İlk müsəlman

wikishia saytından

İlk müsəlman, (ərəbcə: أول المسلمين) İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxsdir. İlk müsəlman olmaq şərəf və fəzilət sayılır. Şiələr Həzrət Xədicəni (s) ilk müsəlman qadın, İmam Əlini (ə) isə ilk müsəlman kişi hesab edirlər. Bu məsələ sünnilərin tarixi mənbələrində də qeyd olunur.

Bəzi sünni mənbələrindəki xəbərlərə görə, Əbu Bəkrin ilk müsəlman olduğu bildirilib. Müasir şiə tarixçisi Rəsul Cəfərian bəzi sünnilərin belə bir iddiasının müsəlmanlar arasında heç bir tarixi mənşəyinin olmadığını bildirir. O, bu iddianı məzhəb qarşıdurmalarının nəticəsi hesab edir.

İlk müsəlman olmağın əhəmiyyəti

İlk müsəlman dedikdə İslam Peyğəmbərinə (s) iman gətirən ilk şəxs nəzərdə tutulur. İlk müsəlman olmaq şərəf və fəzilət sayılırdı.[1]Bəzi mənbələrə görə, Peyğəmbər (s) İmam Əlinin (ə) ilk müsəlman olmasını onun üçün fəzilət hesab edirdi.[2] İlk müsəlman olduqlarını iddia edən bəzi səhabələr də bu mövzuda öyünürdülər.[3]

Həzrət Xədicə (s) ilk müsəlman qadındır

Tarixçilər Həzrət Xədicənin (s) ilk müsəlman qadın olması ilə bağlı ixtilaf etmirlər.[4] Onlardan bəziləri onu ilk müsəlman (həm kişi, həm də qadınlar arasında) kimi qeyd etmişlər.[5]Sünni tarixçisi İbn Əsir bildirib: Müsəlmanların icması budur ki, Həzrət Xədicə (s) Peyğəmbərə (s) ilk iman gətirən şəxsdir.[6]

Üçüncü əsrin tarixçisi Əhməd ibn Əbi Yaqubun yazdığına görə, Həzrət Xədicə (s) Peyğəmbərə (s) ilk iman gətirən qadın, Həzrət Əli (ə) isə ilk iman gətirən kişidir.[7]

Əli (ə) ilk müsəlman kişidir

Rəvayətlərə görə, İslam peyğəmbəri (s) İmam Əlini (ə) ilk müsəlman, ilk mömin [8] və onu təsdiqləyən ilk şəxs kimi vəsf etmişdir.[9] Şeyx Tusi İmam Rzadan (ə) bir rəvayət nəql etmişdir ki, orada İmam Əli (ə) İslam Peyğəmbərinə (s) ilk iman gətirən şəxs kimi təqdim edilir.[10] Deyilir ki, şiələrin İmam Əlinin (ə) ilk müsəlman şəxs olması ilə bağlı yekdil rəyi var.[11] İmam Əli (ə) də öz sözlərində İslamda öndər və ilk müsəlman olduğunu bildirir.[mənbəyə ehtiyac var]

Əllamə Məclisi[12] və dördüncü əsrdə yaşamış şiə yazıçısı Hüseyn ibn Həmdan Xasibi [13] İmam Əlini (ə) ilk müsəlman hesab edirdilər. Həmçinin sünni tarixçilərindən Məhəmməd ibn Cərir Təbəri,[14] Şəmsuddin Zəhəbi[15] və başqaları[16] İmam Əlinin (ə) ilk müsəlman olduğunu bildirən rəvayətlər nəql etmişlər.

Digər məlumatlar

Bəzi sünnilər Əbu Bəkrin[17] və ya Zeyd ibn Harisənin ilk müsəlman olduqlarını çatdıran rəvayətləri qeyd etmişlər.[18] Sünni tarixçisi Muqrizi "İmtaul-Əsma" kitabında İslam peyğəmbərini (s) dəstəkləmək və ona kömək etmək bacarığı olan şəxs kimi Əbu Bəkri ilk müsəlman hesab etmişdir.[19] İbn Həcər "Əl-İsabə" kitabında İmam Əlini (ə) uşaqlar arasında, Xədicəni qadınlar arasında, Zeyd ibn Harisəni məvali (qeyri-ərəblər) arasında, Bilal Həbəşini isə qullar arasında ilk müsəlman hesab etmişdir. O, Əbu Bəkri müsəlman olan ilk azad insan hesab edir.[20] Lakin Məhəmməd ibn Cərir Təbəri Məhəmməd ibn Səddən rəvayət edir ki, Əbu Bəkr 50 nəfərdən sonra İslamı qəbul etdi.[21] Müasir şiə tarixçisi Rəsul Cəfərianın fikrincə, bəzi tarixi mənbələrin Əbu Bəkri ilk müsəlman hesab etməsinin tarixən heç bir əsası yoxdur. O, bunun müsəlmanlar arasında məzhəb münaqişələrindən irəli gəldiyini bildirir.[22]

İslamı sıra ilə qəbul edənlər

Sünni tarixçisi İbn Əsir, Xədicə (s), Əli (ə), Zeyd ibn Harisi və Əbu Bəkri,[23] Əllamə Məclisi isə Əli (ə), Xədicə (s) və Cəfər ibn Əbu Talibi sıra ilə Peyğəmbərə (s) ilk iman gətirən şəxslər kimi təqdim etmişlər.[24]

İstinadlar

  1. Şeyx Nəcmuddin Təbəsi, Əmirəl-Möminan (ə) və piştazi dər İslam, s.72
  2. İbn Uqdə Kufi, Fəzailu Əmirəl-Möminin (ə), h.q 1424, s.24
  3. İbn Quteybə, Əl-Məarif, m.1992, s.169
  4. Huseyni, Nəxostin mumin və aqahtərin iman, s.48
  5. Bəlazuri, Ənsabul-Əşraf, h.q 1417, İbn Səd, Ət-təbəqatul-kubra, h.q 1410, c.3, s.15; ibn əbdul-berr, Əl-istiyab, h.q 1412, c.2, s.546; İbn Xəldun, Tarixu ibn Xəldun, h.q 1408, c.2,s.410; Salihi Dəməşqi, subulul-huda, h.q 1414, c.2, s.300
  6. ibn Əsir, Əl-Kamil, h.q 1385, c.2, s.57
  7. Yəqubi, Tarixul-Yəqubi, Daru Sadir, c.2, s.23
  8. İbn Şəhr Aşub, Mənaqibu Ali Əbi Talib, h.q 1379, c.2, s.6
  9. Səffar, Bəsairud-dərəcat, h.q 1404, c.1, s.84
  10. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.343
  11. Huseyni, Nəxostin mumin və Aqahtərin iman, s.48
  12. Məslisi, Biharul-Ənvar, h.q 1403, c.66, s.102
  13. Xəsibi, Əl-hidayətul-Kubra, h.q 1419, s.50
  14. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1387, c.2, s. 310
  15. Zəhəbi, Tarixul-İslam, h.q 1409, c.1, s. 128
  16. ibn Əbdul-berr, Əl-İstiab, h.q 1412, c.3, s.1090
  17. Təbəri, Tarixul-uməmi vəl-muluki, h.q 1387, c.2, s.315, İbn Əbdul-berr, Əl-istiab, h.q 1412, c.3, s. 965
  18. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.470
  19. Məqrizi, İmtaul-Əsma, h.q 1420, c.1, s. 34
  20. İbn Həcər Əsqəlani, Əl-İsabəh, h.q 1415, c.1, s.84
  21. Təbəri, Tarixul-uməm vəl-muluk, h.q 1387, c.2, s.316
  22. Cəfərian, Tarixe siyasiye İslami siyreye Rəsule xoda, h.ş 1380, c.1, s.235
  23. İbn Əsir, Əsədul-ğabə, h.q 1409, c.2, s.130-131
  24. Məclisi, Biharul-Ənvar, h.q 1403, c.66, s. 102

Ədəbiyyat

  • İbn Əsir Cəzri, Əli ibn Muhəmməd, Əsədul-ğabə fi mərifətis-səhabə, Beyrut, Darul-fikr, h.q 1409
  • İbn Əsir Cəzri, Əli ibn Muhəmməd, Əl-kamil fit-tarix, Beyrut, Daru sadir, h.q 1385
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-isabətu fi təmyiizis-səhabə, Təhqiq: Adil Əhməd Əbdul-movcud, Əli Muhəmməd Muəvviz, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1415
  • İbn Xəldun, Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami, Tarixu ibn Xəldun, Xəlil Şəhadə, Beyrut, Darul-fikr, 2-ci çap, h.q 1408
  • İbn Səd Muhəmməd ibn Səd, Ət-təbəqatul-kubra, Təhqiq: Muhəmməd Əbdul Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1410
  • İbn Şəhr Aşub Mazandarani, Mənaqibu Ali Əbi-Talib (ə), Qum, Əllamə, 1-ci çap, h.q 1379
  • İbn Əbdul-Birr, Yusif ibn Əbdullah, Əl-İstiab fi mərifətil-əshab, Təhqiq: Əli Muhəmməd, Beyrut, 1-ci çap, h.q 1412
  • İbn Quteybə, Abdullah ibn Muslim, Əl-Məarif, Təhqiq: Turus Əkkaşə, Qahirə, Əl-heyətul-Misriyyətul-ammə lil-kitab, 2-ci çap m.1992
  • İbn Uqdə Kufi, Əhməd ibn Muhəmməd, Fəzailu-Əmirəl-Möminin (ə) Muhəqqiq və musəhhih: Əbdur-rəzzaq Muhəmməd Huseyn, Qum, 1-ci çap, h.q1424
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Təhqiq: Səhil Zəkkar, Riyaz Zərkəli, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
  • Cəfəriyan, Rəsuli, Tarixe siyasiye İslam siyreye Rəsule xoda, Qum, Enteşarate dəlil, h.ş 1380
  • Huseyni, Seyyid Huseyn, "Nəxostin mumin və aqahtərin iman, Məcəlleye sirat, 10 nömrə, h.ş 1392
  • Xəsibi, Huseyn ibn Həmədan, Əl-hidayətul-kubra, Beyrut, Əl-Bəlağ, h.q 1419
  • Zəhəbi, Muhəmməd ibn Əhməd, Tarixul-İslam, Təhqiq: Ömər Əbdus-səlam, Beyrut, Darul-kutubil-ərəbi, 2-ci çap, h.q 1409
  • Şeyx Tusi, Muhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqafə, 1-ci çap, h.q 1414
  • Salihi Dəməşqi, Muhəmməd ibn Yusuf, Subulu-huda və irşadu fi siyrəti xeyril-ibad, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, hq.1414
  • Səffar, Muhəmməd ibn Həsən, Bəsairud-dərəcat, fi fəzaili Ali Muhəmməd (s.ə), Təhqiq: Mohsin ibn Əbasəli kuçe baği, Qum, Məktəbətu Ayətullah Mərəşi Nəcəfi, 2-ci çap, h.q 1404
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Təhqiq: Muhəmməd Əbulfəzl İbrahim, Beyrut, Darut-teras, 2-ci çap, h.q 1387
  • Məclisi, Muhəmməd Baqir, Biharul-Ənvar, Beyrut, Daru ihyait-terasil-ərəbi, 2-ci çap, h.q 1403
  • Nəcməddin Təbəsi, Muhəmmədcavad, Əmirəl-muminan (ə) və piştazi dər İslam, Məcəlleye Fərhənge Kovsər, 75 nömrə, h.ş 1387
  • Məqrizi, Təquddin, İmtaul-əsma bima lin-Nəbi minəl-əhvali vəl-əmval... Təhqiq: Muhəmməd Əbdul Həmid, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1420
  • Yaqubi, Əhməd ibn Əbi Yaqub, Tarixul-yaqubi, Beyrut, Daru Sədr, 1-ci çap