Meyit namazı

wikishia saytından
(Meyyit namazı səhifəsindən yönləndirilmişdir)


Meyit namazı (Ərəbcə: صلاة الميت) müsəlmanların dəfn edilməzdən əvvəl cənazəsinə oxunmalı olan vacib namazdır. Meyit namazında beş təkbir vardır. Bunda birinci təkbirdən sonra kəlmeyi-şəhadət deyilir. İkinci təkbirdən sonra salavat çevrilir. Üçüncü təkbirdən sonra möminlər və müsəlmanlar üçün istiğfar (bağışlanma) edilir. Dördüncü təkbirdən sonra namazı qılınan meyit üçün bağışlanma dilənir. Beşinci təkbirlə namaz sona çatır.

Meyit namaz digər namazlardan fərqlidir. Onun həmd, rüku, səcdə, təşəhhüdsalamı yoxdur. Həmçinin təharət onda şərt deyil; Buna görə də dəstəmazsızqüslsüz də qılına bilər. Əlbəttə ki, orada digər vacib namazların şərtlərinə riayət etmək daha yaxşıdır.

Meyit namazını həm camaatla, həm də tək qılmaq olar; Amma camaatla qılındıqda məmum (iqtida edən) də təkbirləri və duaları oxumalıdır.

Sünnilərin qıldığı meyit namazı dörd təkbirlə qılınır və salamla bitir.

Tərif

Meyit namazı müsəlmanların qüsl və kəfənləndikdən sonra və dəfn edilməzdən əvvəl müsəlman cənazəsi üzərində oxuması vacib olduğu dua və təkbirlərə deyilir. Fiqhi mənbələrə əsasən, təharət kimi vacib namazların bəzi şərtləri meyit namazında şərt deyildir.[1] Həmçinin meyit namazının salamı yoxdur.[2]

Meyit namazı, namaz deyil

Ayətullah Məkarim Şirazinin imamətliyi ilə Məhəmməd Mehdi Asəfinin cənazəsi üzərində cənazə namazı qılınması (Qum-16 iyun 2014)

Şəhid Saninin dediyinə görə, fəqihlər arasında məşhur olan rəyə əsasən, meyit namazı, namaz sayılmır. O, əslində meyit üçün edilən bir növ duadır. Çünki rüku və səcdə olmadan namazın heç bir mənası yoxdur. Həmçinin təharətli olmaq hər namazda şərtdir, lakin meyit namazında bunların heç biri yoxdur.[3]

"Fiqhur-Rza" kitabında İmam Rzadan (ə) nəql olunan bir rəvayətdə deyilir ki, meyit namazı, namaz deyil və yalnız təkbirdir; Çünki namaz rüku və səcdəsi olan bir şeydir.[4]

Meyit namazının qılınma qaydası

Meyitə namaz qılmaq üçün meyit üzü qibləyə elə qoyulur ki, onun başı namaz qılanın sağ tərəfində, ayaqları isə sol tərəfində olsun.[5] Namaz qılan üzü qibləyə durmalıdır.[6] Onun meyitlə fasiləsi çox olmamalıdır.[7] Həmçinin namazı ayaq üstə qılmalıdır.[8]
Meyit namazını qılan bu namaz üçün niyyət etdikdən sonra beş təkbir deyir. İlk dörd təkbirin hər birindən sonra xüsusi dualar oxunur və beşinci təkbirlə namaz sona çatır.[9]

Birinci təkbirdən sonra kəlmeyi-şəhadət deyilir. İkinci təkbirdən sonra salavat çevrilir. Üçüncü təkbirdən sonra möminlər və müsəlmanlar üçün istiğfar (bağışlanma) edilir. Dördüncü təkbirdən sonra namazı qılınan meyit üçün bağışlanma dilənir.[10]
Dörd təkbirdən sonra deyilən zikr və dualar bunlardan ibarətdir:

Təkbir Qısa dua (ərəbcə) Geniş dua (ərəbcə) Qısa duanın oxunuşu Geniş duanın oxunuşu
1-ci təkbir →
اَشهَدُ اَن لاَاِلَهَ اِلاَّالله وَاَنَّ مُحَمَّداً رَسُولُ اللهِ
اَشْهَدُ اَنْ لا اِلهَ الا اللَّهُ وَحْدَهُ لاشَریک لَهُ وَ اَشْهَدُ اَنَّ مُحَمَّداً عَبْدُهُ وَ رَسُولُهُ اَرْسَلَهُ بِالْحَقِّ بَشیراً وَ نَذیراً بَینَ یدَی السّاعَةِ
Əşhədu ənla ilahə illəllahu və ənnə Muhəmmədən rəsulullah.
Əşhədu ənla ilahə illəllahu vəhdəhu la şərikə ləhu və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluhu ərsələhu bil həqqi bəşirən və nəzirən bəynə yədəyis-saəh.
2-ci təkbir →
اَللَّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ
اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بارِک عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَارْحَمْ مُحَمَّداً وَ آلَ مُحَمَّدٍ کاَفْضَلِ ما صَلَّیتَ وَ بارَکتَ وَ تَرَحَّمْتَ عَلی اِبْرهیمَ وَ آلِ اِبْرهیمَ اِنَّک حَمیدٌ مَجیدٌ وَ صَلِّ عَلی جَمیعِ الاَنْبِیآءِ وَالْمُرْسَلینَ
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və barik əla Muhəmmədin və ali Muhəmməd və vərhəm Muhəmmədən və alə Muhəmməd kəəfzəli ma səlləytə və barəktə və tərəhhəmtə əla İbrahimə və ali İbrahimə innəkə həmidun məcid və səlli əla cəmiil ənbiyai vəl mursəlin.
3-cü təkbir →
اَللَّهُمَّ اْغفِرْ لِلْمُؤْمِنینَ وَ الْمُؤْمِناتِ
اَللّهُمَّ اغْفِرْ لِلْمُؤْمِنینَ وَالْمُؤْمِناتِ وَالْمُسْلِمینَ وَالْمُسْلِماتِ الاَحْیآءِ مِنْهُمْ وَالاَمْواتِ تابِعْ بَینَنا وَ بَینَهُمْ بِالْخَیراتِ اِنَّک مُجیبُ الدَّعَواتِ اِنَّک عَلی کلِّشَیئٍ قَدیرٌ
Əllahum-məğfirlil mumininə vəl-muminat.
"Allahumməğfirlil-mumininə vəl muminat vəl musliminə vəl muslimat əl əhyai minhum vəl əmvat tabi bəynəna və bəynəhum bil-xəyrat innəkə mucibud-dəəvat innəkə əla kulli şəyin qədir.
4-cü təkbir →
Əgər meyyit kişi olsa: اللَّهُمَّ اغْفِرْ لِهذَا المَیت
Əgər meyyit qadın olsa: اللَّهُمَّ اغْفِرْ لِهذِهِ المَیتَةِ
Əgər meyyit kişi olsa: اَللّهُمَّ اِنَّ هذا عَبْدُک وَابْنُ عَبْدِک وَابْنُ اَمَتِک نَزَلَ بِک وَ اَنْتَ خَیرُ مَنْزُولٍ بِهِ اَللّهُمَّ اِنّا لا نَعْلَمُ مِنْهُ اِلاّ خَیراً وَ اَنْتَ اَعْلَمُ بِهِ مِنّا اَللّهُمَّ اِنْ کانَ مُحْسِناً فَزِدْ فی اِحْسانِهِ وَ اِنْ کانَ مُسیئاً فَتَجاوَزْ عَنْهُ وَاغْفِرِ لَهُ اَللّهُمَّ اجْعَلْهُ عِنْدَک فی اَعْلا عِلِّیینَ وَاخْلُفْ عَلی اَهْلِهِ فِی الْغابِرینَ وَارْحَمْهُ بِرَحْمَتِک یا اَرْحَمَ الرّاحِمین
Əgər meyyit qadın olsa: اَللّهُمَّ اِنَّ هذِهِ اَمَتُک وَابْنَةُ عَبْدِک و ابنَةُ اَمَتِکَ نَزَلَتْ بِک وَ اَنْتَ خَیرُ مَنْزوُلٍ بِهِ اَللّهُمَّ اِنّا لا نَعْلَمُ مِنْها اِلاّ خَیراً وَ اَنْتَ اَعْلَمُ بِهامِنّا اَللّهُمَّ اِنْ کانَتْ مُحْسِنَةً فَزِدْ فی اِحْسانِها وَ اِنْ کانَتْ مُسیئةً فَتَجاوَزْ عَنْها وَاغْفِرْ لَها اَللّهُمَّ اجْعَلْها عِنْدَک فی اَعْلا عِلِّیینَ وَاخْلُفْ عَلی اَهْلِها فِی الْغابِرینَ وَارْحَمْها بِرَحْمَتِک یا اَرْحَمَ الرّاحِمین
Əgər meyyit kişi olsa: Allahumməğfir lihazəl-məyyit.
Əgər meyyit qadın olsa: Allahumməğfir lihazihil-məytəti.
Əgər meyyit kişi olsa: Allahummə innə haza əbdukə vəbnu əbdikə vəbnu əmətikə nəzələ bikə və əntə xəyru mənzulin bihi allahummə inna la nəələmu minhu illa xəyrən və əntə əələmu bihi minnə Allahummə in kanə muhsinən fəzid fi ihsanihi və in kanə musiən fətəcavəh ənhu vəğfir ləhu Allahumməcəlhu indəkə fi əla illiyyinə vəxluf əla əhlihi fil-ğabirinə vərhəmhu birəhmətikə ya ərhəmər-rahimin.
Əgər meyyit qadın olsa: Allahummə innə hazihi əmətukə vəbnətu əbdikə vəbnətu əmətikə nəzələt-bikə və əntə xəyru mənzulin bihi. əllahummə inna la nəələmu minha illa xəyrən və əntə ələmu biha minna allahummə in kanət muhsinətən fəzid fi ihsaniha və in kanət musiətən fətəcavəz ənha vəxfir ləha Allahumməcəlha indəkə fi əla illiyyinə vəxluf əla əhliha fil-ğabirinə vərhəmha birəhmətikə ya ərhəmər rahimin.
5-ci təkbir →
Namaz bitir.
-
-
-

Sünni fəqihlərinin rəyi

Sünnilərə görə meyit namazında dörd təkbir vardır. Birinci təkbirlə namaz başlanır və ondan sonra Allaha həmd oxunur. İkinci təkbirdən sonra salavat göndərirlər. Üçüncü təkbirdən sonra meyit üçün dua edirlər. Dördüncü təkbir və salamla isə namaz sona çatır.[11] Əlbəttə ki, bu namazın bəzi təfərrüatlarında sünnilər arasında ixtilaflar vardır.[12]

Hökmlər

Meyit namazının fiqhi hökmlərindən bəziləri bunlardır:

  • Meyit namazı vacibi kifaidir; Buna görə də kimsə onu qılsa, onun vacibliyi başqalarının boynundan götürülər.[13]
  • Sahib Cəvahirin dediyinə görə məşhur fəqihlərin rəyinə əsasən bir meyitə bir neçə namaz qılmaq məkruhdur.[14] Ayətullah Sistaninin fətvasına əsasən, bu məkruhluq sübuta yetirilməmişdir. Habelə əgər ölən şəxs elm və təqva sahibi olsa, məkruh deyildir.[15]
  • Meyit namazı camaatla qılına bilər, lakin məmum (iqtida edən) təkbirləri və duaları özü deməlidir.[16]
  • Altı yaşına çatmış müsəlmana meyit namazı qılmaq vacibdir.[17]
  • Kafir və ya nasibiyə (Əhli-beyt (ə) düşmənləri) meyit namazı qılınmaz.[18]
  • Meyit namazında kiçik hədəsböyük hədəsdən pak olmaq lazım deyil.[19] Əlbəttə, bu namazda da digər vacib namazların şərtlərinə riayət etmək daha yaxşıdır.[20]
  • Meyit namazı, meyit dəfn edilməzdən əvvəl,[21] qüslkəfənləndikdən sonra[22] oxunmalıdır.
  • Əgər bir müsəlman namazsız dəfn olunarsa, onun qəbri başında namaz qılınmalıdır.[23]
  • Bir neçə meyit üzərində birlikdə bir meyit namazını qılmaq olar.[24]
  • Məscidlərdə meyit namazı qılmaq məkruhdur.[25] Mərcəyi-təqlidlərin bəzisi Məscidül-Həramı bu hökmdən istisna ediblər.[26] Amma bəziləri isə bu istisnanı qəbul etməyiblər.[27]
  • Meyit namazını ayaqqabı ilə də qılmaq olar, hərçənd ki, ayaqqabısız qılmaq müstəhəbdir.[28]

Tarixi meyit namazları

Həzrət Zəhranın (s)İmam Xomeyninin (rəh) cənazələri üzərində qılınan meyit namazlarının hər biri bir cəhətdən diqqət çəkən meyit namazlarındandır: Tarixçilərin dediyinə görə, həzrət Əli (ə) zövcəsi Fatiməni (s) gecə qüsl etdi[29] və onun cənazəsinə namaz qıldı.[30] Təbərsinin verdiyi məlumata əsasən, İmam Həsən (ə), İmam Hüseyn (ə), Miqdad, Salman Farsi, Əbuzər Qəffari, Əmmar ibn Yasir, Əqil ibn Əbu Talib, Zübeyr ibn Əvam, Boreydə ibn Həsib Əsləmi və bir sıra Bəni-Haşimdən olan şəxslər Həzrət Zəhranın (s) cənazəsinə qılınan namazda iştirak ediblər.[31]

Bunun səbəbi həzrət Fatimənin (s) həzrət Əliyə (ə) onu gecə vaxtı dəfn etməyi vəsiyyət etməsi idi ki, ona zülm edən insanlar onun dəfnində iştirak etməsinlər və cənazəsinə namaz qılmasınlar.[32]

İmam Xomeyninin (rəh) cənazəsi üzərində qılınan meyit namazı izdihamlı şəkildə qılınan namazlardan biri olub. Bu namaz 1989-cu ilin may ayında Ayətullah Qolpayeqaninin imamlığı ilə qılınmışdır. İmam Xomeyninin (rəh) dəfn mərasimi tarixin ən izdihamlı dəfn mərasimi hesab olunur.[33]

Əlaqəli məqalələr

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.60
  2. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.75; Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.429
  3. Şəhid Sani, Rəvzul-Cənan, Müəssisə: Alul-Beyt (ə), s.172-173
  4. Fiqhur-Rza, h.q 1406, s.179
  5. Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.426
  6. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12 s.53
  7. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12 s.67
  8. Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.425
  9. Şəhid Əvvəl, Əd-durusuş-şəriə, h.q 1417, c.1, s.113
  10. Şəhid Əvvəl, Əd-durusuş-şəriə, h.q 1417, c.1, s.113; Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.1, s.428
  11. Molla Xosrov, Durərul-hikəm Şərhu Ğurəril-hikəm, Daru ihyail-kutubil-ərəbiyyə, c.1, s.163
  12. İbn Maze, Əl-Muhitul-Burhani, M.2004, c.2, s.178; Molla Xosrov, Durərul-hikəm Şərhu Ğurəril-hikəm, Daru ihyail-kutubil-ərəbiyyə, c.1, s.163
  13. Mucəmu fiqhil-cəvahir, h.q 1417, c.4, s.172
  14. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.100
  15. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.q 1424, c.1, s.336, Məsələ: 606
  16. Şəhid Sani, Ər-ruzətul-bəhiyyə, h.q 1410, c.2, s.205
  17. Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c.1, s.111
  18. Şəhid Əvvəl, Əd-durusuş-şəriyyə, h.q 1417, c.1, s.111
  19. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.60
  20. Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.369
  21. Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.392
  22. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.68
  23. Amuli, Misbahul-hüda, h.q 1380, c.6, s.377
  24. Əllamə Hilli, Təzkirətul-füqəha, h.q 1414, c.2, s.67
  25. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.98-99
  26. Bəni Haşim Xomeyni, Tozihul-məsail Mərace, h.q 1424, c.1, s.339, Məsələ: 612
  27. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.98-99
  28. Nəcəfi, Cəvahirul-kəlam, h.q 1404, c.12, s.84
  29. Təbəri, Tarixul-uməmi vəl-muluk, h.q 1403, c.2, s.473-474
  30. İrbili, Kəşful-ğummə, h.q 1421, c.2, s.125
  31. Təbərsi, İlamul-vəra, h.q 1417, c.1, s.300
  32. Səduq, İləluş-şəraye, h.q 1385, c.1, s.185
  33. سایت گینس, guinnessworldrecords.com

Ədəbiyyat

  • İbn Maze, Mahmud ibn Əhməd, Əl-muhitul-burhani, fil-fiqhin-Nomani, Təhqiq: Əbdül Kərim Sami, Beyrut, Darul-kutubil-elmiyyə, m. 2004
  • İrbili, Əli ibn İsa, Kəşful-ğummə fi mərifətil-əimmə, Qum, 1-ci çap, h.q 1421
  • Bəni Haşim Xomeyni, Seyyid Muhəmməd Hüseyn, Tozihul-məsail mərace mutabiq ba fətavaye sizdəh nəfər əz mərace, Qum, Dəftəre entaşarate İslami vapeste be Came Mudərrisin, h.q 1424
  • Amuli, Mirza Muhəmməd Təqi, Misbahul-hüda fi şərhil-ürvətul-vüsqa, Tehran, h.q 1380
  • Şəhid Əvvəl, Muhəmməd ibn Məkki, Əd-durusuş-şəriə fi fiqhil-İmamiyyə, Qum, Dəftəre entaşarate İslami vapeste be Came Mudərrisin, h.q 1417
  • Şəhid Sani, Zeynud-din ibn Əli, Ər-ruzətul-bəhiyyə fi şərhil-lumətid-Dəməşqiyyə, Haşiyə: Muhəmməd Kəlantər, Qum, Ketabfuruşi Davəri, h.q 1410
  • Şəhid Sani, Zeynud-din ibn Əli, Rəvzul-cənan fi şərhi irşadil-əzhan, Qum, Müəssisə: Alul-Beyt (ə), 1-ci çap
  • Səduq, Muhəmməd ibn Əli, İləluş-şərayi, Təhqiq: Seyyid Muhəmməd Sadiq Bəhrul-ulum, Ən-nəcəful-Əşrəf, Əl-məktəbətul-Heydəriyyə, h.q 1385
  • Təbərsi, Fəzl ibn Həsən, İlamul-vəra, Qum, Muəssisətu Alil-Beyt (ə) li-ihyait-teras, h.q 1417
  • Təbəri, Muhəmməd ibn Cərir, Tarixul-uməm vəl-muluk, Beyrut, Muəssisətul-ələmi, h.q 1403
  • Əllamə Hilli, Həsən ibn Yusuf, Təzkirətul-füqəha, Qum, Muəssisə: Alul-Beyt (ə), h.q 1414
  • Fiqhur-Rza, Məşhəd, Muəssisə: Alul-Beyt (ə), h.q 1406
  • Molla Xosrov, Durərul-hikəm şərhu ğurəril-hikəm, Daru ihyail-ərəbiyyə
  • Nəcəfi, Muhəmməd Həsən, Cəvahirul-kəlam fi şərhi şəraiil-İslam, Düzəliş: Abbas Quçani və Əli Axundi, Beyrut, Daru ihyait-terasil-ərəbi, h.q 1404