Məzmuna keç

Cihad hökmü

wikishia saytından

Cihad hökmü (ərəbcə: حكم الجهاد) və ya cihad fətvası düşmənlə cihada başlamaq və onun xüsusiyyətlərini müəyyənləşdirmək üçün şəriət hakiminin verdiyi göstərişdir. Qeybət dövründə cihad hökmünün verilməsi, şiə mərcələrinin fətvasının təsirli və güclü olduğuna, eləcə də təcavüzkarlar qarşısında İslam cəmiyyətinin təhlükəsizliyinin və dinin müdafiəsində əhəmiyyətli rol oynadığına dəlalət edir. İslam fiqhinə əsasən, cihad hökmü verildikdə, müdafiə gücünə sahib olan hər bir müsəlmanın düşmənə qarşı cihada qatılması vacib olur. Bu hökm, İslam torpağına hücum baş verdikdə, dinə təhlükə hiss edildikdə və müsəlmanların izzət və müstəqilliyinə xələl gəldikdə şərtlərə malik bir müctəhid tərəfindən verilir.

Şiə fəqihləri tarix boyunca müxtəlif dövrlərdə cihad fətvaları vermişlər. Hicri 1241–1243-cü illər arasında Cəfər Kaşiful-Qita, Seyid Əli Təbatəbai, Mirzayi Qumi, Molla Əhməd Nəraqi və Seyid Məhəmməd Mücahid kimi şiə alimləri Qacar hökumətini dəstəkləmək və İran müsəlmanlarını müdafiə etmək məqsədilə Rusiyaya qarşı cihad fətvaları vermişlər. Bəziləri bu fətvaları imamiyyə fiqhi tarixində ilk cihad hökmü saymışlar.

İraqda da hicri 1337-ci ildə Məhəmməd Təqi Şirazinin verdiyi cihad fətvası nəticəsində xüsusilə şiə bölgələrində müstəmləkə və İngiltərə qüvvələrinə qarşı “Səvrətul-işrin inqilabı” adlı silahlı qiyam baş vermişdir. Hicri 14-cü əsrin şiə fəqihlərindən olan Əbdülkərim Zəncani 1948-ci miladi/1327-ci şəmsi ilində İsrailə qarşı cihad fətvası vermişdir. 2014-cü ildə isə Ayətullah Seyid Əli Sistani İraqda İŞİD-in irəliləyişinə qarşı cihad hökmü vermişdir.

Məhəmməd Həsən Rəcəbi tərəfindən yazılmış “Rəsail və Fətvalar Cihadı” adlı kitab, hicri 1200–1338-ci illər arasında fəqihlər tərəfindən verilmiş 95 risalə və fətvanı ehtiva edir.

Əhəmiyyəti və mövqeyi

Cihad hökmü şəriət hakiminin düşmənlə cihada başlamaq və onun xüsusiyyətlərini müəyyənləşdirmək üçün verdiyi göstərişdir.[1] Qeybət dövründə cihad hökmünün verilməsi, şiə mərcələrinin fətvalarının təsir gücünü və müsəlmanların canı, malı və torpaqlarının müstəqilliyinin düşmənlər qarşısında qorunmasının vacibliyini göstərir.[2] Qeybət dövründəki müdafiə cihadı kimi belə fətvaların təcavüzkarlar qarşısında dini və İslam cəmiyyətinin təhlükəsizliyini qoruduğu bildirilmişdir.[3]

Şiə fəqihləri bir çox hallarda İslam torpaqlarına hücum edildikdə və ya dinə, müsəlmanların izzətinə və müstəqilliyinə təhlükə hiss etdikdə cihad hökmü verərək xalqı düşmənə qarşı müdafiəyə və müqavimətə çağırmışlar.[4] Məsələn, hicri 1337-ci ildə Məhəmməd Təqi Şirazinin cihad fətvası ilə İraqın müxtəlif bölgələrində, xüsusilə şiələrin yaşadığı ərazilərdə müstəmləkəçilyə və İngilis qüvvələrinə qarşı silahlı qiyam – “İşrin inqilabı” baş vermişdir.[5]

Şiə fəqihləri müdafiə cihadının həyata keçirilməsi üçün İmamın (ə) və ya onun xüsusi nümayəndəsinin şəxsən iştirakını və ya icazəsini şərt saymayıblar.[6]

Lakin hicri 13-cü əsrin böyük müctəhidlərindən olan Cəfər Kaşiful-Qita müdafiə cihadının təşkilatlanmış və komandanlıq altında keçirilməsi üçün qeybət dövründə camiuş-şərait (ixtisaslı) müctəhidin icazəsini vacib saymışdır.[7] Hüseyn Əli Müntəziri isə bu şərti cihadın şəri olmasının şərti kimi deyil, həqiqətdə, vəliyyi fəqihin hökmünü onun nəzarəti və koordinasiyası baxımından qiymətləndirmişdir. Onun fikrincə, müdafiə cihadı hər bir müsəlmana şərtsiz olaraq vacibdir.[8]

Məşhur cihad fətvaları

Şiə alimlərinin İsrailə qarşı cihad fətvası

Şiə müctəhid və fəqihləri tərəfindən müxtəlif tarixi dövrlərdə cihadın vacibliyi ilə bağlı verilmiş ən məşhur fətvalardan bəziləri aşağıdakılardır:

  • Rusiya ordusunun hicri-qəməri 1241–1243-cü illərdə İrana hücumu və bəzi bölgələri işğal etməsi zamanı, Şiə alimləri – Cəfər Kaşiful-Qita, Seyid Əli Təbatəbai, Mirzə Qumi, Molla Əhməd Nəraqi və Seyid Məhəmməd Mücahid – Qacar hökumətini dəstəkləmək və İranın müsəlman xalqını müdafiə etmək məqsədilə Rusiya qüvvələrinə qarşı müdafiə cihadı fətvası verdilər.[9] Bu fətvalar, cihad hökmləri barədə yazılmış risalələrlə birlikdə Abbas Mirzənin (Fətəli şahın vəliəhdi) əmri və Mirzə İsa Qaimməqam Fərahani tərəfindən “Əhkamul-Cihad və Əsbabur-Rəşad” adlı bir əsərdə toplanmışdır.[10] Bildirilir ki, bu fətvalar Şiə tarixində verilmiş ilk cihad fətvaları olmuşdur.[11]
  • Məhəmməd Təqi Şirazinin cihad fətvası, hicri təqvimi ilə 1337-ci ilin Rəbiüləvvəl ayının 20-də İngiltərənin İraqdakı hökmranlığına qarşı verilmiş təsirli bir fətvadır.[12] Fətvada deyilir: “İraq xalqı hüquqlarını tələb etməlidir və bu tələb zamanı sakitlik və əmin-amanlığa riayət etməlidirlər. Əgər İngiltərə bu tələbləri qəbul etməzsə, müdafiə gücünə müraciət etmələri caizdir”.[13]
  • İtaliyanın Liviyaya hücumu zamanı cihada dair verilən fətva: Axund Xorasaninin rəhbərliyi ilə Seyid İsmayıl Sədr, Şeyx Abdullah Mazandərani və Şeyxüş-Şəriə İsfahani birgə bəyanat verərək müsəlmanları İslam torpaqlarını müdafiə etməyə çağırdılar.[14] Fətvada deyilirdi: “Rusiyanın İrana və İtaliyanın Tripoliyə hücumu İslamın məhvinə və Quranın silinməsinə səbəb olacaqdır. Bütün müsəlmanlar bir yerə toplanmalı və öz dövlətlərindən bu qanunsuz təcavüzlərə qarşı ciddi şəkildə müdaxilə etməyi tələb etməlidirlər. Bu böyük fitnə aradan qalxmayınca, rahatlıq haramdır. Bu İslamı müdafiə edən hərəkət, BədrHüneyn döyüşlərindəki mücahidlər kimi Allah yolunda cihad sayılır”.[15]
  • Birinci Dünya Müharibəsi zamanı (1293–1297 hicri-şəmsi), Seyid Əbdül-Hüseyn Musəvi Lari, Qəşqayi tayfalarının başçısı Soltənəddövləyə göstərişlər vermiş və ingilislərə qarşı cihadı vacib saymışdır. Onun bir mesajında belə deyilir: “Mən bir müctəhid və Peyğəmbərin (s) canişini olaraq bu fətvanı verirəm ki, bu hərbi kafirlər, ingilislərlə cihad etmək vacibdir”.[16]
  • Vəhhabilərin ziyarətgahlara hücumlarına qarşı verilən cihad fətvası: Vəhhabilərin 1217-ci hicri ilində Nəcəf və Kərbəlaya hücumu zamanı Şeyx Cəfər Kaşiful-Qita, iki yüzə yaxın alim və döyüşçü ilə birlikdə cihad fətvası verərək, onların geri çəkilməsinə səbəb oldu.[17]
  • İsrailə qarşı verilən cihad fətvası: Mühəmməd Hüseyn Kaşiful-Qita,[18] Seyid Hüseyn Brucerdi[19]İmam Xomeyni (r.ə)[20] kimi fəqihlər, Fələstin xalqını müdafiə etməyin vacibliyinə dair fətvalar vermişlər. Hicri 14-cü əsrin şiə alimlərindən olan Əbdül-Kərim Zəncani də, milad təqvimi ilə 1948-ci ildə İsrailin yaranmasından və ərəblərlə müharibəyə başlamasından sonra İsrailə qarşı cihad fətvası vermişdir.[21]
  • 2014-cü ildə İŞİD İraqın bəzi qərb və şimal bölgələrinə nəzarəti ələ keçirdikdən və digər bölgələrə doğru irəlilədikdən sonra Seyid Əli Sistani İŞİD-in irəliləyişlərinə qarşı çıxmaq üçün cihad fətvası verdi.[22] Bu fətvaya əsasən, silah daşımaq və terrorçularla döyüşmək gücündə olan İraq vətəndaşlarına vacibi-kifayi olaraq ölkəni, xalqı və müqəddəs yerləri müdafiə etmək və ordu qüvvələrinə qoşulmaq vacib elan edildi.[23]

Monoqrafiya

“Cihad risalələri və fətvaları, o cümlədən: İslam alimlərinin müstəmləkəçi dövlətlərlə cihad haqqında risalələr və fətvaları” kitabı, hicri 1200–1338-ci illər arasında müsəlman fəqihləri tərəfindən verilmiş 95 risalə və fətvanı əhatə edir. Bu məcmuəni Məhəmməd Həsən Rəcəbi bir cilddə tərtib edib və İranın Mədəniyyət və İrşad Nazirliyi onu hicri-şəmsi 1378-ci ildə (miladi 1999) nəşr edib.[24]

Qacarlar dövründə və İran-Rusiya müharibələri zamanı “Cihadiyyə” adlandırılan çoxlu sayda kitab nəşr olunmuşdur. Bu əsərlər cihada dair fətvaları və rus qüvvələrinə qarşı cihadın vacibliyini izah edirdi.[25] Seyid Məhəmməd Mücahidə aid olan “əl-Cihad əl-Əbbasiyyə” və Mirzayi Quminin “Camiuş-Şəttat” adlı əsəri həmin cihadiyyə kitablarındandır.[26]

Əlaqəli məqalələr

İstinadlar

  1. Məkarim Şirazi, Dayrətul-məarif fiqhe muqarən, h.q 1427, c.1, s.436
  2. «دو فتوای جهاد», hawzah.net saytı
  3. Rəbbani və Hüseyni, Cayeqahe izne vəliyyi fəqih dər cihad, s.32
  4. Səlimi və başqaları, Bərresiye ixtiyarate hakime İslami dər hokme cihade defai əz mənzəre fiqhe İmamiyye, s.113-115
  5. «یک قرن همراهی دو ملت ایران و عراق در مبارزه با استکبار», Mərkəze isnade enqlelabe İslami saytı
  6. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.9, s.37; Şəhid Sani, Məsalikul-əfham, h.q 1413, c.3, s.8; Təbatəbai, Riyazul-məsail, h.q 1418, c.8, s.14; Rəbbani və Hüseyni, Cayeqahe izne vəliyyi fəqih dər cihad, s.50
  7. Rəbbani və Hüseyni, Cayeqahe izne vəliyyi fəqih dər cihad, s.53
  8. Müntəziri, Pasox be porseşhayi piyramune mucazathaye İslami və huquqe bəşər, h.ş 1387, s.93
  9. Zərgərinejad, Bərresiye əhkamul-cihad və əsbabur-rişad (Nəxostin əsər dər ədəbiyyate təkvine ədəbiyyate cihadi tarixe muasire İran), s.383
  10. Zərgərinejad, Bərresiye əhkamul-cihad və əsbabur-rişad (Nəxostin əsər dər ədəbiyyate təkvine ədəbiyyate cihadi tarixe muasire İran), s.382-383
  11. «فتوای جهاد در سیمای تاریخ», İmna saytı
  12. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1430, c.13, s.263
  13. Ağabozorq Tehrani, Təbəqatu əlamiş-şiə, h.q 1430, c.13, s.263
  14. Turkman, İsnadi dərbareye hucume engilis və rus be İran, s.486
  15. Turkman, İsnadi dərbareye hucume engilis və rus be İran, s.486
  16. Zəncəbir, Seyri dər zendegi, Fəaliyətha və əndişeye siyasi Seyyid Əbdül-Hüseyn Musəvi Lari, s.207
  17. Ali Məhbubə, Mazin-Nəcəf və haziruha, h.q 1406, c.1, s.326
  18. «ضد صهیونیسم، مدافع فلسطین مختصری از علامه کاشف الغطاء», okhowah.com saytı
  19. Əbazəri, Ayətullah Burucerdi Ayəte ixlas, h.ş 1383, s.117
  20. İmam Xomeyni, Səhifeyi İmam, h.ş 1389, c.2, s.199
  21. Sərhədi, علمایی که نسبت به مسئله فلسطین واکنش نشان دادند
  22. Həttab, Təvziful-Həşdiş-Şəbi fi mədrəkis-siyasil-İraqi, s.107-108
  23. Həttab, Təvziful-Həşdiş-Şəbi fi mədrəkis-siyasil-İraqi, s.107-108
  24. Rəcəbi, Rəsail və fətavaye cihadi, h.ş 1378, s.13
  25. Cəfəriyan, Din və siyasət dər doreye Səfəvi, h.ş 1370, s.331-333
  26. Cəfəriyan, Din və siyasət dər doreye Səfəvi, h.ş 1370, s.331

Ədəbiyyat

  • Ağabozorq Tehrani, Məhəmməd Möhsin,Təbəqatu əlamiş-şiə, Beyrut, h.q 1430
  • Ali Məhbubə, Cəfər ibn Baqir, Mazin-Nəcəf və haziruha, Beyrut, Darul-əzva, h.q 1406
  • Əbazəri, Əbdür-Rəhim, Ayətullah Burucerdi Ayəte ixlas, Tehran, h.ş 1383
  • İmam Xomeyni, Ruhullah, Səhifeyi İmam, Tehran, h.ş 1389
  • Turkman, Məhəmməd, İsnadi dərbareye hucume engilis və rus be İran, Tehran
  • Cəfəriyan, Rəsul, Din və siyasət dər doreye Səfəvi, Qum, Ənsariyan, h.ş 1370
  • Həttab, Cavad Kazim, Təvziful-Həşdiş-Şəbi fi mədrəkis-siyasil-İraqi
  • Rəbbani və Hüseyni, Cayeqahe izne vəliyyi fəqih dər cihad, h.ş 1390
  • Rəcəbi, Məhəmməd Həsən, Rəsail və fətavaye cihadi, Tehran, h.ş 1378
  • Zəncəbir, Möhsin, Seyri dər zendegi, Fəaliyətha və əndişeye siyasi Seyyid Əbdül-Hüseyn Musəvi Lari, h.ş 1382
  • Səlimi və başqaları, Bərresiye ixtiyarate hakime İslami dər hokme cihade defai əz mənzəre fiqhe İmamiyye, h.ş 1400
  • Zərgərinejad, Ğulam Möhsin, Bərresiye əhkamul-cihad və əsbabur-rişad (Nəxostin əsər dər ədəbiyyate təkvine ədəbiyyate cihadi tarixe muasire İran), h.ş 1379
  • Şəhid Sani, Zeynuddin ibn Əli, Məsalikul-əfham, Qum, h.q 1413
  • «ضد صهیونیسم، مدافع فلسطین مختصری از علامه کاشف الغطاء», okhowah.com saytı
  • Təbatəbai, Kərbəlayi, Riyazul-məsail, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1418
  • Əllamə Hilli, Həsən ibn Yusif, Təzkirətul-füqəha, Qum, Alul-beyt (ə) müəssisəsi, h.q 1414
  • «غزه مقاومت کن! بوی حکم جهاد می‌آید...», ghtesadsaramad.ir saytı
  • Sərhədi, Rza, علمایی که نسبت به مسئله فلسطین واکنش نشان دادند
  • Məkarim Şirazi, Nasir, Dayrətul-məarif fiqhe muqarən, Qum, 1-ci çap, h.q 1427
  • Müntəziri, HüseynƏli, Pasox be porseşhayi piyramune mucazathaye İslami və huquqe bəşər, h.ş 1387
  • «یک قرن همراهی دو ملت ایران و عراق در مبارزه با استکبار»