Fədək

wikishia saytından
(Fədək məntəqəsi səhifəsindən yönləndirilmişdir)
Bu məqalə Fədək məntəqəsi barəsindədir. Fədək macərası haqda məlumat almaq üçün adı keçən məqaləyə daxil olun.
Mədinənin şimalındakı Fədək məntəqəsi
Fədək məntəqəsinin tarixinə qısa baxış
H.q 6: Şaban ayı İmam Əlinin (ə) Fədəkə səriyyəsi (Peyğəmbərin (s) iştirakı olmadan keçən döyüş)[1]
H.q 7: Səfər ayı Xeybərin fəthi[2]
H.q 7: Səfər və ya Rəbiul-əvvəl ayı Yəhudilər tərəfindən Fədəkin Peyğəmbərə (s) təhvil verilməsi
H.q 7: 14 Zilhiccə Həzrət Fatiməyə (ə) Fədəkin bağışlanması[3]
H.q 11: Rəbiul-əvvəl ayı Əbu Bəkrin əmri ilə Fədəkin müsadirəsi
Təxmimən h.q 30: Osman tərəfindən Fədəkin Mərvana təhvil verilməsi.[4]
H.q 40-dan[5] sonra: Fədəkin Mərvan, Əmr ibn Osman və Yezid arasında Müaviyə tərəfindən bölünməsi.
Təxminən h.q 100: Ömər ibn Əbdüləziz tərəfindən Fədəkin Fatimənin (ə) övladlarına qaytarılması.
H.q 101-dən sonra: Yezid ibn Əbdülməlik tərəfindən Fədəkin yenidən qəsb olunması.
Təxminən h.q 132-dən h.q 136-ya qədər: İlk Abbasi xəlifəsi Səfah tərəfindən Fədəkin qaytarılması.[6]
Təxminən h.q 140: Mənsur Abbasi tərəfindən Fədəkin qəsb olunması.[7]
Təxminən h.q 160: Mehdi Abbasinin əmri ilə Fədəkin qaytarılması.[8]
Təxminən h.q 170: Hadi Abbasinin əmri ilə Fədəkin yenidən olunması.
H.q 210: Məmun Abbasinin əmri ilə geri qaytarılması.[9]
(h.q 232-247) Mütəvəkkil Abbasinin əmri ilə Fədəkin qəsb edilməsi[10]
H.q 248: Müntəsir Abbasinin əmri ilə Fədəkin qaytarılması.[11]

Fədək (ərəbcə:فدك) Hicaz bölgəsində, Xeybər yaxınlığında yəhudilərin yaşadığı münbit bir kənd idi. Bu bölgə Xeybər müharibəsində döyüşmədən müsəlmanların əlinə keçdi. “Qohum-əqrəbaya haqqını ver!” ayəsi nazil olandan sonra Peyğəmbər (s) onu qızı Fatiməyə (ə) bağışladı.

Peyğəmbərin (s) vəfatından sonra birinci xəlifə ilə həzrət Fatimə (ə) arasında Fədəyin mülkiyyəti ilə bağlı mübahisə yarandı. Bu, Fədək əhvalatı olaraq bilinir. Əbu Bəkr Fədəyi xilafətin xeyrinə müsadirə etdi və bu məsələ Fatimənin (ə) etirazına səbəb oldu. Fədək ƏməvilərAbbasilər dövründə də xəlifələrin əlində idi. Əlbəttə, bəzi dövrlərdə bəzi Əməvi və Abbasi xəlifələri bu bölgəni Fatimənin (ə) övladlarına qaytardılar. Lakin sonrakı xəlifələr onu geri aldılar.

Fədək Səudiyyə Ərəbistanının Hail əyalətində yerləşir və "Fatimə vadisi" kimi tanınır. Oranın xurma bağları da “Fatimə bağları" adlanır. Həmçinin, bu ərazidə “Fatimə məscidi” və “Fatimə quyuları” kimi tanınan məscidlər və quyular da var.

Coğrafi mövqeyi və tarixi əhəmiyyəti

Fədək məntəqəsinin bağlarının şəkli

Fədək Hicazda[12] və Mədinədən təqribən 200 kilometr məsafədə olan bir torpaq idi.[13] Bu ərazi İslamın erkən dövrlərində yəhudilərin məskunlaşdığı yer idi[14]Xeybər müharibəsində döyüşsüz müsəlmanlara verildi.[15] Peyğəmbər onu Fatiməyə (ə) bağışladı.[16] Peyğəmbərin (s) vəfatından sonra Fədəyin mülkiyyəti ilə bağlı mübahisə şiəsünni alimlərinin yazılarında bu mövzuda geniş müzakirələrə səbəb oldu.[17] Bu mövzuda ayrıca kitablar da yazılıb.[18] Həmçinin, müxtəlif dövrlərdə bu barədə hökmdarların reaksiyalarına səbəb olub.[19]

Fədək bölgəsinin dəyəri

İslamın gəlişi zamanı Fədək bölgəsində çoxlu bağlar və xurma bağları var idi.[20] İbn Əbu əl-Hədid Mötəzili (vəfatı: h. q. 656) şiə alimlərindən birindən nəql edir ki, Fədəyin xurma ağaclarının dəyəri o dövrdə ən zəngin xurma bağlarına malik şəhərlərdən biri olan Kufə şəhərinin xurma ağaclarına bərabər idi.[21] Mənbələrə görə, ikinci xəlifə dövrünə qədər yəhudilər Fədəkdə yaşayırdılar.[22] Lakin o, onları bu ərazini tərk etməyə məcbur etdi. Ömər ibn Xəttabın yəhudiləri Hicazdan çıxaranda onlara Fədəyin yarısının dəyəri olaraq 50 min dirhəm ödədi.[23] Mənbələrdə Allah rəsulunun (s) dövründə Fədəyin illik gəliri 24 min dinar[24] ilə 70 min dinar arasında təxmin edilir.[25]

Müsəlmanların Fədək üzərində hökmranlığı

Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə Xeybər bölgəsini və onun qalalarını fəth edəndən sonra Fədək qalalarında və tarlalarında yaşayan yəhudilər Peyğəmbərin (s) yanına nümayəndələr göndərir və güzəştə getməyə razılaşırlar. Qərara alınır ki, torpağın yarısı onlara aid olsun. Buna görə də Fədək döyüşmədən və qoşun yürütmədən müsəlmanların əlinə keçdi.[26] “Fəy” ayəsinə görə müharibəsiz əldə edilən mallara fəy deyilir və Peyğəmbərin (s) onları istədiyi şəxsə həvalə etmək səlahiyyəti var.[27] Şiə[28] və sünni[29] mənbələrinə görə, “İsra” surəsinin 26-cı ayəsi (“Qohum-əqrəbaya haqqını ver!”)[30] nazil olanda Peyğəmbər (s) Fədəyi Fatiməyə (s) bağışladı.

Fədəyin mülkiyyəti ilə bağlı mübahisə

Peyğəmbərin (s) vəfatından sonra Fədəyin mülkiyyəti ilə bağlı mübahisə yarandı. Bu hadisədə Əbu Bəkr Fədəyi Fatimənin (s) əlindən alıb xilafətin xeyrinə müsadirə etdi.[31] Əbu Bəkrin arqumenti peyğəmbərlərin özlərindən sonra miras qoymaması idi və o, bunu Peyğəmbərdən (s) eşitdiyini iddia edirdi.[32]

Fatimə (ə) Fədəkiyyə xütbəsində Əbu Bəkrin bu sözlərini Qurana zidd adlandırdı.[33] İmam Əli (ə)Ümmü-Əyməni şahid olaraq gətirdi ki, Peyğəmbər (s) ölümündən əvvəl Fədəyi ona bağışlayıb.[34] Əbu Bəkr qəbul etdi və bir məktub yazdı ki, heç kim Fədəyə toxunmasın. Fatimə (ə) məclisdən çıxanda Ömər ibn Xəttab yazını götürüb cırdı.[35]

İmam Əlinin (ə) ədalət davası uğursuzluğa düçar olandan sonra Fatimə (ə) məscidə getdi və Fədəkiyyə xütbəsi adı ilə məşhurlaşan xütbə oxudu.[36]

Fədək Əməvilər və Abbasilər dövründə də xəlifələrin əlində idi. Əlbəttə, Ömər ibn Əbdüləziz Əməvi,[37] Səffah[38]Məmun Abbasi[39] kimi bəzi xəlifələr onu Fatimənin (ə) övladlarına qaytardılar. Mütəvəkkil Abbasi (hökmdarlığı: hicri-qəməri 247-232) Fədəyin Məmunun əmrindən əvvəlki vəziyyətə qaytarılması barədə əmr verdi.[40]

Fədəyin qalıqları

Fədək Səudiyyə Ərəbistanının Hail əyalətində yerləşir. Bu bölgədə “əl-Hait” adlı bir şəhər salınmışdır.[41] Fədək bölgəsi “Fatimə vadisi” adı ilə tanınır, bağları isə “Fatimə” bağları adlanır. Bu ərazidə “Fatimə məscidi” və “Fatimə quyuları” kimi tanınan məscidlər və quyular da var.[42] Bu ərazinin evləri və qüllələri xarabalığa çevrilib, xurma ağaclarının çoxu quruyub.[43] 2007-ci ildə İran İslam Respublikasının rəsmisi Əkbər Haşimi Rəfsəncani onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə oranı ziyarət etmişdi.[44]

Monoqrafiya

Fədək haqqında bəzi kitablar bunlardır:

  • Seyid Məhəmməd Baqer Hüseyni Cəlalinin (təvəllüdü: h. q. 1324) “Fədək vəl-əvali əv əl-həvait fil-kitabi vəs-sunnə vət-tarix vəl-ədəb” əsəri. Bu kitabda Fədəyin tarixi, coğrafi mövqeyi, Fədək əhvalatı, eləcə də onunla bağlı hədis və kəlam mövzularından bəhs edilir.[45] Bu kitab 2005-ci ildə Vilayət ilinin kitabı seçilmişdir.[46]
  • Qulamhüseyn Məclisi Kupayinin “Fədək əz qəsb ta təxrib” (Fədək, qəsbdən məhvə qədər) əsəri. Bu kitab 2008-ci ildə 290 səhifədə nəşr olunub.[47] Orada Əkbər Haşimi Rəfsəncaninin və onu müşayiət edən heyətin Məkkəyə səfəri və Fədəyə baş çəkməsi haqqında reportaj da təqdim olunub.[48]

Foto Qalereya

İstinadlar

  1. Təbəri, Tarixul-uməmi vəl-muluk, c.2, s.642
  2. İbn Hişam, Əs-Siyrətun-Nəbəviyyə, c.2, s.431
  3. Məclisi, Biharul-ənvar, h.q 1403, c.95, s.188
  4. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.13, s.149
  5. İbn Əbil-Hədid, Nəhcül-bəlağə, h.q 1404, c.16, s.216
  6. Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
  7. Əmin, Əyanuş-şiə, h.q 1403, c.1, s.318
  8. Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
  9. Bəlazuri, Futuhul-buldan, m.1988, c.1, s.42
  10. Bəlazuri, Futuhul-buldan, m.1988, c.1, s.43
  11. İbn Əsir, Əl-Kamilu fit-tarix, h.q 1385, c.7, s.116
  12. Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.4, s.238
  13. https://www.google.com/maps
  14. Bəladi, Mucəmu məalimil-Hicaz, h.q 1431, c.2, s.206 və 205 və c.7, s.23
  15. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.15
  16. Siyuti, Əd-Durrul-mənsur, Darul-mərifə, c.5, s.273
  17. Məclisi, Biharul-ənvar, h.q 1403, c.29, s.124-125; Sübhani, Furuğe vilayət, h.ş 1380, s.219; Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.107, 108; Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.29, s.506; İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, h.q 1404, c.16, s.284; Buxari, Səhih-Buxari, h.q 1422, c.4, s.79
  18. Nümunə üçün: Sədr, Fədək fit-tarix, h.q 1415; Hüseyni Milani, Fədək dər fəraz və nəşib, h.ş 1386; Həsəni, Fədək və baztabhaye tarixi və siyasi, h.ş 1372
  19. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.45, s.178, 179; Bəlazuri, Futuhul-buldan, m. 1956, s.37, 38, 41; Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
  20. Yaqut Həməvi, Mucəmul-buldan, m. 1995, c.4, s.238
  21. İbn Əbil-Hədid, Nəhcül-bəlağə, h.q 1404, c.16, s.236
  22. Mərcani, Behcətun-nufus, m.2002, c.1, s.438
  23. Cuhəri Bəsri, Əs-Səqifə və Fədək, h.q 1401, s.98
  24. Qutbi Ravəndi, Əl-Xəraicu vəl-cəraih, h.q 1409, c.1, s.113
  25. İbn Tavus, Kəşful-muhəccə, h.q 1370, s.124
  26. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.1, s.325
  27. Fəxr Razi, Məfatihul-ğeyb, h.q 1420, c.29, s.506; Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.203
  28. Əyyaşi, Təfsirul-Əyyaşi, h.q 1380, c.2, s.287; Kufi, Fəfsiru Furat, h.q 1410, s.239, hədis 322; Qumi, Təfsir Qummi, h.q 1404, c.2, s.18; Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.8, s.478
  29. Siyuti, Əd-Durrul-mənsur, Darul-mərifə, c.5, s.273; Müttəqi Hindi, Kənzul-ummal, h.q 1401, c.3, s.767; İbn Əbil-Hədid, Nəhcül-bəlağə, h.q 1404, c.16, s.216; Qunduzi, Yənabiul-məvəddə, h.q 1422, s.138 və 359
  30. İsra surəsi, ayə 26
  31. Şeyx Mufid, Əl-Muqniə, h.q 1410, s.289 və 290
  32. Bəlazuri, Futuhul-buldan, m. 1956, s.40 və 41
  33. Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.102
  34. Hələbi, Əs-Siyrətul-Hələbiyyə, m. 1971, c.3, s.512
  35. Hələbi, Əs-Siyrətul-Hələbiyyə, m. 1971, c.3, s.512
  36. İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.353-364
  37. İbn Əsakir, Tarixu Mədinəti Dəməşq, h.q 1415, c.45, s.178 və 179; Bəlazuri, Futuhul-buldan, m. 1956, s.41
  38. Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.357
  39. Bəlazuri, Futuhul-buldan, m. 1956, s.37-38
  40. Bəlazuri, Futuhul-buldan, m. 1956, c.1, s.38
  41. Cəfəriyan, Asare İslamiye Məkkə və Mədinə, h.ş 1384, s.396
  42. Məclisi Kupai, Fədək əz ğəsb ta təxrib, h.ş 1388, s.248 və 250
  43. Məclisi Kupai, Fədək əz ğəsb ta təxrib, h.ş 1388, s.281
  44. Məclisi Kupai, Fədək əz ğəsb ta təxrib, h.ş 1388, s.280-286
  45. https://www.mehrnews.com farsca məqalə
  46. Dəbirxane ketabe sale vilayət, Pejvake həqq, h.ş 1386, s.89-90
  47. Məclisi Kupai, Fədək əz ğəsb ta təxrib, h.ş 1388, kitabın tanışlıq hissəsi
  48. Məclisi Kupai, Fədək əz ğəsb ta təxrib, h.ş 1388, s.247

Ədəbiyyat

  • İbn Əbil-Hədid, Nəhcül-bəlağənin şərhi, Təhqiq: Məhəmməd Əbül-fəzl İbrahim, Qum, h.q 1404
  • İbn Tavus, Seyyid Əli ibn Musa, Kəşful-muhəccə, Nəcəf, h.q 1370,
  • İbn Əsakir, Əli ibn Həsən, Tarixu Mədinəti Dəməşq, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1415
  • Buxari, Məhəmməd ibn İsmail, Səhih-Buxari, Təhqiq: Məhəmməd Züheyr ibn Nasir, Beyrut, 1-ci çap, h.q 1422
  • Bəladi, Atiq ibn Ğeys, Mucəmu məalimil-Hicaz, Daru Məkkə, h.q 1431
  • Bəlazuri, Əhməd ibn Yəhya ibn Cabir, Futuhul-buldan, Qahirə, m. 1956
  • Cəfəriyan, Rəsul, Asare İslamiye Məkkə və Mədinə, Məşər, 3-cü çap, h.ş 1384
  • Cuhəri Bəsri, Əbubəkr Əhməd ibn Əbdül-Əziz, Əs-Səqifə və Fədək, Təhqiq: Məhəmməd Hadi Əmini, h.q 1401
  • Həsəni, Əli Əkbər, Fədək və baztabhaye tarixi və siyasi, Qum, h.ş 1372
  • Sübhani, Cəfər, Furuğe vilayət, Qum, İmam Sadiq (ə) müəssisəsi, 6-cı çap, h.ş 1380
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-mərifə
  • Şeyx Mufid, Məhəmməd ibn Məhəmməd ibn Numan, Əl-Muqniə, Qum, 2-ci çap, İslami nəşr müəssisəsi, h.q 1410
  • Sədr, Məhəmməd Baqir, Fədək fit-tarix, h.q 1415
  • Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
  • Təbərsi, Fəzl ibn Həsən, Əl-İhticac, Təhqiq və düzəliş: Məhəmməd Baqir Xorasan, Məşhəd, Mürtəza nəşri, 1-ci çap, h.q 1403
  • Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, Beyrut, h.q 1387
  • Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-Həqq, Beyrut, Darul-kitabil-Lubnani, m. 1982
  • Əyyaşi, Məhəmməd ibn Məsud, Təfsirul-Əyyaşi, Təhqiq: Haşim Rəsuli, Tehran, 1-ci çap, h.q 1380
  • Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğeyb, 3-cü çap, Beyrut, h.q 1420
  • Qutbi Ravəndi, Əl-Xəraicu vəl-cəraih, Qum, İmam Mehdi (əf) müəssisəsi, h.q 1409
  • Kufi, Furat ibn İbrahim, Fəfsiru Furat, Tehran, 1-ci çap, h.q 1410
  • Müttəqi Hindi, Kənzul-ummal, Ər-Risalə müəssisəsi, 5-ci çap, h.q 1401
  • Məclisi Kupai, Ğulamöhsin, Fədək əz ğəsb ta təxrib, Qum, h.ş 1388
  • Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
  • Mərcani, Abdullah ibn Əbdül-Məlik, Behcətun-nufus, Beyrut, Darul-ğərbil-İslami, 1-ci çap, m.2002
  • Məqrizi, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1420
  • Hüseyni Milani, Seyyid Əli, Fədək dər fəraz və nəşib, h.ş 1386;
  • Yaqut Həməvi, Yaqut ibn Abdullah, Mucəmul-buldan, Beyrut, Daru sadir, 2-ci çap, m. 1995

Xarici keçid