Məzmuna keç

Günahın bağışlanması

wikishia saytından

Bu məqalə günahın bağışlanması barəsindədir. Günahın bağışlanmasını istəmək barəsində məlumat almaq üçün İstiğfar adlı məqaləyə daxil olun.

Günahın bağışlanması (ərəbcə: غفران الذنوب) və ya ilahi məğfirət Allah tərəfindən günahın bağışlanması və günahın təsirlərinin aradan qalxması deməkdir. İslam rəvayətlərində, əxlaq kitablarında və bəzi təfsir kitablarında günahın bağışlanması üçün yollar və dəlillər qeyd edilmişdir. Bunlardan bəziləri aşağıdakılardır: İstiğfar etmək, Əhli-Beytə (ə) məhəbbət bəsləmək, şəfaət, təvəssül, valideynə yaxşılıq etmək, şiə imamlarının (ə) qəbirlərini ziyarət etmək, həccümrə əməlini yerinə yetirmək, sileyi-rəhm (qohumlarla əlaqəni qorumaq), gecə ibadəti etmək, xəstə ziyarət etmək, insanlara yemək vermək, gözəl əxlaqa sahib olmaq, İmam Hüseyni (ə) ziyarət etməkonun müsibətlərinə ağlamaq, ailəyə xidmət etmək və həyat yoldaşına kömək etmək, sədəqə vermək, möminin çətinliyini aradan qaldırmaq, dəfn mərasimində iştirak etmək və elm öyrənmək.

Bəzi məkanlarda olmaq, məsələn, Ərəfat çölündə olmaq, və bəzi xüsusi zamanları dərk etmək, məsələn, Ramazan ayı, Rəcəb ayıNimeyi-Şəban gecəsi də günahların bağışlanmasına səbəb olan amillərdən hesab edilir. Bundan əlavə, dünyəvi çətinliklərə düçar olmaq da günahların bağışlanmasına səbəb ola bilər.

Şirk, dində bidət yaratmaq, haqqun-nas (əgər haqq sahibi razılıq verməzsə) və açıq-aşkar edilən günahlar isə bağışlanmaz günahlar hesab edilmişdir.

Tərifi və mövqeyi

Günahın bağışlanması günahın əfv olunması deməkdir[1] və günahkarın ilahi əzabdan və cəhənnəmdən qurtulmasına, cənnətə daxil olmasına səbəb olur.[2] “Zümər” surəsinin 53-cü ayəsində[3] və İmam Səccadın (ə) Səhifeyi Səccadiyyədəki dualarından birində bağışlanma və günahların əfvi qeyd olunmuşdur:

“Əllahummə ya mən bi rəhmətihi yəstəğisul-muznibun”

Tərcümə: Ey Allahım! Ey o kəs ki, günahkarlar rəhmətindən kömək diləyir![4]

9-cu hicri-qəməri əsrin fiqh alimi və mühəddisi İbn Fəhd Hilli bildirir ki, günahın bağışlanması ilə onun bütün təsirləri aradan qalxır və elə bil ki, insan heç vaxt günah etməmişdir.[5]

Qurani-Kərimin ayələrində və rəvayətlərdə bəzi günahlar bağışlanmaz hesab edilmişdir. Bunlara şirk[6], dində bidət yaratmaq,[7] başqalarının haqqını tapdamaq (haqq sahibi razı olmadığı halda)[8] və açıq-aşkar günah işlətmək[9] daxildir.

Bağışlanma yolları

İslam rəvayətlərində, əxlaq kitablarında və bəzi təfsir əsərlərində Əhli-Beytə (ə) məhəbbət,[10] şəfaət[11] və başqalarının günahkara dua etməsi[12] ilə yanaşı, günahların bağışlanması üçün digər səbəblər də qeyd olunmuşdur:

İslam Peyğəmbəri (s) Ramazan ayının iyirminci gecəsində etdiyi duada belə buyurur:

Keçmişdə etdiyim, amma yadımda olmayan, lakin mənim üçün qeyd olunmuş günahlarım üçün Allahdan bağışlanma diləyirəm. Məni məhv edən günahlar üçün Allahdan bağışlanma diləyirəm. Çox iyrənc və çirkin olan günahlar üçün Ondan bağışlanma diləyirəm. Mənə vacib etdiyi, lakin yerinə yetirməkdə səhlənkarlıq göstərdiyim şeylər üçün Ondan bağışlanma diləyirəm. Məni Rəbbimdən uzaqlaşdıran şeyləri unutduğum üçün Ondan bağışlanma diləyirəm.[13]

Bəzi ibadət əməllərini yerinə yetirmək:

Zaman, məkan və dünyəvi çətinliklər:

Əlaqəli məqalələr

İstinadlar

  1. Məzahiri, Seyro suluk, h.ş 1390, s.140
  2. Məzahiri, Seyro suluk, h.ş 1390, s.155
  3. Məzahiri, Seyro suluk, h.ş 1390, s.140
  4. Səhfeyi-səccadiyye, dua 16, 1-ci hissə
  5. İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.327
  6. Məkarim Şirazi, Valatərin bəndəqan, h.ş 1383, s.155
  7. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1364, s.258
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.6, s.29-30
  9. Bəhrani, Əvalimul-ulum, h.q 1413, c.11, s.280
  10. Deyləmi, İrşadul-qulub, h.ş 1371, c.2, s.253
  11. Məzahiri, Seyro suluk, h.ş 1390, s.275
  12. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.5, s.403
  13. Məhəmməd Reyşəhri, h.ş 1387, c.4, s.309
  14. Nuri, Müstədrəkul-vəsail, h.q 1408, c.12, s.118
  15. Ənsariyan, Təfsir və Şərhe Səhifeyi Səccadiyyə, h.ş 1383, c.12, s.308-310
  16. Qumi, Məqamatul-əliyyə, h.ş 1389, s.474
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.74, s.290
  18. Baxın: Şəhid Əvvəl, Əl-Ərbəunə hədisən, h.q 1407, s.91; Şeyx Səduq, Səvabul-əmal, h.ş 1364, s.56-58; Məhəmmədi Reyşəhri, Nəhcüz-Zikr, h.ş 1387, c.4, s.120
  19. Mamqani, Siracuş-şəriət, h.ş 1388, s.809
  20. Dəstğeyb, Qonahane kəbire, h.ş 1388, c.1, s.122
  21. İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.167
  22. Baxın: İbn Tavus, Fəlahus-sail, h.q 1406, s.167; İbn Fəhd Hilli, Uddətud-dai, h.q 1407, s.338; Məfatihul-cinan, Kumeyl duası, s.62
  23. Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.658
  24. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1364, s.56-58
  25. İbn Qulavəyh, Kamiluz-ziyarat, h.ş 1356, s.129
  26. İbn Qulavəyh, Kamiluz-ziyarat, h.ş 1356, s.104
  27. Kuleyni, əl-Kafi, h.q 1407, c.4, s.64
  28. Şəiri, Cameul-əxbar, s.75
  29. Fəttal Nişaburi, Rövzətul-vaizin, h.ş 1381, s.195
  30. Şeyx Səduq, Səvabul-əmal, h.ş 1364, s.2
  31. Ənsariyan, İrfane İslami, h.ş 1386, c.6, s.99
  32. Mələki Təbrizi, Əsraruz-səlat, h.ş 1372, s.254
  33. Şəiri, Cameul-əxbar, s.166
  34. Qiraəti, Qonahşenasi, h.ş 1386, s.270
  35. Şəiri, Cameul-əxbar, s.68-69
  36. Məhəmmədi Reyşəhri, Nəhcüz-Zikr, h.ş 1387, c.4, s.229
  37. Meşkini, Təhrirul-məvaizil-ədədiyyə, h.ş 1382, s.683
  38. Meşkini, Təhrirul-məvaizil-ədədiyyə, h.ş 1382, s.683
  39. Kuleyni, əl-Kafi, h.q 1407, c.2, s.100
  40. Məclisi, Biharul-ənvar, h.q 1403, c.72, s.461
  41. Kuleyni, əl-Kafi, h.q 1407, c.4, s.52
  42. Baxın: Mamqani, Siracuş-şəriət, h.ş 1388, s.212-213; Şəiri, Cameul-əxbar, s.68-69
  43. Məhəmmədi Reyşəhri, Nəhcüd-dua, h.ş 1389, c.1, s.350
  44. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.8, s.454
  45. Məclisi, Biharul-ənvar, h.q 1403, c.101, s.132
  46. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.8, s.454
  47. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.8, s.454
  48. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.1, s.452
  49. Məclisi, Biharul-ənvar, h.q 1403, c.86, s.283
  50. Məhəmmədi Reyşəhri, Nəhcüz-Zikr, h.ş 1387, c.4, s.115
  51. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.2, s.513
  52. Məhəmmədi Reyşəhri, Nəhcüd-dua, h.ş 1389, c.1, s.330
  53. Məhəmmədi Reyşəhri, Nəhcüd-dua, h.ş 1389, c.1, s.279
  54. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.8, s.452
  55. Mamqani, Siracuş-şəriət, h.ş 1388, s.874
  56. Ənsariyan, Təfsir və Şərhe Səhifeyi Səccadiyyə, h.ş 1383, c.7, s.230
  57. Şəhid Sani, Musəkkinul-fuad, s.21
  58. Məhəmmədi Reyşəhri, Hikmətnameye Peyambəre əzəm (s), h.ş 1387, c.8, s.449
  59. Ənsariyan, Təfsir və Şərhe Səhifeyi Səccadiyyə, h.ş 1383, c.7, s.230

Ədəbiyyat

  • İbn Fəhd Hilli, Əhməd ibn Məhəmməd, Uddətud-dai, Qum, Darul-kitabil-islami, h.q 1407
  • İbn Qulavəyh, Cəfər ibn Məhəmməd, Kamiluz-ziyarat, Nəcəf, Darul-mürtəzəviyyə, 1-ci çap, h.ş 1356
  • Ənsariyan, Hüseyn, Təfsir və Şərhe Səhifeyi Səccadiyyə, Qum, Darul-irfan, h.ş 1383
  • Bəhrani, Abdullah ibn Nurullah, Əvalimul-ulum, Qum, 1-ci çap, h.q 1413
  • Dəstğeyb, Əbdül-Hüseyn, Qonahane kəbire, Qum, h.ş 1388
  • Deyləmi, Həsən ibn Məhəmməd, İrşadul-qulub, Qum, h.ş 1371
  • Şəiri, Məhəmməd ibn Məhəmməd, Cameul-əxbar, Nəcəf
  • Şəhid Əvvəl, Əl-Ərbəunə hədisən, Qum, İmam Mehdi (ə) mədrəsəsi, 1-ci çap, h.q 1407
  • Şəhid Sani, Musəkkinul-fuad, Qum, Məktəbətu bəsirəti
  • Şeyx Səduq, Səvabul-əmal, Qum, h.ş 1364
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, 3-cü çap, h.ş 1372
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rövzətul-vaizin, Qum, Dəlile ma, h.ş 1381
  • Qiraəti, Möhsin, Qonahşenasi, Tehran, h.ş 1386
  • Qumi, Abbas, Məqamatul-əliyyə, Qum, h.ş 1389
  • Kuleyni, Məhəmməd ibn Yaqub, əl-Kafi, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Mamqani, Abdullah, Siracuş-şəriət, Qum, h.ş 1388
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Nəhcüd-dua, Qum, h.ş 138
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Nəhcüz-Zikr, Qum, h.ş 1387
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Hikmətnameye Peyambəre əzəm (s), Qum, h.ş 1387
  • Meşkini, Əli, Təhrirul-məvaizil-ədədiyyə, Qum, Nəşrul-Hadi, h.ş 1382
  • Məzahiri, Hüseyn, Seyro suluk, İsfahan, h.ş 1390
  • Məkarim Şirazi, Nasir, Valatərin bəndəqan, Qum, Nəsle cavan, h.ş 1383
  • Mələki Təbrizi, Cavad, Əsraruz-səlat, Tehran, Peyame azadi, h.ş 1372
  • Nuri, hüseyn ibn Məhəmməd Təqi, Müstədrəkul-vəsail, Qum, Alul-beyt müəssisəsi, 1-ci çap, h.q 1408