Fələq surəsi

wikishia saytından
(Quranın 113-cü surəsi səhifəsindən yönləndirilmişdir)
Fələq surəsi

Fələq surəsi (ərəbcə: سورة الفلق) Quranın 113-cü surəsi və 30-cu cüzündə olan Məkkə şəhərində nazil olan surələrindən biridir. Bu surənin ilk ayələri səhər və sübhün açılması mənası daşıdığı üçün “fələq” adlandırılmışdır. Fələq surəsi dörd “qul” ilə başlayan surələrdən biridir. Allah bu surədə Peyğəmbərə (s) əmr edir ki, bütün pisliklərdən, xüsusən də gecənin qaranlığının şərindən, sehrbaz qadınların şərindən və paxılların şərrindən Allaha sığınsın. Bəzi əhli-sünnə təfsirçiləri deyirlər ki, bu surə bir yəhudinin Peyğəmbərə (s) sehr etdiyi zaman nazil olub və Peyğəmbər bu səbəbdən xəstələnib. Vəhy mələyi olan həzrəti Cəbrailin gəlişindən və “Fələq və Nas” surəsi nazil olduqdan sonra Peyğəmbərə (s) ondan ayələr oxundu və xəstə yatağından qalxdı. Bəzi şiə alimləri bu sözə etiraz edərək deyirlər ki, sehr Peyğəmbərə (s) təsir etmir.

“Fələq” və “Nas” surələrinə “Muəvizzəteyn” deyilir; Çünki onlar (canı, malı və s. bəlanın qarşısını alır) qorunmaq üçün oxunur. “Fələq” surəsini oxumağın fəzilətini barədə belə nəql olunur ki, hər kim “Nas” və “Fələq” surələrini oxuyarsa, sanki ilahi peyğəmbərlərin bütün kitablarını oxumuş olar. Həmçinin nəql olunur ki, Peyğəmbər (s) “Fələq” və “Nas” surələrini Allah yanında ən sevimli surə hesab etmişdir.

Giriş

* Adlandırma

Fələq adını bu surə ilk ayəsinə əsasən qoyulmuşdur.[1] Fələq səhər və sübhün işığı deməkdir.[2] Bu surənin digər adı "Müəvizzə"dir(sığınmaq) "auz" sözü (pənah aparmaq) mənasındadır ki, ilk ayəsinin əvvəlindən götürülüb.[3] Fələq və Nas surələrinə müəvizzətin deyilir. Bu iki surəni özlərinə təhlükə hiss etdikdə oxuduqlarına görə “müşəqşəqətəyn” də söyləmişlər.[4]

* Müəvizzə

Müavizzə Fələq surəsində möminlərə Allaha sığınmaq tövsiyə olunduğu üçün ona “Müəvvizə” deyilir. “Aveze” sözünün kökündən olan “Müavvizə” sözü sığınmaq deməkdir. Bu surə insanları hər şeyin şərrindən (yaradılmış hər şeyin şərindən, gecənin şərrindən, düyünlərə üfürən sehrbazın şərindən, həsəd və paxıllıq edənlərin şərrindən) Rəbbinə sığınmağa çağırır.

* Nazil olma yeri və tərtib sırası

Fələq surəsi Məkkə surələrindən biridir və Peyğəmbərə (s) nazil olan 20-ci surədir. Bu surə quranın hazırkı tərtibinə görə 113-cü surədir və Quranın 30-cu cüzündə yerləşib.[5] Təfsir əl-Mizan kitabının müəllifi Əllamə Təbatəbai bu surəni əldə etdi bəzi rəvayətlərə əsaslanaraq Mədəni surəsini hesab etmişdir (mədəni = mədinədə nazil olmuş ayələrə deyilir).[6]

* Ayələrin sayı və digər xüsusiyyətlər

Fələq surəsi 5 ayə, 23 kəlmə və 73 hərfdən ibarətdir. Bu surə həcm baxımından “müfəssəl” surələrdəndir. Fələq surəsi dörd “qul”-dan, yəni “qul” ilə başlayan dörd surədən biridir.[7]

Məzmun

Allah “Fələq” surəsində Peyğəmbərə (s) əmr edir ki, hər bir şərdən, xüsusən də gecənin qaranlığının şərindən, sehr edən qadınların şərindən və paxıl insanların şərindən Allaha sığınsın. Əl-Mizan Təfsirində Əllamə Təbatəbaiyə görə, “Əl-nəffəsəti-fi-əluqəd” təkcə cadugər qadınlar deyil, sehr edən hər kəs deməkdir.[8] Təfsir Nümunədə də deyilir: “Fələq” surəsi Peyğəmbərə və müsəlmanlara pislik və bütün şərlərdən Allaha sığınmalarını öyrədir.[9]

Şəni nüzul

Astan Qüds Rəzəvi kitabxanasında hicri 1279-cu ilə aid Qurani-Kərimdən Fələq surəsinin nəsx xətti ilə təsviri.

Bu surənin “şəni nüzulu” mövzuda sünni mənbələrində şiə alimləri tərəfindən qəbul olunmayan bir hədis vardır.[10] Əl-Durul-Mənsur kitabında sünni təfsir kitablarından biri belə təsvir edilmişdir: Bir yəhudi kişi Peyğəmbəri (s) sehr etdi. Cəbrail peyğəmbərin hüzuruna gəldi və Fələq və Nas surələrini ona gətirdi və dedi: “Yəhudi bir kişi sizi sehr edib və onun sehri filan quyudadır”. Peyğəmbər (s) Əlini sehr gətirmək üçün göndərdi. Sonra əmr verdi və ondan düyünləri açmağı və hər düyün üçün Müavizəteyndən (Fələq və Nas surələrin) oxumasını istədi. Düyünlər açıldıqda və bu iki surə oxunub tamamlandıqda İslam Peyğəmbəri (s) sağlamlığına qovuşdu. [11] Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində yazır; Sehr və cadunun peyğəmbərin cismani bədəninə təsir etməməsinə dair heç bir dəlil yoxdur; belə ki, Quran ayələri peyğəmbərin qəlbinin, ruhunun, ağlının və düşüncəsinin sehr və cinlərin təsirindən qorunduğunu göstərir.”[12]

Təfsirçilərin sehr və cadu barədə düşüncələri

Seyid Razi (hicri 406-cı ildə vəfat edib) “Fələq” surəsinin dördüncü ayəsinin təfsirində (və düyünlərə sehr edənlərin şərri haqqında) yazır: Bu [ayə] məcazdır[13] və Allaha sığınmaq deməkdir. Kişilərin istiqrarlı qərar verməkdən saxlayıb onları başdan edən, ovsunlayıb sehr edən qadınların şərrindən Allaha pənah aparmaqdır.[14] Bir sıra sünni təfsirçiləri[15] sehr və göz-dəyməni qəbul etməmişlər.[16] Əllamə Təbatəbai yazır ki, bu ayə və Bəqərə surəsinin 102-ci ayəsi göstərir ki, Quran sehrin gerçəkliyini təsdiq etmişdir.[17]

Fəzilət və xüsusiyyətlər

Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kim “Fələq” və “Nas” surələrini oxusa, sanki bütün ilahi peyğəmbərlərin kitablarını oxumuş kimi olar.[18] Həmçinin İmam Bəqir (ə) buyurur: “Hər kim gecənin vitr namazında Müavizəteyn (Nas və Fələq) və İxlas surələrini oxuyarsa, ona belə deyilər: “Ey Allahın bəndəsi, sənə müjdə olsun ki, Allah! vitr namazını qəbul etdi.[19] Bundan əlavə, Peyğəmbər (s) tərəfindən belə nəql edilmişdir: Fələq və Nas surələri Allah yanında ən sevimli surə kimi tanınır.[20] Başqa bir rəvayətdə Peyğəmbər (s) buyurur: “Hər kim gecə yatmadan əvvəl on dəfə “Tövhid”, “Nas” və “Fələq” surələrini oxusa, Quranı tam oxumuş kimi olar və günahlarından pak olar. Bu günahlardan elə paklanmaqdır sanki, anasından doğulduğu günə bənzəyir və əgər o gün və ya o gecə ölərsə, şəhid olaraq vəfat edər.”[21] “Fələq” surəsinin xüsusiyyətlərinə dair bir rəvayətdə Peyğəmbər (s) “Müavizəteyn” surəsini oxuyub İmam Həsən Müctəba (ə)İmam Hüseyni (ə) “təviz” edərmiş (qorum altına alarmış)”.[22]

Mətni və tərcüməsi

Fələq surəsi

Ərəbcə mətn Tərcümə
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ «۱» مِنْ شَرِّ مَا خَلَقَ «۲» وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ «۳» وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ «۴» وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ «۵» 1.Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən). 2. (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)! 3.Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən. 4. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. 5.Və paxıllıq etdiyi zaman paxılın şərindən».

İstinadlar

  1. Daneşname Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1271
  2. Rağib İsfahani, Əl-Müfrədat, h.q 1412, Fələq sözünün şərhi
  3. >Daneşname Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1271
  4. Daneşname Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1271
  5. Mərifət, Amuzeşe ulume Quran, h.ş 1371, c.2, s.166
  6. Əllamə Təbatəbai, Əl-Mizan, h.q 1394, c.20, s.392
  7. Daneşname Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1271
  8. Təbatəbai, Əl-Mizan, h.ş 1382, c.20, s.392-394
  9. Məkarim, Nümunə təfsiri, h.ş 1374, c.27, s.454
  10. Təbatəbai, Əl-Mizan, h.ş 1382, c.20, s.394
  11. Siyuti, Əd-Durrul-mənsur, h.q 1404, c.6, s.417
  12. Təbatəbai, Əl-Mizan, h.ş 1382, c.20, s.394
  13. Müraciət edin: Seyyid Rəzi, Təlxisul-bəyan fi məcazatil-Quran, h.q 1407
  14. Seyyid Rəzi, Təlxisul-bəyan fi məcazatil-Quran, h.q 1407, s.280
  15. Zəməxşəri kimi
  16. Quran, Tərcümə, Tovzihat və vajename: Bəhaud-din Xürrəmşahi, Fələq surəsi
  17. Təbatəbai, Əl-Mizan, h.ş 1382, c.20, s.393
  18. Təbərsi, Məcməul-bəyan, h.q 1338, c.10, s.491
  19. Təbərsi, Məcməul-bəyan, h.q 1338, c.10, s.491
  20. Məclisi, Biharul-ənvar, h.q 1403, c.93, s.368
  21. Təbərsi, Məcməul-bəyan, h.q 1338, c.10, s.491
  22. Daneşnaem Quran və Quran pejuhi, h.ş 1377, c.2, s.1271-1272

Ədəbiyyat

  • Quran
  • Daneşname Quran və Quran pejuhi, Bəhaud-din Xürrəmşahi, c.2, Tehran, h.ş 1377
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat, Təhqiq: Səffan Davudi, Beyrut, 1-ci çap, h.q 1412
  • Seyid Rəzi, Məhəmməd ibn Hüseyn, Təlxisul-bəyan, Tehran, h.q 1407
  • Siyuti, Əd-Durrul-Mənsur, Qum, Mərəşi Nəcəfi kitabxanası, h.q 1404
  • Təbatəbai, Əl-Mizan, Qum, Dəftəre enteşarate İslami, h.ş 1382
  • Təbərsi, Məcməul-bəyan, Tehran, Məktəbətul-elmiyyə, 1-ci çap, h.q 1338
  • Məclisi, Biharul-ənvar, Qum, Dəftəre enteşarate İslami, h.q 1403
  • Mərifət, Məhəmməd Hadi, Amuzeşe ulume Quran, h.ş 1371
  • Məkarim Şirazi, Nümunə təfsiri, Tehran, Darul-kutubil-İslamiyyə, 1-ci çap, h.ş 1374

Xarici keçid