Bütlərin sındırılma macərası
Bütlərin sındırılması macərası (ərəbcə: واقعة كسر الأصنام), Kəbə evinin üstünə düzülmüş bütlərin həzrəti Əli (ə) tərəfindən sındırılmasına işarədir. Bu macərada imam Əli (ə) peyğəmbərin (s) çiyninə ayaqın qoyaraq Kəbə evinin üstünə çıxıb, orada qərar verilən Hübəl adlı bütü aşağı atdı. Bu macəra Şiə və Əhli sünnə mənbələrində nəql olunmuşdur. Bu hadisənin, ləylətul-məbit (Peyğəmbərin (s) Məkkəni tərk etdiyi gecədir ki, imam Əli (ə) düşməni yayındırmaq üçün peyğəmbərin (s) yatağında yatmışdı) və ya Məkkənin fəthindən sonra baş verdiyi bildirilir.
Bütlərin sındırılma macərasını «وَ قُلْ جَاءَ الْحَقُّ وَ زَهَقَ الْبَاطِلُ...» və «وَ رَفَعْناهُ مَكاناً عَلِيًّا» ayələrinin nazil olma səbəbi bildirilir. Allahın rəsulu (s) bu hadisədən sonra, həzrət İbrahimi (ə) ilk bütqıran və həzrət Əlini isə (ə) sonuncu bütqıran adlandırdı. Bəzi rəvayətlərdə həzrət Əlidən (ə) «کاسِر الاصنام» “kasirul-əsnam” (bütləri qıran) adı ilə yad edilmişdir.
Bütlərin sındırılma hadisəsi, həzrət Əlinin (ə) fəzilətlərindən sayılır. İmam Əli (ə), Ömər ibn Xəttabın xəlifə təyin etmək üçün təşkil etdiyi altı nəfərlik şurada, bu hadisəni əsas gətirir. Bəzi Əhli-sünnə mənbələrində bu macəranı, günaha səbəb olan alətlərin məhv edilməsi üçün dəlil olaraq sitat gətirmişlər.
Macəranın təfsilatı
Bütlərin sındırılma macərası və ya “Kəsrul-əsnam” hədisi[1] peyğəmbərin (s) vasitəsilə imam Əlini (ə) çiyininə alıb bütləri qırmaq üçün Kəbə evinin üzərinə çıxmasına kömək etdiyi hadisəyə işarədir.[2] Bu hadisədə bəzi mühüm bütlərin o cümlədən “Həbəl” adlı bütün yıxılmasına işarə edilmişdir.[3] Əlbətdə bu hadisənin xırdalıqları haqda ixtilaflar vardır. Bəzi nəqllərə əsasən, ilk növbədə imam Əli (ə) istəyirdi peyğəmbəri (s) öz çiyninə alsın; lakin bunu edə bilmədi, odur ki, imam Əli (ə) peyğəmbərin (s) çiyninə qalxaraq[4] bütləri Kəbə evinin üstündən aşağı atdı. Başqa bir məlumatda, bildirilir ilk növbədə imam Əli (ə) bu təklifi irəli sürdü ki, peyğəmbər (s) o həzrətin çiyninə ayaq qoyub Kəbənin üstünə qalxsın, amma peyğəmbər bu işin öhdəsindən heç bir kəsin gələ bilməyəcəyini bildiridi.[5] Cabir ibn Abdullah Ənsarinin dediklərinə görə bu məsələ risalət yükünün ağırlığı ilə əlaqədardır.[6] Bu haqda digər amillər də qeyd edilmişdir.[7] Başqa bir nəqlə əsasən, əvvəldə peyğəmbər (s) imam Əliyə (ə) buyurdu ki, onun çiyninə çıxaraq Kəbənin üstünə qalxsın.[8]
İmam Əlinin (ə) Kəbə evinin üstündən düşməsi barədə də müxtəlif nəqllər vardır. Bəzi hədislərə əsasən imam Əli (ə), o zaman ki, Kəbə evinin hündürlüyü qırx zira idi,[9] özünü aşağı atdı və heç bir ziyan görmədi.[10] Başqa bir hədisə əsasən peyğəmbər (s) imam Əliyə (ə) buyurdu: Cəbrail mələk səni oradan endirdi.[11] Ömər ibn Xəttabın dediklərinə əsasən, imam Əli (ə) Kəbənin üstündə olan bütləri aşağı atdıqdan sonra peyğəmbər (s) o həzrətə buyurdu, düş aşağı və bu zaman imam Əli (ə) qanad açmış bir quş kimi aşağı düşdü və Ömər həmişə bu cür mövqedə olmasını arzu edər və deyərdi; Əlinin (ə) pərəstiş etdiyi Allah onu qoymadı oradan yıxılsın.[12]
Bəzi rəvayətlərə əsasən, peyğəmbər (s) bu hadisə zamanı, bu ayəni: «وَ قُلْ جَاءَ الْحَقُّ وَ زَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ کاَنَ زَهُوقًا»[13] qiraət edirdi.[14] Bunun üçün də bütlərin sındırılması macərası, bu ayənin nazil olmasının səbəbi bilirlər.[15] Həmçinin başqa bir rəvayətə görə, o cür ki, Şəhraşub nəql edir, bu ayə; [16]«وَ رَفَعْناهُ مَكاناً عَلِيًّا» bütlərin sındırılma hadisə zamanı nazil olmuşdur.[17]
Şiə[18] və Əhli-sünnə[19] mənbələrində bütlərin sındırılması hadisəsi nəql olunmuşdur. Abdullah ibn Abbas,[20] Cabir ibn Abdullah Ənsari[21] və Əbu Məryəm[22] bu macəranı nəql etmişlər. Əllamə Əmini “Əl-Qədir” kitabında, bu macəranı nəql edən Əhli-sünnə alimlərinin adlarını cədvəl formasında toplayaraq qeyd etmişdir.[23]
Fəzilət
Peyğəmbərin (s) imam Əlini (ə) çiyininə alması, həzərət Əliyə (ə) məxsus fəzilətlərdən hesab edilir.[24] Bu macəra, fəzilətlər kitablarında[25] və şairlərin şerlərində[26] özünə yer tutmuşdur.
Həzrət Məəhəmməd peyğəmbər (s) bu hadisədən sonra həzrət İbrahimi (ə) bütqıranların birincisi və imam Əlini (ə) bütqıranların sonuncusu kimi tanıtdırır.[27] Bəzi ərəvayətlərdə də “Kasirul-əsnam” (Bütqıran) adı ilə tanınmışdır.[28] Həmçinin Əhli-sünnə alimi İbn Cəvzi (vəfat 654 h.q) “Təzkirətul-xəvas” adlı kitabında imam Əlinin (ə) adları haqda müxtəlif nəzəriyyələri nəql edərək, bu nəqlə də işarə edir ki, imam Əlinin (ə) anası onun adını Heydər qoymuşdur, amma peyğəmbərin (s) çiyninə ayaq qoyub Kəbə evinin üzərindən bütləri töküb qırdığı üçün ona Əli (uca məqam sahibi) adı verilmişdir; bununla belə İbn Cəvzinin nəzəri budur ki, Əli adını o həzrət dünyaya gələrkən anası o həzrət üçün seçmişdir.[29]
Altı nəfərlik şurada “Kəsrul-əsnam” macərasının dəlil gətirilməsi
İmam Əli (ə) “Kəsrul-əsnam” (Bütləri qıran) macərasıyla iftixar edər[30] və buyurardı: Mən o kəs idim ki, nübuvvət möhrünə (peyğəmbərin iki kürəyi arasında peyğəmbərlik nişanəsi olan əlamətə işarə edir) ayaq qoymuşam.[31] Ömər ibn Xəttabdan sonra xilafətin təyin edilməsi üçün təşkil olunmuş altı nəfərdən ibarət şurada, hazır olan şəxslərdən etiraf aldı ki, özündən başqa heç bir kəs bu fəzilətə sahib deyildir.[32] Həmçinin bildirilir, Ömər ibn Xətab, həmişə arzu edərdi, ey kaş bu fəzilətə mən də nail olardım.[33]
Zaman
Əksəriyyət mənbələrdə bu macəranın nə vaxt baş verdiyi haqda məlumat verilməmiş və yalnız onun gecə[34] və gizlincə[35] olduğunu vurğulayırlar. Buna baxmayaraq bəzi mənbələrdə onun “Ləylətul-məbit”[36] (o gecə ki, peyğəmbər (s) Məkkəni tərk etdi və imam Əli (ə) düşməni çaşdırmaq məqsədi ilə o həzrətin yatağında yatdı) zamanı və yaxud Məkkənin fəthindən[37] sonra baş verdiyini bildirirlər. Əllamə Məclisi “Biharul-ənvar” kitabında imam Sadiqdən (ə) rəvayət nəql edir ki, bu hadisə Novruz bayramı günü baş vermişdir.[38]
“Daneşnameye Əmirəlmöminin (ə)” adlı kitabda, bir çox hədislər haqqında araşdırma aparıldıqdan sonra, ehtimal verilir bu hadisə “Leylətul-məbit” zamanı baş verməsi həqiqətə daha yaxındır.[39] Əllamə Məclisi bu ehtimalı açıqlayaraq bildirir, bütlərin sındırılması dəfələrlə baş vermişdir.[40]
Nəticə
Bir sıra rəvayətlərə əsasən, imam Əli (ə) tərəfindən bütlərin sındırılma macərası, müşriklərin bir daha Kəbə evinin üzərində bütlərin qərar verməmələrinə səbəb oldu.[41] Bəzi Əhli-sünnə mənbələrində, bu macəranın, günaha səbəb olan alətlərinin sındırılmasının lazım görülməsi anlaşılır.[42]
Şerlərdə
İmam Əlinin (ə) bütləri qırma macərası Şiə və Əhli-sünnə şairləri[43] tərəfindən Ərəb və digər dillərdə öz əksini tapmışdır.
İstinadlar
- ↑ Əllamə Hilli, Nəhcül-Həqq, m. 1982, s.223
- ↑ Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.18, s.162
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.453-454; İbn Şəhraşub, Mənaqib, h.q 1379, c.2, s.135
- ↑ Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.7, s.451; Əbi Yəla, Musnəd, h.q 1410, c.1, s.251-252
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1415, c.3, s.579-580
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135
- ↑ Səduq, Məanil-əxbar, h.q 1403, c.350-352; Bəhrani, Əl-Burhan, h.q 1415, c.3, s.576-578
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.136-141
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.141
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1422, c.2, s.398
- ↑ Bəhrani, Əl-Burhan, h.q 1415, c.3, s.580
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.38, s.77, Əhli-sünnət mənbələrindən nəql
- ↑ İsra surəsi, ayə 81
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1422, c.2, s.398; c.3, s.6
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.453-454; İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135
- ↑ Məryəm surəsi, ayə 57
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135-142; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.18, s.162-168
- ↑ İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1429, c.13, s.146-147; İbn Hənbəl, Musnəd, h.q 1416, c.2, s.73-74; Bəzzar, Musnədul-Bəzzar, h.q 1409, c.4, s.21-22; Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.7, s.451; Əbi Yəla, Musnəd, h.q 1410, c.1, s.251-252; Təbəri, Təhzibul-asar, Musnədu Əli ibn Əbi Talib (ə), s.236-240; Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1422, c.2, s.398, c.3, s.6
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.136, 141
- ↑ Həskani, Şəvahidut-tənzil, h.q 1411, c.1, s.453; İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135
- ↑ İbn Əbi Şeybə, Əl-Musənnəf, h.q 1429, c.13, s.146-147; İbn Hənbəl, Musnəd, h.q 1416, c.2, s.73-74; Bəzzar, Musnədu Bəzzar, h.q 1409, s.21-22; Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.7, s.451; Əbi Yəla, Musnəd, h.q 1410, c.1, s.251-252
- ↑ Əmini, Əl-Ğədir, h.q 1416, c.7, s.18-24
- ↑ Nəsai, Əs-Sunənul-kübra, h.q 1421, c.7, s.451; Nəsai, Xəsaisu Əmiril-Muminin, h.q 1424, c.96; Busti, Kitabul-məratib, h.q 1421, s.124
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135-142; Şüştəri, İhqaqul-həqq, h.q 1409, c.18, s.162-168
- ↑ Hürr Amili, İsbatul-hüda, h.q 1425, c.3, s.424
- ↑ İbn Şazan, Əl-Fəzail, h.ş 1363, s.97
- ↑ İbn Şazan, Ər-Rövzə, h.q 1423, s.31
- ↑ İbn Cəvzi, Təzkirətul-xəvass, h.q 1418, s.15
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.136; İbn Şazan, Əl-Fəzail, h.ş 1363, s.85
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.136
- ↑ Təbərsi, Əl-İhticac, h.q 1403, c.1, s.138; Bəhrani, Hiylətul-ənvar, h.q 1411, c.2, s.329
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.136
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1422, c.2, s.398; İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.141
- ↑ İbn Hənbəl, Musnəd, h.q 1416, c.2, s.73-74; Bəzzar, Musnədul-Bəzzar, h.q 1409, c.4, s.21-22; Əbi Yəla, Musnəd, h.q 1410, c.1, s.251
- ↑ Hakim Nişaburi, Əl-Mustədrək, h.q 1422, c.3, s.6
- ↑ İbn Şəhr Aşub, Mənaqib, h.q 1379, c.2, s.135, 140
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.138
- ↑ Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəlmöminin (ə), h.ş 1389, c.1, s.223
- ↑ Məclisi, Biharul-ənvar, h.q 1403, c.56, s.138
- ↑ İbn Şazan, Əl-Fəzail, h.ş 1363, s.97
- ↑ Təbəri, Təhzibul-asar, Musnədu Əli ibn Əbi Talib (ə), s.238-240
- ↑ Şafei, Divan, h.q 1414, s.93
Ədəbiyyat
- İbn Əbi Şeybə, Abdullah ibn Məhəmməd, Əl-Musənnəf, Qahirə, h.q 1429
- İbn Cəvzi, Təzkirətul-xəvass, Qum, h.q 1418
- İbn Hənbəl, Əhməd ibn Məhəmməd, Musnəd, Beyrut, Ər-Risalə müəssisəsi, h.q 1416
- İbn Şazan, Şazan ibn Cəbrail, Ər-Rövzə, Qum, Məktəbətul-əmin, h.q 1423
- İbn Şazan, Şazan ibn Cəbrail, Əl-Fəzail, Qum, 2-ci çap, h.ş 1363
- İbn Şəhr Aşub Mazandarani, Məhəmməd ibn Əli, Mənaqib, Qum, Əllamə, h.q 1379
- Əbi Yəla, Əhməd ibn Əli, Musnəd, Təhqiq: Hüseyn Səlim Əsəd, Dəməşq, 2-ci çap, h.q 1410
- Əmini, Əbdül-Hüseyn, Əl-Ğədir, Qum, h.q 1416
- Bəhrani, Haşim ibn Süleyman, Əl-Burhan, Qum, Büsət müəssisəsi, h.q 1415
- Bəhrani, Haşim ibn Süleyman, Hiylətul-ənvar, Qum, h.q 1411
- Bəzzar, Əhməd ibn Əmir ibn Əbdül-Xalid, Musnədul-Bəzzar, Beyrut, Ulumul-Quran müəssisəsi, h.q 1409
- Busti, İsmail ibn Əhməd, Kitabul-məratib, Təhqiq: Məhəmmədrza Ənsari, Qum, h.q 1421
- Hakim Nişaburi, Məhəmməd ibn Abdullah, Əl-Mustədrək, Təhqiq: Mustafa Əbdül-Qadir Əta, Beyrut, Darul-kutubil-elmiyyə, 2-ci çap, h.q 1422
- Hürr Amili, Məhəmmə ibn Həsən, İsbatul-hüda, Beyrut, h.q 1425
- Həskani, Übeydullah ibn Abdullah, Şəvahidut-tənzil, Təhqiq: Məhəmməd Baqir Mahmudi, Tehran, h.q 1411
- Şafei, Məhəmməd ibn İdris, Divan, Beyrut, Darul-kutubil-ərəbi, h.q 1414
- Şüştəri, Nurullah, İhqaqul-həqq, Qum, h.q 1409
- Şeyx Səduq, Məhəmməd ibn Əli, Məanil-əxbar, Təhqiq: Əli Əkbər Ğəffari, Qum, Dəftəre enteşarate İslami, h.q 1403
- Təbəri, Məhəmməd ibn Cərir, Təhzibul-asar, Musnədu Əli ibn Əbi Talib (ə), Təhqiq: Mahmud Məhəmməd Şakir
- Əllamə Hilli, Həsən ibn Yusif, Nəhcül-Həqq, Beyrut, DArul-kitabil-Lübnani, m. 1982
- Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, 2-ci çap, h.q 1403
- Məhəmmədi Reyşəhri, Daneşnameye Əmirəlmöminin (ə), Qum, h.ş 1389
- Nəsai, Əhməd ibn Əli, Əs-Sunənul-kübra, Beyrut, h.q 1421