Məzmuna keç

Taslim:Həzrət Zeynəbin (s) Kufədə söylədiyi xütbə

wikishia saytından
Həzrət Zeynəbin (s) Kufədə söylədiyi xütbə
Mövzuİmam Hüseynə (ə) yardım göstərməkdə səhlənkarlıq etdiklərinə görə Kufə əhalisinin məzəmmət olunması
Nəql olunubHəzrət Zeynəb (ə)
Şiə mənbələriŞeyx Müfidin Əmalisi, Şeyx Tusinin Əmalisi, İbn Şəhr Aşubun Mənaqibi, Təbərsinin İhticacı, İbn Nəma Hillinin Müsirul-əhzanıSeyid İbn Tavusun Lühufu
Sünni mənbələriBəlağatun-nisa, Əl-Buldan, Ət-Təzkirətul-Həmduniyyə, Nəsrud-Dür fil-mühazirat və Xarəzmiyə aid Məqtəlul-Hüseyn


Həzrət Zeynəbin (s) Kufədə söylədiyi xütbə, (ərəbcə: خطبة السيدة زينب (ع) في الكوفة) Kərbəla hadisəsindən sonra İmam Hüseynin (ə) Əhli-Beytinin (ə) cəmiyyətə ünvanladığı ilk ictimai reaksiyadır və bu hadisədə birbaşa məsul olan toplum – yəni Kufə əhalisi – qarşısında bəyan edilmişdi. Həzrət Zeynəb (s) bu xütbədə kufəliləri İmam Hüseynə (ə) yardım etməkdə səhlənkarlığa yol verdiklərinə görə kəskin tənqid etdi. Bu xütbə Peyğəmbər (s) ailəsinin məzlumiyyətini bəyan etmək və düşmənlərin həqiqi simasını ifşa etmək baxımından ən dəyərli tarixi sənədlərdən biri sayılır.

İmam Səccad (ə) bu xütbədən sonra bibisini “alimeyi qeyri-müəllimə” – yəni “müəllim görmədən elm sahibi olan qadın” adlandırdı. Bəzi alimlər bu ifadəni Həzrət Zeynəbin (s) lədunni (ilahi mənşəli) elmə sahib olmasına dəlil kimi qiymətləndirmişlər. Bu xütbə təsir gücü, fəsahəti və bəlağəti səbəbilə hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuşdur.

Həzrət Zeynəb (s) kufəlilərin qəlbindəki qəfləti aradan qaldırmaq üçün bu xütbədə Qurani-kərimin müxtəlif ayələrinə istinad etdi. Tarixçilərin nəzərində, Kufə xalqının yuxuya getmiş vicdanının oyadılması, İbn Ziyad tərəfindən Kərbəla hadisəsinin təhrif olunmasının qarşısının alınması və İmam Hüseynin (ə) qatillərindən intiqam üçün zəmin yaradılması bu xütbənin ən mühüm nəticələri sayılır. Bu xütbə müxtəlif şairlər tərəfindən şeirlərə çevrilmiş, eləcə də bir çox müəlliflər tərəfindən barəsində kitablar yazılmışdır; o cümlədən Heydər Quli Sərdar Kabulinin “Şərhu Xütbəti Zeynəb (s) fil-Kufə” adlı əsəri.

Xütbənin tanıtımı və onun İslam tarixində mövqeyi

Həzrət Zeynəbin (s) Kufədəki çıxışı, onun Əməvi hakimiyyətinin cinayətləri və zülmü ilə ilk qarşılaşması kimi qiymətləndirilmişdir.[1] Bu xütbə, səudiyyəli şiə alim Həsən əs-Saffarın baxışına görə, Kərbəla hadisəsindən sonra Əhli-Beytin (ə) ilk ictimai reaksiyası sayılır. Onun fikrincə, bu xütbənin önəmi ondadır ki, bu fəlakətə görə birbaşa məsul olan cəmiyyətə — yəni kufəlilərə — ünvanlanmışdı.[2] Sözügedən xütbənin fəsahət və bəlağət baxımından zirvədə olduğu bildirilir.[3] İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei isə bildirir ki, Həzrət Zeynəbin (s) KufəŞam şəhərlərindəki xütbələri o qədər sənətkarcasına və ustalıqla səsləndirilmişdi ki, düşmənlər belə, onu görməməzlikdən gələ bilmirlər.[4]

Zeynəb Kübra (s), hadisələrin ədəbiyyat və incəsənət vasitəsilə qorunub saxlanmasının bünövrəsini qoyan şəxs

Seyyid Əli Xamenei:

Mənim fikrimcə, hadisələrin ədəbiyyat və incəsənət yolu ilə qorunub saxlanmasının əsasını qoyan şəxs Zeynəb Kübradır (salamullahi əleyha). Əgər Həzrət Zeynəbin hərəkəti və təşəbbüsü olmasaydı və ondan sonra da Əhli-beytin (əleyhimus-səlam) digər üzvləri — İmam Səccad və başqaları — bu yolu davam etdirməsəydilər, Aşura hadisəsi tarixdə qalmazdı. Bəli, ilahi sünnət budur ki, bu cür hadisələr tarixdə qalıcı olsun; lakin bütün ilahi sünnətlərin fəaliyyəti müəyyən mexanizmlər vasitəsilə gerçəkləşir. Bu həqiqətlərin tarixdə qalmasının mexanizmi ondan ibarətdir ki, sirr sahibləri, dərd sahibləri, bu incəliklərdən agah olan bilicilər bunları başqalarına çatdırsınlar.

Həzrət Zeynəbin KufəŞam şəhərlərində söylədiyi xütbələr ifadənin gözəlliyi və cəlbediciliyi baxımından bədii bəyanın bir ayəsidir; elədir ki, heç kim bunu görməməzlikdən gələ bilməz. Bir müxalif və ya düşmən belə bu bəyanı eşitdikdə, kəsici ox və iti qılınc kimi, istəsə də istəməsə də, bu söz öz təsirini göstərir. İncəsənətin təsiri onu dinləyən şəxsin istəyindən asılı deyil; istəsin ya istəməsin, bu təsiri mütləq göstərəcək. Həzrət Zeynəb (salamullahi əleyha) və İmam Səccad Şamda söylədikləri xütbələrdə, Şam məscidindəki aydın, bəlağətli və heyrətamiz bəyanları ilə məhz bu işi gördülər.

Müqavimət ədəbiyyatı və incəsənəti idarəsinin xatirə nəql edənləri və cihad-şəhadət yolunun bir qrup qabaqcıl şəxsiyyəti ilə görüşdə söylənmiş çıxış (2005\9\22)[5]

Həzrət Zeynəb (s) bu xütbədə İmam Hüseynə (ə) və Əhli-Beytə (ə) qarşı baş verən hadisələrin birbaşa məsuliyyətini kufəlilərin üzərinə qoyur, onları ən sərt şəkildə danlayıb məzəmmət edirdi; çünki məhz onlar İmamı dəvət etmiş, lakin sonra onunla döyüşməyə qalxmışdılar.[6] “Aşura Mədəniyyəti” kitabının müəllifi Cavad Muhəddisi bu xütbəni, Peyğəmbər (s) ailəsinin məzlumiyyətini açıqlamaq, İmam Hüseynin (ə) Aşuradakı yolunu göstərmək və düşmənlərin simasını ifşa etmək baxımından ən qiymətli tarixi sənədlərdən sayır.[7] Onun fikrincə, bu xütbə göstərir ki, İmam Hüseynin (ə) ailə üzvləri dərin maarif və mərifət sahibi olmuşlar.[8]

Şeyx Müfid nəql edir ki, bu xütbə oxunarkən elə təsəvvür olundu ki, sanki İmam Əli (ə) özünə məxsus qüdrətli xütbələrindən birini səsləndirir.[9] Təbərsi də yazır ki, xütbə oxunanda nəfəslər sinədə tutuldu, hətta dəvələrin zənglərinin səsi belə kəsildi.[10] Şeyx Tusi xəbər verir ki, xütbədən sonra xalq mat qalmış halda ağlayır, heyrətdən barmaqlarını dişləyirdilər.[11]

Tədqiqatçılar, qardaşlarını, övladlarını və çoxsaylı yaxınlarını yeni itirmiş bir qadının belə uca və möhtəşəm bir xütbə söyləməsini heyrətamiz hesab etmişlər.[12] İmam Səccad (ə) bu xütbədən sonra bibisinə “alimeyi qeyri-müəllimə” (müəllim görmədən alim olmuş) deyə müraciət etmiş və ondan xütbəni davam etdirməməsini xahiş etmiş, bunun üzərinə Həzrət Zeynəb (s) xütbəni davam etdirməmişdir.[13] Bəzi tədqiqatçılar İmam Səccadın (ə) bibisi barədə söylədiyi bu ifadəsini Həzrət Zeynəbin (s) lədduni elmlərə bələd olması üçün dəlil saymışlar.[14] Həzrət Zeynəbin (s) Kufə xütbəsi təsir gücü, fəsahət və bəlağəti səbəbilə həmişə araşdırmaçıların diqqətini çəkmişdir.[15]

Bu xütbə müxtəlif mənbələrdə qeyd olunmuşdur. Şiə mənbələri arasında Şeyx Müfidin Əmalisini,[16] Şeyx Tusinin Əmalisini,[17] İbn Şəhr Aşubun Mənaqibini,[18] Təbərsinin İhticacını,[19] İbn Nəma Hillinin Müsirul-əhzanını[20]Seyid İbn Tavusun Lühufunu[21] göstərmək olar. Sünni mənbələri arasında isə Bəlağatun-nisa,[22] Əl-Buldan,[23] Ət-Təzkirətul-Həmduniyyə,[24] Nəsrud-Dür fil-mühazirat[25]Xarəzmiyə aid Məqtəlul-Hüseyn[26] qeyd olunmuşdur. Bəzi sünni mənbələrdə bu xütbə Həzrət Zeynəb (s) əvəzinə onun bacısı Ümmü Külsümə (s) aid edilmişdir.[27]

İbn Ziyadın xütbəyə qarşı çıxması

Übeydullah ibn Ziyad bu xütbənin təsirini azaltmaq üçün bir məclis qurdu ki, Kərbəla əsirlərini qorxutsun və məntiq oyunları ilə özünü qalib, İmam Hüseynin (ə) hərəkatını isə məğlub kimi göstərsin.[28] Lakin Həzrət Zeynəb (s) düzgün və məntiqli sözlərlə İbn Ziyadın dediklərini puç etdi.[29] Rəvayətə görə, onun cavabları İbn Ziyadı o qədər qəzəbləndirdi ki, Həzrət Zeynəbi (s) öldürmək istədi; amma hakimiyyət başçılarından biri buna mane olub dedi: “Ey əmir! O, bir qadındır; qadınlar isə sözlərinə görə cəzalandırılmazlar”.[30] Bu sözlərin İbn Ziyadın Həzrət Zeynəbi (s) öldürmək fikrindən dönməsinə səbəb olduğu bildirilir.[31]

Məzmunu

Bəzi tədqiqatçıların fikrincə, Həzrət Zeynəb (s) Şamda etdiyi dəlil mehvərli, səbəb-sonuc yönlü xütbəsindən fərqli olaraq, Kufədə daha çox emosional məzmunlu danışmış, bununla da kufəlilərin vicdanını oyatmağa çalışmışdır.[32] Bu xütbənin xüsusiyyətlərindən biri də Qurandan çoxlu ayələrə və məsəllərə istinad etməsidir.[33] Həzrət Zeynəb (s) kufəlilərin qəflətini aradan qaldırmaq üçün aşağıdakı ayələrə istinad etmişdir:[34]

Xütbənin nəticələri

Həzrət Zeynəbin (s) Kufədə söylədiyi xütbədən bir hissə

Vay olsun sizə, ey Kufə əhli! Bilirsinizmi, Allahın Elçisinin hansı ciyərini parçaladınız? Onun ailəsindən olan nə qədər ismətli və vüqarlı qadın və qızları küçə-bazarlara sürüdünüz?! Onun hansı hörmətini tapdaladınız, hansı toxunulmazlığını pozdunuz?! Onun hansı qanını yerə axıtdınız?! Göydən qan yağmasına təəccüblənirsinizmi? Halbuki axirət əzabı bununla müqayisədə qat-qat daha şiddətli və alçaldıcıdır və o gün sizə heç kim kömək etməyəcək.[41]

Həzrət Zeynəbin (s) Kufə xütbəsinin aşağıdakı nəticələrə səbəb olduğu bildirilir: Kufə xalqının yuxuya getmiş vicdanının oyanması;[42]

  • İbn Ziyadın Kərbəla hadisəsini təhrif etməsinin qarşısının alınması;[43]
  • Düşmənin planlarının iflasa uğraması.[44] Düşmən əsir düşən Əhli-Beyti (ə) “xarici” adlandırmaq istəyirdi.[45]
  • Bəni-Üməyyənin dövründə müsəlman cəmiyyətinin tənəzzülünün aşkara çıxması;[46]
  • İmam Hüseynin (ə) və səhabələrinin qatillərindən intiqam almaq üçün zəmin yaranması;[47]
  • Kufə xalqının hiss və düşüncələrinin nəzarətə alınması.[48]

Xütbənin Ədəbiyyata təsiri

Aşura ədəbiyyatında Kərbəla hadisəsinin xəbərini çatdıran kimi Həzrət Zeynəbin (s) roluna xüsusi diqqət yetirilmişdir.[49] Əvvəlki dövrlərdə Həzrət Zeynəb (s) haqqında yazılan şeirlərdə əsasən kədərli, daim ağlayan bir obraz təsvir olunurdusa, sonralar onun xütbələrinin təsiri ilə Həzrət Zeynəbə (s) döyüşkən, müqavimətli və mübarizə aparan bir sima kimi yanaşılmağa başlanmışdır.[50] Şiə tarixçisi Seyid Cəfər Şəhidi hesab edirdi ki, əgər Həzrət Zeynəbin (s) Şam və Kufədə söylədiyi xütbələr olmasaydı, Aşura hadisəsinin böyüklüyü və əzəməti bir çox insanlar üçün aydın olmazdı.[51] Mehdi İlahi Qumşeyi,[52] İsmayıl Mənsuri Laricani[53] və Nəyyir Təbrizi[54] bu xütbəni nəzmə çəkiblər.

Monoqrafiyalar

“Şərhu Xütbəti Zeynəb (s) fil-Kufə», Heydər Quli Sərdar Kabuli
  • Həzrət Zeynəbin (s) Kufədə söylədiyi xütbə haqqında müxtəlif kitablar yazılmışdır. Bu kitabların bəziləri aşağıdakılardır:
  • “Şərhu Xütbəti Zeynəb (s) fil-Kufə», Heydər Quli Sərdar Kabulinin yazdığı ərəbcə şərhdir. Bu kitab Rza Ustadi tərəfindən tədqiq edilmiş və 1396 hicri-şəmsi ilində Hədis Elmləri üzrə İxtisaslaşmış Kitabxana nəşriyyatı tərəfindən çap olunmuşdur.[55]
  • “Həzrət Zeynəbin (s) xütbəsində Həzrət Əlinin (ə) qəhrəmanlığının təkrarı” kitabı. Bu əsərin müəllifi Əli Kərimi Cəhrumidir. Sözügedən əsər 1375 hicri-şəmsi ilində Qum şəhərində Həzrət Məsumə (s) nəşriyyatı tərəfindən çap edilmişdir.[56]

Həzrət Zeynəbin Kufədə söylədiyi xütbənin mətni və tərcüməsi

Əlaqəli məqalələr

İstinadlar

  1. Səffar, Əl-Mirətul-əzimə, m.2000, s.213
  2. Səffar, Əl-Mirətul-əzimə, m.2000, s.213
  3. Qəzvini, Zeynəbul-Kübra (s) minəl-məhdi iləl-ləhd, h.q 1427, s.188
  4. Hüseyni Xamanei, Bəyanat dər didare cəmi əz pişkəsutane cihad və şəhadət və xatirequyane dəftəre ədəbiyyat və hünəre müqavimət
  5. https://farsi.khamenei.ir/newspart-index?tid=1473
  6. Səffar, Əl-Mirətul-əzimə, m.2000, s.213
  7. Mühəddisi, Fərhənge aşura, h.ş 1376, s.163
  8. Mühəddisi, Fərhənge aşura, h.ş 1376, s.163
  9. Şeyx Mufid, Əl-Əmali, h.q 1413, s.321
  10. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.304
  11. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.93
  12. Davudi və Mehdi Rüstəm Nejad, Aşura, rişeha, əngizeha, ruydadha, peyamədha, h.ş 1386, s.554
  13. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.305
  14. Şəfii Mazandarani, Aşura həmase cavidan, h.ş 1381, s.215
  15. Nümunə üçün baxın bu məqalələrə baxın: Yarəhmədi və Zəhra Xeyrullahi, Məarife Qurani dər xütbeye Həzrət Zeynəb (ə); Xersəndi və başqaları, Təhlile bəlaği xütbeye Həzrət Zeynəb (ə); Ruşənfikr və Daneş Məhəmmədi, Təhlile qoftemane ədəbi xütbehaye Həzrət Zeynəb (ə), Hüseyni Əcdad, Təcziye və təhlile ədəbi xətib; Həzrət Zeynəb (ə) dər Kufe; Eyşani və Məsumə Neməti Qəzvini, Təhlile xütbeye Həzrət Zeynəb (ə) dər Kufe bər əsase nəzəriyyeye Kenş qoftare serl; Süleymani, Cilvehaye bəlağət dər kəmlam peyamavəre Aşura
  16. Şeyx Mufid, Əl-Əmali, h.q 1413, s.321-323
  17. Şeyx Tusi, Əl-Əmali, h.q 1414, s.92-93
  18. İbn Şəhraşub, Əl-Mənaqib, h.q 1379, c.4, s.115
  19. Təbərsi, Əl-İhticac, h.q 1403, c.2, s.304-305
  20. İbn Nəma Hilli, Musirul-əhzan, h.q 1406, s.86
  21. Seyid ibn Tavus, Əl-Luhuf, h.q 1348, s.146-149
  22. İbn Tayfur, Bəlağətun-nisa, Əş-Şərifur-Rza, s.37-39
  23. İbn Fəqih, Əl-Buldan, h.q 1416, s.224
  24. İbn Həmdun, Ət-Təzkirətul-Həmduniyyə, h.q 1417, c.6, s.264-265
  25. İbn Səd Əl-Abi, Nəsrud-Dür fil-mühazirat, h.q 1424, c.4, s.19-20
  26. Xarəzmi, Məqtəlul-Hüseyn, h.ş 1381, c.2, s.45-47
  27. İbn Tayfur, Bəlağətun-nisa, Əş-Şərifur-Rza, s.37-39; İbn Həmdun, Ət-Təzkirətul-Həmduniyyə, h.q 1417, c.6, s.264-265; İbn Səd Əl-Abi, Nəsrud-Dür fil-mühazirat, h.q 1424, c.4, s.19-20
  28. Mənsuri Laricani, Zeynəbe Kübra (ə) payemavəre Aşura, h.ş 1395, s.110-111
  29. Mənsuri Laricani, Zeynəbe Kübra (ə) payemavəre Aşura, h.ş 1395, s.112
  30. Şeyx Mufid, Əl-İrşad, h.q 1413, c.2, s.115; Xarəzmi, Məqtəlul-Hüseyn, h.q 1423, c.2, s.47-48
  31. Rəsuli Məhəllati, Zeynəb Əqileye Bəni-Haşim, Məşər nəşri, s.83
  32. Ruşənfikr və Daneş Məhəmmədi, Təhlile qoftemane ədəbi xütbehaye Həzrət Zeynəb (ə), s.134, 140
  33. Hüseyni Əcdad, Təcziye və təhlile ədəbi xətib; Həzrət Zeynəb (ə) dər Kufe, s.124
  34. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.72-77
  35. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.72-73
  36. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.73-74
  37. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.74
  38. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.74-75
  39. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.75-76
  40. Xani Müqəddəm, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, s.76
  41. Seyid ibn Tavus, Əl-Luhufu əla qətlit-tufuf, h.ş 1348, s.148
  42. Nuri Həmədani, Cayeqahe banuvan dər İslam, h.ş 1383, s.282; Haşimi Nejad, Dərsi ke Hüseyn be insanha amuxt, h.ş 1382, s.204
  43. Haşimi Nejad, Dərsi ke Hüseyn be insanha amuxt, h.ş 1382, s.205
  44. Nuri Həmədani, Cayeqahe banuvan dər İslam, h.ş 1383, s.282
  45. Mənsuri Laricani, Zeynəbe Kübra (ə) payemavəre Aşura, h.ş 1395, s.98
  46. Safi Qolpayqani, Hüseyn (ə) Şəhide aqah, h.ş 1366, s.386
  47. Haşimi Nejad, Dərsi ke Hüseyn be insanha amuxt, h.ş 1382, s.204
  48. Mənsuri Laricani, Zeynəbe Kübra (ə) payemavəre Aşura, h.ş 1395, s.103
  49. Heydəri və başqaları, Bazxani cilvehaye müqavimət dər xütbehaye Həzrət Zeynəb (ə) və şere Aşurayi, s.20
  50. Heydəri və başqaları, Bazxani cilvehaye müqavimət dər xütbehaye Həzrət Zeynəb (ə) və şere Aşurayi, s.20
  51. Şəhidi, Əgər Zeynəb nəbud əzəməte Aşura cavidane nemi şod, s.14
  52. Mehdi İlahi Qumşeyi, Divane əşar, h.ş 1366, s.218-220
  53. Mənsuri Laricani, Məsnəvi Muhərrəm, h.ş 1379, s.120-122
  54. Nəyyir Təbrizi, Divane Nəyyir Təbrizi, h.ş 1388, s.144-145
  55. Sərdar Kabuli, Şərhu xütbəti Zeynəb (ə) fil-Kufe, h.ş 1396, Kitabla tanışlıq hissəsində
  56. Kərimi Cəhrumi, Təkrare həmaseye Əli (ə) dər xütbeye Həzrət Zeynəb (ə) h.ş 1375, Kitabla tanışlıq hissəsində

Ədəbiyyat

  • Davudi və Mehdi Rüstəm Nejad, Aşura, rişeha, əngizeha, ruydadha, peyamədha, Qum, İmam Əli ibn Əbi Talib (ə), Nasir Məkarim Şirazinin nəzarəti altında, h.ş 1386
  • Eyşani və Məsumə Neməti Qəzvini, Təhlile xütbeye Həzrət Zeynəb (ə) dər Kufe bər əsase nəzəriyyeye Kenş qoftare serl, noormags.ir saytı, dər məcəlle mütaliate Quran və hədis, nömrə 45, h.ş 1393
  • Heydəri və başqaları, Bazxani cilvehaye müqavimət dər xütbehaye Həzrət Zeynəb (ə) və şere Aşurayi, , dər məcəlleye kaveşname ədəbiyyate tətbiqi, nömrə 40, h.ş 1399
  • Hüseyni Əcdad, Seyid İsmail, Təcziye və təhlile ədəbi xətib; Həzrət Zeynəb (ə) dər Kufe, dər məcəlle Səfinə, nömrə 22, h.ş 1388
  • Hüseyni Xamanei, Seyid Əli, Bəyanat dər didare cəmi əz pişkəsutane cihad və şəhadət və xatirequyane dəftəre ədəbiyyat və hünəre müqavimət, dər payeqahe interneti dərtəre hifz və asare Həzrət Ayətullah Seyid Əli Xamanei, h.ş 1384
  • İbn Fəqih, Əhməd ibn Məhəmməd, Əl-Buldan, Beyrut, Alimul-kutub, h.q 1416
  • İbn Həmdun, Məhəmməd ibn Həsən, Ət-Təzkirətul-Həmduniyyə, Beyrut, Daru Sadir, h.q 1417
  • İbn Nəma Hilli, Cəfər ibn Məhəmməd, Musirul-əhzan, Qum, İmam Mehdi (ə) mədrəsəsi, h.q 1406
  • İbn Səd Əl-Abi, Mənsur ibn Əl-Hüseyn, Nəsrud-Dür fil-mühazirat, Beyrut, Darul-kutubil-elmiyyə, h.q 1424
  • İbn Şəhraşub, Məhəmməd ibn Əli, Mənaqibu Ali Əbi Talib (ə), Qum, Əllamə, h.q 1379
  • İbn Tayfur, Əhməd ibn Əbi Tahir, Bəlağətun-nisa, Qum, Əş-Şərifur-Rza, tarixsiz
  • Kərimi Cəhrumi, Əli, Təkrare həmaseye Əli (ə) dər xütbeye Həzrət Zeynəb (ə), Qum, Həzrət Məsumə (ə) adına nəşriyyat, h.ş 1375
  • Mənsuri Laricani, İsmail, Məsnəvi Muhərrəm, Tehran, Ayə, h.ş 1379
  • Mənsuri Laricani, İsmail, Zeynəbe Kübra (ə) payemavəre Aşura, Tehran, Şerkəte çap və nəşre bəynəl-miləl, h.ş 1395
  • Mehdi İlahi Qumşeyi, Divane əşar, Tehran, Bəradərane elmi, h.ş 1366
  • Mühəddisi, Cavad, Fərhənge aşura, Qum, Məruf nəşri, h.ş 1376
  • Nəyyir Təbrizi, Məhəmməd Təqi, Divane Nəyyir Təbrizi, Tehran, Şerkəte çap və nəşre beynəl-miləl, h.ş 1388
  • Nuri Həmədani, Hüseyn, Cayeqahe banuvan dər İslam, Qum, Mehdiye movud, h.ş 1383
  • Qəzvini, Məhəmməd Kazim, Zeynəbul-Kübra (s) minəl-məhdi iləl-ləhd, Beyrut, Muəssisətul-ələmi lil-mətbuaat, h.q 1427
  • Rəsuli Məhəllati, Seyid Haşim, Zeynəb Əqileye Bəni-Haşim, Tehran, Məşər nəşri, tarixsiz
  • Ruşənfikr, Kübra və Daneş Məhəmmədi, Təhlile qoftemane ədəbi xütbehaye Həzrət Zeynəb (ə), dər məcəlleye mütaliate Quran və Hədise Səfine, nömrə 22, h.ş 1388
  • Safi Qolpayqani, Lütfullah, Hüseyn (ə) Şəhide aqah və rəhbəre nicatbəxşe İslam, Məşhəd, Muəssiseye nəşr və təbliğ, h.ş 1366
  • Sərdar Kabuli, Heydər Quli, Şərhu xütbəti Zeynəb (ə) fil-Kufe, Qum, Ketabxaneye təxəssusi ulume hədis, h.ş 1396
  • Səffar, Həsən, Əl-Mirətul-əzimə, Dəməşq, Darut-taxi, m.2000
  • Seyid ibn Tavus, Əli ibn Musa, Əl-Luhuf əla qətlut-tufuf, farsca tərcümə: Əhməd Fehri Zəncani, Tehran, Cahan, h.q 1348
  • Süleymani, Zəhra, Cilvehaye bəlağət dər kəmlam peyamavəre Aşura, dər məcəlleye Səfiyye, nömrə 22, h.ş 1388
  • Şəfii Mazandarani, Məhəmməd, Aşura həmase cavidan, Tehran, Məşər, h.ş 1381
  • Şəhidi, Cəfər, Əgər Zeynəb nəbud əzəməte Aşura cavidane nemi şod, , müsahibe dər məcəlleye Qolestane Quran, nömrə 60, h.ş 1380
  • Şeyx Mufid, Məhəmməd ibn Numan, Əl-Əmali, Qum, Konqreye Şeyx Mufid, h.q 1413
  • Şeyx Tusi, Məhəmməd ibn Həsən, Əl-Əmali, Qum, Darus-səqafə, h.q 1414
  • Təbərsi, Əhməd ibn Əli, Əl-İhticacu əla əhlil-ləcac, Məşhəd, Mürtəza nəşri, h.q 1403
  • Xani Müqəddəm, Mehyar, Çerayi təcəlliye Quran, dər xütbehaye Həzrət Zeynəb (ə), Əhdaf və nətayic, dər məcəlleye Mişkat, h.ş 1394
  • Xarəzmi, Müvəffəq ibn Əhməd, Məqtəlul-Hüseyn, təhqiq: Məhəmməd Səmavi, Qum, Ənvarul-hüda, h.ş 1381
  • Xersəndi və başqaları, Təhlile bəlaği xütbeye Həzrət Zeynəb (ə), dər məcəlleye mütaliate ədəbi mutune İslami, nömrə 2, h.ş 1391
  • Yarəhmədi, Azər və Zəhra Xeyrullahi, Məarife Qurani dər xütbeye Həzrət Zeynəb (ə), dər məcəlleye bəyyinat, nömrə 105 və 106, h.ş 1399