Taslim:Həzrət Məsumənin (s) ziyarətnaməsi
Həzrət Fatimeyi-Məsumənin (ə) hərəminin üzərində ( یَا فاطِمَة اشْفَعِی لِی فِی الْجَنَّهِ - "Ya Fatimətu işfəi ləna fil-cənnə") ibarəsi | |
| Mövzu | Həzrət Fatimeyi-Məsumənin (ə) ziyarəti |
|---|---|
| Məsumdan nəql olunub \ Məsumdan nəql olunmayıb | Məsumdan nəql olunub |
| Nəql olunub | İmam Rza (ə) |
| Ravi | Əli ibn İbrahim, İbrahim ibn Haşimdən nəql edib, o da Səd Əşəridən |
| Şiə mənbələri | Biharul-ənvar |
| Monoqrafiyalar | Rəvaqe ismət; Həzrət Fatimeyi-Məsumənin ziyarətnaməsinin şərhi, Şərhe ziyarəte bozorq banuye kəramət |
| Dualar və məşhur ziyarətlər | |
| Təvəssül duası • Kumeyl duası • Nüdbə duası • Simat duası • Fərəc duası • Əbu Həmzə Somali duası • Ziyarəti Aşura • Came-kəbirə ziyarəti • Varis ziyarəti • Əminallah ziyarəti • Ərbəin ziyarəti | |
Həzrət Məsumənin (s) ziyarətnaməsi, (ərəbcə: زيارة السيدة المعصومة (ع)) şiələrin yeddinci imamı İmam Musa Kazımın (ə) qızı olan Həzrət Fatimə Məsuməyə (s) aid ziyarətnamədir. Şiə alimləri Fatimə Məsumənin (s) məqamını çox uca bilmiş və onun ziyarətinə böyük əhəmiyyət vermişlər. İmam Rzadan (ə) nəql olunan bir rəvayətə görə, kim Fatimə Məsuməni (s) ziyarət etsə, behiştə daxil olar.
Həzrət Məsumənin (s) ziyarətnaməsini Əllamə Məclisi İmam Rzaya (ə) nisbət vermişdir. Bu ziyarətnamə Əllamə Məclisinin “Biharul-Ənvar” və “Tuhfətuz-Zair” adlı əsərlərində nəql olunmuşdur. Ziyarətnamənin bir cümləsində belə deyilir: «Ya Fatimə, mənim üçün behiştdə şəfaət et», ki bu da Həzrət Məsumənin (s) şəfaət məqamına işarə edir. Bəzi tədqiqatçılar ziyarətnamənin sənədi və mətni barədə iradlar bildirmişlər; bununla belə, şiə alimləri onu “sünnət dəlillərində təsamuh” prinsipi əsasında qəbul etmişlər.
Həzrət Məsumənin (s) məqamı və onun ziyarətinin əhəmiyyəti
Həmçinin baxa bilərsiniz: Həzrət Məsumə (ə)
Şiə alimləri Fatimə Məsumənin (s) çox yüksək məqama sahib olduğunu bildirmiş və onun fəziləti və ziyarətinin əhəmiyyəti barədə rəvayətlər nəql etmişlər. Məsələn, Əllamə Məclisi “Biharul-Ənvar” əsərində İmam Sadiqdən (ə) bir hədis nəql edir ki, həmin hədisə görə, şiələr Həzrət Məsumənin (s) şəfaəti ilə behiştə daxil olacaqlar.[1]
İbn Qoləveyh Qumi “Kamiluz-ziyarat” kitabında Həzrət Məsumənin (s) ziyarətinin fəziləti barədə iki rəvayət nəql etmişdir:
- İmam Rza (ə) buyurub: “Kim onu ziyarət etsə, behişt ona vacib olar”.
- İmam Cavad (ə) buyurub: “Kim Qumda bibimin qəbrini ziyarət etsə, behişt əhlindəndir”.[2] Məsumların ziyarətləri ensiklopediyası (Məvsuətu ziyarətil-məsumin) kitabında da İmam Sadiqdən (ə) belə nəql olunur ki, Həzrət Məsumənin (s) ziyarəti behiştə bərabərdir.[3] Bildirilir ki, Həzrət Fatimə (s) və Həzrət Məsumə (s) yeganə qadınlardır ki, onlar üçün məsum tərəfindən ziyarətnamə nəql olunub.[4]
Ziyarətnamənin mətni və tərcüməsi
Həzrət Məsumənin (s) ziyarətnaməsini Əllamə Məclisi “Zadul‑məad”, “Biharul‑Ənvar” və “Tuhfətuz‑Zair” adlı kitablarında İmam Rzadan (ə) nəql etmişdir.[5] Bununla belə, o, “Tuhfətuz‑Zair”də ziyarətnaməni nəql etdikdən sonra ehtimal edir ki, mətnin bir hissəsi İmam Rzanın (ə) hədisinin davamı olmayıb, alimlər tərəfindən əlavə edilmiş ola bilər.[6] Əllamə Məclisinin Biharül‑ənvarda nəql etdiyi rəvayət belədir: “Bəzi ziyarət kitablarında gördüm ki, Əli ibn İbrahim atasından, o da Səddən və o da İmam Rzadan (ə) belə nəql edir: Ey Səd! Bizdən birinin qəbri sizin yanınızdadır. Dedim: Canım sənə fəda olsun, İmam Kazımın (ə) qızı Fatimənin qəbrini nəzərdə tutursan? Buyurdu: Bəli. Kim onu ziyarət etsə və onun məqamını tanısa, behişt ona vacib olar. Qəbrinin yanına çatdıqda baş tərəfdə, qibləyə doğru dayan və 34 dəfə “Allahu əkbər”, 33 dəfə “Subhənəllah” və 33 dəfə “Əlhəmdulillah” de. Sonra belə oxu:”[7]
السَّلامُ عَلَیٰ آدَمَ صِفْوَهِ اللهِ، السَّلامُ عَلَیٰ نُوحٍ نَبِیِّ اللهِ، السَّلامُ عَلَی إِبْراهِیمَ خَلِیلِ اللهِ، السَّلامُ عَلَیٰ مُوسَیٰ کَلِیمِ اللهِ، السَّلامُ عَلَیٰ عِیسیٰ رُوحِ اللهِ، السَّلامُ عَلَیْکَ یَا رَسُولَ اللهِ، السَّلامُ عَلَیْکَ یَا خَیْرَ خَلْقِ اللهِ، السَّلامُ عَلَیْکَ یَا صَفِیَّ اللهِ، السَّلامُ عَلَیْکَ یَا مُحَمَّدَ بْنَ عَبْدِاللهِ خاتَمَ النَّبِیِّینَ،
السَّلامُ عَلَیْکَ یَا أَمِیرَ الْمُؤْمِنِینَ عَلِیَّ بْنَ أَبِی طالِبٍ وَصِیَّ رَسُولِ اللهِ، السَّلامُ عَلَیْکِ یَا فاطِمَهُ سَیِّدَهَ نِساءِ الْعالَمِینَ، السَّلامُ عَلَیْکُما یَا سِبْطَیْ نَبِیِّ الرَّحْمَهِ وَسَیِّدَیْ شَبابِ أَهْلِ الْجَّنَهِ، السَّلامُ عَلَیْکَ یَا عَلِیَّ بْنَ الْحُسَیْنِ سِیِّدَ الْعابِدِینَ وَقُرَّهَ عَیْنِ النَّاظِرِینَ، السَّلامُ عَلَیْکَ یَا مُحَمَّدَ بْنَ عَلِیٍّ باقِرَ الْعِلْمِ بَعْدَ النَّبِیِّ؛
السَّلامُ عَلَیْکَ یَا جَعْفَرَ بْنَ مُحَمَّدٍ الصَّادِقَ الْبارَّ الْأَمِینَ، السَّلامُ عَلَیْکَ یَا مُوسَی بْنَ جَعْفَرٍ الطَّاهِرَ الطُّهْرِ، السَّلامُ عَلَیْکَ یَا عَلِیَّ بْنَ مُوسَی الرِّضَا الْمُرْتَضیٰ، السَّلامُ عَلَیْکَ یَا مُحَمَّدَ بْنَ عَلِیٍّ التَّقِیَّ، السَّلامُ عَلَیْکَ یَا عَلِیَّ بْنَ مُحَمَّدٍ النَّقِیَّ النَّاصِحَ الْأَمِینَ، السَّلامُ عَلَیْکَ یَا حَسَنَ بْنَ عَلِیٍّ، السَّلامُ عَلَی الْوَصِیِّ مِنْ بَعْدِهِ.
اللّٰهُمَّ صَلِّ عَلَیٰ نُورِکَ وَسِراجِکَ، وَوَلِیِّ وَلِیِّکَ، وَوَصِیِّ وَصِیِّکَ، وَحُجَّتِکَ عَلَیٰ خَلْقِکَ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ رَسُولِ اللهِ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ فاطِمَهَ وَخَدِیجَهَ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ أَمِیرِ الْمُؤْمِنِینَ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ الْحَسَنِ وَالْحُسَیْنِ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ وَلِیِّ اللهِ، السَّلامُ عَلَیْکِ یَا أُخْتَ وَلِیِّ اللهِ، السَّلامُ عَلَیْکِ یَا عَمَّهَ وَلِیِّ اللهِ، السَّلامُ عَلَیْکِ یَا بِنْتَ مُوسَی بْنِ جَعْفَرٍ وَرَحْمَهُ اللهِ وَبَرَکاتُهُ؛
السَّلامُ عَلَیْکِ عَرَّفَ اللهُ بَیْنَنا وَبَیْنَکُمْ فِی الْجَنَّهِ، وَحَشَرَنا فِی زُمْرَتِکُمْ، وَأَوْرَدَنا حَوْضَ نَبِیِّکُمْ، وَسَقَانا بِکَأْسِ جَدِّکُمْ مِنْ یَدِ عَلِیِّ بْنِ أَبِی طالِبٍ صَلَواتُ اللهِ عَلَیْکُمْ، أَسْأَلُ اللهَ أَنْ یُرِیَنا فِیکُمُ السُّرُورَ وَالْفَرَجَ، وَأَنْ یَجْمَعَنا وِإِیَّاکُمْ فِی زُمْرَهِ جَدِّکُمْ مُحَمَّدٍ صَلَّی اللهُ عَلَیْهِ وَآلِهِ، وَأَنْ لَایَسْلُبَنا مَعْرِفَتَکُمْ إِنَّهُ وَلِیٌّ قَدِیرٌ،
أَتَقَرَّبُ إِلَی اللهِ بِحُبِّکُمْ، وَالْبَراءَهِ مِنْ أَعْدائِکُمْ، وَالتَّسْلِیمِ إِلَی اللهِ راضِیاً بِهِ غَیْرَ مُنْکِرٍ وَلَا مُسْتَکْبِرٍ، وَعَلَیٰ یَقِینِ مَا أَتیٰ بِهِ مُحَمَّدٌ وَبِهِ راضٍ، نَطْلُبُ بِذٰلِکَ وَجْهَکَ یَا سَیِّدِی اللّٰهُمَّ وَرِضاکَ وَالدَّارَ الْآخِرَهَ، یَا فاطِمَهُ اشْفَعِی لِی فِی الْجَنَّهِ فَإِنَّ لَکِ عِنْدَ اللهِ شَأْناً مِنَ الشَّأْنِ.
اللّٰهُمَّ إِنِّی أَسْأَلُکَ أَنْ تَخْتِمَ لِی بِالسَّعادَهِ فَلَا تَسْلُبْ مِنِّی مَا أَنَا فِیهِ، وَلَا حَوْلَ وَلَا قُوَّهَ إِلّا بِاللهِ الْعَلِیِّ الْعَظِیمِ . اللّٰهُمَّ اسْتَجِبْ لَنا وَتَقَبَّلْهُ بِکَرَمِکَ وَعِزَّتِکَ وَبِرَحْمَتِکَ وَعافِیَتِکَ، وَصَلَّی اللهُ عَلَیٰ مُحَمَّدٍ وَآلِهِ أَجْمَعِینَ وَسَلَّمَ تَسْلِیماً یَا أَرْحَمَ الرَّاحِمِینَ.
Salam olsun Allahın nəbisi Nuha! Salam olsun Allahın dostu İbrahimə! Salam olsun Allahın həmsöhbəti Musaya! Salam olsun Allahın ruhu İsaya! Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi! Salam olsun sənə, ey Allahın seçilmişi!
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Muhəmməd ibn Abdullah!Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı, Fatimə! Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (yəni imam Həsən (ə) və Hüseyn (ə))! Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Əli ibn Hüseyn!
Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Muhəmməd ibn Əli!Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Musa ibn Cəfər!
Salam olsun sənə, ey Murtəza (bəyənilmiş) olan Əli ibn Musa ər-Riza! Salam olsun sənə, ey Muhəmməd ibn Əli ət-Təqi! Salam olsun sənə, ey xeyirxah, əmanətdar Əli ibn Muhəmməd ən-Nəqi! Salam olsun sənə, ey Həsən ibn Əli! Salam olsun ondan sonrakı vəsiyə! (yəni İmam Zaman əleyhissalama)Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmir əl-mömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allah vəlisinin qızı! Salam olsun sənə, ey Allah vəlisinin bacısı!
Salam olsun sənə, ey Allah vəlisinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı!Salam olsun Allahın seçilmişi Adəmə! Salam olsun Allahın nəbisi Nuha! Salam olsun Allahın dostu İbrahimə! Salam olsun Allahın həmsöhbəti Musaya! Salam olsun Allahın ruhu İsaya! Salam olsun sənə, ey Allahın Rəsulu! Salam olsun sənə, ey məxluqatın ən xeyirlisi! Salam olsun sənə, ey Allahın seçilmişi! Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu Muhəmməd ibn Abdullah!
Salam olsun sənə, ey Rəsulallahın vəsisi, Əmir əl-möminin Əli ibn Əbutalib! Salam olsun sənə, ey aləmlərin qadınlarının xanımı, Fatimə! Salam olsun sizə, ey rəhmət Peyğəmbərinin iki nəvəsi və Cənnət cavanlarının ağası (yəni imam Həsən (ə) və Hüseyn (ə))! Salam olsun sənə, ey bəsirət əhlinin gözünün nuru, ibadət edənlərin ağası, Əli ibn Hüseyn! Salam olsun sənə, ey Peyğəmbərdən sonra elmin incəliklərinə varan Muhəmməd ibn Əli!
Salam olsun sənə, ey gözəl əmanətdar Cəfər ibn Muhəmməd əs-Sadiq! Salam olsun sənə, ey pak və mutəhhər ruhlu Musa ibn Cəfər! Salam olsun sənə, ey Murtəza (bəyənilmiş) olan Əli ibn Musa ər-Riza! Salam olsun sənə, ey Muhəmməd ibn Əli ət-Təqi! Salam olsun sənə, ey xeyirxah, əmanətdar Əli ibn Muhəmməd ən-Nəqi! Salam olsun sənə, ey Həsən ibn Əli! Salam olsun ondan sonrakı vəsiyə! (yəni İmam Zaman əleyhissalama)
İlahi, Öz salavatını Öz nuruna və çırağına, Öz vəlinin vəlisinə, Öz vəsisinə və Öz bəndələrinin arasında olan höccətinə göndər! Salam olsun sənə, ey Allah Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmir əl-mömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı! Salam olsun sənə, ey Allah vəlisinin qızı! Salam olsun sənə, ey Allah vəlisinin bacısı! Salam olsun sənə, ey Allah vəlisinin bibisi! Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı!
Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun sənə, Allah Cənnətdə bizi sizə tanıtsın və bizi sizin zümrədə məhşur etsin, Peyğəmbərimizin (s) hovuzuna (Kövsərə) daxil etsin və Cəddinizin camları ilə Əli ibn Əbutalibin əli ilə sirab etsin. Allahın salavatı olsun sizə. Allahdan istəyirəm ki, siz əhli-beytin sevinc və fərəcini (imam Zamanın (ə) zühurunu) bizə göstərsin, bizi və sizi cəddiniz Muhəmməd (s) zümrəsində cəm etsin, sizin mərifətinizi bizdən almasın. Həqiqətən, o bizim ixtiyar sahibimiz və hər şeyə qadirdir.
Mən sizə məhəbbət bəsləmək və düşmənlərinizdən uzaqlaşıb onlara nifrət etməklə, Allaha təslim olmaqla, Ondan razı qalmaqla heç nəyi inkar etməyib heç bir vaxt təkəbbür göstərmədən həzrət Muhəmmədin (s) gətirdiklərinə yəqin edib ondan razı qalmaqla Allahın dərgahına yaxınlaşıram. Ey mənim mövlam, ağam, mən bunlarla sənin vəchini, razılığını və axirəti istəyirəm. Ey Fatimə, mənim behiştə getməyim üçün (Allah yanında) şəfaət et, çünki Allah yanında sənin uca məqam və mənzilətin vardır.
İlahi, Səndən istəyirəm ki, aqibətimi xeyirlə xətm edəsən və məni tutduğum yoldan uzaqlaşdırmayasan. Uca mərtəbəli və əzəmətli Allahdan başqa heç bir qüvvə, qüdrət yoxdur. İlahi, Öz kərəmin, izzətin, rəhmətin və afiyətin xatirinə bizim duaları müstəcab və qəbul et. Muhəmməd (s) və onun bütün xanədanına qəni-qəni salam və salavat göndər, ey rəhmlilərin rəhmlisi!
Həzrət Fatimə Məsumənin (s) şəfaəti

Əllamə Məclisinin “Biharul‑Ənvar”da Həzrət Məsumə üçün (s) nəql etdiyi ziyarətnamədə belə bir ifadə yer alır: “Ya Fatimə, mənim üçün behiştdə şəfaət et; çünki sənin Allah yanında uca bir məqamın vardır”. Bu cümlə Həzrət Məsumənin (s) şəfaət məqamına açıq şəkildə işarə edir. Onun məqamı və şəfaət sahibi olması barədə İmam Sadiqdən (ə) belə nəql olunub: “Allahın bir hərəmi vardır ki, o Məkkədir. Peyğəmbərin də bir hərəmi vardır ki, o Mədinədir. Əmirəl‑mömininin də bir hərəmi vardır ki, o Kufədir. Qum isə kiçik Kufədir. Bilin ki, behiştin səkkiz qapısı vardır və onların üçü Quma açılır. Mənim övladlarımdan bir xanım orada dəfn olunacaq; onun adı Musanın (ə) qızı Fatimədir. Onun şəfaəti ilə bütün şiələr behiştə daxil olacaqlar.”[8]
Şiə mərcəyi-təqlidlərindən Ayətullah Məkarim Şirazi bu hədisə əsaslanaraq belə deyir: “Şəfaətin dairəsi insanın məqamı və şəxsiyyəti ilə uyğun gəlir. Məqam nə qədər uca olsa, şəfaətin təsir dairəsi də bir o qədər geniş olar. İmam Sadiq (ə) buyuranda ki, “Fatimə Məsumənin şəfaəti ilə bütün şiələr behiştə daxil olacaqlar”, bu, onun çox yüksək bir məqama sahib olduğunu göstərir; elə bir məqam ki, elm və təqvasının böyüklüyü nəticəsində məsumluğa bənzər bir dərəcəyə çatmışdır”.[9]
Ziyarətnamənin etibarlılığı
Həzrət Məsumənin (s) ziyarətnaməsinin sənədi və mətni barədə bir sıra iradlar irəli sürülmüşdür.
Sənədin araşdırılması
Əllamə Məclisi Həzrət Məsumənin (s) ziyarətnaməsini Əli ibn İbrahimdən, o da atası İbrahim ibn Haşimdən, o isə Səd ibn Səd Əşəridən və o da İmam Rzadan (ə) nəql etmişdir.[10] Əllamə Məclisi “Biharul‑Ənvar”[11] və “Tuhfətuz‑Zair”[12] kitablarında bu ziyarətnaməni hansı əsərdən götürdüyünü qeyd etmir[13] və yalnız belə deyir ki, “bu ziyarətnaməni bəzi ziyarət kitablarında görmüşəm”.[14] Bununla belə, o, “Töhfətüz‑Zair”də ziyarətnamənin sənədini həsən (etibarlı) hesab etmişdir.[15] Şeyx Abbas Qumi də “Məfatihul‑cinan”da bu ziyarətnaməni Əllamə Məclisidən nəql etmişdir.[16]
Hədis tədqiqatçılarının fikrincə, əsas mənbənin adının qeyd olunmaması bu rəvayətin zəif nöqtələrindən biridir.[17] Bununla belə, Təfsiri Quminin müəllifi Əli ibn İbrahim, Rical alimləri, xüsusilə Nəcaşi tərəfindən etibarlı sayılmışdır[18] və Kuleyni də ondan rəvayət nəql etmişdir.[19] Seyid ibn Tavus və Əbulqasim Xoyi kimi alimlər də İbrahim ibn Haşimi etibarlı hesab etmişlər.[20] Lakin ziyarətnamənin Səd vasitəsilə nəql olunması və onun İmam Rzadan (ə) rəvayət etməsi barədə Rical alimləri bəzi qeyri‑müəyyənliklər və iradlar bildirmişlər.[21]
Mətnin araşdırılması
Bəzi tədqiqatçılar ziyarətnamənin mətnində və onun bəzi cümlələrində iradlar irəli sürüb və deyiblər ki,[22] nə üçün ziyarətnamənin son hissələrində xitablar dəyişir? Məsələn,
ifadəsi gələndə ziyarətnamənin xitabı Həzrət Məsumədən (s) Peyğəmbərə (s) keçir. Ardınca
ifadəsi ilə xitab Allaha yönəlir. Daha sonra isə
cümləsi ilə xitab yenidən Həzrət Məsuməyə (s) qayıdır.[23]

Sənəd və mətnlə bağlı bu iradlara baxmayaraq, bəzi alimlər ziyarətnaməni “təsamuh fi ədillətis-sünən” qaydasına əsasən qəbul etmişlər.[24] Bu qaydaya görə, duaların və müstəhəb əməllərin sənədlərinin dəqiqliyi barədə iradlar yalnız elmi-tədqiqat xarakteri daşıyır. Əməli baxımdan isə, bir şəxs bu ziyarətnaməni məsumdan (ə) nəql olunması ümidi və onun yüksək və doğru məzmunlarından bəhrələnmək niyyəti ilə oxuyarsa, şübhəsiz ki, bəyənilən və qəbul olunmuş bir əməl yerinə yetirmiş olur.[25]
Məşhur olmayan digər ziyarətnamələr
Bəzi şiə alimləri Həzrət Fatimə Məsumə (s) üçün başqa ziyarətnamələr də nəql ediblər ki, bunlar məsumlara (ə) nisbət verilmir.[26] Bundan əlavə, Əllamə Məclisi “Biharul‑Ənvar”da Şeyx Müfidin “Əl‑Məzar” kitabından Həzrət Məsumə (s) haqqında başqa bir ziyarətnamə də nəql etmişdir.[27]
İstinadlar
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.267
- ↑ İbn Qulaveyh, Kamiluz-ziyarat, c.1, s.324
- ↑ İmam Hadi müəssisəsi, Musuətu ziyaratil-Məsumin (ə), c.5, s.225
- ↑ Mehdipur, Kərimeye Əhli-beyt (ə), s.126
- ↑ Baxın: Məclisi, Zadul-Məad, s.547-548; Məclisi, Biharul-ənvar, c.99, s.266-267; Məclisi, Tuhfətuz-zair, s.664
- ↑ Məclisi, Tuhfətuz-zair, s.666
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.266-267
- ↑ Məclisi, Biharul-ənvar, c.57, s.228
- ↑ Azad, Ziyarəte arifane; Tosiyehaye alimane (ba mehvəriyyəte Həzrət Məsumə (s), s.15
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.265 və 266
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.266
- ↑ Məclisi, Tuhfətuz-zair, s.664
- ↑ Muqisə, Pejuheşi dər ziyarətnameye Həzrət Məsumə (ə), s.55
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.265-266
- ↑ Məclisi, Tuhfətuz-zair, s.664
- ↑ Qumi, Kuliyyate Məfatihul-Cinan, Ziyarate İmamzadeqane Ezam
- ↑ Muqisə, Pejuheşi dər ziyarətnameye Həzrət Məsumə (ə), s.55
- ↑ Daneşvər, Sifaraşate ziyarəte Həzrət Məsumə (ə), s.30
- ↑ Daneşvər, Sifaraşate ziyarəte Həzrət Məsumə (ə), s.30
- ↑ Daneşvər, Sifaraşate ziyarəte Həzrət Məsumə (ə), s.30
- ↑ Daneşvər, Sifaraşate ziyarəte Həzrət Məsumə (ə), s.55-56; «نگاهی به زیارت نامه حضرت معصومه سلام الله علیها», Hövzənin rəsmi internet adresi
- ↑ Muqisə, Pejuheşi dər ziyarətnameye Həzrət Məsumə (ə), s.56
- ↑ Muqisə, Pejuheşi dər ziyarətnameye Həzrət Məsumə (ə), s.56
- ↑ «نگاهی به زیارت نامه حضرت معصومه سلام الله علیها», Hövzənin rəsmi internet adresi
- ↑ Muqisə, Pejuheşi dər ziyarətnameye Həzrət Məsumə (ə), s.56
- ↑ Mehdipur, Zendeqaniye Kərimeye Əhli-Beyt (ə), s.161
- ↑ Məclisi, Biharul-ənvar, c.99, s.273
Ədəbiyyat
- «نگاهی به زیارت نامه حضرت معصومه سلام الله علیها» (Həzrət Məsumənin (ə) ziyarətnaməsinə bir baxış) , Hövzənin rəsmi internet adresi, Həsən Ramazani Xorasani ilə söhbət, Nəşr tarixi: 20/7/2020; Baxış tarixi: 23/8/2026
- Azad, Abbas, «زیارت عارفانه؛ توصیه های عالمانه(با محوریت زیارت حضرت معصومه سلام الله علیها)» (Arifcəsinə ziyarət; Alimcəsinə tövsiyələr (Həzrət Məsumənin (ə) ziyarəti əsasında)), Mübəlliğlərin qəzeti, nömrə 234; 2018 Dekabr və Yanvar ayında
- İbn Qulaveyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-Mürtəzəviyyə, 1-ci çap, h.ş 1356 (1977)
- Daneşvər, Hadi, «سفارشات زیارت حضرت معصومه(س)» (Həzrət Məsumənin (ə) ziyarəti haqda dəsturlar), Fərhənge Kövsər məcəlləsində, Nömrə 35, 2000-ci ilin Yanvar ayında
- Qumi, Abbas, Kuliyyate Məfatihul-Cinan, Ziyarate İmamzadeqane Ezam
- İmam Hadi müəssisəsi, Musuətu ziyaratil-Məsumin (ə), Qum, İmam Hadinin (ə) ismarıcı, h.q 1426
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvaril-camiətu li-durəri əxbaril-əimmətil-Əthar (ə), Beyrut, Daru ihyait-turasil-ərəbi, 2-ci çap, h.q 1403
- Məclisi, Məhəmməd Baqir, Tuhfətuz-zair, Qum, İmam Hadinin (ə) ismarıcı, h.ş 1386 (2008)
- Məclisi, Məhəmməd Baqir, Zadul-Məad, Düzəliş: Əlauddin Ələmi, Beyrut, Əl-Ələmi lil-Mətbuat müəssisəsi, h.q 1423
- Muqisə, Hüseyn, «پژوهشی در زیارتنامه فاطمه معصومه(ع)» (Fatimeyi-Məsumənin (ə) ziyarətnaməsi barəsində araşdırma), Fərhənge Kövsər məcəlləsində, nömrə 25, 1999 Mart ayı
- Mehdipur, Əliəkbər, Zendeqaniye Kərimeye Əhli-Beyt (ə), Tehran, Arame del, h.ş 1392 (2013)
- «نگاهی به زیارت نامه حضرت معصومه سلام الله علیها» (Həzrət Məsumənin (ə) ziyarətnaməsinə bir baxış), Hövzənin rəsmi internet adresi, Nəşr tarixi: 20/7/2020; Baxış tarixi: 23/8/2026