Peyğəmbərlər
Peyğəmbərlər və ya ənbiya (ərəbcə: الأنبياء) o şəxslərdir ki, Allah onların vasitəsilə insanı Özünə dəvət edir. Allah vəhy vasitəsilə peyğəmbərlərlə əlaqə saxlayır.
Məsumluq, qeyb elmini bilmək, möcüzələr və vəhy almaq (şəriət sahibi olmaq və təbliğ etmək) peyğəmbərlərin xüsusiyyətlərindəndir. Quranda odun İbrahimə (ə) soyuması, Musanın əsasının əjdahaya çevrilməsi, İsanın (ə) əli ilə ölülərin dirilməsi, şəqqul-qəmər (ayın ikiyə bölünməsi) və Qurani-Kərim kimi peyğəmbərlərin bəzi möcüzələrindən bəhs edilir.
Qurani-Kərimdə bəzi peyğəmbərlərin digər peyğəmbərlərdən üstünlüyü vurğulanır. Peyğəmbərlik məqamı ilə yanaşı, bəzi peyğəmbərlər risalət (rəsul olmaq), bəziləri isə imamət məqamına malikdir. Rəvayətlərə görə, ulul-əzm peyğəmbərlər, yəni Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s) digər peyğəmbərlərdən üstündürlər. İslam Peyğəmbəri (s) isə onların hamısından üstündür. Həmçinin peyğəmbərlərdən Şeys (ə), İdris (ə), Musa (ə), Davud (ə), İsa (ə) və Muhəmmədi (s) səmavi kitab sahibi, ulul-əzm peyğəmbərləri isə şəriət sahibi biliblər.
Məşhur rəyə görə, peyğəmbərlərin sayı 124 mindir. Onlardan 26-nın adı Quranda qeyd olunub. Həzrət Adəm (ə) ilk peyğəmbər, Həzrət Məhəmməd (s) isə sonuncu peyğəmbərdir.
Şiə alimləri öz əsərlərində peyğəmbərlərin tarixindən bəhs etmiş və bu barədə müstəqil kitablar yazıblar. Onlardan bəziləri bunlardır: Seyid Nemətullah Cəzayerinin yazdığı "Əl-Nurul-Mubin fi qisəsil-Ənbiya vəl-Mürsəlin", Rvəndinin yazdığı "Qisəsul-Ənbiya", Seyyid Mürtəzanın yazdığı "Tənzihul-Ənbiya" və Əllamə Məclisinin yazdığı "Həyatul-Qulub" kitabı.
Peyğəmbər
Peyğəmbər və ya Nəbi, bəşərin vasitəçiliyi olmadan Allah tərəfindən xəbər verən,[1] Allahla məxluqlar arasında vasitəçi olan və məxluqları Allaha tərəf dəvət edən şəxsdir.[2]
Vəhy almaq, qeybi bilmək,[3] məsum olmaq[4] və duası qəbul edilən olmaq[5] peyğəmbərlərin xüsusiyyətlərindəndir. Əksər İslam mütəkəllimləri peyğəmbərlərin həyatın bütün məsələlərində və mərhələlərində günah və xətadan məsum olduqlarına inanırlar.[6] Buna görə də Quranda peyğəmbərlərin istiğfar etməsi və Allahın onları bağışlaması haqqında söz açılır.[7] Həzrət Musa (ə) tərəfindən bir misirlinin öldürülməsi[8] Həzrət Yunisin (ə) risalətindən (təbliğindən) əl çəkməsi[9] və Həzrət Adəmin (ə) qadağan edilmiş meyvəni yeməsi[10] kimi məsələlərin tərki-övla olduğu bildirilir. Əksinə, bəzi mütəkəllimlər peyğəmbərlərin məsumluğunu yalnız nübüvvətlə bağlı məsələlərdə zəruri hesab edirlər. Həyatın cari işlərində isə peyğəmbərlərin səhv edə biləcəyinə inanırlar.[11]
Sayları və adları
Peyğəmbərlərin sayı ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Əllamə Təbatəbai məşhur bir rəvayətə görə onların sayının 124.000 olduğunu bildirir.[12] Bu rəvayətə görə, peyğəmbərlərdən 313-ü rəsuldurlar. 600-ü Bəni-İsrail peyğəmbərləri və dördü Hud (ə), Saleh (ə), Şüeyb (ə) və Həzrət Muhəmməd (s) ərəbdirlər.[13] Digər rəvayətlərdə peyğəmbərlərin sayı 8 min,[14] 320 min,[15] və 144 min[16] nəfər qeyd edilir. Əllamə Məclisi ehtimal verir ki, 8 min sayı böyük peyğəmbərlərə aiddir.[17] İlk peyğəmbər Həzrət Adəm (ə),[18] sonuncu peyğəmbər isə Həzrət Muhəmməd (s) olmuşdur.[19]
Quranda bəzi peyğəmbərlərin adı çəkilmişdir.[20] Adəm (ə), Nuh (ə), İdris (ə), Hud (ə), Saleh (ə), İbrahim (ə), Lut (ə), İsmayıl (ə), Əl-Yəsə (ə), Zül-Kifl (ə), İlyas (ə), Yunis (ə), İshaq (ə), Yaqub (ə), Yusif (ə), Şüeyb (ə), Musa (ə), Harun (ə), Davud (ə), Süleyman (ə), Əyyub (ə), Zəkəriyya (ə), Yəhya (ə), İsa (ə) və Məhəmməd (s) Quranda adları çəkilən peyğəmbərlərdir.[21] Təfsirçilər belə hesab edirlər ki, Quranda İsmayıl ibn Hezqelin də adı çəkilir.[22]
Bəziləri inanırlar ki, Quranda Ermya (ə) və Şmuel (ə) kimi bəzi peyğəmbərlərin sifətləri qeyd olunub, lakin onların adları çəkilməyib.[23] Quranda Ənbiya" adlı bir surə var. Bəzi surələr Yunis, Hud, Yusif, İbrahim, Məhəmməd və Nuh adları ilə adlandırılıblar.
Hədislərdə Şeys,[24] Hezqel,[25] Həbquq,[26] Danyal,[27] Cərcis,[28] Üzeyr,[29] Hənzələ[30] və Ərmyadan[31] peyğəmbər kimi yad edilir. Xızr,[32] Xalid ibn Sinan[33] və Zülqərneyn[34] kimi şəxslərin peyğəmbərliyində ixtilaf vardır. Həmçinin Əllamə Təbatəbainin fikrincə, Üzeyir də peyğəmbər olması aydın olmayan kəslərdəndir.[35] Quran ayələrinə əsasən, bəzi peyğəmbərlər eyni zamanda bir yerdə yaşayıblar; Onların arasında Musa (ə) Harunla (ə)[36] və İbrahim (ə) Lutla (ə)[37] eyni zamanda yaşayıblar. Həmçinin bəzi hədislərdən belə başa düşülür ki, bəzi peyğəmbərlər (s) bir-biriləri ilə birlikdə yaşayıblar. Nümunə olaraq, Seyid ibn Tavus "Luhuf" kitabında İmam Hüseyndən (ə) nəql edib ki, Məkkədən Kufəyə getməyə hazırlaşarkən Abdullah ibn Ömərə buyurdu: "Məgər bilmirsənmi ki, Bəni-İsrail o qədər irəli getdilər ki, sübhdən günəş çıxana kimi yetmiş ilahi peyğəmbəri şəhid etdilər. Sonra (bu dəhşətli cinayətin çirkinliyini və faciəsini hiss etmədən) ticarətlə məşğul oldular; Elə bil, heç bir fəlakət törətməyiblər?!"[38] Başqa bir rəvayətdə Məcməul-Bəyan Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət Əbu Ubeydə Cərraha buyurdu: "Ey Əbu Ubeydə! Bir günün əvvəlində Bəni-İsrail eyni vaxtda 43 peyğəmbəri qətlə yetirdilər. Bundan sonra Bəni-İsraildən 112 nəfər yaxşılığa əmr edib, pislikdən çəkindirmək məqsədi ilə peyğəmbərlərin qatillərinə qarşı qalxdılar. Onları da həmin günün sonunda öldürdülər.[39]
Say | Adı | Təkrar | Bibliyada | Nəbi | Rəsul | Ulul-əzm | İmam | Kitab | Qövm | Dəfn olduğu yer | Şəriət sahibi |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1. | Həzrət Adəm (ə) | 17 | Adam | Nəcəfdə Əmirəl-möminin (ə) hərəmində | |||||||
2. | Həzrət İdris (ə) | 2 | Enoch | Asimana yüksəlib | |||||||
3. | Həzrət Nuh (ə) | 43 | Noah | Nəcəfdə Əmirəl-möminin (ə) hərəmində | |||||||
4. | Həzrət Hud (ə) | 7 | Eber | Ad qövmü | Nəcəf, Vadius-səlam | ||||||
5. | Həzrət Saleh (ə) | 9 | Səmud qövmü | Nəcəf, Vadius-səlam | |||||||
6. | Həzrət İbrahim (ə) | 69 | Abraham | Suhuf | Əl-Xəlil - Fələstin | ||||||
7. | Həzrət Lut (ə) | 27 | Lot | Əl-Xəlil - Fələstin | |||||||
8. | Həzrət İsmayıl (ə) | 11 | Ishmael | Məscidul-həram, Hicri İsmayıl anası Həcərin yanında | |||||||
9. | Həzrət Üzeyr (ə) | 1 | Bəni-İsrail | Fələstin | |||||||
10. | Həzrət İshaq (ə) | 17 | Isaac | Əl-Xəlil - Fələstin | |||||||
11. | Həzrət Yaqub (ə) | 16 | Jacob | Cameul-xəlil - Fələstin | |||||||
12. | Həzrət Yusif (ə) | 27 | Joseph | Bəni-İsrail | Cameul-xəlil - Fələstin | ||||||
13. | Həzrət Əyyub (ə) | 4 | Job | Hauran | |||||||
14. | Həzrət Şüeyb (ə) | 11 | Jethro, Reuel, Hobab | Mədyən | Beytül-müqəddəs | ||||||
15. | Həzrət Musa (ə) | 136 | Moses | Tövrat | Fironçular və Bəni İsrail | ||||||
16. | Həzrət Harun (ə) | 19 | Aaron | Fironçular və Bəni İsrail | Beytül-müqəddəsin ətrafında | ||||||
17. | Həzrət Zul-kifl (ə) | 2 | Ezekiel | Hilli və Küfənin arasında | |||||||
18. | Həzrət Davud (ə) | 16 | David | Zəbur | Beytül-müqəddəs | ||||||
19. | Həzrət Süleyman (ə) | 17 | Solomon | Beytül-müqəddəs | |||||||
20. | Həzrət İlyas (ə) | 2 | Elijah (Elias) | Asimana yüksəlib | |||||||
21. | Həzrət Əlyəsə (ə) | 2 | Elisha | Dəməşq | |||||||
22. | Həzrət Yunis (ə) | 4 | Jonah | Kufə | |||||||
23. | Həzrət Zəkəriyya (ə) | 7 | Zechariah | Beytül-müqəddəs | |||||||
24. | Həzrət Yəhya (ə) | 5 | John the Baptist | Əməvi məscidi, Dəməşq | |||||||
25. | Həzrət İsa (ə) | 25 | Jesus | İncil | Bəni-israil | Asimana yüksəlib | |||||
26. | Həzrət Muhəmməd (s) | 4 | Quran | Bütün insanlar | Mədinə |
Rütbələr və dərəcələr
(وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَىٰ بَعْضٍ) "Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik"[40] ayəsinə əsasən, peyğəmbərlərin məqamı və dərəcəsi eyni deyil və onların bəziləri digərlərindən üstündür. Hədislərdə Həzrət Peyğəmbərin (s) məqamı digər peyğəmbərlərdən üstün hesab edilmişdir.[41] Yəhudilərin fikrincə, Bəni-İsrail peyğəmbərləri digər peyğəmbərlərdən üstündürlər. Onların arasında da Həzrət Musa (ə) başqalarından üstündür.[42]
Ulul-əzm
Əllamə Təbatəbaiyə görə, "Əhqaf" surəsinin 35-ci ayəsindəki "əzm" kəlməsinin mənası şəriətdir. Ulul-əzmdən məqsəd də şəriət sahibi olan peyğəmbərlərdir. Onun nəzərinə əsasən, şəriət sahibi olan beş peyğəmbər (Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Muhəmməd (ə)) Ulul-əzmdirlər.[43] Digərləri isə buna inanırlar ki, Ulul-əzm, şəriət sahibi olan Peyğəmbərlərə məxsus deyil.[44] Bir rəvayətə əsasən, Ulul-əzm peyğəmbərləri digər peyğəmbərlərdən üstündürlər.[45]
Risalət məqamı
Məşhur nəzərə əsasən, "Nəbi" "Rəsul"dan daha ümumi anlayışdır. Hər Rəsul Nəbidir, lakin bütün peyğəmbərlər Rəsul deyillər.[46] Bir hədisə əsasən, 313 peyğəmbər Rəsul olmuşdur.[47] Nəbi ilə Rəsulun bəzi fərqləri bunlardan ibarətdir:
- Rəsula vəhyi Cəbrayıl çatdırır, lakin Nəbiyə vəhy başqa mələklər, qəlbdən gələn ilham və ya doğru yuxu vasitəsilə edilir.[49]
- Rəsul nübüvvət məqamından əlavə, höccəti tamamlamaqla da məsuldur.[50]
- Rəsul şəriət sahibi və qayda-qanun qoyan şəxsdir, Nəbi isə başqasının şəriətini qoruyandır. Təbərsi bu kəlamı Cahizə nisbət vermişdir.[51] Əlbəttə, Təbərsi kimi bəzi təfsirçilər Nəbi və Rəsulu sinonim hesab edirlər.[52]
Şəriət sahibi və təbliğ edən peyğəmbərlər
Bir bölümə əsasən, peyğəmbərlər iki qrupa bölünür: Şəriət sahibi olan peyğəmbərlər və təbliğ edən peyğəmbərlər.[53] Təbliğ edən peyğəmbərlərin vəzifəsi onların dövründə mövcud olan şəriəti təbliğ etmək, yaymaq, həyata keçirmək və şərh etməkdir. Amma Nuh, İbrahim, Musa və İsa[54] kimi şəriət sahibi olan[55] və yeni bir din gətirən peyğəmbərlər belə deyil. Onların sayı çox azdır.[56]
İmamət məqamı
Həzrət İbrahimin ibtila ayəsinə əsasən bəzi peyğəmbərlər imamət məqamına da sahib olublar.[57] Bəzi rəvayətlərdə imamət məqamı peyğəmbərlik məqamından üstün sayılır. Çünki bu məqam İbrahimin (ə) ömrünün sonunda və peyğəmbərlikdən sonra ona verilmişdir.[58]
"Ənbiya" surəsində İbrahim (ə), İshaq (ə), Yəqub (ə) və Lut (ə) peyğəmbərlər imam kimi təqdim edilir.[59] İmam Sadiqin (ə) bir hədisində Ulul-Əzm peyğəmbərlərin hamısı imamət məqamına malik sayılır.[60]
Mələklərdən üstün olmaq
Şeyx Mufidin dediyinə əsasən, imamiyyə və sünnilərdən olan əhli-hədis peyğəmbərlərin məqamını mələklərdən üstün hesab edir. Lakin sünnilərdən olan mötəzilələrin əksəriyyəti mələklərin peyğəmbərlərdən üstün olduğuna inanırlar.[61] Bəzi hədislərdə İslam Peyğəmbərinin (s) və on iki İmamın (ə) məqamı mələklərdən yüksək hesab edilmişdir.[62]
Kitab sahibi olan peyğəmbərlər
Bir sıra peyğəmbərlərin səmavi kitabları var idi; Quran ayələrinə əsasən, Zəbur Həzrət Davudun (ə),[63] Tövrat Həzrət Musanın (ə), İncil Həzrət İsanın (ə)[64] və Quran Həzrət Məhəmməd peyğəmbərin (s) kitabıdır.[65] Quranda Həzrət İbrahim (ə) üçün kitabdan bəhs edilməmiş və onun üçün "suhuf" ifadəsi işlədilmişdir.[66] Həmçinin bir hədisə əsasən, Allah Şeysə (ə) 50, İdrisə (ə) 30 və İbrahimə (ə) 20-i səhifə göndərmişdir.[67]
Təfsirçilər "Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin! -deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi"[68] ayəsinə istinad edərək Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə) və Həzrət Muhəmmədi (s) şəriət sahibi sayırlar.[69] Bəzi hədislərdə bu peyğəmbərlərin "Ulul-əzm" kimi tanıdılmasının səbəbi də onların şəriətləridir.[70]
Əllamə Təbatəbai deyir ki, Ulul-əzm peyğəmbərlərinin hər birinin bir kitabı və şəriəti olub.[71] Davud (ə),[72] Şeys (ə) və İdris (ə)[73] kimi Ulul-əzm olmayan peyğəmbərlərin kitabları şəriətin Ulul-əzm peyğəmbərlərə məxsus olması ilə ziddiyyət təşkil etmir. Çünki Ulul-əzm olmayan peyğəmbərlərin kitablarında hökmlər və şəriət yox idi.[74]
Möcüzələr
Möcüzə, peyğəmbərləri yalançı peyğəmbərlik iddiaçılarından tanımağın yollarından biridir. Möcüzə Allah tərəfindən və Peyğəmbərin əli ilə görülən fövqəladə bir işdir. Həmçinin peyğəmbərlik iddiası və təhəddi (mübarizəyə dəvət) ilə birlikdədir.[75] Qurani-Kərim peyğəmbərlərin möcüzələrindən bəzilərini qeyd etmişdir; Salehin (ə) dəvəsi,[76] odun İbrahim (ə) üçün soyuması,[77] İbrahimin (ə) əli ilə dörd quşun dirilməsi,[78] Musanın (ə) əsanın əjdahaya çevrilməsi kimi doqquz möcüzəsi,[79] Bəni-İsrail qəbilələri üçün on iki bulaq suyunun axması[80] Dənizin yarılması və Bəni-İsrail üçün nicat yolunun açılması,[81] Yədi-bəyza (ağ əl),[82] Həzrət İsanın (ə) xəstələrə şəfa vermək, ölüləri diriltmək, palçığı quşa çevirmək kimi möcüzələri[83] və Həzrət Peyğəmbərin (s) Qurani-Kərim[84] və şəqqul-qəmər (ayın yarılması)[85] kimi möcüzələri peyğəmbərlərin məşhur möcüzələrindəndir ki, Quranda onlara işarə edilmişdir. İbn Cəvzi Həzrət Peyğəmbər (s) üçün 1000 möcüzə nəql edən mənbələrdən bəhs etmişdir.[86]
Möcüzələrin fərqli olması müxtəlif dövrlərdə insanların məlumat və ehtiyaclarının fərqli olması ilə bağlıdır. İlahi hikmətin tələbi budur ki, hər bir peyğəmbərin möcüzəsi onun dinləyicilərinin ehtiyaclarına uyğun olmalıdır. Məsələn, Həzrət Musanın (ə) dövründə sehr və cadu geniş yayılmışdı, Allah Musanın möcüzəsini əsa etmişdir ki, sehrbazlar buna bənzər bir şey gətirə bilməsinlər. Həmçinin bununla da başqalarına höccət və dəlili tamamlasın.[87]
Peyğəmbərlərin gəlməsindən qabaq baş verən hadisələr
Peyğəmbərlərin göndərilməsindən əvvəl və xalqı onların növbəti iddiasını qəbul etməyə hazırlamaq məqsədi ilə baş verən hadisələr[88] kəlam alimlərinin terminində "İrhas" kimi tanınır. Həzrət Musanın (ə) Nil çayından xilas edilməsi, İsanın (ə) beşikdə danışması,[89] Savə gölünün quruması, Kəsra sərdabəsinin silkələnməsi, Fars məbədində odun sönməsi və s. Peyğəmbərin (s) mövlud ilində baş verən digər hadisələr[90] peyğəmbərlərin irhaslarından olub.
Biblioqrafiya
Mühəddislər, təfsirçilər və İslam mütəkəllimləri öz əsərlərində peyğəmbərlər haqqında yazıblar. Əllamə Məclisi "Biharul-Ənvar" kitabının dörd cildini peyğəmbərlərlə bağlı rəvayətlərə[91] və doqquz cildini isə Həzrət Peyğəmbərin (s) tarixinə həsr etmişdir.[92] Həmçinin peyğəmbərlər haqqında müstəqil şəkildə kitablar yazılmış və daha çox “Qəsəsul-Ənbiya” adı ilə çap edilmişdir. Bu əsərlərdə daha çox peyğəmbərlərin tərcümeyi-halına və bəzən də onlarla bağlı etiqadi məsələlərə toxunulur. Bu əsərlərdən bəziləri bunlardır:
- "Əl-Nurul-Mubin fi qisəsil-Ənbiya vəl-Mürsəlin": Bu kitab Seyid Nemətullah Cəzayeri (hicri 1050-1112) tərəfindən yazılmışdır. Bu kitabda şiə rəvayətlərində adları çəkilən peyğəmbərlərin həyatı var. Müəllif müqəddiməsində peyğəmbərlərin sayı, onların ortaq cəhətləri, Ulul-əzm peyğəmbərlər, peyğəmbərlə imamın fərqi kimi mövzulardan bəhs edib. Bu kitab ərəb dilində yazılmış və "Peyğəmbərlərin hekayəti və ya Adəmdən Xatəmə (s) qədər Quran hekayələri" adı ilə fars dilinə tərcümə edilmişdir.
- "Qəsəsul-Ənbiya Ravəndi"; Bu kitab Qütbuddin Rəvəndi tərəfindən yazılmışdır. Müəllif bu kitabda peyğəmbərlərin tərcümeyi-hallarını tarixi ardıcıllıqla verib.
- Tənzihul-Ənbiya Vəl-Əimmə: Seyyid Mürtəza (hicri 355-436) bu kitabı peyğəmbərlərin məsumluğunu sübut etmək haqqında və ərəb dilində yazmışdır. Müəllif bu kitabda peyğəmbərləri hər hansı bir səhvdən, kiçik və ya böyük günahlardan məsum hesab edir.[93]
- "Vəqayeus-senin vəl-Əvam": Bu kitabı Seyid Əbdül-Hüseyn Xatunabadi (vəfatı hicri 1105-ci il) yazmışdır. Kitab üç hissədən ibarətdir. Birinci hissə peyğəmbərlərin tarixi ilə bağlıdır. Bu hissədə müəllif bir sıra peyğəmbərlərin adlarını, uzun ömürlərini və bəzi hallarını qeyd etmişdir. Digər iki hissədə isə Həzrət Peyğəmbərin (s) dövrünə aid hadisələrdən bəhs etmişdir. "Vəqyeus-senin" fars dilində yazılmışdır.
- "Lətaifu qəsəsil-Ənbiya (əleyhimus-salam)": Səhl ibn Abdullah Tostəri (hicri 238-ci ildə vəfat edib) tərəfindən yazılmışdır. Bu kitab ayələrdən və rəvayətlərdən istifadə etməklə peyğəmbərlərin həyatının bəzi məqamlarından bəhs edir.
- "Həyatul-Qulub": Bu kitab Əllamə Məclisinin (hicri 1110-cu ildə vəfat edib) əsəridir. O, peyğəmbərlərin və onların canişinlərinin tarixini ehtiva edir. Əllamə Məclisi bu kitabda peyğəmbərlik, İmam Əlinin (ə) xilafətindən, imamın olmasının vacibliyindən, onların təyin olunmasından və məsumluğundan bəhs etmişdir.
Həmçinin əhli-sünnə alimlərindən Əhməd ibn Muhəmməd Sələbinin "Qisəsul-Ənbiya Əl-müsəmma ərayisul-məcalis", İbn Kəsirin "Qisəsul-Ənbiya" və Əbu İshaq Nişaburinin "Qisəsul-Ənbiya" kitabları da bu mövzuda yazılmışdır.
İstinadlar
- ↑ Türeyhi, Məcməul-bəhreyn, h.ş 1375, c.1, s.375
- ↑ Mustəfəvi, Ət-Təhqiqu fi kələmatil-Quranil-Kərim, h.ş 1368, c.12, s.55
- ↑ Tusi, Ət-Tibyan, c.2, s.459
- ↑ Mufid, Ədəmu səhvin-Nəbi, h.q 1413, s.29 və 30; Seyyid Mürtəza, Tənziyhul-ənbiya, h.ş 1387, s.34
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.72, s.116
- ↑ Mufid, Ədəmu səhvin-Nəbi, h.q 1413, s.29 və 30; Seyyid Mürtəza, Tənziyhul-ənbiya, h.ş 1387, s.34
- ↑ Qəsəs surəsi, ayə 16; Ənbiya surəsi, ayə 87; Taha surəsi, ayə 121
- ↑ Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.16, s.42-43
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.14, s.315
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.56; Məkarim Şirazi, Nümunə təfsiri, h.ş 1374, c.13, s.323
- ↑ Səduq, Mən la Yəhzuruhul-fəqih, h.q 1413, c.1, s.360
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.144
- ↑ Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.524; Səduq, Məaniul-əxbar, h.q 1403, s.333; Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.32; c.74, s.71
- ↑ Tusi, Əl-Əmali, h.q 1414, s.397; Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.31
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.60
- ↑ Mufid, Əl-İxtisas, h.q 1413, s.263; Məclisi, Biharul-ənvar, h.q 1403, c.16, s.352
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.31
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.32
- ↑ Əhzab surəsi, ayə 40
- ↑ Nisa surəsi, ayə 164
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.14, s.63
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.313
- ↑ Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.524
- ↑ Qutbi Ravəndi, Qisəsul-ənbiya, h.q 1409, s.242-254
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.163
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.448
- ↑ Qutbi Ravəndi, Qisəsul-ənbiya, h.q 1409, s.238
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.13, s.448
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.156
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.373; Qutbi Ravəndi, Qisəsul-ənbiya, h.q 1409, s.224
- ↑ Tusi, Ət-Tibyan, c.7, s.82
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.14, s.448-451
- ↑ Fəxr Razi, Məfatihul-ğəyb, h.q 1420, c.21, s.459
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ Məryəm surəsi, ayə 53
- ↑ Hud surəsi, ayə 74
- ↑ Seyyid ibn Tavus, Luhuf, s.102
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.2, s.720
- ↑ İsra surəsi, ayə 55
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.254
- ↑ Tahiri, Yəhudiyyət, h.ş 1390, s.173
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ مصباح یزدی، راه و راهنماشناسی، ۱۳۹۳ش، ص۴۰۴., mesbahyazdi.ir saytı
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.145
- ↑ Mufid, Əvailul-məqalat, h.q 1413, s.45
- ↑ Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.524; Məclisi, Biharul-ənvar, h.q 1403, c.11, s.32, c.74, s.71
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.176-177
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.176-177
- ↑ مصباح یزدی، راه و راهنماشناسی، ۱۳۹۳ش، ص۵۵., mesbahyazdi.ir saytı
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.144
- ↑ Təbərsi, Məcməul-bəyan, h.ş 1372, c.7, s.144-145
- ↑ Mütəhhəri, Məcmue asar, c.2, s.183
- ↑ Mütəhhəri, Məcmue asar, c.3, s.154
- ↑ Mütəhhəri, Məcmue asar, c.3, s.173
- ↑ Mütəhhəri, Məcmue asar, c.2, s.183
- ↑ Bəqərə surəsi, ayə 124
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1416, c.1, s.323
- ↑ Ənbiya surəsi, ayə 69-73
- ↑ Kuleyni, Əl-Kafi, h.q 1407, c.1, s.175
- ↑ Mufid, Əvailul-məqalat, h.q 1413, s.49-50
- ↑ Səduq, Kəmaluddin, h.q 1395, c.1, s.254
- ↑ İsra surəsi, ayə 55
- ↑ Hədid surəsi, ayə 27
- ↑ Şura surəsi ayə 7
- ↑ Əla surəsi, ayə 19
- ↑ Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.524
- ↑ Şura surəsi ayə 13
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ Səduq, Uyunu əxbarir-Rza, h.q 1378, c.2, s.80
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ Nisa surəsi, ayə 163
- ↑ Səduq, Əl-Xisal, h.ş 1362, c.2, s.524
- ↑ Təbatəbai, Əl-Mizan, h.q 1417, c.2, s.141
- ↑ Mufid, Ən-Nokətul-etiqadiyyə, h.q 1413, s.35
- ↑ Əraf surəsi, ayə 73
- ↑ Ənbiya surəsi, ayə 69
- ↑ Bəqərə surəsi, ayə 260
- ↑ Şüəra surəsi, ayə 32
- ↑ Bəqərə surəsi, ayə 60
- ↑ Şüəra surəsi, ayə 63
- ↑ Əraf surəsi, ayə 10; Taha surəsi, ayə 22; Şüəra surəsi, ayə 33; Nəml surəsi, ayə 12; Qəsəs surəsi, ayə 32
- ↑ Ali İmran surəsi, ayə 49; Maidə surəsi, ayə 110
- ↑ Tur surəsi, ayə 34
- ↑ Qəmər surəsi, ayə 1
- ↑ İbn Cəvzi Əl-Muntəzəm, h.q 1412, c.15, s.129
- ↑ Təyyib, Ətyəbul-bəyan, h.ş 1378, c.1, s.42
- ↑ Təhanəvi, Musuətu kəşşafi İstələhat, c.1, s.141
- ↑ Cəfəri, Təfsire Kövsər, h.ş 1377, c.3, s.300
- ↑ İbn Kəsir, Əl-Bidayə vən-nəhayə, h.q 1407, c.2, s.268; Yəqubi, Tarixul-Yəqubi, c.2, s.8
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.11-15
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.15-24
- ↑ Seyyid Mürtəza, Tənziyhul-ənbiya, h.ş 1387, s.34
Ədəbiyyat
- İbn Cəvzi, Əbdür-Rəhman ibn Əli, Əl-Muntəzəm, Təhqiq: Məhəmməd Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1412 \ m. 1992
- Bəhrani, Seyyid Haşim, Əl-Burhan, Tehran, Bunyade besət, h.q 1416
- Təhanəvi, Məhəmməd Əli ibn Əli, Musuətu kəşşafi İstələhat, Təhqiq: Əli Fərid, Beyrut
- Cəfəri, Yaqub, Təfsire Kövsər, Qum, Hicrət, h.ş 1377
- Seyyid Mürtəza Ələmul-Huda, Tənziyhul-ənbiya, Qum, Bustane kitab, h.ş 1380 \ h.q 1422
- Səduq, Məhəmməd ibn Əli, Kəmaluddin, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, İslamiyyə, h.q 1395
- Səduq, Məhəmməd ibn Əli, Əl-Xisal, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Came mudərrisin, h.ş 1362
- Səduq, Məhəmməd ibn Əli, Uyunu əxbarir-Rza, Tehran, Cahan nəşri, h.q 1378
- Səduq, Məhəmməd ibn Əli, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, Məaniul-əxbar, h.q 1403
- Tahiri, Məhəmməd Hüseyn, Yəhudiyyət, h.ş 1390 \ h.q 1432
- Təbatəbai, Seyyid Məhəmməd Hüseyn, Əl-Mizan, Qum, h.q 1417
- Təbərsi, Fəzl ibn Həsən, Məcməul-bəyan, Tehran, Nasir Xosrov, h.ş 1372
- Türeyhi, Fəxruddin ibn Məhəmməd, Məcməul-bəhreyn, Tehran, Mürtəzəvi, h.ş 1375
- Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Düzəliş: Əl-Besət müəssisəsi, Qum, h.q 1414
- Tusi, Məhəmməd ibn Həsən, Ət-Tibyan, Təhqiq: Əhməd Qüseyr Amili, Beyrut
- Təyyib, Seyyid Əbdül-Hüseyn, Ətyəbul-bəyan, Tehran, İslam, h.ş 1378
- Fəxr Razi, Məhəmməd ibn Ömər, Məfatihul-ğəyb, Beyrut, hq 1420
- Qütb Ravəndi, Qisəsul-ənbiya, Məşhəd, h.q 1409
- Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari, Tehran, Darul-kutubil-İslamiyyə, h.q 1407
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, h.q 1403
- Mustəfəvi, Həsən, Ət-Təhqiqu fi kələmatil-Quranil-Kərim, Tehran, h.ş 1368
- Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşri
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əl-İxtisas, Düzəliş: Əli Əkbər Ğəffari, Qum, h.q 1413
- Mufid, Məhəmməd ibn Məhəmməd, Ən-Nokətul-etiqadiyyə, Qum, h.q 1413
- Mufid, Məhəmməd ibn Məhəmməd, Əvailul-məqalat, Qum, h.q 1413
- Mufid, Məhəmməd ibn Məhəmməd, Ədəmu səhvin-Nəbi, Qum, h.q 1413
- Məkarim Şirazi, Nasir, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, h.ş 1374