Məzmuna keç

Torpaq sürtərək təmizləmək

wikishia saytından


Torpaq sürtərək təmizləmək ya təfir, itin ağzı dəymiş qabı torpaqla sürtməkdir.

İtin yalamış və ya içində su və ya başqa maye içdiyi qabı pak etmək üçün onu torpaqla sürtmək lazımdır.[1] Bəzi fiqh alimləri donuzun su içdiyi qabın da torpaqla sürtülməsini vacib bilmişlər.[2]

Torpaqla sürtməyin bəzi hökmləri:

  • Məşhur fiqh alimlərinin fikrinə görə, "təfir", mütləq torpaqla edilməlidir, kül, sabun və ya maye yuyucu vasitələrlə düzgün sayılmır.[3]
  • Bəzi fiqh alimlərinə görə, torpaqla sürtərək təmizləmək üçün istifadə olunan torpaq pak olmalıdır.[4]
  • Bəzi müctəhidlərin fətvasına əsasən, torpaq su ilə qarışdırılmalıdır;[5] yəni əvvəlcə qaba torpaq tökülməli, sonra üstünə su əlavə edilərək qab sürtülməlidir.[6]
  • Torpaq sürtərək təmizlədikdən sonra qab su ilə də yuyulmalıdır. Fiqh alimləri su ilə yumağın sayında fərqli fikirdədirlər. Məşhur rəyə görə, iki dəfə yumaq lazımdır.[7]
  • Torpaq sürtərək təmizlənməsi mümkün olmayan qab pak olmur.[8]

"Təfir" sözü həmçinin alını torpağa qoymaq mənasında da işlədilir.[9] Bu mənada olan təfir şükür səcdəsində müstəhəbdir[10] və buna "təfirül-cəbin" deyilir.[11]

İstinadlar

  1. Nəcəfi, Cəvahirul-kəlam, Darul-kutubil-islamiyyə, c.6, s.361
  2. Tusi, Əl-Xilaf, c.1, s.186-187
  3. Nəcəfi, Cəvahirul-kəlam, Darul-kutubil-islamiyyə, c.6, s.363-364
  4. Bəhrani, Əl-Hədaiqun-nazirə, c.5, s.480
  5. Nəcəfi, Cəvahirul-kəlam, Darul-kutubil-islamiyyə, c.6, s.361-363
  6. Xoyi, Tozihul-məsail, h.q 1422, s.27
  7. Nəcəfi, Cəvahirul-kəlam, Darul-kutubil-islamiyyə, c.6, s.361
  8. Şeyx Ənsari, Siratun-nəcat, h.q 1415, s.52; Behcət, İstiftaat, h.q 1428, c.1, s.104
  9. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.3, s.407
  10. Haşimi Şəhrudi, Fərhənge fiqh, h.ş 1388, c.2, s.538
  11. Türeyhi, Məcməul-bəhreyn, h.q 1416, c.3, s.408

Ədəbiyyat

  • Bəhrani, Yusif, Əl-Hədaiqun-nazirə, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1409
  • Behcət, Məhəmməd Təqi, İstiftaat, Qum, h.q 1428
  • Xoyi, Seyid Əbül-Qasim, Tozihul-məsail, Qum, 10-cu çap, h.q 1422
  • Şeyx Ənsari, Mürtəza ibn Məhəmməd Əmin, Siratun-nəcat, Qum, h.q 1415
  • Türeyhi, Fəxruddin, Məcməul-bəhreyn, Tehran, Ketabfuruşi, h.q 1416
  • Tusi, Məhəmməd ibn Həsən, Əl-Xilaf, Qum, İslami nəşr müəssisəsi, 1-ci çap, h.q 1420
  • Nəcəfi, Məhəmməd Həsən, Cəvahirul-kəlam, Darul-kutubil-islamiyyə, Tehran, h.ş 1369
  • Haşimi Şəhrudi, Seyid Mahmud, Fərhənge fiqh, Qum, 2-ci çap, h.ş 1388