Həzrət Fatimənin (s) evi

wikishia saytından
(Fatimənin evi səhifəsindən yönləndirilmişdir)

Həzrət Fatimənin (s) evi (ərəbcə: دار السيدة فاطمة(ع)) Məscidün-Nəbiyə birləşik bir evdir ki, İmam Əli (ə)Həzrət Fatimənin (s) yaşadıqları yer idi. Şiə alimlərinin əksəriyyəti Həzrət Fatimənin (s) qəbrinin öz evində olduğuna inanırlar. Həzrət Fatimənin (s) evi üçün deyilən fəzilət budur ki, Allah “Səddul-əbvab” (qapıların bağlanması) hadisəsində Peyğəmbər (s) məscidinə birləşik olan bütün evlərin qapılarının bağlanmasını əmr etmiş və yalnız bu evin qapısının məscidə açıq qalmasına icazə vermişdir.

İmam Sadiqin (ə) bir hədisində deyilir ki, bu evdə namaz qılmaq “Rövzətun-Nəbi”də qılınan namazdan daha fəzilətlidir. Bu ev əməvilərin hakimiyyəti dövründə Məscidün-Nəbinin böyüdülməsi üçün dağıdılıb və Peyğəmbərin (s) dəfn olunduğu hücrə ilə birlikdə zərihin içərisində yerləşir.

Bəziləri hücuma məruz qalan və Fatimeyi-Zəhranın (s) yaralandığı evin İmam Əlinin (ə) Bəni-Haşim xiyabanında yerləşən evi olduğunu bildirirlər. Bu tədqiqatçılar hücum olunan evin Bəni-Haşim xiyabanında yerləşən ev olduğuna və sözügedən evin mövcudluğuna dair dəlil və sübutlar qeyd etmişlər.

Həzrət Fatimənin (s) evinin müsəlmanlar arasında məqam və fəzilətləri

Fatimənin (s) evi dedikdə Fatimənin (s) Mədinədəki yaşadığı yer nəzərdə tutulur ki, şiəsünni rəvayətlərində və tarixi mənbələrdə onun fəziləti[1] və ona edilən hücum hadisəsi[2] haqqında bəhs edilmişdir. Həmçinin bəzi şiə alimləri onu Fatimənin (s) dəfn yeri də hesab edirlər.[3]

Şiə və sünni rəvayətində deyilir ki, Peyğəmbər (s) Fatimə (s) və Əlinin (ə) evini “Nur” surəsinin 36-cı ayəsində qeyd olunan evlərin ən gözəl nümunələrindən biri kimi təqdim etmişdir:

«فِي بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَيُذْكَرَ فِيهَا اسْمُهُ يُسَبِّحُ لَهُ فِيهَا بِالْغُدُوِّ وَالْآصَالِ»
“(Bu ilahi nur) Allahın (ad, məqam və binalarının) ucaldılmasına və orada Öz adının çəkilməsinə icazə verdiyievlər (məscidlər və məsumların məqbərələrin)dədir. Həmin evlərdə səhərlər və axşamlar Onu pak sifətlərlə mədh edərlər”.[4]

Fatimənin (s) evi onun övladlarının dünyaya gəldiyi yer idi.[5] Həmçinin bir rəvayətə görə, İmam Səccadın (ə) da doğulduğu yer olub.[6] “Əl-Kafi” kitabında qeyd olunan rəvayətə görə, İmam Sadiq (ə) Fatimənin (s) evində namaz qılmağı “Rövzətun-Nəbi”də qılınan namazdan daha üstün hesab etmişdir.[7] Habelə nəql olunub ki, İmam Cavad (ə) hər gün Həzrət Fatimənin (s) evində namaz qılırdı.[8]

İranın bəzi şəhərlərində Fatimiyyə günlərində Bəni-Haşim məhəlləsinin və Həzrət Fatimənin (s) evinin ananın küçələri adı ilə sərgiləri və maketləri yaradılır və ictimaiyyət tərəfindən ziyarət edilir.[9]

Peyğəmbərin (s) Fatimənin (s) evini köçürmək istəyi

Qəməri tarixi ilə 3-cü əsr tarixçisi İbn Səd, İmam Baqirdən (ə) nəql edir ki, İmam Əli (ə) Fatimə (ə) ilə evləndikdən sonra Peyğəmbərin (s) evindən bir az aralıda olan bir ev hazırladı. Peyğəmbər (s) onlara qızının evinin öz evinin yaxınlığında olmasını istədiyini söylədi. Həzrət Fatimə (s) Peyğəmbərdən (s) Harisə ibn Numanın evində yaşaya bilmələri üçün onunla danışmasını istədi.[10] Harisə öz evlərindən bəzilərini həyat yoldaşları ilə birlikdə yaşaması üçün Peyğəmbərə (s) vermişdi.[11] Buna görə də Peyğəmbər (s) dedi ki, o, bunu söyləməkdən utanır. Harisə bu işdən xəbər tutdu, evini Peyğəmbərə (s) hədiyyə etdi və dedi ki, Peyğəmbərin (s) onun malını qəbul etməsi, onu qəbul etməməsindən daha yaxşıdır.[12]

Bəzi şiə mənbələrinə görə, Peyğəmbər (s) İmam Əlidən (ə) evləndikdən sonra gedəcəkləri bir ev hazırlamağı istədi. Əli (ə) dedi ki, Peyğəmbərin (s) evinin yanında Harisə ibn Numanın evindən başqa heç bir ev yoxdur. Peyğəmbər (s) dedi ki, Harisə evlərindən bir neçəsini ona verib və o, bunu ona söyləməyə utanır. Harisə bu əhvalatdan xəbər tutdu və Peyğəmbərin (s) yanına gəlib evini o Həzrətə hədiyyə etdi. Beləcə Əli (ə) və Fatimə (s) Harisənin evinə getdilər.[13]

Məscidə qapısı olan yeganə ev

Həzrət Fatimənin (s) evi Məscidün-Nəbinin şərqində və Peyğəmbərin (s) otaqlarının ortasında yerləşirdi.[14] Bu evin iki qapısı var idi: Bir qapısı məscidin içərisinə, digər qapısı isə məscidin çölünə açılırdı.[15]Səddul-əbvab” (qapıların bağlanması) hadisəsində baş verərsə, Peyğəmbər (s) Allahın əmri ilə göstəriş verdi ki, bu evin qapısından başqa bütün evlərin qapıları Məscidün-Nəbiyə bağlansın.[16] “Səddul-əbvab” (qapıların bağlanması) Həzrət Əli (ə) üçün müstəsna bir fəzilət sayılır.[17]

Həzrət Fatimənin (s) evinin Məscidün-Nəbidəki məqamı

Məscidül-Nəbi məscidinin yanında Həzrət Fatimənin (ə) evi

Həzrət Fatimənin (s) evi Peyğəmbərin (s) evinin (Aişənin otağı) arxasında yerləşirdi.[18] Bu iki evin arasında bir kiçik pəncərə[19] var idi, Peyğəmbər (s) oradan qızının halını soruşdu.[20] Bir gecə orada Həzrət Fatimə (s) ilə Peyğəmbərin (s) həyat yoldaşı Aişə arasında mübahisə baş verib ki, bu da Fatimeyi-Zəhranın (s) narahat olmasına səbəb olub və Peyğəmbər (s) Həzrət Fatimənin (s) istəyi ilə onu bağlayıb.[21]

Həzrət Fatimənin (s) evinə edilən hücum

Əsas məqalə: Həzrət Fatimənin (ə) evinə hücum

Şiə və sünni mənbələrinə görə, Peyğəmbərin (s) vəfatından və Səqifə hadisəsindən sonra səhabələrdən bəziləri Həzrət Fatimənin (s) evinə hücum etdilər ki, İmam Əlidən (ə) və Əbu Bəkrə beyət etməkdən boyun qaçıran və o Həzrət Əlinin (s) evinə sığınan digər şəxslərdən beyət alsınlar.[22] Şiə mənbələrinə görə bu hadisədə evin qapısı yandırıldı.[23] Həmçinin aldığı xəsarətlər nəticəsində Həzrət Fatimənin (s) bətnindəki uşaq (Möhsün) siqt oldu.[24] Fatimə (s) də bir müddət sonra şəhid oldu.[25]

Hansı evə hücum edilib?

Bəzi tədqiqatçılar Həzrət Fatimənin (s) evinə edilən hücumun məscidin yaxınlığındakı evlə bağlı olmadığını düşünürlər; Daha doğrusu, hücuma məruz qalan evin məsciddən uzaqda olduğunu bildiriblər.[26] Məhəmməd Sadiq Nəcminin (şəmsi təqvimi ilə 1390-cı ildə vəfay edib) yazdığı “Bəqi imamlarının hərəminin tarixi” kitabında dediyinə görə, bəzi tarixi xəbərlər bu nəzəriyyəni təsdiq edir. O cümlədən, belə bir xəbər var ki, Həzrət Əlini (ə) Əbu Bəkrə beyət etmək üçün məscidə apardıqları zaman insanlar Mədinə küçələrində bu hadisələri seyr edirdilər.[27] Bu xəbər, Əhməd ibn Əbdül-Əziz Cövhəri Bəsrinin (hicri 323-cü ildə vəfat edib) yazdığı “Əs-Səqifə və Fədək” kitabında gəlib.[28] Həmçinin deyilir ki, bu ev Məscidün-Nəbinin şərq tərəfində, arxası Bəqiyə və Əbu Əyyub Ənsarinin evinin yanında yerləşirdi. Habelə bu evin həyəti, anbarı, bir neçə otaq və böyük taxta qapısı var idi.[29]

Əhli-sünnənin Mədinəşünas alimi Səmhudi (hicri 911-ci ildə vəfat edib) də İmam Əlinin (ə) Bəqi qəbiristanlığının yaxınlığındakı evindən danışmışdır.[30] Hicri 3-cü əsrdə yazılmış tarixi mənbələrdən olan “Ət-Təbəqətul-Kübra” kitabında İmam Əlinin (ə) Bəqi yaxınlığındakı evindən bəhs edilir.[31] Bəziləri bu evi Harisə ibn Numanın Həzrət Fatiməyə (s) yaşaması üçün hədiyyə etdiyi ev olduğunu hesab edir.[32]

Şiə tarixçisi Seyid Cəfər Mürtəza Amuli (hicri 1441-ci ildə vəfat edib) evə edilən hücum hadisəsinin “Səddul-əbvab” (qapıların bağlanması) hadisəsi ilə bağlı olan evə edildiyini bildirib.[33]

Həzrət Fatimə (s) öz evində dəfn olunubmu?

İslam və şiə tarixi üzrə mütəxəssis, bioqraf Seyid Cəfər Mürtəza Amulinin (hicri 1441-ci ildə vəfat edib) dediyinə görə, Həzrət Fatimənin (s) qəbrinin yerini qəti şəkildə müəyyən etmək mümkün deyil.[34] Bununla belə, şiə alimləri onun dəfn yeri ilə bağlı ehtimallar irəli sürmüşlər. İsmayıl Ənsari Zəncaninin “Əl-Məvsuətul-kübra ən Fatimətiz-Zəhra” əsərində yazdığına görə, əksər şiə alimləri Həzrət Fatimənin (s) öz evində dəfn edildiyinə inanırlar.[35] Həmçinin Ayətullah Məkarim Şirazi İmam Əlinin (ə) Həzrət Fatimənin (s) dəfni zamanı söylədiyi “ənnaziləti fi civarikə” (o, sənin yanına endi) ifadəsini Fatimeyi-Zəhranın (s) öz evində dəfn olunduğuna inananların nəzəriyyəsinin təsdiqi kimi təqdim etmişdir.[36]

Məscidün-Nəbinin genişlənməsi zamanı evin Peyğəmbərin (s) zərihində qərar tutması

Həzrət Fatimənin (s) evi Əbdül-Məlik ibn Mərvan (hökuməti: hicri 6586-cı illərdə[37] və ya Vəlid ibn Əbdül-Məlikin (hökuməti: hicri 86 və 96-cı illərdə)[38] hakimiyyəti dövründə Peyğəmbər (s) məscidinin böyüdülməsi məqsədi ilə dağıdılmışdır. Nəticədə, bu hücrə Peyğəmbərin (s) dəfn olunduğu hücrə ilə birlikdə bir zirehin içərisində qərar tutmuşdur.[39]

İstinadlar

  1. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.493, c.4, s.556
  2. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, c.1, s.146
  3. Şeyx Səduq, Mən la Yhzuruhul-fəqih, h.q h.q 1413, c.2, s.572
  4. Siyuti, Əd-Durrul-mənsur, Darul-fikr, c.6, s.203; İrbili, Kəşful-ğummə, h.q 1421, c.1, s.313
  5. Təbəsi, گزارشی از خانه زهرا علیها السلام, Hövzənin rəsmi internet saytı
  6. Təbəri Amuli, Dəlailul-İmamət, h.q 1413, s.191
  7. Kuleyni, Əl-Kafi, h.q 1407, c.4, s.556
  8. Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.493
  9. «روایتی از «کوچه‌های مادری», isna ir saytı
  10. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.132
  11. Amili, Əs-Səhihu min siyrətil-İmam Əli (ə), m.2009, c.3, s.132-133
  12. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.8, s.132
  13. Təbərsi, İlamul-vəra, h.q 1390, s.71; Məclisi, Biharul-ənvar, h.q 1403, c.19, s.113
  14. Təbəsi,گزارشی از خانه زهرا علیها السلام
  15. Qaidan, Dərsnameye əmakine məzhəbiye Məkkeye Mukərrəme və Mədinə, h.ş 1390, s.177
  16. İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.7, s.342
  17. Hakim Nişaburi, Əl-Mustədrək, Beyrut, c.3, s.125
  18. Qaidan, Dərsnameye əmakine məzhəbiye Məkkeye Mukərrəme və Mədinə, h.ş 1390, s.177
  19. Əs-Səğir, Əl-İmam Əli (ə) siyrətuhu və qiyadətuhu, m.2002, c.1, s.31
  20. Səmhudi, Vəfaul-vəfa, m.2006, c.2, s.57
  21. Səbri Başa, Musuətu miratil-hərəmeyniş-şərifeyn, m.2004, c.3, s.262
  22. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.3, s.202
  23. Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, h.q 1420, c.1, s.150
  24. Məsudi, İsbatul-vəsiyyət, h.ş 1384, c.1, s.146
  25. Təbəri Amuli, Dəlailul-İmamət, h.q 1413, s.134
  26. Musəvi, Pasox be şübehate tarixi atəş zədəne xaneye vəhy dər ayineye tarix və rəvayəte firiqeyn, s.140-141
  27. Nəcmi, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvər, h.ş 1386, s.163-166
  28. Cövhəri Bəsri, Əs-Səqifə və Fədək, Tehran, s.72
  29. Allah Əkbəri, خانه حضرت فاطمه(س) کجا بوده است؟
  30. Səmhudi, Vəfaul-vəfa, m.2006, c.2, s.59
  31. İbn Səd, Ət-Təbəqatul-kübra, h.q 1410, c.4, s.40
  32. Qəzvini, Fatimətuz-Zəhra (ə) minəl-mehdi iləl-ləhdi, m.2006, c.1, s.157
  33. Amuli, Məsətuz-Zəhra (ə), h.q 1418, c.1, s.177
  34. Amuli, Məsətuz-Zəhra (ə), h.q 1418, c.1, s.252 və 253
  35. Ənsari Zəncani, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra, h.q 1428, c.16, s.113
  36. Məkarim Şirazi, Peyame İmam Əmirəl-möminin, h.ş 1386, c.8, s.32
  37. İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.211
  38. Səmhudi, Vəfaul-vəfa, m.2006, c.2, s.89
  39. Cəfəriyan, Asare İslami Məkkə və Mədinə, h.ş 1387, s.295

Ədəbiyyat

  • İbn Səd, Məhəmməd ibn Səd, Ət-Təbəqatul-kübra, Təhqiq: Əbdül Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1410
  • İbn Şəhraşub, Mənaqibu Ali Əbi Talib, Qum, Əllamə nəşriyyatı, 1-ci çap, h.q 1379
  • İbn Kəsir, İsmail ibn Ömər, Əl-Bidayə vən-nəhayə, Beyrut, Darul-fikr, h.q 1407
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə, Qum, h.q 1421
  • Əs-Səğir, Məhəmməd Hüseyn, Əl-İmam Əli (ə) siyrətuhu və qiyadətuhu, m.2002
  • Ənsari Zəncani, İsmail, Əl-Musuətul-kübra ən Fatimətiz-Zəhra, Qum, h.q 1428
  • Cəfəriyan, Rəsul, Asare İslami Məkkə və Mədinə, Tehran, h.ş 1387
  • Cövhəri Bəsri, Əhməd ibn Əbdül-Əziz, Əs-Səqifə və Fədək, Təhqiq və düzəliş: Məhəmməd Hadi Əmini, Tehran,
  • Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Darul-mərifə, Beyrut
  • Səlim ibn Qeys, Kitabu Səlim ibn Qeys, Qum, Əl-Hadi, h.q 1420
  • Səmhudi, Əli ibn Abdullah, Vəfaul-vəfa, Beyrut, Darul-kutubil-elmiyyə, m.2006
  • Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr
  • Səbri Başa, Əyyub, Musuətu miratil-hərəmeyniş-şərifeyn, Qahirə, Darul-afaqil-ərəbiyyə, m.2004
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Tehran, Darul-kutubil-İslamiyyə, 3-cü çap, h.q 1390
  • Təbəri Amuli, Məhəmməd ibn Cərir ibn Rüstəm, Dəlailul-İmamət, Qum, Besət, h.q 1413
  • Təbəri, Məhəmməd ibn Cərir, Tarixul-uməmi vəl-muluk, Beyrut, 4-cü çap, h.q 1403
  • Təbəsi, Məhəmməd Cavad, گزارشی از خانه زهرا علیها السلام»
  • Amili, Seyyid Cəfər Mürtəza, Əs-Səhihu min siyrətil-İmam Əli (ə), Mərkəze mutaliate İslami, m.2009
  • Amuli, Seyyid Cəfər Mürtəza, Məsətuz-Zəhra (ə), Beyrut, Darus-siyrə, h.q 1418
  • Qaidan, Əsğər, Dərsnameye əmakine məzhəbiye Məkkeye Mukərrəme və Mədinə, Tehran, Məşər, h.ş 1390
  • Qəzvini, Məhəmməd Kazim, Fatimətuz-Zəhra (ə) minəl-mehdi iləl-ləhdi, Qum, Darul-ənsar, m.2006
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Darul-kutubil-İslamiyyə, 4-cü çap, h.q 1407
  • Məsudi, Əli ibn Hüseyn, İsbatul-vəsiyyət, Qum, Ənsariyan, h.ş 1384
  • Nəcmi, Məhəmməd Sadiq, Tarixe hərəme əimmeye Bəqi və asare digər dər Mədineye Münəvvər, Tehran, Məşər nəşri, h.ş 1386
  • Allah Əkbəri, خانه حضرت فاطمه(س) کجا بوده است؟
  • Məkarim Şirazi, Nasir, Peyame İmam Əmirəl-möminin, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1386
  • Musəvi, Seyyid Məhəmməd Təqi, پاسخ به شبهات تاریخی آتش زدن خانه وحی در آیینه‌ی تاریخ و روایات فریقین