Məzmuna keç

Taslim:Hirz

wikishia saytından
İmam Cavadın (ə) hirzinin mətni

Hirz (farsca: حرز) və ya təviz – bəlalardan qorunmaq üçün oxunan ayələr, zikrlərdualardır. Şiə hədis mənbələrində hirz duaları onlara aid edilən təsirlər səbəbilə diqqət mərkəzində olmuşdur. Ayətül-Kürsi“və in yəkad” ayəsi hirz kimi istifadə olunan ayələrdəndir. İmam Cavadın (ə) hirziYəmani hirzi ən məşhur dua hirzlərindəndir. KafiMühəccud-dəəvat kitablarında on dörd məsumdan nəql olunan hirzlər ayrıca bir fəsildə toplanmışdır. Təviz və onun təsirinə inanmaq yalnız İslamda deyil, digər dinlərdə və xalqlarda da mövcuddur. İslam dinində isə xurafat xarakterli təvizlər rədd edilmiş, Quran ayələrinə və tövhid əsaslı dualara söykənən təvizlər təqdim olunmuşdur. Bəzi fəqihlərin sözlərinə görə, tanınmayan və məchul əşyalarla təviz caiz deyil.

Hirzin tərifi və növləri

Hirz və ya təviz – bəlalardan, düşmənlərin şərindən, heyvanlardan və ya göz dəymədən[1] qorunmaq üçün oxunan ayələr, zikrlərdualara deyilir.[2] Bəzi hallarda hirzlər yazılaraq insanın yanında (məsələn, qolda və ya boyunda) saxlanılır və ya bir yerdən (məsələn, evin qapısının üstündən) asılır.[3] Bəzi təvizlər dua və zikr deyil, dəmir, ceyran dərisi və ya bəzi ağacların yarpaqlarından hazırlanır.[4] Təvizlərdən istifadə etmək üçün sas səbəbin göz dəymədən qorunmaq olduğu qeyd olunmuşdur.[5]

"Və in yəkad" ayəsi ilə göz dəymə (nəzər) işarəsinin birləşdirilməsinə dair bir nümunə.

Bəzi tədqiqatçılara görə, hirz və təviz arasında ciddi fərq yoxdur və bu iki söz bir-birinin yerinə işlədilir.[6] Bəzi hədis kitablarında da hirz və təviz eyni fəsildə və eyni sırada zikr olunmuşdur.[7] Bununla belə, bəzi alimlər hesab edirlər ki, hirz və təviz arasında sərhəd tam aydın olmasa da, onları tamamilə eyni saymaq düzgün deyil.[8] Həmçinin deyilmişdir ki, hirzin mənasında zamanla dəyişikliklər baş vermişdir: bir dövrdə təvizlə eyni mənada, başqa bir dövrdə isə tilsim mənasına yaxın olmuşdur.[9] “Təmimə”,[10] “heykəl” və “həmayil” təvizlə bağlı işlədilən sözlərdir və oxşar funksiyaya malikdir.[11]

İslam mövzularında hirzin əhəmiyyəti

Dua hirzləri, onlara aid edilən xüsusiyyətlər və təsirlər səbəbilə, həmişə diqqət mərkəzində olmuş dua irsinin bir hissəsidir.[12] “Hirz” sözü Quranda qeyd olunmamışdır; lakin şiəsünni rəvayətlərində çoxlu dəfə işlədilmişdir.[13]Ayətül-Kürsi“və in yəkad” ayələri hirz kimi istifadə olunduqlarına görə “ayatul-hirz” (hirz ayləri) adı ilə tanınmışlar.[14] Küleyni (vəfatı 329 h.q.) “Kafi[15] kitabında, Seyid ibn Tavus (vəfatı 664 h.q.) isə “Mühəccud-dəəvat” əsərində on dörd məsumdan nəql olunan hirzləri ayrıca bir fəsildə toplayıblar.[16]

Şeyx Abbas Qummi (vəfatı 1359 h.q.) “Səfinətül-bihar” kitabında nəql edir ki, Peyğəmbər (s) Həsən və Hüseyn üçün təviz olaraq Muəvvizətəyn surələrini oxuyardı.[17] Məşhur hirzlərdən İmam Cavadın (ə) hirzi, Yəmani hirzi, Əbu Dəcanə hirziYasin hirzinə işarə etmək olar.[18] Tədqiqatçılar bildirirlər ki, hirzlərin etibarlı olub-olmamasına diqqət yetirməmək problemlərə səbəb olur. Buna görə də yalnız məsumlardan nəql olunan rəvayətlərdə qeyd edilən hirzlərdən istifadə edilməli, rəvayət əsası olmayan hirzlərdən çəkinilməlidir.[19] Seyid Əli Ləvasaninin qələmə aldığı “Məsumların hirzləri” kitabı məsumlardan nəql olunan hirzlər mövzusunda yazılmış kitablardan biridir.[20] Bu əsər “Darus-Sibtəyn” nəşriyyatı tərəfindən şəmsi təqvimi ilə 1401-ci ildə 488 səhifədə çap olunmuşdur.[21]

Seyid Əli Ləvasaninin qələmi ilə yazılmış "Hirzhaye məsumin" kitabı

Tarixi

Hirz və təvizə, onların təsirinə inanmaq İslamın qəti təlimlərindən sayılsa da, bu məsələ yalnız İslama məxsus deyil; digər dinlərdə[22] və xalqlarda da bu inanc mövcuddur.[23] Rəvayətlərdə digər dinlərdə də təviz oxunması qeyd olunmuşdur.[24] Bəzi tədqiqatçılara görə, İslam cahiliyyət dövrünün xurafatla qarışmış təvizlərini rədd etmiş və onların yerinə əsasən Quran ayələri və tövhid əsaslı dualardan ibarət təvizləri təqdim etmişdir.[25]

Hirzlərin şərii baxımdan etibarı

“Qacar dövrünə aid bir təviz (dua yazısı) ki, onun tərkibində bəzi dualar və ayələr yer alır; yuxarı hissəsində isə İmam Əli (ə)Həsəneyn (İmam Həsən və İmam Hüseyn) (ə) təsviri çəkilmişdir.”[26]

Bəzi tədqiqatçılar hirz və təvizlərlə bağlı rəvayətləri araşdıraraq bir qismini etibarlı, bir çoxunu isə etibarsız hesab etmişlər.[27] Cəfər Kaşiful-Ğita bildirir ki, Quran ayələrinə, zikrlərəməsumlardan nəql olunan rəvayətlərə əsaslanan təvizlər caizdir; lakin məchul əşyalarla edilən təvizlər caiz deyil.[28] Hirz və təviz yalnız dini və islami mövzularda deyil, həm də ulumi ğəribə çərçivəsində müzakirə olunur.[29] Bəzi alimlər demişlər ki, bu elmlərdə istifadə olunan təvizlərdə şirkə meylli baxışlar və qeyri-ilahi metodlar olduğuna görə, onlar şərii baxımdan haramdır.[30]

İstinadlar

  1. Mahiyar, Təviz dər şere Xaqani, s.214
  2. İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.76
  3. İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.76
  4. Baxın: İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.74; Mahiyar, Təviz dər şere Xaqani, s.219-222
  5. Ərəbistani, Təviz, s.635
  6. Təbatəbai, Hirz, s.11
  7. Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, hc.2, s.568-573; Məclisi, Miratul-uqul, h.q 1404, c.12, s.436
  8. Xani, Seyre təhəvvule məfhume hirz dər fərhənge İslami, s.67
  9. Xani, Seyre təhəvvule məfhume hirz dər fərhənge İslami, s.71-78
  10. İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.82
  11. Mahiyar, Təviz dər şere Xaqani, s.216-217
  12. İsbati, Təhlil və bərresiye hirz mənsub be İmame Cavad (ə), s.11
  13. Təbatəbai, Hirz, s.12
  14. Təbatəbai, Hirz, s.12
  15. Baxın: Baxın: Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.568-573
  16. Baxın: Seyid ibn Tavus, Mühəccud-dəəvat, h.q 1411, s.3-45
  17. Qumi, Səfinətul-bihar, h.q 1414, c.6, s.542
  18. Xani, Seyre təhəvvule məfhume hirz dər fərhənge İslami, s.66
  19. Məsudi, Bərresi məqaleye hirz əz dayrətul-məarif Quran, s.142
  20. Ləvasani, Hirzhaye məsumin, h.ş 1401, kitabın müqəddiməsi
  21. Ləvasani, Hirzhaye məsumin, h.ş 1401, kitabın müqəddiməsi
  22. Ağa Qolizadə, Bərresi sənədi və mətni rəvayate hirz və təviz, h.ş 1390, s.19
  23. İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.77
  24. Kuleyni, Əl-Kafi, h.q 1407, c.2, s.569
  25. İbn Sina, Kunuzul-Muəzzəmin, Müqəddimə: Cəlaluddin Himayi, Əncuməne asare milli, s.78
  26. "Shi'i talismanic piece", Library of Congress.
  27. Ağa Qolizadə, Bərresi sənədi və mətni rəvayate hirz və təviz, h.ş 1390, s.215-218
  28. Kaşiful-ğita, Kəşful-ğita, h.q 1422, c.3, s.460
  29. Ağa Qolizadə, Bərresi sənədi və mətni rəvayate hirz və təviz, h.ş 1390, s.25
  30. Ağa Qolizadə, Bərresi sənədi və mətni rəvayate hirz və təviz, h.ş 1390, s.25

Ədəbiyyat

  • Ağa Qolizadə, Zeynəb, Bərresi sənədi və mətni rəvayate hirz və təviz, payannamə, döreye karşenasi-ərşəd, rişteye ilahiyyat və məarife İslami (gerayeşe ulume Quran və rəvayat), Məşhəd, Daneşkədeye İlahiyyat və məarife İslami, h.ş 1390
  • Ərəbistani, Mehrdad, Təviz, dər cilde 15 əz Dairətul-maərife bozorqe İslami, Tehran, Mərkəze dairətul-maərife bozorqe İslami, h.ş 1387
  • İbn Sina, Hüseyn ibn Abdullah, Kunuzul-Muəzzəmin, müqəddimə və düzəliş: Cəlaluddin Himayi, Tehran, Əncuməne asare milli, tarixsiz
  • İsbati, İsmail, Təhlil və bərresiye hirz mənsub be İmame Cavad (ə), dər Məcəlleye ulume Quran və hədis, nömrə 108, h.ş 1401
  • Kaşiful-ğita, Cəfər ibn Xızır, Kəşful-ğita ən mübəhhimatiş-şəriyyətil-ğərra, Qum, Bustane kitab, h.q 1422
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
  • Ləvasani, Seyid Əli, Hirzhaye məsumin, Qum, Darus-simteyn, h.ş 1401
  • Mahiyar, Abbas, Təviz dər şere Xaqani, dər Məcəlleye Daneşkədeye ədəbiyyat və ulume insani, nömrə 47–49, h.ş 1384
  • Məclisi, Məhəmməd Baqir ibn Məhəmməd Təqi, Miratul-uqul fi şərhi əxbari Alir-Rəsul, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1404
  • Məsudi, Məhəmməd Mehdi, Bərresi məqaleye hirz əz dayrətul-məarif Quran,, dər Məcəlleye Quranpejuhi xavərşenasan, nömrə 21, h.ş 1395
  • Qumi, Şeyx Abbas, Səfinətul-bihar və mədinətul-hikəm vəl-asar, Qum, Üsvə, h.q 1414
  • Seyid ibn Tavus, Mühəccud-dəəvat və mənhəcul-ibadat, Qum, Daruz-zəxair, h.q 1411
  • Təbatəbai, Seyid Kazim, Hirz, dər cild 13 əz Daneşnameye cəhane İslam, Tehran, Bunyade dairətul-maərife islami, h.ş 1388
  • Xani, Hamid, Seyre təhəvvule məfhume hirz dər fərhənge İslami, dər Pejuheşnameye tarixe təməddone İslami, nömrə 1, h.ş 1390

Xarici keçid