Quranın ecazkarlığı

wikishia saytından

Quranın ecazkarlığı (ərəbcə: الإعجاز القرآني) o deməkdir ki, heç bir insan Quran kimi bir kitab yaza bilməz və bu, Quranın Allah tərəfindən nazil olmasına işarədir. Müsəlman alimləri Quranı İslam peyğəmbərinin (s) ən böyük möcüzəsi və onun peyğəmbərliyinin dəlili hesab edirlər. Quranın ecazkarlığı məsələsi Quran elmləri və İslam kəlamının (teologiyasının) mövzularından biridir.

Müsəlmanlar Quranı bəlağət, elm və bilik, qeybi xəbərlər verməsi və onda ziddiyyətin olmaması baxımından möcüzə hesab edirlər. Quranın özü bu kitabın möcüzəsinə işarə edib, belə demək olarsa, altı ayədə meydan oxumuşdur; Yəni müxaliflərini bacararlarsa, oxşar bir quran gətirməyə dəvət edib.

Müsəlman alimləri Quran möcüzələri haqqında çoxlu kitablar yazmışlar ki, onlardan bəziləri aşağıdakılardır: Əbu Bəkr Bəqəlani (hicri 403-cü ildə vəfat etmişdir) tərəfindən yazılmış “Quranın ecazkarlığı”, Şeyx Müfidin (hicri 413-cü ildə vəfat etmişdir) “Quranın ecazkarlığı və onun müxtəlif yönləri”, Seyyid Mürtəzanın (hicri 436-cı ildə vəfat etmişdir) “Quranın ecazkarlığında sərfə”, Əbdülqahir Corcaninin (hicri 471-ci ildə vəfat etmişdir) “Ecazın dəlilləri” kitablarıdır.

Quranın ecazkarlığının mənası və əhəmiyyəti

Müsəlmanlar Quranı İslam Peyğəmbərinin (s) möcüzəsi hesab edirlər.[1] Möcüzə olmaq o deməkdir ki, bu kitab insan gücündən kənardır və Allah tərəfindəndir və heç kəs onun kimi bir kitab gətirə bilməz.[2] Şeyx Tusi, Tibyan təfsirində Quranı peyğəmbərin (s) ən böyük və məşhur möcüzələrindən biri olaraq qeyd etmişdir.[3]

Sünni alimlərindən Əbu Bəkr Bəqəlanidə Quran möcüzələrinə diqqət yetirməyin vacibliyindən yazırdı, baxmayaraq ki, İslam Peyğəmbərinin (s) başqa möcüzələri də olmuşdur, İslam Peyğəmbərinin peyğəmbərliyi, Quranın möcüzə olmasına əsaslanır; Çünki onun digər möcüzələri müəyyən vaxtda, şəraitdə və bir neçə adamla baş vermişdir; Amma Quran hamının gözü önündə olduğuna görə heç kəs onun varlığını inkar etməmişdir.[4]

Təhəddi

Əsas məqalə: Təhəddi

Təhəddi, Quran elmlərində[5] və İslam kəlamında,[6] Peyğəmbərlərin nübuvvətini inkar edənlərdən öz möcüzələri üçün bənzərini gətirməyə dəvət etməkləridir.[7] Quran altı ayədə təhəddi etmişdir; Yəni, Quranın möcüzə olduğunu inkar edənlərdən ona bənzər bir kitab gətirmələrini istəmişdir.[8] Bu ayələrə təhəddi (meydan oxuma) ayələri deyilir.[9]

Quranın ecazı haqqında müxtəlif nəzərlər

Müsəlman alimləri Quranın hansı cəhətdən möcüzə olmasına dair müxtəlif nəzərlər irəli sürmüşlər. Görkəmli əhli-sünnə alimi Siyutinin (hicri 911-ci ildə vəfat etmişdir) “Əl-İtqan”da verdiyi nəzərlərin əksəriyyəti Quranın ədəbi ecazı haqqındadır. Təbii ki, bu nəzərlərin hər biri ədəbi ecazı bir prizmadan izah etmişdir.[10]

Amma müsəlman alimləri Quranın başqa sahələrdə də ecazının olduğuna inanırlar. Məsələn, Quran təfsirçisi Əllamə Təbatəbainin (hicri-şəmsi 1360-cı ildə vəfat eymişdir) nəzəri budur ki, Quran ecazı bəlağətdən əlavə, elm və mərifət, Peyğəmbərin (s) ümmi olması, qeybi xəbərlər və Quranda ixtilafın olmamasını da əhatə edir.[11]

Əbu Bəkr Bəqəlani Quranın ədəbi ecazını vurğulamaqla yanaşı, qeybi xəbərləri və Peyğəmbərin ümmi olmasınıda gündəmə gətirmişdir. Quran elmləri üzrə mütəxəssis, Məhəmməd Hadi Mərifət (2005-ci ildə vəfat etmişdir) ədəbi möcüzələrlə yanaşı, elmi və təşrii (qanun çərçivəsində) ecazı da irəli sürmüşdür.[12]

Sərfə nəzəriyyəsi

Əsas məqalə: Sərfə nəzəriyyəsi

Quran ecazı ilə bağlı başqa bir nəzəriyyə irəli sürülmüşdür ki, bu da Sərfə nəzəriyyəsi adlanır. Bu nəzəriyyəyə görə, Quranın möcüzəsi o deməkdir ki, əgər kimsə ona qarşı zidd olmaq niyyətində olsaydı, Allah o şəxsə quran kimi bir kitab gətirməsinə mane olardı. Bu o deməkdir ki, insanlar Quran kimi bir kitab yaza bilərlər; Lakin Allah onları bu qabiliyyətdən məhrum edir.[13]

Siyutinin “Əl-İtqan” əsərində qeyd etdiyinə görə, sünni alimlərindən İbrahim Nəzzam (hicri qəməri 2 və 3-cü əsrlərdə yaşamışdır) bu nəzəri irəli sürmüşdür.[14] Şiə alimlərindən Seyyid MürtəzaŞeyx Müfid də bu nəzəri qəbul etmişlər.[15] Məhəmməd Hadi Mərifətə görə, müsəlman alimləri istər keçmişdə, istərsə də bu gün, bu nəzəriyyəni rədd etmişlər.[16]

Quran ecazının müxtəlif cəhətləri

Müsəlman alimlərinə görə Quran ecazının bəzi cəhətləri aşağıdakılardır:

Ədəbi ecaz

Quranın ədəbi ecazı bu deməkdir ki, Heç bir insan Quran mətninin xüsusiyyətlərinə malik olan bir mətn yarada bilməz.[17] Bu xüsusiyyətlərdən bəziləri aşağıdakılardır: dəqiq və yerində söz işlətmək, yeni, qəribə və özünəməxsus üslubdan bəhrələnməsi, bu, adi şeir kimi deyil, adi nəsr kimi də deyil, sözlərin şirinliyi və ürəyə yatan ahəngi vardır.[18]

Qeybi xəbərlər vermək

Müsəlman alimlərinin fikrincə, Quran heç kimin bilmədiyi keçmişdən və gələcəkdən xəbərlər vermişdir.[19] Məsələn, Məryəmin dastanı, Nuhonun tufanı, Yusif və onun qardaşları haqqında danışdığı təfərrüatları heç kim bilmirdi.[20]

Həmçinin, miladi 615-ci ildə Romanın İrana məğlub olmasından sonra o, qətiyyətlə xəbər verdi ki, Roma on ildən az müddətdə İranı məğlub edəcək və eyni şey baş verdi.[21] Əbu Ləhəb, Əbu Cəhl kimi bəzi insanların taleyi ilə bağlı verdiyi praqnozlar və Quranın digər qeybi xəbərlərindən olan Məkkənin fəthidir ki, hamısı gerçəkləşmişdir.[22]

Elmi ecaz

Əsas məqalə: Quranın elmi ecazı

Quranın elmi ecazının mənası budur ki, bu kitabda təcrübi elmlər haqqında hələ o dövrdə kəşf edilməmiş və heç vaxt ziddi olmayan mətləblər açıqlanmışdır.[23] Təfsirçilərin elmi ecaza malik olan və Qurana nisbət verdikləri mətləblərdən bəziləri bunlardır: yerin mövqe və keçid hərəkəti, yerin cazibə qüvvəsi, bitkilər və heyvanların cüt olması və müəyyən orbitlərdə kürələrin fırlanması.[24]

Quran elmləri üzrə mütəxəssis Məhəmməd Hadi Mərifət “Biz hər canlını sudan yaratdıq” ayəsinə[25] istinad edərək və təcrübi elmlərin, suda həyat mənbəyi olması ilə bağlı tapıntılarını misal çəkərək, bu ayəni Quranın elmi ecazlarından biri hesab edir.[26]

Digər cəhətlər

Təşrii ecaz[27]Quranın ədəd əsasında ecazı,[28] bəzi müsəlman mütəfəkkirlərinin irəli sürdükləri Quranın ecazının digər cəhətlərindəndir.

Birinci nəzəriyyəyə görə, İslamın insan üçün müəyyən etdiyi qayda və qanunlar, bəşəri qanunlardan fərqli olaraq, insan varlığının bütün ölçülərini özündə ehtiva edir və həm insanın maddi ölçüsü, həm də onun mənəvi ölçüsü ilə həmahəngdir. Ona dünya səadəti və rahatlığı bəxş edir və fitrətinə uyğundur. Heç bir insanın buna gücü çatmadığına görə, Quran, Allah tərəfindən nazil edilmiş bir kitab hesab edilməlidir.[29]

Quranın ədədi ecazı nəzəriyyəsi də Quranın hərf və kəlmələrinin sayının elə bir nəzmə malik olduğunu bildirir ki, heç bir yazıçı belə bir nəzmi nəzərə ala bilməz və bu nəzm onun ecazına işarədir.[30] Misal üçün Quranda “saat” sözü gecə və gündüzün saatlarının sayı qədər 24 dəfə işlənmişdir. “Şəhr” (ay) sözü ilin aylarının sayı qədər 12 dəfə işlənmişdir. “Səcdə” sözü Quranda 34 dəfə işlənmişdir ki, bu da vacib namazlardakı səcdələrin sayına bərabərdir.[31] Bu nəzəriyyənin bir çox müxalifləri vardır.[32]

Quran ecazının biblioqrafiyası

Keçmişdən bu günə qədər və əsrlər boyu, müsəlman alimlərinin yazılarında Quranın ecazı məsələsi ortaya atılmışdır.[33] O cümlədən kəlam(teologiya) elminə aid kitabları arasında İslam Peyğəmbərinin peyğəmbərliyini isbat etmək üçün ona istinad edilmişdir.[34] Həmçinin Quran elmləri kitablarının bir hissəsində bu mövzuya yer verilimişdir.[35] Bundan əlavə, Quranın ecazı, müstəqil olaraq müsəlman alimlərinin kitablarının mövzusu olmuşdur. Bu sahədə bəzi müstəqil yazılar aşağıdakılardır:

  1. “Dəlaiul-əl-İcaz”, Əbdülqadir Corcani (hicri 471-ci ildə vəfat edib). O, ərəb dilinin bəlağətini (ritorikasını) ilk tərtib edənlərdən biri olmuşdur. Bu kitab bir neçə dəfə çap olunmuş və bu barədə çoxlu araşdırmalar aparılmışdır;[36]
  2. Əbdülqadir Corcaninin,"Quran ecazında əl-Şafiə risaləsi", Quran ecazında üç risalə toplusunda çap olunmuşdur. Nəhayət-əl-İcaz fi Dirayət-əl-İcaz, Fəxrəddin Razi (hicri 606-cı ildə vəfat edib).[37]
  3. “Quran ecazı”, Seyyid Məhəmməd Hüseyn Təbatəbai. Bu kitab, onun Quranın ecazından bəhs edən əsərlərinin, xüsusən də “Əl-Mizan” kitabından olan iqtibasıdır.[38]

Həmçinin Quran ecazı haqqında çoxlu kitablar, məqalələr və tezislər yazılmışdır. Bir məqalədə bu sahədə 348 əsər təqdim edilmişdir.[39]

Əlaqəli məqalə

İstinadlar

  1. Mütəhhəri, Məcmue asar, h.ş 1384, c.2, s.211; Baqillani, Ecazul-Quran, h.q 1421, s.9
  2. Mütəhhəri, Məcmue asar, h.ş 1384, c.2, s.211
  3. Tusi, Ət-Tibyan, c.1, s.3
  4. Baqillani, Ecazul-Quran, h.q 1421, s.9
  5. Cəvahiri, Vakavi melake təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, s.112
  6. Bir qrup yazıçı, Şərhul-mustələhatul-kəlamiyyə, h.q 1415, s.64
  7. Muəddəb, Ecaze Quran dər nəzəre Əhli-Beyt (ə), h.ş 1379, s.17
  8. Xürrəmşahi, Daneşnameye Quran və Quran pejuhi, h.ş 1377, c.1, s.481
  9. Xürrəmşahi, Daneşnameye Quran və Quran pejuhi, h.ş 1377, c.1, s.481
  10. Siyuti, Əl-İtqan, h.q 1421, c.2, s.242
  11. Təbatəbai, Əl-Mizan, h.q 1390, c.1, s.62-68
  12. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.34
  13. Siyuti, Əl-İtqan, h.q 1421, c.2, s.241; Mərifət, Ət-Təmhid, h.ş 1388, c.4, s.137
  14. Siyuti, Əl-İtqan, h.q 1421, c.2, s.241
  15. Seyyid Mürtəza, Rəsail, h.q 1405, c.2, s.323-327; Şeyx Müfid, Əvailul-məqalat, h.q 1413, s.63
  16. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.4, s.180
  17. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.5, s.15; Sübhani, Əl-İlahiyyat, h.q 1413, c.5, s.243
  18. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.5, s.16-17
  19. Mütəhhəri, Məcmue asar, h.ş 1384, c.2, s.223; Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.186
  20. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.186
  21. Mütəhhəri, Məcmue asar, h.ş 1384, c.2, s.223
  22. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.202
  23. Bərumənd, Bərresi və nəqde tucihe elmi ecaze Quran, s.76-77
  24. Məarif, Cayeqahe ecaze elmiye Quran dər təfsire nuin, s.87
  25. Ənbiya surəsi, ayə 30
  26. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.35-39
  27. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.217
  28. Rezayi İsfəhani, Pejuheşi dər ecaze elmiye Quran, h.ş 1388, s.220; Novruzi, Ketabşenasiye ecaze ədədi və riyaziye Quran, s.84
  29. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.6, s.216-217
  30. Yəzdani, Ecaze ədədi və nəzme riyaziye Quran, s.62; Ələvi Muqəddəm, Ecaze Quran, s.26
  31. Yəzdani, Ecaze ədədi və nəzme riyaziye Quran, s.65; Novruzi, Ketabşenasiye ecaze ədədi və riyaziye Quran, s.84; Ələvi Muqəddəm, Ecaze Quran, s.27
  32. Novruzi, Ketabşenasiye ecaze ədədi və riyaziye Quran, s.83
  33. Mərifət, Ecaze Quran, s.365
  34. Mütəhhəri, Məcmue asar, h.ş 1384, c.2, s.212-223; Sübhani, Əl-İlahiyyat, h.q 1413, c.3, s.233-436
  35. Mərifət, Ət-Təmhid, h.ş 1388, c.5-6
  36. Mərifət, Ecaze Quran, s.365
  37. Mərifət, Ecaze Quran, s.365
  38. Mirza Məhəmməd, Müqəddimeye virastar, s.18
  39. Rezayi, Mənbəşenasiye ecaze elmiye Quran, s.198-218

Ədəbiyyat

  • Baqillani, Məhəmməd ibn Təyyib, Ecazul-Quran, Düzəliş: Səlah Məhəmməd, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1421
  • Bərumənd, Məhəmməd Hüseyn, Bərresi və nəqde tucihe elmi ecaze Quran, h.ş 1381
  • Bir qrup yazıçı, Şərhul-mustələhatul-kəlamiyyə, Məşhəd, Astane Rəzəviyyə, h.q 1415
  • Cəvahiri, Seyyid Məhəmməd Həsən, Vakavi melake təhəddi dər Quran və nəqde məntiqe tənəzzoli, h.ş 1395
  • Xürrəmşahi, Bəhauddin, Daneşnameye Quran və Quran pejuhi, Tehran, h.ş 1377
  • Sübhani, Cəfər, Əl-İlahiyyat, Qum, h.q 1412
  • Rezayi, Həsən Rza, Mənbəşenasiye ecaze elmiye Quran, h.ş 1389
  • Seyyid Mürtəza, Rəsail, Təhqiq: Seyyid Mehdi Rəcai, Qum, Daul-Quranil-Kərim, h.q 1405
  • Siyuti, Əl-İtqan, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1421
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Beyrut, 2-ci çap, h.q 1390
  • Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Təhqiq: Əhməd Qəsir Amili, Beyrut
  • Ələvi Muqəddəm, Seyyid Məhəmməd, Ecaze Quran, h.ş 1373
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı, h.ş 1384
  • Məarif, Məcid, Cayeqahe ecaze elmiye Quran dər təfsire nuin, h.ş 1385
  • Mərifət, Məhəmməd Hadi, Ecazul-Quran, Tehran, 1-ci çap, h.ş 1379
  • Mərifət, Məhəmməd Hadi, Ət-Təmhid, Qum, h.ş 1388
  • Müfid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Qum, h.q 1413
  • Muəddəb, Seyyid Rza, Ecaze Quran dər nəzəre Əhli-Beyt (ə), Qum, h.ş 1379
  • Mirza Məhəmməd, Əli Rza, Müqəddimeye virastar, Tehran, h.ş 1362
  • Novruzi, Müctəba, Ketabşenasiye ecaze ədədi və riyaziye Quran, h.ş 1390
  • Yəzdani, Abbas, Ecaze ədədi və nəzme riyaziye Quran, h.ş 1375