İmam Sadiqin (ə) oğlu İsmayıl
Ad | İsmail ibn Cəfər Əs-Sadiq (ə) |
---|---|
Rolu | İsmailiyyə firqəsinin 7-ci imamı |
Vəfatı | Hicrətin 143-cü və ya 145-ci ili |
Dəfn edildiyi yer | Mədinədə Bəqi qəbiristanlığında |
Yaşayış yeri | Mədinə |
Atası | İmam Sadiq (ə) |
Anası | Fatimə, Hüseyn ibn Əli ibn Hüseynin qızı |
Övladları | Məhəmməd və Əli |
İsmayıl ibn Cəfər (ərəbcə: إسماعيل بن جعفر الصادق) İmam Sadiqin (ə) böyük oğludur (vəfatı: 143 və ya 145-ci hicri) və ismaililər onu və ya oğlu Məhəmmədi İmam Sadiqdən (ə) sonra imam hesab edirlər. Amma İmamiyyə məzhəbinə və həmçinin Peyğəmbərdən (s) gələn hədislərə əsasən, İmam Sadiqdən (ə) sonra imam, Musa ibn Cəfərdir. İsmayılın imamətinə etiqad bəsləmək ismaililərin imamiyyədən ayrılması və ismaili məzhəbinin yaranmasının başlanğıcı oldu.
İsmayılın şəxsiyyəti ilə bağlı fikir ayrılığı var, bəziləri rəvayətlərə istinad edərək onun ğalilərlə (müqəddəs insanları ilahlaşdıranlar) əlaqəsi olduğunu düşünürlər. Amma Ayətullah Xoyi bu rəvayətləri izah edərək, habelə başqa rəvayətlərə istinad edərək onun hörmət sahibi bir şəxs olduğunu və atasının məhəbbətini qazandığını bəyan edib.
İsmayıl İmam Sadiqin (ə) sağlığında vəfat etmiş və Bəqidə dəfn edilmişdir. İmam Sadiq (ə) onun dəfnini açıq şəkildə keçirir və beləcə, onun imamətinə inananların şübhəsini aradan qalxması üçün insanları vəfatına şahid tutur. Həmçinin rəvayətlərə əsasən, İsmayılın vəfat vaxtı ilə bağlı bir bəda (Allahın öz qərarlarını dəyişdirməsi) baş vermişdir. Çünki, bəzi şiələr onu imam hesab edirdilər və onun vəfatı ilə beləcə onun imam olmadığı məlum olur.
Həyatı və ailəsi
İsmayıl İmam Sadiqin (ə) oğlu və İmam Səccadın (ə) nəvəsi Fatimənin oğludur.[1] Tarixi mənbələrdə onun doğum tarixi qeyd olunmur. Lakin İmam Kazım (ə)-ın hicri 127[2] və ya 128-ci ildə[3] dünyaya gəlməsinə və İmam Kazımla (ə) İsmayılın[4] 25 illik fərqinə əsaslanaraq onun mövludunun ikinci əsrin əvvəllərində olduğu təxmin edilmişdir.[5]
Əli ibn Muhəmməd Ələvi Öməri isə İsmayılın vəfat ilini hicri 138[6] qeyd edir. Ancaq Tarixi kitabının müəllifi Təbəri isə onun hicri 140[7] ildə sağ olduğunu, habelə 143[8] ildə və ya 145 ildə[9] öldüyünü bildirmişdir. İsmayılın nəsli onun övladları Məhəmməd və Əli vasitəsilə davam etdi.[10] Məhəmmədin İsmayıl və Cəfər Əkbər[11] adlı iki övladı vardı və Əli ibn İsmayılın nəsli də Məhəmməd adlı uşaqdan gəlir.[12]
Xorasan, Neyşabur, Samira,[13] Dəməşq,[14] Misir,[15] Əhvaz, Kufə, Bağdad,[16] Yəmən,[17] Sur,[18] Hələb,[19] və Qum[20] kimi şəhərlərə İsmayılın nəslindən olanlar yaşayırlar.
Etibarı və şəxsiyyəti
Şiə alimi Ayətullah Xoiyə (1271-1278) görə, İsmayıl ilə bağlı iki növ rəvayət vardır. Beləki, bəzi rəvayətlərdə tərif və mədh edilsə də, bəzilərində məzəmmət edilir.[21] İsmayılın məzəmmət edildiyi rəvayətlərə görə, onun Müfəzzəl ibn Ömər və Bəssam Seyrəfi kimi ğulatlarla əlaqəsi olub və İmam Sadiq (ə) onun bu əlaqəsindən narazı idi.[22] Həmçinin, o elə məclislərə gedirdi ki, bütün bunlar onun əxlaqi səciyyəsinə dair şübhələr yaradırdı.[23] Ayətullah Xoi məzəmmət edən rəvayətlərin zəif sənədlərə malik olduğunu bildirərək onun tərif və məhd edildiyi rəvayətlərə üstünlük verir. Ona görə də, İsmayılı alicənab və atasının məhəbbətini qazanmış bir şəxs hesab edir.[24]
Bəziləri İsmayılın Xitabiyyə ilə əlaqəsini və onların ismaili məzhəbinin yaranmasındakı rolunu qeyd etmişlər. Onların fikrincə, Əbul Xəttab və İsmayıl İmam Sadiqin (ə) sağlığında bir-birinin köməyi ilə İsmailiyyənin əsasını təşkil edən əqidələr qurublar.[25] Ancaq, bu iddiaya heç bir dəlil olmadığı bildirilir.[26] Fransız İslam alimi Masinyun da Əbül Xəttabı İsmayılın mənəvi atası hesab edir.[27] Əlbəttə, İsmaili məzhəbindən olan fəqih Qazi Noman (hicri 283-363) Əbul Xəttabın ismaili firqəsinin yaranmasında rolu olduğunu qəbul etmir və onun sadəcə bidətçi olduğunu və İmam Sadiq (ə.s) tərəfindən lənətlənmiş olduğunu bəyan edir.[28]
Mənsur Abbasi ilə əlaqəsi
Qəməri təqviminin 3-cü əsr tarixçisi Məhəmməd ibn Cərir Təbəri rəvayət edir ki, hicri 140-cı ildə Mənsur Abbasi Məkkəyə gedir. Eyni zamanda Abdullahın oğulları Məhəmməd Nəfs Zəkiyyə və İbrahim kimi bir sıra ələvi və bir qrup xorasanlılar və onların tərəfdarları da Məkkədə toplaşırlar. Onlardan bəziləri Mənsuru öldürmək qərarına gəlir, lakin Məhəmməd buna qarşı çıxır. İsmayıl bu qərardan Mənsuru xəbərdar edir və o, Abdullahı həbs edir və övladlarını ondan tələb edir. Abdullah bundan imtina edəndə isə zindana salınır və əmlakı satılır.[29]
İsmayılın İmamət iddiası
İmamiyyənin baxışı
İmamiyyə alimləri İsmailin imamətinə dair mətnin mövcudluğunu inkar etmiş və İsmayılın imamətini inkar edən rəvayətləri nəql etmişlər.[30] Rəvayətlər arasında Louh hədisi[31] və Cabir hədisi[32] var ki, ona əsasən Peyğəmbər (s) on iki imamın adını zikr etmişdir və bu hədislərdə Cəfər ibn Məhəmməddən sonra imam, İsmayıl deyil, onun oğlu Musadır. Həmçinin İmam Sadiq (ə) bir neçə dəfə Musa ibn Cəfərin imamətini yaxın səhabələrinə elan etmişdir. Əl-Kafi[33], İrşad[34], İlamul-vəra[35] və Biharul-Ənvar[36] kitablarının hər birində Musa ibn Cəfərin (ə.s.) imamətinin mətnləri haqqında bir fəsil var. Müvafiq olaraq 16, 46, 12 və 14 ədəd rəvayət nəql olunmuşdur.[37]
Ölümünü aşkara çıxartmaq
Zürarə ibn Əyənin nəql etdiyi rəvayətə əsasən, İsmayılın vəfatından sonra və dəfn[38] olunmazdan əvvəl İmam Sadiq (ə) oğlunun ölümünü aşkar edərək[39] yaxın səhabələrindən otuz nəfəri onun ölümünə şahid qərar verir və onun yerinə həcc etməyi əmr edir.[40] İmamın məqsədi onun imamətinə olan etiqadını aradan qaldırmaq idi, çünki bəzi insanlar onun İmam Sadiqdən (ə) sonra imam olduğunu düşünürdülər.[41] Ancaq, bəzi ismaililərin əqidəsinə görə, İsmayıl ölmədi və onu ölmüş kimi göstərmək insanları aldatmaq, özünün və ətrafındakıların həyatını xilas etmək məqsədi daşıyırdı.[42]
İsmaililərin baxışı
İsmailiyyə İmam Sadiqdən (ə) sonra oğlu İsmayılın və ya nəvəsi Muhəmməd ibn İsmayılın imamlığına inanan firqənin adıdır.[43] İsmaili məzhəbindən olan Mübarəkiyyə və Qəramətə firqəsinə görə, Cəfər ibn Məhəmməddən sonra imam Məhəmməd ibn İsmayıldır, çünki İsmayıl İmam Sadiqin (ə) canişini idi və atasının sağlığında vəfat etdiyi üçün İmam Sadiq (ə) imaməti onu oğluna həvalə etmişdir. Onların əqidəsinə görə, İmam Hüseyn və İmam Həsənin (ə) imamətindən sonra imamətin qardaşdan qardaşa keçməsi caiz deyil.[44] Səd ibn Abdullah Əşəri də bu əqidəni Xalisə və ya Xəttabiyyə İsmailiyyəyə aid etmişdir.[45] Bəzi ismaililər İsmayıl İbn Cəfərin vəfat etmədiyinə və onun vəd edilmiş Mehdi olduğuna inanırlar.[46] Buna baxmayaraq, ismaili mənbələrində və Qazi Nomanın kitablarında İsmayılın imaməti haqqında rəvayətin dəqiq mətni yoxdur.[47] Cəfər ibn Mənsur əl-Yəmən Dai İsmaili 4-cü əsrin əvvəllərində ravilərin adlarını zikr etmədən İsmayılın imaməti haqqında hədislər toplamışdır.[48] Həmçinin bəzi mənbələrdə Fatimi xəlifələrinin İsmayılın yerinə ilk dəfə onun qardaşı Abdullah Əftəhi imam kimi təqdim etdikləri bəyan olunub. Sonra isə bunu inkar edərək İsmayılın imamətini elan etdilər.[49]
İsmayıl barəsində bəda
İsmayıl vəfatı vaxtı ilə bağlı bəzi rəvayətlərə görə, bəda baş vermişdir ki, insanlar onun atasından sonra imam olmadığını bilsinlər,[50] çünki bir qrup şiə İmam Sadiqdən (ə) sonra İsmayılı imam hesab edirdilər. Beləcə, atasının sağlığında vəfat etməsi onun imam olmadığı və sonrakı imamın Musa ibn Cəfər (ə) olduğu məlum olur.[51] Ancaq, ismaili firqəsinə aid mənbələrə nəzər saldıqda onlar bəda hadisəsini İsmayılın imaməti ilə bağlamışlar.[52]
Dəfni
İsmayıl Mədinəyə yaxın Urayz adlanan ərazidə vəfat etmiş və Bəqidə dəfn edilmişdir.[53] Fatimilər xilafəti dövründə (hicri 297-567) qəbrinin üstündə məqbərə tikilmişdir.[54] Məqbərəsi Bəqi qəbiristanlığının kənarında, Bəqi divarından 15 metr qərb istiqamətində və Bəqi imamlarının qəbirləri ilə üzbəüz yerləşir.[55] İsmayılın qəbrini şiələr, xüsusən də İsmaililər ziyarət edirlər. Onların səfərnamələrində onun məqbərəsi barəsində məlumat zikr olunmuşdur.[56]
Məhəmməd Sadiq Nəcminin (1315-1310) dediyinə görə, hicri 1394-cü ildə Bəqi qəbirsanlığının qərb istiqamətinin tikintisi zamanı İsmayılın qəbrinin ətrafı dağıdılmış və şayiələr yayılmışdır ki, onun cəsədi əsrlər sonra çürümədən tapılıb. Daha sonra isə, İsmayılın cənazəsi Bəqi qərbistanlığının daxilində və yeri Hərrə şəhidlərinin şərq tərəfində və Həlimə Sədiyyənin qəbrindən 10 metr aralıda yerləşir.[57]
İstinadlar
- ↑ Şeyx Müfid, Əl-İrşad, h.q 1413, c.2, s.209
- ↑ Təbəri, Dəlailul-İmamə, h.q 1403, s.303
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.6
- ↑ Əbu Hatəm Razi, Əz-Ziynə, s.288; Həbibi Məzahiridən nəql olunana görə, "İsmail ibn Cəfər, s.648
- ↑ Həbibi Məzahiri, Dairətul-məarife bozorqe İslami, c.8, s.648
- ↑ Uməri, Əl-Məcdi, h.q 1409, c.1, s.100
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.7, s.524
- ↑ Zirikli, Əl-Elam, m. 1980, c.1, s.311
- ↑ Sübhani, Fərhənge əqaid və məzahibe İslami, c.7, s.296
- ↑ Fəxr Razi, Əş-Şəcərətul-mübarəkə, h.q 1409, s.101
- ↑ Fəxr Razi, Əş-Şəcərətul-mübarəkə, h.q 1409, s.101
- ↑ Fəxr Razi, Əş-Şəcərətul-mübarəkə, h.q 1409, s.103
- ↑ Buxari, Sirrus-silsilətil-Ələviyyə, h.q 1413, s.36
- ↑ Həməvi, Mucəmul-buldan, m. 1995, c.2, s.469
- ↑ Həməvi, Mucəmul-buldan, m. 1995, c.2, s.142
- ↑ Ələvi, əl-Məcdi, h.q 1409, s.103
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1410, c.20, s.37
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1410, c.30, s.309
- ↑ Zəhəbi, Tarixul-İslam, h.q 1410, c.12, s.40
- ↑ Nuri, Xatimətul-mustədrək, h.q 1415, c.4, s.485
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.124-127
- ↑ Kəşşi, Ricalul-Kəşşi, h.q 1409, s.245; Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.125
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.70
- ↑ Xoyi, Mucəmu ricalil-hədis, h.q 1410, c.3, s.127
- ↑ Levis, The Origins of Isma'ilism, s.42; Həbibi Məzahiri, Dairətul-məarife bozorqe İslami, c.9, s.650
- ↑ Həbibi Məzahiri, Dairətul-məarife bozorqe İslami, c.9, s.650
- ↑ Həbibi Məzahiri, Dairətul-məarife bozorqe İslami, s.649
- ↑ Qazi Numan, Dəaimul-İslam, h.q 1385, c.1, s.49-50
- ↑ Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.7, s.524
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.70-71
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, s.527-528
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.182
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.307-311
- ↑ Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.216-222
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.2, s.7-16
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.48, s.12-29
- ↑ Bir qrup yazıçı, Məcmue məqalate siyre və zəmane İmam Kazim (ə), h.ş 1392, c.2, s.79-81
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.328
- ↑ Numani, Əl-Ğeybə, h.q 1397, s.328
- ↑ İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.1, s.266
- ↑ Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.546; İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.1, s.266
- ↑ Şəhristani, Əl-Miləlu vən-nihəl, h.ş 1364, c.1, s.226
- ↑ Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.306
- ↑ Mufid, Əl-Fusulul-muxtarə, h.q 1413, s.306
- ↑ Əşəri, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.81
- ↑ Əşəri, Əl-Məqalat vəl-firəq, h.ş 1360, s.79
- ↑ Həbibi Məzahiri, Dairətul-məarife bozorqe İslami, c.9, s.650
- ↑ Cəfər ibn Mənsur əl-Yəmən, Sərair, h.q 1404, s.256
- ↑ İbn Həzm, Cumhurətu ənsabil-ərəb, h.q 1403, s.59
- ↑ Səduq, Kitabut-təvhid, s.336
- ↑ Sübhani, Əl-Bəda əla zəvil-kitabi-vəs-sunnət, h.ş 1392, s.131
- ↑ Cəfər ibn Mənsur əl-Yəmən, Sərair, h.q 1404, s.246-247
- ↑ Ələvi, əl-Məcdi, h.q 1409, s.99-100
- ↑ Mütri, Ət-Tərif, h.q 1426, s.121
- ↑ Nəcmi, Tarixe hərəme əimme Bəqi, h.ş 1380, s.289-290
- ↑ Əyyaşi, Əl-Mədinətul-munəvvərə, h.q 1406, s.175
- ↑ Nəcmi, Tarixe hərəme əimme Bəqi, h.ş 1380, s.300-302
Ədəbiyyat
- İbn Həzm, Əli, Ənsabul-ərəb, Beyrut, h.q 1403 \ m. 1983
- İbn Şəhraşub, Məhəmməd, Əl-Mənaqib, Qum, Əllamə nəşri, h.q 1379
- Əşəri, Səd ibn Abdullah, Əl-Məqalat vəl-firəq, 2-ci çap, h.ş 1360
- Buxari, Səhl ibn Abdullah, Sirrus-silsilətil-Ələviyyə, h.ş 1371 \ h.q 1413
- Cəfər ibn Mənsur Əl-Yəmən, Sərair, Beyrut, h.q 1404 \ m. 1984
- Bir qrup yazıçı, Məcmue məqalate siyre və zəmane İmam Kazim (ə), Qum, h.ş 1392
- Həbibi Məzahiri, Məsud, İsmail ibn Cəfər, Dairətul-məarife bozorqe İslami, Tehran
- Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru Sadir, m. 1995
- Xoyi, Seyyid Əbül-Qasim, Mucəmu ricalil-hədis, Qum, h.q 1410 \ h.ş 1369
- Zəhəbi, Məhəmməd ibn Əhməd, Tarixul-İslam, Beyrut, Darul-kitabil-ərəbi, h.q 1410
- Sübhani, Cəfər, Əl-Bəda əla zəvil-kitabi-vəs-sunnət, Qum, İmam Sadiq (ə) müəssisəsi, h.ş 1392
- Şəhristani, Məhəmməd ibn Əbdül-Kərim, Əl-Miləlu vən-nihəl, Qum, 3-cü çap, h.ş 1364
- Səduq, Məhəmməd ibn Əli, Ət-Təvhid, Tehran, Haşim Hüseyni Tehraninin səyi ilə, h.q 1398
- Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, 2-ci çap, h.q 1395
- Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, h.q 1387
- Təbərsi, fəzl ibn Həsən, ilamul-vəra, Qum, Alul-Beyt, h.q 1417
- Ələvi, Əli ibn Məhəmməd Əl-Məcdi, Qum, h.q 1409
- Əyyaşi, Əl-Mədinətul-munəvvərə, Küveyt, Darul-ərqəm, h.q 1406
- Fəxri Razi, Əş-Şəcərətul-mübarəkə, Qum, h.q 1409
- Qazi Numan Məğribi, Məhəmməd, Dəaimul-İslam, Alul-Beyt (ə) müəssisəsi, Qum, h.q 1385
- Kəşşi, Məhəmməd ibn Ömər, Ricalul-kəşşi, Düzəliş: Həsən Mustəfəvi, h.q 1409
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tarixe hərəme əimme Bəqi, h.ş 1380 Tehran, İslamiyyə, 4-cü çap, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, h.q 1403
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-İrşad, Qum, Şeyx Mufid Konqresi, h.q 1413
- Müfid, Məhəmməd ibn Məhəmməd, Əl-Fusulul-muxtarə, Düzəliş: Əli Mirşərifi, Qum, Şeyx Mufid Konqresi, h.q 1413
- Nəcmi, Məhəmməd Sadiq, Tarixe hərəme əimme Bəqi, Qum, Məşər, h.ş 1380
- Numani, Məhəmməd ibn İbrahim, Əl-Ğeybə, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Səduq nəşi, h.q 1397
- Nuri, Mirza Hüseyn, Xatimətul-mustədrək, Qum, Alul-Beyt (ə), h.q 1415