Məzmuna keç

Taslim:Təvəlla

wikishia saytından


Təvəlla (ərəbcə: التولي) firuddindən (İslam dininin əməl edilməsi vacib olan şərtləri) biridir və Allahla, dini rəhbərlərlə və imamlarla dostluq etmək, onların vilayətini qəbul etmək mənasını daşıyır. Təvəlla təbərranın qarşısında dayanır; təbərra isə Əhli‑beyt düşmənlərindən uzaq durmaq və bizar olmaq mənasınadır. Şiə rəvayətlərində təvəllanın əhəmiyyətinə çox böyük vurğu edilmişdir. Bir hədisdə təvəlla və Allah üçün dostluq etmək imanın ən möhkəm və etibarlı tutacaqlarından biri kimi təqdim olunur.

Başqa bəzi hədislərdə Əhli‑beyti sevmək və onların vilayətini qəbul etmək, düşmənlərinə qarşı düşmənçilik və nifrətlə yanaşı, dinin kamalı kimi göstərilir. Həmçinin Əhli‑beytin məhəbbəti və vilayətini qəbul etmək axirətdə, tövhidnübuvvətdən sonra soruşulan ilahi nemətlərdən biri kimi tanıdılır.

Şiə məzhəbində, hətta bəzi sünni alimlərin nəzərində də təvəlla dini vaciblərdən sayılıb. Bir çox müfəssir və alimlər “Məvəddət” ayəsinə əsaslanaraq Peyğəmbərin (s) Əhli‑beytinə məhəbbəti vacib biliblər.

Təvəllanın müxtəlif mərtəbələri olduğu bildirilir. Onun ilk və ən aşağı mərtəbəsi məhəbbət və dostluqdur ki, bu, sırf qəlbi bir haldır. Bu məhəbbət vilayətə itaət və rəhbərliyi qəbul etməklə müşayiət olunduqda təvəllanın ən yüksək mərtəbəsi olan vilayət meydana gəlir.

Tərifi

Şiə mənbələrinə görə təvəlla Allaha və Onun övliyalarına, xüsusilə Əhli‑beytə dostluq etmək, onların vilayətini və imamətini qəbul etmək deməkdir.[1] “Təvəlla” sözü “vəli” kökündən gəlir və dostluq mənasını ifadə edir.[2] Bu söz “vilayət”lə eyni kökdəndir və “yardım etmək” və “rəhbərlik etmək” mənaları ilə bağlıdır.[3]

Şiə mədəniyyətində təvəllanın yeri

“Təvəlla” şiə etiqadının əsas təlimlərindən biridir[4]təbərra ilə yanaşı firuddindən sayılır.[5] Şiə rəvayətlərində təvəllanın əhəmiyyətinə çox böyük vurğu edilmişdir.[6] Küleyniəl‑Kafi” əsərində “Babul‑hubb fillah vəl‑buğz fillah” adlı bölməni təvəlla və təbərraya həsr etmiş və burada ümumilikdə on altı hədis toplamışdır.[7]

Peyğəmbərdən (s) nəql olunan bir hədisdə təvəlla və Allah üçün dostluq imanın ən möhkəm və etibarlı tutacaqlarından biri kimi təqdim edilir.[8] Hədislərdə həmçinin Əhli‑beyti sevmək və onların vilayətini qəbul etmək, onların düşmənlərinə qarşı düşmənçilik və nifrətlə yanaşı, dinin kamalı kimi göstərilir.[9] İmam Rzadan (ə) nəql olunan bir hədisdə isə Əhli‑beytin məhəbbəti və vilayətini qəbul etmək axirətdə, tövhidnübuvvətdən sonra soruşulan ilahi nemətlərdən biri kimi tanıdılır.[10]

Təvəllanın vacibliyi

Şiə məzhəbində, həmçinin bəzi sünni alimlərin nəzərində təvəlla dini vaciblərdən sayılır.[11] Bir çox müfəssir və alimlər “Məvəddət” ayəsinə əsaslanaraq Peyğəmbərin (s) Əhli‑beytinə məhəbbəti vacib biliblər.[12] Şiə mühəddisi Hürr AmuliVəsailüş‑şiə” əsərində “möminə məhəbbət və kafirə nifrət bəsləməyin vacibliyi” adlı bölümdə rəvayətlər toplamış və bu rəvayətlərdən təvəllanın vacibliyini çıxarmışdır.[13]

Hicrətin 9–10-cu əsr sünni alimlərindən Fəzl ibn Ruzbəhan bildirir ki, Peyğəmbərə (s) və onun Əhli‑beytinə təvəlla və dostluq etmək və onların düşmənlərindən təbərra və bizarlıq etmək hər bir möminə vacibdir. Kim onları öz işlərinin sahibi və rəhbəri bilməzsə və ya onların düşmənlərindən təbərra etməzsə, mömin sayılmaz.[14] O hesab edir ki, iman Peyğəmbərə (s) məhəbbət bəsləmədən və onun düşmənlərilə düşmənçilik etmədən tamamlanmır və Peyğəmbərin (s) sevdiyi on iki imam da bu məhəbbətin dairəsinə daxil olduğundan, imamları sevmək və onların düşmənlərindən uzaq durmaq da imanın bir hissəsidir.[15]

Təvəllanın mərtəbələri

Təvəllanın ilk mərtəbəsi məhəbbət və dostluqdur; bu, sırf qəlbi bir hal sayılır. Bu məhəbbət vilayətə itaət və rəhbərliyi qəbul etməklə müşayiət olunduqda, təvəllanın ən yüksək mərtəbəsi olan vilayət meydana gəlir.[16]

Təvəlla və təbərra dua və ziyarətnamələrdə

Məsum imamlardan nəql olunan bəzi dualar və ziyarətnamələr təvəlla və təbərra məzmunlarını özündə ehtiva edir.[17] Ziyarəti Aşura bu anlayışların ən bariz ifadələrindən biri hesab olunur.[18] Bu ziyarətdə həm Əhli‑beytin vilayətini qəbul etmə və onlarla dostluq etmə, həm də onların düşmənlərindən bizar olma və uzaq durma ilə bağlı cümlələr yer alır.[19]

Ziyarətin bəzi hissələrində Əhli‑beytə zülmün əsasını qoyanlar və onların haqqını qəsb edənlər lənətlənir və rədd edilir.[20] Həmçinin İmam Hüseynə (ə) zülm edənlər, onu qətlə yetirənlər və Kərbəlada onunla döyüşən bütün şəxslərə qarşı bizarlıq edilməsi və onlara lənət olunduğu bildirilir.[21]

Camiə Kəbirə ziyarəti[22]Ali‑Yasin ziyarəti[23] kimi digər ziyarətnamələrdə də Əhli‑beytə qarşı təvəlla və məhəbbət bəsləməyə və onların düşmənlərindən təbərra etməyə dair açıq məzmunlar mövcuddur.

Əlaqəli məqalələr

İstinadlar

  1. Nümunə üçün baxın: Təbrizi, Siratun-nəcat, c.3, s.452; Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, c.2, s.667
  2. Rağib İsfahani, Əl-Müfrədat, Vəli sözünün şərhi
  3. Rağib İsfahani, Əl-Müfrədat, Vəli sözünün şərhi
  4. Mütəhhəri, Məcmue asar, c.26, s.133
  5. Mütəhhəri, Məcmue asar, c.26, s.133; Ələvi, Əqaidul-muminin, s.214
  6. Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, c.2, s.337
  7. Kuleyni, Əl-Kafi, c.2, s.124-127
  8. Kuleyni, Əl-Kafi, c.2, s.125; Əllamə Məclisi, Miratul-uqul, c.8, s.260
  9. Əllamə Məclisi, Biharul-ənvar, c.27, s.58
  10. Hürr Amili, Vəsailuş-şiə, c.24, s.298-299
  11. Nümunə üçün baxın: Ələvi, Əqaidul-muminin, s.217
  12. Nümunə üçün baxın: Zəməxşəri, Əl-Kəşşaf, c.4, s.219; Fəxri Razi, Ət-Təfsirul-kəbir, c.27, s.595; Ələvi, Əqaidul-muminin, s.214-216
  13. Hürr Amili, Vəsailuş-şiə, c.16, s.176
  14. Fəzlullah ibn Ruzbəhan, Vəsilətul-xadim iləl-məxdum, s.300
  15. Fəzlullah ibn Ruzbəhan, Vəsilətul-xadim iləl-məxdum, s.300
  16. Mürtəzəvi Ləngərudi, Təvəlla və təbərra, s.27
  17. Nümunə üçün baxın: Hüseyni Zəncani, Şərhe ziyarəti Aşura, s.139; Məhəmmədi Reyşəhri, Şərhe ziyarəti Kəbirə, s.590-595
  18. Nümunə üçün baxın: Hüseyni Zəncani, Şərhe ziyarəti Aşura, s.139
  19. Nümunə üçün baxın: Hüseyni Zəncani, Şərhe ziyarəti Aşura, s.80-82
  20. Nümunə üçün baxın: Hüseyni Zəncani, Şərhe ziyarəti Aşura, s.73
  21. Nümunə üçün baxın: Hüseyni Zəncani, Şərhe ziyarəti Aşura, s.80-82 və 139
  22. Məhəmmədi Reyşəhri, Şərhe ziyarəti Kəbirə, s.590-595
  23. Xəyyat Zəncani, Qoftari dər şərhe hokmi ziyarəti Ali-Yasin, s.72

Ədəbiyyat

  • Bir qrup yazıçı, Fərhənge fiqhe farsi, Qum, Dairətul-məarif fiqhe İslami, m.2008
  • Ələvi, Seyid Adil, Əqaidul-muminin, Qum, İslami təbliğ və irşad müəssisəsi, m.2015
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, Beyrut, Əl-Vəfa müəssisəsi, m.1992
  • Əllamə Məclisi, Məhəmməd Baqir, Miratul-uqul fi şərhi Alir-Rəsul, Tehran, Darul-kutubil-İslamiyyə, m.1993
  • Fəxri Razi, Məhəmməd ibn Ömər, Ət-Təfsirul-kəbir, Beyrut, Daru ihyait-turasil-ərəbi, m.1999
  • Fəzlullah ibn Ruzbəhan, Vəsilətul-xadim iləl-məxdum: 14 məsumun salavatının şərhi, Rəsul Cəfəriyanın səyi ilə, Qum, Ənsariyan, 1-ci çap, m.1996
  • Hürr Amili, Məhəmməd ibn Həsən, Vəsailuş-şiə, Düzəliş: Seyid Məhəmməd Rza Hüseyni Cəlali, Alul-beyt (ə) müəssisəsi, m.1995
  • Hüseyni Zəncani, İzzəddin, Şərhe ziyarəti Aşura, Məşhəd, Əruce əndişe nəşriyyatı, m.2009
  • Kuleyni, Məhəmməd ibn Yaqub, Əl-Kafi, Düzəliş: Əli Əkbər Ğəffari və Məhəmməd Axundi, Tehran, Darul-kutubil-İslamiyyə, m.1986
  • Məhəmmədi Reyşəhri, Məhəmməd, Şərhe ziyarəti Camie Kəbirə, Qum, Elmi fərhəngi darul-hədis müəssisəsi, m.2011
  • Mürtəzəvi Ləngərudi, Seyid Məhəmməd Hüseyn, Təvəlla və təbərra, tehran, Rəvaqe əndişe, m.2015
  • Mütəhhəri, Mürtəza, Məcmue asar, Tehran, Sədra nəşriyyatı, m.2011
  • Rağib İsfahani, Hüseyn ibn Məhəmməd, Əl-Müfrədat fi ğəribil-Quran, Beyrut, Darul-qələm, m.1994
  • Təbrizi, Mirza Cəvad, Siratun-nəcat, Qum, Salman Farsinin nəşriyyatı, m.1995
  • Xəyyat Zəncani, Məhəmməd, Qoftari dər şərhe hokmi ziyarəti Ali-Yasin, Kermanşah, Bunyane Mərsus nəşriyyatı, m.2018
  • Zəməxşəri, Əl-Kəşşaf ən həqaiqi ğəvamizit-tənzil