Zəvil-Qurba

wikishia saytından

Zəvil-Qurba (ərəbcə: ذَوِی‌الْقُربیٰ) dedikdə Peyğəmbərin (s) yaxın qohumları nəzərdə tutulur ki, onları sevmək Quranda Peyğəmbərin (s) peyğəmbərliyinin mükafatı kimi təqdim olunur. Şiə və sünni rəvayətlərinə görə, Əli ibn Əbu Talib (ə), Fatimə (s), İmam Həsən (ə)İmam Hüseyn (ə) "Zəvil-Qurba"nın nümunələridir.

Tərif

"Zəvil-Qurba" yaxın qohumlar mənasında işlənir. Əl-Qurba sözü Quranda Zi,[1] Zəvi,[2] Uli[3] sözləri ilə birlikdə gəlib. Bu söz, [4]

قُلْ لا أَسْئَلُکمْ عَلَیهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِی الْقُرْبی

...ayəsində tək gəlib. Əhli-sünnə təfsirçisi və leksikoqrafı Zəməxşəri bu ayədə "Əl-qurba" sözündən məqsədin "Qurba əhli" olduğunu hesab etmişdir.[5]

Qurani-kərimdə "Əl-Qurba" sözü qohum və yaxınlar mənasında işlənmişdir.[6] "Qurb" sözü lüğətdə mənsubiyyət, zaman və məkan baxımından yaxınlıq mənasında işlənir.[7] Hədislərə əsasən, "Əl-Qurba" sözü "Məvəddət" ayəsində Əhli-beyt (ə) barəsində işlənmişdir. Xums[8] və Fiy[9] (müharibəsiz əldə olunan qənimətlər) ayələrində Əhli-beyti (ə) (Peyğəmbərin (s) qohumları) fəqirləri kimi təfsir edilmişdir.

Nümunələri tanımaq

Əsas məqalə: Məvəddət ayəsi

Şiənin nəzərinə əsasən, [10]«قُلْ لا أَسْئَلُکمْ عَلَیهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِی الْقُرْبی» ayəsindəki "zəvil-qurba" sözündən məqsəd Məsum İmamdır (ə)[11]Həzrət Fatiməyə (s) də şamil olur.[12] Həmçinin Əhli-sünnənin rəvayət və təfsir mənbələrindəki hədislərdə İmam Əli (ə), Fatimə (s), İmam Həsən (ə)İmam Hüseyn (ə) "Əl-Qurba"nın nümunəsi kimi təqdim edilmişdir.[13]

Bəzi əhli-sünnə müfəssirlərinin fikrincə, bu ayə Qüreyşə ünvanlanıb. Allah Peyğəmbərə (s) göstəriş vermişdir ki, qüreyşlilər iman gətirmirlərsə, qohumluqlarına görə, heç olmasa, Peyğəmbərlə (s) düşmənçilik etməsinlər.[14] Həmçinin bir rəvayətə əsasən, bu ayə Ənsar haqqındadır ki, Əbdül-Müttəlibin anası Səlmi binti Zeyd Nəccar tərəfindən Peyğəmbərin (s) anası Aminənin dayıları onunla qohum idilər. Onlar Peyğəmbərə (s) mal gətirdilər, lakin bu ayə nazil oldu və Peyğəmbər onların malını qəbul etmədi.[15]

Fiqhi hökmlər

"Zəvil-Qurba" ilə bağlı bəzi fiqhi hökmlər bunlardır:

  • "Zəvil-Qurba"nın xümsdakı payı: Şiə fəqihləri Xums ayəsində qeyd olunan xümsun altı xərclənmək yerindən "Zəvil-Qurba"nın payını Məsum İmama (ə) aid hesab etmişlər.[16] Onu Allahın payı və Peyğəmbərin (s) payı ilə birlikdə İmamın payı kimi qeyd edirlər. Həmçinin İmamın (ə) payına bəzən "Zəvil-Qurba"nın payı da deyilir.[17]
  • "Zəvil-Qurba"nın Fiydə payı: "Zəvil-Qurba", Fiyin (müsəlmanların döyüşsüz əlinə keçən qənimət) altı istifadə yerindən biridir.[18]

İstinadlar

  1. Bəqərə surəsi, ayə 83
  2. Bəqərə surəsi, ayə 177
  3. Tövbə surəsi, ayə 113
  4. Şura surəsi, ayə 23
  5. Zəməxşəri, Əl-kəşşaf, h.q 1407, c.4, s.219
  6. Rağib, Əl-mufrədat, h.q 1412, s.663-664
  7. Rağib, Əl-mufrədat, h.q 1412, s.663-664; İbn Fars, Miqayisul-luğət, h.q 1403, c.5, s.80
  8. Hurr Amili, Vəsailuş-şiə, h.q 1409, c.9, s.509-520
  9. Məkarim Şirazi, Təfsiri nümunə, c.23, s.504-505
  10. Şura surəsi, ayə 23
  11. Qummi, Cameul-xilaf vəl-vifaq, h.ş 1379; Nəcəfi, Cəvahirul-kəlam, h.ş 1362,c.16, 86-87
  12. Xoyi, Mustənədul-urvə, h.ş 1364, c.3, s.307-308
  13. İbn Hənbəl, Fəzailus-səhabə, h.q 1430, c.2, s.833; Buxari, Səhih-Buxari, h.q 1422, c.6, s.129; Zəməxşəri, Əl-kəşşaf, h.q 1407, c.3, s.402; Syuti, Əd-durrul-mənsur, h.q 1404, c.6, s.7; Qurtubi, Əl-camiu li əkhamil-Quran, h.ş 1364, s.16, s.22
  14. İbn Kəsir, Təfsir ibn Kəsir, h.q 1412, c.4, s.121; Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.30-31
  15. Alusi, Ruhul-məani, h.q 1415, c.13, s.31
  16. Seyyid Murtəzəvi, Rəsailuş-Şərif Murtəza, h.q 1405, c.1, s.226
  17. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.16, s.84; İbn Bərrac, Əl-məhəzzəb, h.q 1406, c.1, s.180
  18. Məkarim Şirazi, Təfsir nümunə, c.23, s.502

Ədəbiyyat

  • Qurani-kərim
  • Alusi, Seyyid Mahmud, Ruhul-məani fi təfsiril-Quranil-əzim, Təhqiq: Əli Abdullah Ətiyyə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • İbn Bərrac, Əbdül-əziz, Əl-muhəzzəb, Qum, Dəftəre enteşarate İslami vapeste be came müdərrisin hozeye elmiyye Qum, h.ş 1406
  • İbn Hənbəl, Əhməd, Fəzailus-səhabə, Qahirə, h.q 1430
  • İbn Fars, Miqayisul-lüğət, Qum, Məktəbətul-əlamil-İslami, h.q 1404
  • İbn Kəsir, İsmail ibn Ömər, Təfsir İbn Kəsir, Təhqiq: Yusif əbdur-Rəhman Mərəşi, Beyrut, h.q 1412, m.1992
  • Buxari, Muhəmməd ibn İsmail, Səhih Buxari, Təhqiq: Muhəmməd Zuheyr ibn Nasir, Beyrut, h.q 1422
  • Hurr Amuli, Muhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, Muəssisətu Alil-Beyt (ə), h.q 1409
  • Xoyi, Seyyid Əbul-Qasim, Mustənədul-ürvə, Qum, Lutfi, h.ş 1364
  • Rağib İsfahani, Hüseyn ibn Muhəmməd, Əl-mufrədat, Beyrut, Daruş-şamiyyə, h.q 1412
  • Zəməxşəri, Məhmud, Əl-kəşşaf, Beyrut, Darul-kutubil-ərəbi, h.q1407
  • Seyyid Murtəza, Əli ibn Hüseyn, Rəsailuş-şərifil-mürtəza, Düzəliş: Seyid Mehdi Rəcai, Qum, Darul-Quranil-Kərim, h.q 1405
  • Syuti, Cəlalud-din, Əd-dürrül-mənsur, Qum, Ketabxane Ayətullah Mərəşi Nəcəfi, h.q 1404
  • Qurutbi, Muhəmməd ibn Əhməd, Əl-cameu liəhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
  • Qummi, Əli ibn Əhməd. Cameul-xilaf vəl-vifaq, Qum, Zəminesazan Zuhure İmam Zaman (ə.f), h.ş 1379
  • Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam, Beyrut, Darul-ihyait-terasil-ərəbi, h.q 1362

Xarici keçid