Cabir hədisi
- Ləvh hədisi ilə səhv salınmasın.
Mövzu | İmamət |
---|---|
Nəql olunub | İslam Peyğəmbəri (s) |
Əsas ravi | Cabir ibn Abdullah Ənsari |
Şiə mənbələri | Kifayətul-əsər, Kəmaluddin, Biharul-ənvar |
Sünni mənbələri | Yənabiul-məvəddə |
Quran dəstəkləyib | Ulil-əmr ayəsi |
Cabir hədisi (ərəbcə: حديث جابر), Həzrət Peyğəmbərdən (s) nəql olunan, on iki imamın adları və onların imamətlərini təsdiqləyən hədisdir.
Peyğəmbər (s) bu hədisi Cabir ibn Abdullah Ənsarinin "ulil-əmr" ayəsinin nümunəsi ilə bağlı olan sualının cavabı olaraq demişdir. Bu hədisdə şiələrin beşinci imamı sayılan İmam Baqirdən (ə) də bəhs edilir. Şiələr öz imaməti sübut etmək və imamlarını İslam Peyğəmbəri (s) tərəfindən təyin edildiyini sübut etmək üçün bu hədisə istinad edirlər.
Cabir hədisi bəzi şiə mənbələrində, o cümlədən, "Kifayətul-Asar", "Kamalud-din" və "Biharul-Ənvar" və eləcə də "Yənabiul-Məvəddəh" kitabı kimi sünni mənbələrində də gəlmişdir. Həmçinin bəzi şiə təfsirlərində, “Ulil-Əmr” ayəsinin təsfirində bu hədisi gətirmişlər.
Hədisin mətni
İtaət ayəsi nazil olduqdan sonra Cabir ibn Abdullah Ənsari Peyğəmbərdən (s) soruşdu: Ey Rəsulullah, biz Allahı və Onun rəsulunu tanıdıq. Ulil-əmr (əmr sahibləri) kimlərdi ki, Allah taala onların itaətin eynilə özünün və sizin itaətiniz kimi qərar verib? Həzrət Peyğəmbər (s) cavabında buyurdu: “Onlar mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır ki, onlardan birincisi Əli ibn Əbi Talibdir, ondan sonra isə ardıcıl olaraq Həsən, Hüseyn , Əli bin Hüseyn və Məhəmməd bin Əlidir. Tövratda Baqir adı ilə tanınanı qocalıq çağında görəcəksən və nə vaxt onu görsən, mənim salamımı ona çatdır"
Məhəmməd bin Əlidən sonra ardıcıl olaraq Cəfər bin Muhəmməd, Musa bin Cəfər, Əli bin Musa, Məhəmməd bin Əli, Əli bin Muhəmməd, Həsən bin Əli və ondan sonra isə onun mənimlə eyni ad və ləqəbli oğludur. O, insanların gözündən gizli qalan şəxsdir və qeyb müddəti, ona olan imanda yalnız möhkəm iman sahibi olan insanlar qalana qədər uzanar.[1]
Hədisi nəql edən şəxs
Bu hədisi Cabir bin Abdullah Ənsari Allah Rəsulundan nəql etmişdir, ona görə də "Cabir" hədisi kimi tanınır. Cabir hədisində şiələrin on iki imamının hər birinin adını çəkməklə onların imaməti öz təsdiqini tapır.
Hz. Peyğəmbər (s) beşinci imamın adını çəkərkən onun ləqəbini (Baqir) qeyd elədi və Cabirdən İmam Baqir (ə) ilə görüşən zaman onun salamını çatdırmasını istədi.[2] Bu hədisdə həmçinin on ikinci imamın qeybi və onun uzun sürməsi qeyd edilmiş və qeybdə olan imamın bulud arxasında olan günəşə bənzədilmişdir.[3]
Hədisin mənbəyi
Bu hədisə "Kifayətul-asar,[4] "Kamalud-din" [5] və "Biharul-Ənvar" [6] kimi bəzi şiə mənbələrində və həmçinin "Yənabiul-Məvəddəh" [7] və başqa bəzi sünni mənbələrində rast gəlinir və bəzi şiə təfsirçiləri bu hədisi "ulil-əmr" ayəsinin təfsirində qeyd etmişlər.[8]
İstinadlar
- ↑ Təbərisi, İlamul-Vəra, h.q 1417, c. 2, s. 182 ; Qunduzi, Yənabiul- məvəddə, h.q 1422, c. 3, s. 398-399
- ↑ Təbərisi, İlamul-Vəra, h.q 1417, c. 2, s. 181-182
- ↑ Təbərisi, İlamul-Vəra, h.q 1417, c. 2, s. 181-182
- ↑ Xəzzaz Razi, Kifayətul-əsər, h.q 1401, s. 54-55
- ↑ Səduq, Kəmalud-din, h.q 1395, c. 1, s. 253-254
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c. 36, s. 152
- ↑ Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, c. 3, s. 398-399
- ↑ Bəhrani, Əl-burhan, h.q 1416, c. 2, s. 103-104 ; Feyz Kaşani, Əl-əsfa, h.q 1418, c. 1, s. 217 ; Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c. 4, s. 116 ; Şərif Lahici, Təfsire Lahici, h.ş 1373, c. 1, s. 496 ; Qumi Məşhədi, Kənzilud-dəqaiq, h.q 1415, c. 3, s. 438 ; Ərusi Huveyzi, Nurus-səqəleyn, h.q 1422, c. 1, s. 499
Ədəbiyyat
- Bəhrani, Seyyid Haşim, Əl-burhan fi Təfsiril-Quran, Təhqiq: Qismud-dirasatil-islamiyyə müəssisətil-besət, Bünyade besət, Tehran, h.q 1416
- Xəzzaz Razi, Əli ibn Muhəmməd, Kifayətul-əsər fin-nəssi ələl-əimməti-isnə əşər, Təshih: Əbdullətif Hüseyni Kuhkəməri, Qum, Bidar nəşriyyat, h.q 1401
- Şərif Lahici, Muhəmməd ibn Əli , Təfsire Şərif Lahici, Təhqiq: Muhəddis Urməvi, Tehran, Dəftəre nəşr dad, h.ş 1373
- Şeyx Səduq, Muhəmməd ibn Əli, Kəmalud-din və Tamamun-nemə, Təshih: Əliəkbər Ğəffari, Tehran, İslamiyyə nəşri, h.q 1395
- Təbərisi, Fəzl ibn Həsən, İlamul-Vəra bi ilamil-huda, Qum, Alul-beyt nəşri, h.q 1417
- Tayyib, Seyyid Əbdulhüseyn, Ətyəbul-bəyan fi Təfsiril-Quran, Tehran, İntişarate İslam, h.ş 1377
- Ərusi Huveyzi, Əbdəli ibn Cümə, Təhqiq: Seyyid Haşim Rəsuli Məhəllati, Təfsiru Nurus-səqəleyn, Qum, İntişarate İsmailyan, h.q 1415
- Feyz Kaşani, Möhsin, Əl-əsfa fi Təfsiril-Quran, Təhqiq: Muhəmmədhüseyn Dirayəti və Muhəmmədrza Neməti, Qum, Mərkəze İntişarate dəftəre təbliğate islami, h.q 1418
- Qumi Məşhədi, Kənzilud-dəqaiq və Bəhrul-ğəraib, Təhqiq: Hüseyn Dərgahi, Tehran, Sazmane çap və İntişarate vizarəte ərşəde islami, h.ş 1368
- Qunduzi, Süleyman ibn İbrahim, Yənabiul-məvəddə ləzul-qurba, Qum, Usvə nəşri, h.q 1422
- Məclisi, Muhəmmədbaqir, Biharul-ənvar, Beyrut çapı, Daru Ehyait-turasil-ərəbi, h.q 1403