Əhli-zikr ayəsi (ərəbcə: آية أهل الذكر) və ya sual ayəsi (Nəhl: 43 və Ənbiya: 7) başda müşriklər olmaqla bütün insanları İslam Peyğəmbərinin (s) peyğəmbərliyinin həqiqəti barədə elm əhlindən soruşmağa dəvət edir. Bu ayə o zaman nazil olmuşdur ki, Məkkə müşrikləri İslam Peyğəmbərinin (s) dəvətini inkar edərək, deyirdilər: Allah-taala mələklər arasından bir peyğəmbər seçməlidir.
Ayənin adı | Əhluz-zikr |
---|---|
Yerləşdiyi surə | Nəhl, Ənbiya |
Ayənin nömrəsi | 43 və 7 |
Cüz | 14 və 17 |
Nazil olma səbəbi | Müşriklərin peyğəmbərlərin mələk olması fikrini rədd etmək |
Nazil olma məkanı | Məkkə |
Mövzu | Etiqadi |
Barəsində | Zikr əhlindən sual etmək |
Sair | Əhli-beytin (ə) fəzilətlərindən |
Təfsirçilərin fikrincə, bu ayələrdə adı çəkilən “zikr-əhli” yəhudi və xristian alimləri və ya keçmişdə baş verənlərdən və əvvəlki qövmlərin vəziyyətindən xəbərdar olan alimlərdir və sualın mənası da onların kitablarında olan peyğəmbərlik əlamətləri haqqında soruşmaqdır.
Bu iki ayənin altındakı təfsirçilər şiə və sünni kitablarından çoxsaylı rəvayətlərə istinad edərək, Əhli-beyti (ə) Əhli-zikrin ən bariz nümunəsi hesab etmişlər ki, insanlar dinin hökmlərini və təfsiri onlardan öyrənməlidirlər.
Bəzi Üsuli kitablarda vahid xəbərin səhihliyi üçün Əhli-zikr ayəsinə istinad edilir.
Mətn və tərcümə
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ
(Özümüzün insanlarla olan əlaqələrimizi möhkəmləndirmək üçün) səndən öncə də (mələklər, qadınlar və cinlər deyil) yalnız vəhy etdiyimiz kişilər göndərdik. Buna görə də əgər bilmirsinizsə, zikr əhlindən (öz əsrinizin din mütəxəssislərindən) soruşun (ki, İslam Peyğəmbərinin göndərilməsinin təəccüblü olmamasını biləsiniz).[1]
(Nəhl: 43)
Şəni-nuzul
İbn Abbasdan rəvayət olunur ki, Muhəmməd (s) peyğəmbər seçildikdə bu məsələ Məkkə əhlinin başına gəldi və onun peyğəmbərliyini inkar etdilər. Onlar deyirdilər ki, Allah insanlardan peyğəmbər seçə bilməyəcək qədər böyükdür. Müşriklərin iddiasına cavab olaraq bu ayə və Yunus surəsinin ikinci ayəsi olan
(İnsanlara təəccüblüdürmü ki, öz aralarından olan bir kişiyə vəhy etdik?!) nazil olmuşdur.[2]
Həmçinin qeyd olunur ki, “əhli-zikr” Allah elçisinin nə üçün mələk tipli olmasın deyən müşriklərin cavabı olaraq nazil olmuşdur.[3]
Məzmun
Təbrasi “Məcməul-bəyan” təfsirində ayənin başlanğıcını Allah-taalanın elçisini insanlar arasından seçdiyi və insanların onu görməsi, onunla danışması və sözünü başa düşməsi üçün göndərdiyi məqama işarə hesab edir. Odur ki, insanlara insan yerinə mələklərdən peyğəmbər təyin etmək göndərmək düzgün deyil.[4]
Əllamə Təbatəbai də ayənin elçilərin göndərilməsinin keyfiyyətini ifadə etmək üçün hesab edir: beləki müşriklər dinə dəvətin normal və adi bir dəvət olduğunu başa düşsünlər; bu fərqlə ki, Allah dəvət sahiblərinə dünya və axirət üçün münasib olanı vəhy yolu ilə göndərir və insanların iradə və seçimlərini puça çıxaran, onları din dəvətini qəbul etməyə məcbur edən qeybi gücdən istifadə etmir. Heç bir peyğəmbər yoxdur ki, yer üzündə Allahın iradəsi və qeyb qüdrəti ilə yaratdığı nizam-intizamı məhv edəcəyini iddia etsin.[5]
Onun fikrincə, ayənin ikinci hissəsi (فَسْئَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لا تَعْلَمُونَ) “Bilmirsinizsə, bilənlərdən soruşun” bilavasitə Allah Rəsuluna (s) və onun qövmünə, müraciət etsə də, ümumiyyətlə, xüsusilə müşriklər bu xitabın hədəfinə çevrilirlər və düzgün dəvəti başa düşməyən hər kəs elmi olanlardan soruşsun.[6] Təbatəbaiyə görə, ayə (فَسْئَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لا تَعْلَمُونَ) ayəsinin hər kəsə ünvanlanmasına baxmayaraq, peyğəmbərlər və möminlər baş verənləri bildikləri üçün onların peyğəmbərlik (adi insanlardan olmasını) və vəzifələrini dərk etdikləri üçün zikr əhlindən soruşmaqlarına ehtiyacları yoxdur. Müşriklər nə inki peyğəmbərliyə və peyğəmbərin risalətinə inanmır, bəlkə ona istehza edir və onun dəli olduğunu güman edirlər. Buna görə nəticə olaraq yalnız Tövrat ardıcılları (yəhudilər) peyğəmbərlə düşmənçilik etdikləri üçün ayənin müxatəbi olaraq qalırlar.[7]
Məkarim Şirazi də ayənin ikinci hissəsini (alimlərdən soruşun) təkid və təyid olaraq, vəhyi insanlara çatdırmağın peyğəmbərlərin adi vəzifəsi olduğunu, bunun fövqəladə güclərdən istifadə etməklə təbiət qanunlarını və təbii nəzmi pozmaq olmadığını vurğulayır. Peyğəmbərlər insanları dəvəti qəbul etməyə və bütün bidətlərdən əl çəkməyə məcbur etmirlər. Əgər belə olsaydı, iman etmək iftixar sayılmaz və təkamül forması olmazdı.[8]
Əhli zikr və onun nümunələri
Əhli-zikr ayəsi altında təfsirçilər Əhli-Zikrin mənasını və ondan nümunələri araşdırmışlar. Təfsirçilərin rəyinə görə, bu ayənin məzmununa əsasən, zikr əhli, elm əhli və mütəxəssislər; Zikrlə (Quran, səmavi kitablarla) ən çox yaxınlığı və uyğunluğu olanlar və bəhs edilən ayələrdə zikr əhli, yəhudi və xristian alimləri[9] və ya keçmiş ümmətlərin, əvvəlki qövmlərin xəbərlərin bilən və xəbərdar olan şəxslərdir.[10] və sualın mənası onların kitablarında mövcud olan peyğəmbərlik əlamətləri məsələsidir.[11] Lakin təfsirçilər ümumi olaraq Əhli-zikr məfhumunu götürmüş və başqa misdaqlar qeyd etmişlər. Şiə və sünni təfsirçiləri arasında Əhli-Zikrin nümunəsi haqqında iki fikir vardı:
Əhli-Beyt (ə)
Şiə təfsirçiləri bir çox hadisə istinadən[12] əhli-zikr kəlməsinin “əhli-beyt” (ə) olduğunu bildirirlər.[13] Əhli-sunnənin təfsirçiləri də həmçinin hadisə istinadən əhli-zikr kəlməsinin Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn olduğunu vurğulayaraq təyin edirlər; onlar elmlərin dəryası və təfərrüatın sahibləridir.[14] Qurtubi və Təbəri Əhli-sunnə təfsirçiləri “nəbə surəsi 7ci ayəsinin təfsirində bir hadis gətirilər ki, o zaman Ayə nazil olarkən Əli (ə) deyib: "نحن اهلالذکر" (mən əhli-zikrəm).[15]
Həmçinin Bəsair Ad-Dərəcat kitabında "فی ائمة آل محمد انهم اهل الذکر الذین امر الله بسؤالهم" adlı bir bölüm də var və bu bölmə 28 hədisə istinadən bəhs edir. On birinci bölüm İmam Sadiq (ə) tərəfindən bildirilmişdir rəvayətdə imam ayəni təfsir edərkən belə deyir “zikr” Məhəmməd (s) dır, və biz imamlarda onun əhliyik ki suallar bizdən soruşulmalıdır.[16]
Şeyx Kuleyni də “kafi” kitabında "ان اهل الذکر الذین امر الله الخلق بسؤالهم هم الائمه" (Allahın məxluqata soruşmasını əmr etdiyi zikr əhli imamlardır) hədisini qeyd etmişdir.[17] Məclisi də Biharul-ənvar kitabında "انهم (الائمه) علیهم السلام الذکر و اهل الذکر" başlıqlı bölmədə bir neçə rəvayət nəql edir ki, “zikr-əhli” ində məqsəd “şiə imamlarıdır”.[18]
Eyni zamanda yuxarıdakı rəvayətlərin izahlarında imamların “Biz əhli-zikrik” dedikləri, ayənin açıq şəkildə ifadə edilmədiyi bildirilir. Çünki Məkkə kafirləri imamlardan heç nə soruşa bilməzdilər və soruşsalar da, imamların sözlərini dəlil kimi qəbul etməzdilər, çünki Peyğəmbərin sözlərini belə qəbul etmirdilər. Bu səbəbdən də bu rəvayətlərin mənasının məcazi və təmsil olduğu bildirilmişdir. Bununla belə, hər şeyi doğru yerdə soruşmalıyıq. Peyğəmbərlərin adi insanlardan olduğunu, əvvəlki qövmləri bilənlərdən öyrəndiyimiz kimi, İslam hökmləri haqqında məsum imamlardan soruşmaq lazımdır.[19]
Məkarim Şirazinin fikrincə, Əhli-beytin Əhli-Zikrin ən bariz nümunəsi olması məsələsini qəbul etmək bu ayənin kitab alimləri haqqında nazil olması ilə ziddiyyət təşkil etmir. Çünki bu məsələ Quran təfsir rəvayətlərində dəfələrlə təkrarlanmış və ayənin geniş mənasını məhdudlaşdırmayan müəyyən misallar vardır.[20]
Alimlər
Nəccarzadəyə görə, çox vaxt ayənin məzmununa görə zikr əhli kitab əhli və ya elm əhli (alimlər) olur.[21] Zikr əhlinin mənası daha çox elm və agah olanların hamısını əhatə edir. Bu ayə cahillərin hər sahədə və bölümdə alimə müraciət etməsinin zəruriliyindən bəhs edən əqli əsaslardan və ümumi əqli qaydalardan birinə bələdçi sayılır və bu səbəbdən də aydın olur ki, bu əmr “təəbbud-əmri” deyil və onun əmridə “əmri-moləvi” deyil.[22]
Sünni təfsirçiləri zikr əhli üçün 15 məna demişlər,[23] bunlar üç qrupa aiddir: “ümumiyyətlə kitab əhli” (Tövrat və İncildən başqa hər hansı bir kitab) və ya “xüsusi olaraq kitab əhli” (məsələn, Tövrat, İncil …əhli), “ Quran əhli”[24] və “Əhli-beyt alimləri”.[25]
Fiqhi tətbiqi; vahid xəbərin səlahiyyəti
- Üsuli-fiqhə əsasən:
Bəziləri fiqh prinsiplərində tək xəbərin səhihliyini sübut etmək üçün Əhli-zikrin ayəsini sitat gətirmişlər; bu dəlillə ki, ayə adı çəkilən şəxslərdən soruşmağı vacib bildiyi zaman, mütləq onların sözlərini qəbul etməyi vacib sayır; Əks halda soruşmaq öhdəliyi aradan qalxar.[26] Bu arqumentə bəzi iradlar tutulmuşdur. Bu alimlərdən Şeyx Mürtəza Ənsari demişdir ki, hədislərə əsasən, “Əhli-Zikr”-də məqsəd İmamlar nəzərdə tutulur, onlardan hədis rəvayət edən ravilər deyil.[27]
İstinadlar
- ↑ Ərəbcədən tərcümənin və şərhlərin müəllifi: Ayətullah Mirzə Əli Meşkini Ərdəbili; Azərbaycan dilinə tərcümə edənlər: Ağabala Mehdiyev və Dürdanə Cəfərli
- ↑ Mühəqqiq, Nümune bəyanate dər şəne nuzule ayat, h.ş 1361, s.481
- ↑ Vahidi, Əsbabu nuzulil-Quran, h.q 1411, s.286
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1371, c.6, s.557
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.256
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.257
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.257-258
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.11, s.241
- ↑ Əbu Həyyan, Əl-Bəhrul-muhit, h.q 1420, c.6, s.533; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.258; Məkarim Şirazi, Nümunə təsiri, h.ş 1371, c.11, s.244
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.6, s.557; Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.258; Məkarim Şirazi, Nümunə təsiri, h.ş 1371, c.11, s.244
- ↑ Əsğərpur, "Əhluz-zikr", s.132
- ↑ Kuleyni, Əl-kafi, h.q 1407, c.1, s.210-211
- ↑ Huveyzi, Nurus-səqəleyn, h.q 1415, c.3, s.55; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.11, s.244
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.432
- ↑ Qurtubi, Əl-Camiu li Əhkamil-Quran, h.ş 1364, c.11, s.272; Təbəri, Cameul-bəyan, h.q 1412, c.17, s.5
- ↑ Səffar Qumi, Bəsairud-dəracat, bab 19
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.303
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.23, s.172
- ↑ Şerani, Nəsre tuba, h.q 1398, c.1, s.276
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.11, s.244
- ↑ Nəccarzadəqan və Hadilu, "Bərresi və ərziyabi vucuhe cəme beyne rəvayate əhle-zikr
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1390, c.12, s.259
- ↑ Bəşəvi, "Nəqd və bəresi didqahe firəqeyn dərbareye əhle zikr, s.57
- ↑ Qurtubi, Əl-Camiu li Əhkamil-Quran, h.ş 1364, c.10, s.108
- ↑ İbn Kəsir, Təfsirul-Quranil-əzim, h.q 1419, c.4, s.492
- ↑ Ənsari, əraidul-üsul, h.q 1416, c.1, s.132; Axund Xorasani, Kifayətul-üsul, h.q 1409, c.1, s.300
- ↑ Ənsari, əraidul-üsul, h.q 1416, c.1, s.133
Ədəbiyyat
- İbn Kəsir, İsmail ibn Ömər, Təfsirul-Quranil-Əzim, Təhqiq: Məhəmməd Hüseyn Şəmsud-din, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1419
- Əbu Həyyan, Məhəmməd ibn Yusuf, Əl-Bəhrul-muhit fit-təfsir, Beyrut, Darul-fikr, h.q 1420
- Axund Xorasani, Məhəmməd Kazim, Kifayətul-üsul, Qum, Alul-beyt müəssisəsi, h.q 1409
- Əsğərpur, Möhsin, "Əhluz-zikr", Qum. Bustane kitab, h.ş 1383
- Ənsari, Mürtəza, Fəraidul-üsul, Qum, h.q 1416
- Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Qum, h.q 1414
- Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Tehran, Vezarate fərhəng və İrşade İslami, h.q 1411
- Hüveyzi, Əbdül-Əli ibn Cümə, Təfsiru suris-səqəleyn, Düzəliş: Haşim Rəsuli, Qum, İsmailiyyan, h.q 1415
- Şerani, Əbül-Həsən, Nəsre tuba, Tehran, h.q 1398
- Səffar Qumi, Məhəmməd ibn Həsən, Bəsairud-dəracat, Düzəliş: Mirza Möhsin, Qum, h.q 1404
- Təbatəbai, Seyyid Məhəmməd Möhsin, əl-Mizan, Beyrut, h.q 1390
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Təbəri, Məhəmməd ibn Cərir, Cameul-bəyan fi təfsiril-Quran, Beyrut, Darul-mərifə, h.q 1412
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Cameu li əhkamil-Quran, Tehran, Nasir Xosrov, h.ş 1364
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, Darul-kutubil-islamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Daru ehyait-terasil-ərəbi, h.q 1403
- Mühəqqiq, Məhəmməd Baqir, Nümune bəyanate dər şəne nuzule ayat, Tehran, h.ş 1361
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1371
- Nəccarzadeqan, Fəthullah və Hadilu, Süməyyə, "Bərresi və ərziyabi vucuhe cəme beyne rəvayate Əhli-zikr, h.ş 1391
- Vahidi, Əli ibn Əhməd, Əsbabu nuzulil-Quran, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1411