İltimasi dua
İltimasi dua (ərəbcə: التماس الدعاء) başqalarından xeyir-dua diləməkdir.[1] İltimasi dua (dua istəmək) adətən ziyarətgahlara gedən və ya ibadətlə məşğul olan şəxslərdən istənilir.[2] Şiə fəqihləri bir rəvayətə əsaslanaraq[3] xəstəni ziyarət edən şəxsin ondan dua etməsini istəməsini müstəhəb hesab etmişlər.[4] Həmçinin tövsiyə olunub ki, kasıba kömək etdikdən sonra ondan xeyir-dua etməsi istənsin, çünki kasıbın ona kömək edən şəxs üçün etdiyi dua qəbul olunur.[5]
Bəzi şiə fəqihləri möminlərdən xeyir-dua istəməyi də müstəhəb hesab etmişlər.[6] Bəzi rəvayətlərə görə, Allah Həzrət Musaya (ə) günah etməmiş bir dillə Ona dua etməyi tövsiyə etmişdir. Musa (ə) bunun necə mümkün olduğunu soruşduqda, ona başqasının dili ilə dua etməsi deyilmişdir.[7] İltimasi dua edən şəxsin istəyini qəbul etmək vacib deyil.[8]
Bəzi fəqihlər "Yusif" surəsinin 97-ci ayəsinə əsaslanaraq "iltimasi dua"nın həm də Allahdan bağışlanma diləməyi əhatə etdiyini bildirmişlər.[9] Bu ayəyə görə, Həzrət Yusifin (ə) qardaşları onu quyuya atdıqlarına görə peşman olub ataları Yəqub peyğəmbərdən (ə) onlar üçün bağışlanma diləməsini istəmişlər.[10]
Ölülərdən dua istəmək
Şiələr dua istəməkdə dirilərlə ölülər arasında fərq qoymur və ölülərdən də "iltimasi dua"nı caiz bilirlər.[11] Əksinə, vəhhabilər ölülərdən, hətta Peyğəmbərdən (s) dua istəməyi caiz saymır və bunu bidət hesab edirlər.[12] Onların dəlili budur ki, ölülər dirilərin səsini eşitmir (səmau məvta)[13] və səhabələrin heç biri belə bir iş görməyib.[14] Şiə alimləri isə bildirirlər ki, ölülər Allahın izni ilə dirilərin səsini eşidirlər[15] və səhabələr Peyğəmbərin (s) vəfatından sonra da ondan dua etməsini istəmişlər.[16]
Əlaqəli məqalələr
İstinadlar
- ↑ Dəhxoda, Lüğətnamə, İltimasi dua daştənin mənasında
- ↑ Ənvəri, Fərhənge bozorqe soxən, h.ş 1390, c.1, s.528 və 529
- ↑ Kuleyni, Əl-Kafi, h.ş 1387, c.5, s.316
- ↑ Nümunə üçün baxın: Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362, c.4, s.5; Ələvi Qorqani, Əl-münazirətun-nazirə, h.ş 1395 c.6, s.64
- ↑ Hürr Amili, Hidayətul-ummə, h.q 1412, c.4, s.123
- ↑ Kaşiful-ğita, Hudəl-müttəqin, h.q 1423. s.85; Sədədi, Məcmuur-rəsailil-fiqhiyyə, h.q 1434, c.1, s.595
- ↑ İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.131
- ↑ Nümunə üçün baxın: Sədədi, Məcmuur-rəsailil-fiqhiyyə, h.q 1434, c.1, s.595
- ↑ Sədədi, Məcmuur-rəsailil-fiqhiyyə, h.q 1434, c.1, s.595
- ↑ Yusif surəsi, ayə 97
- ↑ Nümunə üçün baxın: Kaşiful-Ğita, Mənhəcur-Rəşad, h.ş 1379, s.46
- ↑ Nümunə üçün baxın: İbn Üseymin, Fiqhul-ibadati lil-Üseymin, h.q 1431, s.90; Əba Bətin, Ər-Rəddu ələl-burdə, Darul-Asar, s.48
- ↑ Nümunə üçün baxın: İbn Üseymin, Fiqhul-ibadati lil-Üseymin, h.q 1431, s.90; Əba Bətin, Ər-Rəddu ələl-burdə, Darul-Asar, s.48
- ↑ Nümunə üçün baxın: İbn Üseymin, Məcmuu fətava və rəsailu Muhəmməd ibn Saleh Əl-Üseymin, h.q 1413, c.2, s.339; Zəynu, Məcmuətu rəsailit-tucihatil-islamiyyə, h.q 1417, c.3, s.75
- ↑ Nümunə üçün baxın: Sübhani, Əl-Vəhhabiyyə, h.q 1426, s.305-307; Kaşiful-Ğita, Mənhəcur-Rəşad, h.ş 1379, s.46 və 55
- ↑ Nümunə üçün baxın: Sübhani, Əl-Vəhhabiyyə, h.q 1426, s.305-307
Ədəbiyyat
- Əba Bətin, Abdullah ibn Əbdür-Rəhman, Ər-Rəddu ələl-burdə, Darul-Asar, 1-ci çap
- İbn Üseymin, Məhəmməd ibn Saleh, Fiqhul-ibadati lil-Üseymin, h.q 1431
- İbn Üseymin, Məhəmməd ibn Saleh, Məcmuu fətava və rəsailu Muhəmməd ibn Saleh Əl-Üseymin, Darul-vətən, h.q 1413
- İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Uddətud-dai, Təhqiq və düzəliş: Əhməd Müvəhhidi Qumi, Darul-kutubil-İslami, h.q 1407
- Ənvəri, Həsən, Fərhənge bozorqe soxən, Tehran, Soxən nəşriyyatı, h.ş 1390
- Hürr Amili, Məhəmməd ibn Həsən, Hidayətul-ummə, Məşhəd, Astane qodse rəzəvi, h.q 1412
- Dəhxoda, Əli Əkbər, Lüğətnamə, Tehran universiteti, Çap və nəşriyyat müəssisəsi, h.ş 1390
- Sübhani, Cəfər, Əl-Vəhhabiyyə, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.q 1426
- Sədədi, Əli Fazil, Məcmuur-rəsailil-fiqhiyyə, Qum, h.q 1434
- Ələvi Qorqani, Məhəmməd Əli, Əl-münazirətun-nazirə, Qum, Fəqihe əhli-beyt (ə), h.ş 1395
- Kaşiful-Ğita, Cəfər, Mənhəcur-Rəşad, Qum, h.ş 1379
- Kaşiful-ğita, Hadi, Hudəl-müttəqin, Nəcəf, Kaşiful-ğita müəssisəsi, h.q 1423
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Qum, Darul-hədis, h.ş 1387
- Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Təhqiq: Abbas Quçani, h.ş 1362
Xarici keçid
- بررسی کارکردهای اجتماعی درخواست دعا از دیگران, farsca məqalə