 1397
  • Cəvahiri, Seyyid Məhəmməd Həsən, Vakavi melake təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, h.ş 1395
  • Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quranpejuhi, h.ş 1377
  • Xoyi, Seyyid Əbül-Qasim, Əl-Bəyan, Qum, h.q 1430
  • Rəşid Rza, Məhəmməd Rəşid, Təfsirul-mənar, m. 1990
  • Seyyid Mürtəza, Rəsail, Qum, Darul-Quranil-Əzim, h.q 1405
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Beyrut, 2-ci çap, h.q 1390
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, h.ş 1388
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Qum, h.q 1413
  • Muəddəb, Seyyid Rza, Ecaze Quran dər nəzəre Əhli-Beyt (ə), Qum, Əhsənul-hədis, h.ş 1379

Xarici keçid