Siqli Əsğər

wikishia saytından
(Kiçik siql səhifəsindən yönləndirilmişdir)

Siqli Əsğər (ərəbcə: الثقل الأصغر), Məhəmməd peyğəmbərin (s) Əhli-beytinin Səqəleyn hədisindəki vəsfidir. Siql ağır yük[1] mənasındadır. Səqəl isə dəyərli və qiymətli olan hər bir şeyə deyilir.[2]

Firuzabadinin (vəfatı: 817 q.) Əl-Qamus əl-Muhit lüğətnamədəsindəki sözlərinə görə, Səqəleyn hədisindəki bu kəlmə (ثقلين), "səqəl" kəlməsindən götürülmüşdür.[3] Hz. Muhəmməd (s) Səqəleyn hədisində Əhli-beyti kiçik siql (kiçik ağır əmanət), Quranı isə böyük siql (böyük ağır əmanət) adlandırıb və buyurub ki, əgər ümməti o ikisindən bərk yapışarsa, heç zaman azmayacaq.[4]

Hz. Muhəmməd (s) həmçinin Qədir-Xum xütbəsində Quranı böyük siql, Əlini (ə) və pak övladlarını isə kiçik siql olaraq təqdim edib.[5] Hz. Əli (ə) də bir xütbədə[6]Kumeyl ibn Ziyada olan tövsiyəsində özünü siqli əsğər və Quranı siqli əkbər kimi təqdim edib.[7]

Quran təfsirçisi Abdullah Cavadi Amulinin fikrincə, Əhli-beyt zahiri aləm baxımdan və din təlimlərinin öyrədilməsi və dərk etdirilməsi çərçivəsində siqli əsğərdir. Amma mənəvi məqamları etibarilə və batini aləmdə Qurandan aşağı deyillər. Bir hədisə əsasən, İmam Əli (ə) Qurani-Kərimi sakit kitab və özünü Allahın danışan kitabı olaraq təqdim edib.

İmam Xomeyni özünün siyasi-ilahi vəsiyyətnaməsində Əhli-beyti (ə) "siqli kəbir" (böyük ağır əmanət) adlandırıb.

Əlaqəli məqalələr

İstinadlar

  1. Əyyaşi, Təfsirul-əyyaşi, h.q 1380, c.1, s.5
  2. Yaqubi, Tarixu Yaqubi, Daru sadir, c.2, s.112; İbn Tavus, İqbalul-əmal, h.q 1409, c.1, s.455-456
  3. Nəhcül-bəlağə, Xütbə 87, s.120
  4. Məclisi, Biharul-ənvar, h.q 1390, c.74, s.375
  5. Cavadi Amuli, Təsnim, h.ş 1385, c.1, s.76
  6. Hürr Amili, Vəsailuş-şiə, h.q 1409, c.27, s.34
  7. Xomeyni, Səhifeye İmam, h.ş 1389, c.21, s.393

Ədəbiyyat

  • İbn Tavus, Əli ibn Musa, İqbalul-əmal, Tehran, Darul-Kutub əl-islamiyyə, 1409 h.q
  • İbn Mənzur, Muhəmməd ibn Mükərrəm, Lisanul-ərəb, korrektor: Əhməd ibn Faris, Beyrut, Darul-Fikr littibaə vən-nəşr vət-təuzi və dari Sadir, 1414 q.
  • Cavadi Amuli, Abdullah, Təsnim, Qum, İsra nəşriyyat mərkəzi, 1385 h.ş.
  • Xomeyni, Ruhullah, Səhifeye İmam, Tehran, İmam Xomeyninin əsərlərinin nəzmə salınması və nəşri müəssisəsi, 5-ci çap, h.ş 1389
  • Əyyaşi, Muhəmməd ibn Məsud, Təfsiri Əyyaşi, tədqiq: Seyid Haşim Rəsuli Məhəllati, Elmiyyə çapxanası, Tehran, 1380 q.
  • Firuzabadi, Muhəmməd ibn Yaqub, Əl-Qamus əl-Muhit, Daru ihyaut-turasil-ərəbi, Beyrut, 1412 q.
  • Məclisi, Muhəmməd Baqir, Biharul-ənvar, Tehran, Darul-Kutub əl-islamiyyə, 1390 q.
  • Nəhcül-Bəlağə, korrektor: Sübhi Saleh, Qum, Hicrət, 1-ci çap, 1414 q.
  • Yaqubi, Əhməd, Tarixi Yaqubi, Beyrut, Daru Sadir