Alullah

wikishia saytından

Alullah (ərəbcə: آل الله) və ya Allahın ailəsi hədislərdə Əhli-beytin (ə) vəsflərindəndir ki, şiə şair və natiqləri də Əhli-beytə (ə) işarə vurmaq üçün bundan istifadə ediblər. Bu ifadə Əhli-beytin (ə) Allah yanında yüksək məqamına görədir, həqiqətən də Allahın ailəsindən və qohumlarından olduqları üçün deyil. Həmçinin, Qüreyş Kəbənin mühafizəçiləri olduqları üçün Allahın ailəsi adlandırılıblar.

Konseptologiya

Alullah Allaha aid edilən ailə deməkdir.[1] “Al” ailə, xanədan, ardıcıllar və qohumlar mənasını verən “əhl” sözündən törəyib.[2] Bu söz Quranda işlənib. “Ali-İmran”[3] Məryəm (ə)İsanın (ə)[4] daxil olduğu İmranın ailəsi mənasını verir. Alul-Lut[5] Lutun ailəsi[6] və Ali-Firon Fironun[7] ardıcılları və ordusu mənasını verir.[8] Əlbəttə, “Al” sözünün “Allah” sözü ilə izafət zənciri şəklində işlənməsi “təşrifiyyə” izafətidir. Ona görə də o, Allaha isnad edilən bir şeyin əzəmətinə və böyüklüyünə dəlalət edir, onun Allahla qohumluq əlaqəsinə yox.[9]

Nümunələr

Bəzi hədislərə əsasən, imamların (ə) xüsusi biliklərə malik olması onların “Allahın sirr əhli”, “Allahın ailəsi” və “peyğəmbərlərin varisləri” olduqları üçündür.[10] Buna görə də Rəcəb ayının[11] ortasında oxunan İmam Hüseynin (ə) ziyarətinin birinci frazasında “Allahın ailəsi” ifadəsi işlənib. (السَّلامُ عَلَیْکُمْ یَا آلَ اللهِ السَّلامُ عَلَیْکُمْ یَا صَفْوَةَ اللهِ) Digər ziyarətnamələrdə də “Allahın ailəsi” ifadəsi qeyd olunub.[12] Cabir ibn Abdullah Ənsarinin[13] Ərbəin ziyarəti və şairlər Əhli-beytə (ə) işarə etmək üçün “Allahın ailəsi” ifadəsini işlədiblər:

Ey Allahın düşmənləri, gedin, öz dünyanızda azad kişilərdən olun!
Sizin mübarizəniz mənimlədir, Allahın pak ailəsindən nə istəyirsiniz?[14]

Şiə imamlarının Allaha aid edilməsinə gəlincə, bu ifadə onların Allahla qohumluğuna yox,[15] əzəmətinə və böyüklüyünə dəlalət edir. Onlar Allaha ən yüksək yaxınlıq dərəcələrində olduqları üçün Allaha aid edilirlər.[16] Həmçinin Qüreyş qəbiləsi Kəbənin mühafizəçiləri olduqları üçün “Allahın qonşuları” və “Allahın sakinləri” kimi ləqəblərdən başqa “Allahın ailəsi” də adlandırılıblar.[17] 5-ci əsrdə yaşamış şiə alimi Mənsur ibn Hüseyn Abiyə görə, Fil əshabının əhvalatı Qüreyşi izzətləndirdi və onların “Allah ailəsi” adlandırılmasına səbəb oldu.[18]

Əlaqəli məqalələr

İstinadlar

  1. «چرا به اهل بیت علیهم‌السلام، آل الله می‌گویند؟», hawzah.net saytı
  2. Rağib İsfəhani, Əl-Müfrədat, h.q 1412, s.98
  3. Ali-İmran, ayə 33
  4. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.2, s.518
  5. Nəml surəsi, ayə 56, Hicr surəsi, ayə 61
  6. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1417, c.15, s. 376
  7. Bəqərə surəsi, ayə 50; Ənfal surəsi, ayə 54
  8. Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.1, s.251; Qərəşi, Təfsiru Əhsənil-hədis, h.ş 1391, c.1, s.120
  9. «چرا به اهل بیت علیهم‌السلام، آل الله می‌گویند؟», hawzah.net saytı
  10. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.31, s.592, c.44, s.184
  11. «پاسخ آیت‌الله العظمی وحید؛ چرا به اهل‌بیت پیامبر «آل الله» می‌گویند», hawzah.net saytı
  12. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.99, s.202
  13. Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.98, s.329
  14. İbn Tavsu, Luhuf, h.ş 1377, s.97
  15. «چرا به اهل بیت علیهم‌السلام، آل الله می‌گویند؟», hawzah.net saytı
  16. «پاسخ آیت‌الله العظمی وحید؛ چرا به اهل‌بیت پیامبر «آل الله» می‌گویند», hawzah.net saytı
  17. İbn Əbd Rəbbih, Əl-Əqdul-fərid, c.3, s.226; Əllamə Məclisi, Biharul-ənvar, h.q 1403, c.15, s.258; Şeyx Səduq, Əl-Əmali, h.q 1417, s.317
  18. Abi, Nəsrud-durr, h.q 1424, s.273

Ədəbiyyat