Məzmuna keç

Allah Rəsulunun (s) oğlu Abdullah

wikishia saytından
(Peyğəmbərin (s) oğlu Abdullah səhifəsindən yönləndirilmişdir)
Abdullah ibn Məhəmməd ibn Abdullah (s)
Yaşadığı yerMəkkə
Nəsəb / QəbiləQüreyş
Qohum əqrəba arasında tanınmış şəxslərHəzrət Muhəmməd (s) (atası) - Həzrət Xədicə (ə) (anası)
Ölüm günü və məkanıHicrətdən qabaq
Dəfn olunduğu yerMəlat qəbiristanlığı
Şöhrət tapmasının səbəbiPeyğəmbərin (s) övladı


Allah Rəsulunun (s) oğlu Abdullah, (ərəbcə: عبد الله بن رسول الله (ص)) Peyğəmbərin (s)Həzrət Xədicənin (s) oğlu idi ki, uşaqlıqda vəfat etmişdi. Tarixi mənbələrə görə, onun vəfatından sonra As ibn Vail, Peyğəmbərə (s) "əbtər" (nəsli kəsilmiş) dedi və buna cavab olaraq "Kövsər" surəsi nazil oldu.

Əksər tarixi mənbələr onun doğumunu peyğəmbərlikdən sonrakı dövrə aid edir.[1] Lakin bəzi rəvayətlərə görə, o, peyğəmbərlikdən əvvəl doğulub.[2] Ona "Təyyib" və "Tahir" ləqəbləri verilmişdir,[3] çünki o, vəhy nazil olduqdan sonra və İslam dövründə dünyaya gəlmişdi.[4]

Abdullah uşaqlıqda Məkkədə dünyadan getdi.[5] Əhməd ibn Yəhya Bəlazərinin "Ənsabul-Əşraf" kitabında qeyd etdiyinə görə, onun vəfatından sonra As ibn Vail, Peyğəmbərə (s) "əbtər" (övladsız və nəsilsiz) deyə səslənmişdi, çünki Peyğəmbərin (s) heç bir oğlu sağ qalmamışdı. Bu səbəbdən, "Kövsər" surəsi və "innə şaniəkə huvəl-əbtər" "Həqiqətən, (sən sonsuz və nəsilsiz deyilsən), sənin düşmənin özü sonsuz və nəsli kəsilmişdir"[6] ayəsi onun sözünə cavab olaraq nazil oldu.[7]

Kuleyninin "əl-Kafi" kitabında nəql etdiyi bir rəvayətə görə, Abdullahın vəfatından sonra Həzrət Xədicə (s) ağlayırdı. Peyğəmbər (s) ona belə buyurdu:

"Səni razı salmazmı ki, onu (Abdullahı) cənnətin qapısında dayanan halda görəsən və o, səni gördükdə əlindən tutaraq cənnətin ən gözəl yerinə aparsın...? Allah, bundan daha uca və böyükdür ki, Öz bəndəsinin ürək meyvəsini ondan aldıqdan sonra, o bəndə Allah rizası üçün səbir edib və Ona şükür etsin, lakin Allah ona əzab versin".[8]

Əlaqəli məqalələr

İstinadlar

  1. Nümunə üçün baxın: İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.3, s.445; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.333
  2. İbn İshaq, Siyreye İbn İshaq, h.q 1410, s.82
  3. İbn Həcər Əsqəlani, Əl-İsabə, h.q 1415, c.3, s.445; Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.333
  4. Əmin, Əyanuş-şiə, h.q 1406, c.1, s.223
  5. Məqrizi, İmtaul-əsma, h.q 1420, c.5, s.333
  6. Kövsər surəsi, ayə 3
  7. Bəlazuri, Ənsabul-əşraf, h.q 1417, c.1, s.138-139
  8. Kuleyni, Əl-Kafi, h.ş 1362, c.3, s.219

Ədəbiyyat

  • İbn İshaq, Məhəmməd ibn İshaq, Siyreye İbn İshaq, Qum, 1-ci çap, h.q 1410
  • İbn Həcər Əsqəlani, Əhməd ibn Əli, Əl-İsabə, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1415
  • Əmin, Möhsin, Əyanuş-şiə, Beyrut, Darut-taaruf lil-mətbuat, h.q 1406
  • Bəlazuri, Əhməd ibn Yəhya, Ənsabul-əşraf, Beyrut, Darul-fikr, 1-ci çap, h.q 1417
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Tehran, İsalmiyyə, 2-ci çap, h.ş 1362
  • Məqrizi, Əhməd ibn Əli, İmtaul-əsma, Beyrut, Darul-kutubil-elmiyyə, 1-ci çap, h.q 1420