Həzrət Fatimənin (s) dəfn mərasimi

wikishia saytından
(Fatimənin (ə) dəfn mərasimi səhifəsindən yönləndirilmişdir)
Əsər: Həsən Ruhul-Əmini, Həzrət Fatimənin (ə) dəfni[1]

Həzrət Fatimənin (s) dəfn mərasimi (ərəbcə: تشييع السيدة فاطمة (ع) ودفنها) və dəfnindən məqsəd, hicri 11-ci ildə o Həzrətin gecə ilə və gizlin şəkildə dəfn edilməsidir. Həzrət Fatimə (s) onu gecə və gizli şəkildə dəfn etməyi vəsiyyət etmişdi ki, Əbubəkr ibn Əbi QuhafəÖmər ibn Xəttab dəfnində iştirak etməsinlər. Bu vəsiyyət Həzrət Fatimənin (s) xəlifəyə etirazının və Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələrdən narazılığının əlaməti hesab olunur.

Həzrət Fatimənin (s) cənazəsi İmam Əli (ə), Həsəneyn (ə), Əqil ibn Əbi Talib, Abbas ibn Əbdül-Müttəlib, Əmmar Yasir, Miqdad ibn Əsvəd, Zübeyr ibn Əvam, Əbuzər QəffariSalman kimi bir neçə şəxsin iştirakı ilə, Əbu Bəkr və Ömər olmadan dəfn edildi. Həzrət Fatimənin (s) dəfn olunduğu yer məlum deyil.

Camaat Həzrət Fatimənin (s) gecə ilə dəfn olunmasından xəbər tutandan sonra Ömər ibn Xəttab qəbri çıxarıb Fatiməyə (s) yenidən namaz qılmaq istədi, lakin İmam Əlinin (ə) təhdid etməsindən sonra bu istəyindən əl çəkdi.

Həzrət Fatimənin (s) şəhadəti

Həzrət Peyğəmbərin (s) qızı Fatimə (s) hicri 11-ci ildə bir müddət xəstəlikdən sonra və Peyğəmbərin (s) vəfatından sonra baş verən hadisələr nəticəsində aldığı fiziki xəsarətlər nəticəsində şəhid olmuşdur.[2] O Həzrətin şəhadət tarixi haqqında fikir ayrılığı vardır. Bəziləri deyib ki, Həzrət Fatimənin (s) şəhadəti Peyğəmbərin (s) vəfatından qırx gecə sonra baş verib. Digərləri isə onun səkkiz ay sonra baş verdiyini bildiriblər.[3] Həzrət Fatimənin (s) Peyğəmbərin (s) vəfatından 95 gün sonra,[4] yəni Cəmadiüs-Sani ayının 3-də şəhid olmasının[5] şiələrin yanında ən məşhur nəzər olduğu bildirilib.[6] Həmçinin o Həzrətin şəhid olmasının Peyğəmbərin (s) vəfatından 75 gün sonra yəni Cəmadiul-Əvvəlin 13-ü baş verməsi[7] digər nəzərlərdən hesab olunur.

İnsanların dəfn mərasimi üçün toplanması

Həzrət Fatimə (ə) gün batdıqdan sonra dünyasını dəyişdi.[8] Fəttal Nişaburinin "Rəvzətul-vaizin" kitabında nəql etdiyinə əsasən, Mədinə camaatı nalə və şivən edərək İmam Əlinin (ə) evinə gedib cənazə namaz qılmaq üçün gözlədilər. Amma Əbuzər camaatın yanına gedib Peyğəmbərin (s) qızının dəfninin gecikdiyini dedi və camaat dağılışdılar.[9]

Həzrət Peyğəmbərin (s) əmisi Abbas İmam Əlidən (ə) mühacirləri və ənsarı dinə bir gözəllik olan cənazəni dəfn etmək və ona namaz qılmaq üçün toplamasını istədi. İmam Əli (ə) onun cavabında dedi ki, verdiyi məsləhətə əməl edə bilməz, çünki Fatimə (s) namazının gizli qılınmasını və dəfninin gizli olmasını vəsiyyət edib.[10] Səlim ibn Qeysin rəvayətinə görə, Həzrət Fatimənin (s) vəfat etdiyi gecə Əbu BəkrÖmər İmam Əlidən (ə) Fatimənin (s) cənazəsinə namaz qılmaqda onlardan qabağa keçməməsini istədilər.[11]

Qüsl, kəfən və namaz

Rəssam: Rza Bədrus-səma, Mövzu: Həzrət Fatimənin (ə) dəfni[12]

Həzrət Fatimə (s) vəsiyyət etdi ki, həyat yoldaşı İmam Əli (ə) onun bədəninə qüsl versin.[13] Həmçinin Əsma binti Uməysdən onun bədənini qüsl etməkdə İmam Əliyə (ə) kömək etməsini istədi.[14] İmam Əli (ə) və Əsma Həzrət Fatimənin (s) vəsiyyətinə əsasən, ona qüsl etdilər[15] və kəfənləndilər.[16]

Hüseyn ibn Əbdül-Vəhhab "Uyunul-Mücizat"[17] kitabında və Məhəmməd ibn Cərir Təbəri "Dəlailul-İmamə"[18] kitabında hicri 5-ci əsrin şiə alimlərindən nəql ediblər ki, yalnız İmam Əli (ə) İmam Həsən (ə)İmam Hüseyn (ə) birlikdə Həzrət Fatimənin (s) cənazəsinə namaz qıldılar. Bəzi mənbələrdə dəfn mərasimində iştirak edənlərin sayı daha çox zikr edilmişdir. O cümlədən 5-ci və 6-cı əsrlərin şiə alimi Fəttal Nişaburi, "Rəvzətul-Vaizin" kitabında[19] və 6-cı əsrin alimi Fəzl ibn Həsən Təbərsi "Əlamul-Vəra" kitabında[20] nəql ediblər ki, İmam Əli (ə) və Həsəneyndən (ə) əlavə, İmam Əlinin (ə) qardaşı Əqil, Əmmar, Miqdad, Zübeyr, Əbuzər, Salman, Boreydə ibn Həsib və Bəni-Haşim tayfasından olan bəzi insanlar da Həzrət Fatimənin (s) cənazəsinə namaz qılıb və onu dəfn ediblər. Əllamə Məclisi "Biharul-Ənvar" kitabında bir rəvayət nəql etmişdir ki, Həzrət Fatimənin (s) dəfn mərasimində iştirak edən şəxslər Salman, Miqdad, Əbuzər Qəffari, Abdullah ibn Məsud, Abbas ibn Əbdül-Müttəlib və Zübeyr ibn Əvam olublar.[21] Səlim ibn Qeysin kitabında bildirilir ki, Həzrət Fatimənin (s) cənazəsinə qılınan namazda Peyğəmbərin (s) əmisi Abbas İmam-camaat (yaxud pişnamaz) olub.[22]

Camaata xəbər verilməməsinin səbəbi

Cənazə namazının və dəfn mərasiminin gizli keçirilməsinin səbəbi  Həzrət Fatimənin (s) vəsiyyəti olub. Fəttal Nişaburinin rəvayətinə əsasən, Həzrət Fatimə (s) İmam Əliyə (ə) vəsiyyət edir ki, ona zülm edən və haqqını qəsb edən şəxslərdən heç biri ona namaz qılmasın və onun dəfn mərasimində iştirak etməsin.[23] Həmçinin onu gecənin qaranlığında və insanlar yuxuda olarkən dəfn etməyi vəsiyyət etdi.[24]

Şeyx Səduq da nəql edir ki, İmam Əlidən (ə) Həzrət Fatimənin (s) gecə vaxtı gizli dəfn edilməsinin səbəbini soruşduqda İmam belə cavab verdi: Fatimə bir qrupa qəzəbləndi və onların onun dəfn mərasimində iştirak etməsini istəmirdi.[25] Hicri 3-cü əsrdə sünni alimi və mühəddislərindən olan İbn Quteybə Diynəvəri də Həzrət Fatimənin (s) Əbu Bəkrin onun dəfnində iştirak etməməsi üçün gecə dəfn edilməsini vəsiyyət etdiyini nəql etmişdir.[26]

Dəfn mərasimi

Həzrət Əli (ə) Peyğəmbərin (s) vəfatından sonrakı hadisələr haqqında buyurur: "Allah-təala bu Peyğəmbərin (səlləllahu əleyhi və alih) ruhunu aldıqdan sonra bir dəstə geriyə qayıtdı (Həzrət Peyğəmbərin əmr və qadağalarına arxa çevirib yenidən azğınlıq yoluna qədəm qoydular) və (azğınlıq) yolları onları məhv etdi. (Dünyada pozğunluğa, axirətdə isə əbədi əzaba düçar oldular.) Öz nadürüst düşüncə və rəylərinə etimad etdilər (hökmləri özlərindən səhv bəyan etməklə insanları ona tabe olmağa məcbur etdilər. Həzrət Peyğəmbərin) qohum-əqrabasından qeyrisinə tabe oldular. (Onları) sevməyə əmr edilmiş vasitədən (yəni, hidayət və qurtuluş vasitəsi olan Həzrət Peyğəmbərin Əhli-Beytindən) uzaq durdular. Binanı (din və imanı) möhkəm bünövrəsindən köçürərək layiq olmayan yerdə tikdilər." Nəhcül-bəlağə, 150-ci xütbə

3-cü əsrin tarixi mənbələrindən olan "Yəqubi" tarixində Fatimənin (s) cənazəsinin gecə dəfn edildiyi və dəfn zamanı yalnız Salman, ƏbuzərMiqdadın olduğu bildirilir.[27] Fəttal Nişaburi dəfn mərasimində iştirak edənlərin sayının bundan bir qədər çox olduğunu bildirmişdir.[28] İbn Şəhr Aşub "Mənaqib" kitabında "mürsəl" bir rəvayətdə nəql etmişdir ki, İmam Əli (ə) Həzrət Zəhranı (s) qəbrin yanına gətirən zaman, qəbirdən bir əl çıxıb onu təhvil aldı və sonra gözdən itdi.[29]

İmam Əli (ə) Həzrət Fatiməni (s) dəfn etdikdən sonra qəbrin izlərini aradan apardı ki, qəbr məlum olmasın.[30]

Həzrət Fatimənin (s) qəbri, hətta qəbrin olduğu yer də məlum deyil. Onun dəfn yeri haqqında müxtəlif məlumatlar vardır,[31] o cümlədən:

  • Rəvzətun-Nəbi[32]
  • Həzrət Fatimənin (s) və İmam Əlinin (ə) evi. Əməvilər dövründə Məscidün-Nəbinin genişləndirilməsi ilə bu yer məscidin bir hissəsi oldu.[33]
  • Bəzi mənbələrdə mütləq surətdə Həzrət Fatimənin (s) dəfn yeri kimi Bəqi qəbiristanlığı qeyd edilmişdir.[34]
  • Əqil ibn Əbi Talibin evi,[35] Əqilin evi Bəqi qəbiristanlığının yanında böyük bir ev idi.[36]Fatimə binti Əsəd, Abbas ibn Əbdül-Müttəlib və bir neçə şiə imamı orada dəfn edildikdən sonra ora, yaşayış yerindən ziyarətgaha çevrildi.[37]

Dəfn mərasimindən sonrakı hadisələr

İmam Əli (ə) Həzrət Fatimənin (s) qəbrini gizli saxlamaq və tapılmasının qarşısını almaq üçün qəbrin izlərini aradan aparmaqla yanaşı[38] yeddi qəbir[39] və başqa xəbərə əsasən, qırx başqa qəbir də[40] düzəltdi.

Səlim ibn Qeysin kitabında deyilir ki, Həzrət Fatimənin (s) dəfn olunduğu günün səhərisi Əbu Bəkr və Ömər ibn Xəttab camaatla birlikdə cənazə namazı qılmaq üçün getdilər. Miqdad onlara dedi ki, onlar dünən gecə cənazəni dəfn ediblər.[41]

İnsanlar Həzrət Fatimənin (s) dəfn olunmasından xəbər tutanda Peyğəmbərin (s) yeganə övladının cənazəsinə və namazına qatıla bilmədiklərinə görə narahat olub və bir-birlərini danlayırdılar.[42] Səlim ibn Qeysin rəvayətinə görə, Ömər ibn Xəttab gizli namaz və dəfn haqqında xəbər tutduqdan sonra Əbu Bəkrə dedi: "Sənə demişdim ki, belə edəcəklər".[43] Həmçinin Ömər Abbas ibn Əbdül-Müttəlib ilə mübahisə edərək Bəni Haşimi paxıllıq etməkdə ittiham etdi. Abbas da bunu Fatimənin (s) vəsiyyəti olduğunu bildirdi və dedi: "O vəsiyyət etmişdi ki, siz ikiniz ona namaz qılmayasınız".[44]

"Biharul-Ənvar" kitabında qeyd olunanlara görə Ömər ibn Xəttab dedi: "Bir neçə müsəlman qadını gətirin ki, bu qəbirləri açsınlar və Fatimənin cənazəsini tapsınlar ki, biz ona namaz qılaq və yenidən dəfn edək. Habelə qəbrini ziyarət edək.[45] Bu xəbər İmam Əliyə (ə) çatdıqda o, çox qəzəbləndi və qılıncını götürüb Bəqi qəbiristanlığına getdi.[46] O Həzrət Ömərlə mübahisə etdikdən sonra[47] ona dedi ki, əgər qılıncımı qınından çıxarsam, səni öldürməmiş onu yerinə qoymayacağam.[48] Habelə o Həzrət qəbri açmaq istəyənlərə də dedi ki, kim bu qəbirlərdən bir daşın yerini dəyişsə, onu öldürəcək.[49] Beləliklə, bu hədələrdən sonra Ömər öz qərarından əl çəkdi.[50] Bəzi məlumatlara görə, bu söhbətdən sonra Əbu Bəkr İmam Əlini (ə) sakitləşdirərək o Həzrətin xoşuna gəlməyən heç bir işi görməyəcəyini söylədi.[51]

İstinadlar

  1. http://arthibition.net/fa/product/show/31084 لاهوت در تابوت], arthibition.net saytı
  2. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.793
  3. Şəhidi, Zendeqaniye Fatimeyi Zəhra (ə), h.ş 1363, s.154
  4. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.300
  5. Tusi, Misbahul-mütəhəccid, h.q 1411, c.2, s.793
  6. Şübeyri, Şəhadəte Fatimə (ə), s.347
  7. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.241 və 458
  8. Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.200
  9. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.151-152
  10. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.156
  11. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Hilali, h.q 1405, c.2, s.870
  12. مجموعه آثار استاد رضا بدرالسماء برای حضرت زهرا(س), rahyafteha.ir saytı
  13. Yaqubi, Tarixul-Yaqubi, Beyrut c.2, s.115
  14. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.364
  15. Yaqubi, Tarixul-Yaqubi, Beyrut c.2, s.115
  16. Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.201
  17. İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.55
  18. Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.136
  19. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.151-152
  20. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.300
  21. Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.200
  22. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Hilali, h.q 1405, c.2, s.870
  23. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.151
  24. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.151
  25. Şeyx Səduq, Əl-Əmali, h.q 1400, s.658
  26. İbn Qüteybə, Təvilu muxtələfil-hədis, m. 1999, s.427
  27. Yaqubi, Tarixul-Yaqubi, Beyrut c.2, s.115
  28. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.151-152
  29. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.365
  30. Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.193
  31. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.300
  32. Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.136
  33. Kuleyni, Əl-Kafi, h.ş 1363, c.1, s.461
  34. İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.55
  35. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.11, s.599
  36. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.33
  37. Nəcmi, Qəbre Fatimə (ə) ya qəbre Fatimə binti Əsəd, s.100
  38. Fəttal Nişaburi, Rəvzətul-vaizin, h.q 1403, c.1, s.152
  39. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.3, s.363
  40. İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.55
  41. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Hilali, h.q 1405, c.2, s.870-871
  42. İbn Əbdül-Vəhhab, Uyunul-mucizat, Qum, s.55; Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.136
  43. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Hilali, h.q 1405, c.2, s.871
  44. Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.304
  45. Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.304
  46. Məclisi, Biharul-ənvar, h.q 1403, c.43, s.212
  47. Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.137
  48. Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.304
  49. Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.137
  50. Məclisi, Biharul-ənvar, h.q 1403, c.28, s.304
  51. Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, h.q 1413, s.137

Ədəbiyyat

  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, 1-ci çap, h.q 1410
  • İbn Şəhraşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşri, 1-ci çap, h.q 1379
  • İbn Əbdül-Vəhhab, Hüseyn, Uyunul-mucizat, Qum, 1-ci çap
  • İbn Qüteybə, Abdullah ibn Muslim, Təvilu muxtələfil-hədis, Əl-İşraq, m. 1999
  • Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys Əl-Hilali, Qum, Əl-Hadi nəşri, 1-ci çap, h.q 1405
  • Şübeyri, Seyyid Məhəmməd Cavad, Şəhadəte Fatimə (ə), Tehran, 1-ci çap
  • Şəhidi, Seyyid Cəfər, Zendeqaniye Fatimeyi Zəhra (ə), Tehran, Dəftəre nəşre fərhənge İslami, h.ş 1363
  • Şeyx Səduq, Məhəmməd ibn Əli, Əl-Əmali, Beyrut, 5-ci çap, h.q 1400
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Misbahul-mütəhəccid, Beyrut, 1-ci çap, h.q 1411
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, 1-ci çap, h.q 1414
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, 1-ci çap, h.q 1417
  • Məhəmməd ibn Cərir Təbəri, Dəlailul-İmamə, Qum, Besət, 1-ci çap, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 2-ci çap, h.q 1387
  • Fəttal Nişaburi, Məhəmməd ibn Əhməd, Rəvzətul-vaizin, Qum, 1-ci çap, h.q 1403
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.ş 1363
  • لاهوت در تابوت, arthibition.net saytı
  • مجموعه آثار استاد رضا بدرالسماء برای حضرت زهرا(س)» rahyafteha.ir saytı (farsca)
  • Nəcmi, Məhəmməd Sadiq, «قبر فاطمه(س) یا قبر فاطمه بنت اسد», ensani.ir saytı
  • Yaqubi, Əhməd ibn Yaqub, Tarixul-Yaqubi, Beyrut, Daru sadir, 1-ci çap
  • Məclisi, Məhəmməg Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403