Müsəbbihat
Müsəbbihat (ərəbcə: المسبحات) Quranın Allahı təsbihlə başlayan surələrdir. Yeddi “İsra”, “Hədid”, “Həşr”, “Səff”, “Cümə”, “Təğabun” və “Əla” surələri “səbh” sözündən alınmış kəlmələrdən biri ilə başlayan surələrdir. Əlbəttə ki, bütün bu surələrin “müsəbbihat” sayılıb sayılmaması ilə bağlı fikir ayrılığı var.
“Usulliddin”dən (dinin əsasları) bəhs etmək bu surələrin ümumi mövzularından biridir. “İsra” surəsini “müsəbbihat”ın mehvəri adlandırılıb və bu surələrin İslam Peyğəmbərinin (s) bütün peyğəmbərliyi dövründə həm Məkkədə, həm də Mədinədə nazil olduğu bildirilir.
Rəvayətə görə, Həzrət Peyğəmbər (s) hər gecə yatmazdan əvvəl “müsəbbihat” surələrini oxuyar və buyurardı: “Müsəbbihatda min ayədən daha xeyirli bir ayə vardır”.
Adlandırması
“Müsəbbihat”, Allahın təsbihi ilə başlayan surələrə deyilir.[1] Təsbih tənzih mənasınadır,[2] Allahı təsbih etmək isə onu hər cür nöqsandan uzaq bilməkdir.[3]
Nümunələr
Hədislərdə “müsəbbihat” surələrinin adları çəkilmir; buna görə də onların sayı haqqında müxtəlif fikirlər var:
- Beş surə: Hədid, Həşr, Səff, Cümə və Təğabun, səbbəhə və ya yusəbbihu ifadələri ilə başlayır.[4]
- Altı surə: Hədid, Həşr, Səff, Cümə, Təğabun və Əla.[5] Çünki bu surələrdə Bismillahdan sonra “səbbəhə”, “yusəbbihu” və “səbbih” fellərindən biri gəlir. Seyid Əli Qazi Təbatəbai tələbələrinə hər gecə müsəbbihat olaraq bu altı surəni oxumağı tövsiyə etmişdir.[6]
- Yeddi surə: İsra, Hədid, Həşr, Səff, Cümə, Təğabun və Əla.[7] Bu surələr (s.b.h) kökünün törəmələrindən biri ilə başlayır.[8]
- Doqquz surə: Quran elmləri üzrə araşdırmaçı alimi Məhəmməd Hadi Mərifət (şəmsi. 1309-1385) “təbarəkə” ifadəsi ilə başlayan “Furqan” və “Mülk” surələrini də qeyd olunan yeddi surəyə əlavə etmişdir.[9]
Xüsusiyyətləri
Müsəbbihat surələrini qiraət etməyin savabı منْ قَرَأَ الْمُسَبِّحَاتِ کلَّهَا قَبْلَ أَنْ ینَامَ لَمْ یمُتْ حَتَّی یدْرِک الْقَائِمَ وَ إِنْ مَاتَ کانَ فِی جِوَارِ مُحَمَّدٍ النَّبِی(ص) İmam Baqir (ə): “Hər kim yatmazdan əvvəl müsəbbihat surələrini oxuyarsa, İmam Qaimi (ə) birbaşa dərk etməyincə ölməz, əgər ölərsə, Allah Rəsulunun (s) yanında olar.
Mənbə: Kuleyni, əl-Kafi, c. 2, səh. 620.
Müsəbbihat surələri ümumi xüsusiyyətlərə və mövzulara malikdirlər ki, aşağıdakılardan ibarətdir:
- "Usulliddin"i (dinin əsaslarını) zikr etməsi: Müsəbbihat surələrinin mövzuları tövhid, nübüvvət, məad, ədalət və imamətdir.[10]
- İsra surəsinin mehvər olması: Bəziləri “müsəbbihat” surələrinin mövzularına diqqət etməklə onların aralarında xüsusi əlaqə və “İsra” surəsinin digər surələrin mehvəri olduğuna inanırlar. Bu fikrə görə, “müsəbbihat” surələri bir kitab kimidirlər ki, onun müqəddiməsi “İsra” surəsi, fəsilləri başqa beş surə və nəticəsi “Əla” surəsidir.[11]
- Zaman aralığı: Bu surələr demək olar ki, Peyğəmbərin (s) peyğəmbərliyinin bütün dövrünü əhatə edir. “Əla” surəsi yeddinci, “İsra” surəsi Məkkədə nazil olan 50-ci surədir. Hədid, Həşr, Səff, Cümə və Təğabun surələri Mədinədə nazil olublar. Həmçinin onlar Quranın nazil olmuş 94-dən 110-cu surələri sırasında qərarlaşıblar.[12]
Fəzilət
- Min ayədən daha yaxşı olan bir ayə: Rəvayətə görə, Peyğəmbər hər gecə yatmazdan əvvəl “müsəbbihat” surələrini oxuyar və buyurardı: “Müsəbbihat surələrində min ayədən daha xeyirli bir ayə vardır”.[13]
- İmam Zamanı (ə.f) dərk etmək: İmam Muhəmməd Baqirdən (ə) nəql olunan bir rəvayətdə belə buyurulur: “Hər kim yatmazdan əvvəl “müsəbbihat” surələrini oxuyarsa, İmam Mehdini (ə.f) dərk edənə qədər ölməz və əgər ölərsə, Allah Rəsulunun (s) yanında olacaq”.[14]
İstinadlar
- ↑ Həriri, Fərhənge istəlahate Qurani, h.ş 1384, s.185
- ↑ Cuhəri, Əs-Sihah, h.q 1410, c.1, s.372
- ↑ Dəğim, Musuətu mustələhati elmil-kəlamil-İslami, m.1988, c.1, s.310
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.19, s.144; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1371, c.23, s.292
- ↑ Həsənzadə Amuli, Risaleye nur əla nur, h.ş 1371, s.29; Cavadi Amuli, Həşr surəsinin təfsiri, s.7
- ↑ Həsənzadə, Hezaro yek nökte, h.ş 1365, s.605
- ↑ Feyz Kaşani, Əl-Vafi, h.q 1409, c.9, s.1756; Hüccəti, Pejuheşi dər tarixe Quran, h.ş 1377, s.105; Ramyar, Tarixe Quran, h.ş 1363, s.596
- ↑ Həsənzadə, Hezaro yek nökte, h.ş 1365, s.605
- ↑ Mərifət, Ət-Təmhidu fi ulumil-Quran, h.q 1416, c.5, s.293
- ↑ Ali Rəsul İtisami, Sure şenasiye müsəbbihat, s.52
- ↑ Ali Rəsul İtisami, Sure şenasiye müsəbbihat, s.52
- ↑ Ali Rəsul İtisami, Sure şenasiye müsəbbihat, s.52
- ↑ Siyuti, Əd-Durrul-mənsur, Darul-fikr, c.6, s.170; Qurtubi, Əl-Cameu li-əhkamil-Quran, h.ş 1364, s.235
- ↑ Qurtubi, Əl-Kafi, h.q 1407, c.2, s.620
Ədəbiyyat
- Ali Rəsul, Süsən və İtisami, Seyyidə Zəhra, Sure şenasiye müsəbbihat, h.ş 1389
- Cavadi Amuli, Abdullah, Həşr surəsinin təfsiri, h.ş 1376
- Cuhəri, İsmail ibn Həmmad, Əs-Sihah, Təhqiq: Əhməd Əbdül-Ğəfur, Beyrut, Darul-ilm, h.q 1410
- Hüccəti, Seyyid Məhəmməd Baqir, Pejuheşi dər tarixe Quran, h.ş 1377
- Həriri, Məhəmməd Yusif, Fərhənge istəlahate Qurani, Qum, Hicrət, 2-ci çap, h.ş 138
- Həsənzadə Amuli, Həsən, Hezaro yek nökte, Tehran, 5-ci çap, h.ş 1365
- Həsənzadə Amuli, Həsən, Risaleye nur əla nur, Qum, Təşəyyö, 6-cı çap, h.ş 1371
- Ramyar, Mahmud, Tarixe Quran, Tehran, Əmir Kəbir, 3-cü çap, h.ş 1363
- Dəğim, Musuətu mustələhati elmil-kəlamil-İslami, Beyrut, m.1998
- Siyuti, Cəlaləddin, Əd-Durrul-mənsur, Beyrut, Darul-fikr
- Təbatəbai, Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, 5-ci çap, h.q 1417
- Feyz Kaşani, Məhəmməd Həsən ibn Şah Mürtəza, Əl-Vafi, İsfahan, h.q 1409
- Qurtubi, Məhəmməd ibn Əhməd, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Mərifət, Məhəmməd Hadi, Ət-Təmhidu fi ulumil-Quran, Qum, Came müdərrisin, 2-ci çap, h.q 1416
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 12-ci çap, h.ş 1371